Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ kurs iŞİ


Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin hüquqi təminatı



Yüklə 180,64 Kb.
səhifə2/3
tarix26.10.2017
ölçüsü180,64 Kb.
#6830
1   2   3

3. Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin hüquqi təminatı

Mərkəzi Bank kredit sisteminin mərkəzi olub, yalnız pul-kredit sisteminin tənzimlənməsi ilə məşğul olur. O, banklar arasında əsas yer tutur, « banklar bankı » adlanır. Mərkəzi Bank banklar üçün koordinasiya rolu oynayır və onların işini yalnız iqtisadi tənzimləmə metodları ilə nizamlayır. Mərkəzi Bank ölkənin bank sistemi üzərində nəzarəti həyata keçirir. O, yalnız banklara və hökümətə xidmət edir. Buna görə də, mərkəzi bank dövlətin bankiri adlanır. Onlar dövlət büdcəsinin emissiya-kassa fəaliyyətinin həyata keçirlməsində əsas rol oynayırlar. Mərkəzi bankların yeritdikləri pul-kredit siyasəti nəticəsində bir neçə gün ərzində qiymətləri həm sabit saxlamaq, həm də milli valyuta kurslarını əhəmiyyətli dərəcədə dəyişmək olar. Mərkəzi banklar istehsalı dayandırmaq, sürətlə artırmaq, həmçinin işsizliyi artırmaq və ya aradan qaldırmaq imkanına malikdir. Buna görə də, mərkəzi banklar hər bir ölkədə başlıca diqqət mərkəzindədir.

Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif illərdə yaranmışdır. Ümumilikdə, onlardan ən birincisi təqribən üç əsr əvvəl İsveçrədə 1668-ci ildə yaranmışdır. Azərbaycan Mərkəzi Bankı 1992-ci ildə yaranmışdır. Yarandığı ildən 2009-cu ilə qədər mərkəzi bank Azərbaycan Milli Bankı adlanırdı. 2009-cu il 18 martda kecirilən referendumda azərbaycan xalqı Milli Bankın adının Mərkəzi Bankla əvəz olunmasını səs çoxluğu ilə qəbul etdi.

Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında” Azərbaycan Respublikasının16 yanvar 2004-cü il tarixli Qanunu və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikasının Konstitusiyasınnın 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq Mərkəzi Bank dövlət mülkiyyətindədir. Mərkəzi bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və “Mərkəzi Bank haqqında” Qanunla müəyyənləşdirilir. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Mərkəzi Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.

Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində ölkədə qiymətlərin sabitliyini təmin etməkdən ibarətdir. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi həmçinin, bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir. Mənfəət götürmək isə əsas məqsədi deyildir.

Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədlərinə nail olmaq üçün Mərkəzi bank:



  • dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

  • nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

  • manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

  • qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

  • sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

  • qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;

  • "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

  • ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

  • "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.

Ənənəvi olaraq isə Mərkəzi bank dörd əsas funksiyanı yerinə yetirir:

  • Banklar bankı hesab olunur;

  • Dövlətin bankiri hesab olunur;

  • Banknotların inhisarçı emissiyasını yerinə yetirir;

  • Pul-kredit tənzimlənməsini həyata keçirir və Milli valyutanın sabitliyini təmin edir.

1.Banklar bankı. Mərkəzi bank hüquqi və fiziki şəxslərlə birbaşa əlaqədə deyil. Onun əsas müştəriləri kommersiya banklarıdır.Əksər dövlətlərin kommersiya bankları özlərinin kassa ehtiyatlarının bir hissəsini mərkəzi bankda saxlamağa məcburdurlar. Bu ehtiyyatlar məcburi xarakter daşıyır. Bir sıra ölkələrdə mərkəzi banklar kommersiya banklarının və qeyri-bank kredit təşkilatlarının fəaliyyətinə ya inhisarçı formada, yaxud da ölkənin maliyyə nazirliyi və ya digər orqanları ilə birgə nəzarəti həyata keçirir.

2.Dövlətin bankiri. Dövlətin bankiri kimi mərkəzi bank həm kassir, həm də kreditor kimi çıxış edir. Mərkəzi bankda dövlətin hesabı açılır. Əksər ölkələrdə mərkəzi bank dövlət büdcəsinin kassa icrasını yerinə yetirir.

3.Banknotların inhisarçı emissiyası. Banknotların, yəni borc öhdəliklərinin ödənilməsinin vasitəsi olan, ümummilli kredit pullarının emissiyasının inhisarı qanunauyğun olaraq dövlətin nümayəndəsi kimi mərkəzi banka həvalə edilmişdir. Hal-hazırda inkişaf etmiş ölkələrdə banknotlar pul kütləsinin az bir hissəsini təşkil edir. Buna görə də bu ölkələrdə bankın bu funksiyasının mənası bir qədər zəifləmişdir.

4.Pul-kredit tənzimləməsini və milli valyutanın sabitliyinin təmin edilməsi. Bu funksiya müasir şəraitdə mərkəzi bankın əsas funksiyası hesab olunur. Pulun dəyərinin idarə edilməsi ( valyuta sabitliyi ) müəyyən qədər pul kütləsinin idarə edilməsi vasitəsilə ( pulun həcmilə ) həyata keçirilir. Pul kütləsinin idarə olunması isə bazarda mərkəzi bankın fəaliyyəti ilə baş verir.

Mərkəzi Bank öz funksiyalarını aktiv və passiv bank əməliyyatları vasitəsilə yerinə yetirir. Passiv əməliyyatlar mərkəzi bankın resurslarını formalaşdıran əməliyyatlardır. Mərkəzi bankın əsas passiv əməliyyatları aşağıdakılardır:

- Banknot emissiyası;

- Kommersiya banklarının vəsaitlərinin xəzinədarlığa qəbulu;

- Xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlar.

Əksər ölkələrdə Mərkəzi bankın resurslarının əsas mənbəyi banknotların emissiyasıdır ki, bu Mərkəzi bankın bütün passivlərinin 54%-dən 85%-nə qədərini təşkil edir. Hazırda, bildiyimiz kimi banknotların buraxılışı bütövlükdə qızılla təmin olunmamışdır. Banknot emissiyasının müasir mexanizmi kommersiya banklarının, dövlətin kreditləşməsi və qızıl valyuta ehtiyatlarının artırılması üzərində qurulmuşdur. Emissiya mexanizmi banknotların kredit təminatını müəyyənləşdirir. Mərkəzi bankların resurs mənbəyi xəzinədarlığın və kommersiya banklarının yatırımlarıdır. Belə ki, onlar mərkəzi bankların faizsiz hesablarına özlərinin kassa ehtiyatlarının, həmçinin məcburi ehtiyatlarının bir hissəsini qoyurlar. Mərkəzi bankların resurs mənbələrindən biri də xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlardır. Lakin bu mənbə bir növ ikinci dərəcəli hesab olunur. Belə ki, mərkəzi bankın xüsusi kapitalının həcmi onun passivlərinin 4%-nə qədərini təşkil edir

Aktiv əməliyyatlar dedikdə mərkəzi bankın öz resurslarını yerləşdirməsi başa düşülür.Mərkəzi bankın əsas aktiv əməliyyatları aşağıdakılardır:



  • Uçot-ssuda əməliyyatları;

  • Dövlət qiymətli kağızlarına yatırımlar;

  • Qızıl və xarici valyuta ilə əməliyyatlar.

Uçot-ssuda əməliyyatlarının iki növü vardır:

  • Uçot əməliyyatları;

  • Dövlətə və banklara qısamüddətli borcların verilməsi;

Uçot əməliyyatları. Bu mərkəzi bankın kommersiya banklarından və dövlətdən vekselləri alması deməkdir. Kommersiya bankları öz müştərilərindən vekselləri alır və bu vekselləri də mərkəzi bank kommersiya banklarından alır. Buna görə də bu əməliyyatlar veksellərin yenidən uçotu adlanır. Xəzinədarlıq veksellərinin uçotu isə əksər ölkələrdə dövlətin mərkəzi bank tərəfindən əsas qısamüddətli kreditləşməsi aləti kimi xidmət göstərir.

Qısamüddətli borclar. Bu borclar kommersiya banklarına sadə və ya ötürücü veksellərin, qiymətli kağızların və digər aktivlərin təminatı əsasında verilir.

Mərkəzi bank dövlət qiymətli kağızlarına yatırımları müxtəlif məqsədlərlə edə bilər. Əvvəla, Mərkəzi bank tərəfindən dövlət istiqrazlarının alınması, əksər inkişaf etmiş ölkələrdə dövlətin büdcə kəsirinin maliyyələşdirilməsinin birbaşa kreditləşməsinin qanunla məhdudiyyətli olduğu hallarda, büdcə kəsirinin bağlanması üçün başlıca və hətta yeganə kreditləşməsi formasıdır. İkincisi, mərkəzi bankın dövlət istiqrazlarını almasının əsas məqsədi bank sisteminin likvidliyinin tənzimlənməsi və pul-kredit siyasətini həyata keçirdiyi zaman dövlət borcunun idarə olunmasıdır.

Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini ölkədəki iqtisadi durumu və maliyyə bazarlarının vəziyyətini nəzərə alaraq müəyyənləşdirir. Mərkəzi Bank açıq bazar, yenidənmaliyyələşmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini həm təsbit etmək yolu ilə, həm də müvafiq hərraclarda tələb və təklif əsasında müəyyənləşdirə bilər.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Mərkəzi Bankın funksiyalarına aşağıdakılar aiddir:


  • Pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasəti yeridir;

  • nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

  • manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

  • qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

  • qiymətli kağızlar bazarında, habelə xarici valyutanın alqı-satqısı sahəsində əməliyyatlar aparır

  • sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

  • bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

  • bank sistemini inkişaf etdirmək və möhkəmlətmək üçün zəruri tədbirlər görür

  • ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyasısiyaları həyata keçirir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Mərkəzi Bankın səlahiyyətlərinə aşağıdakılar daxildir:

  • Qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin, bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi;

  • İnflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcminin və strukturunun tənzimlənməsi;

  • Daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatların minimum səviyyəsinin təmin olunması tədbirləri;

  • Ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin müəyyənləşdirilməsi

  • Həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təKommersiya bankinləşdirilməsi tədbirləri;

Mərkəzi Banka geniş səlahiyyətlərin verilməsinə baxmayaraq müəyyən sahələrin fəaliyyətində qadağalara malikdir . Məsələn, qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq; istehsal, ticarət, sığorta və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq.

Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir. Mərkəzi bankın Azərbaycan Respublikası Prezidentini qarşısındakı hesabatlığı aşağıdakılardan ibarətdir:



  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;

  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;

  • bu Qanunun 58-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bankın fəaliyyətinin yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsindən;

  • Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş ilin yekunları üzrə maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.

  • Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.

Mərkəzi Bank qanunvericiliyə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir. Mərkəzi Bank fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərin mərkəzi bankları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya bilər, həmçinin xaricdə yerləşən dövlət və özəl mərkəzi klirinq (prosessinq) idarələri ilə öz adından və ona müvafiq səlahiyyətlər verildiyi halda Azərbaycan dövləti adından klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər. Mərkəzi Bank pul, valyuta və bank nəzarəti sahələrində əməkdaşlıq məqsədi daşıyan beynəlxalq və regional təşkilatların kapitallarında və fəaliyyətlərində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edə bilər.

Mərkəzi Bankın kapitalı onun nizamnamə kapitalından və kapital ehtiyatlarından ibarətdir. Mərkəzi Bankın nizamnamə kapitalı 50 milyard manatdır.Bankın kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır.

Mərkəzi Bankın mənfəəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gəlirlərdən xərclərin çıxılması ilə hesablanır. Mərkəzi Bankın gəlirləri bu Qanuna müvafiq olaraq həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait hesabına formalaşır. Kapital ehtiyatları formalaşdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı   dövlət büdcəsinə köçürülür. Reallaşdırılmış mənfəətin sərbəst qalığı Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra dövlət büdcəsinə köçürülür

Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın aktivləri onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilir. Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Milli Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Milli Bankın öhdəlikləri üçün cavabdeh deyildir.

Mərkəzi Bank Azərbaycan dövlətinin bankıdır. Mərkəzi Bank Azərbaycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər. Mərkəzi Bank bu Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım edir.

Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət büdcəsi kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir. Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə ödənilmək şərti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlirlərinin 3 faizindən çox ola bilməz. Mərkəzi Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı borc qiymətli kağızların alınması dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər yalnız təkrar bazarda bağlanıla bilər və onlara Qanunun 16.2-ci maddəsinin şərtləri şamil olunur. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar   tələb olunduğu halda Qanunun 16.2-ci maddəsinin şərtləri tətbiq edilmir, bu şərtlə ki, dövlət borc qiymətli kağızlarının alğı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun.

Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlət xəzinədarlıq hesablarına xidmət göstərir. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduqda Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər qəbul edə bilər. Milli Bank Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, habelə dövlət və büdcədənkənar dövlət fondlarının bank hesablarına xidmət göstərə bilər.

Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər. Mərkəzi Bank bilavasitə Mərkəzi Bankın funksiya və səlahiyyətlərinə aid edilən məsələlər və bank məsələləri üzrə sorğu əsasında qanunların və digər normativ hüquqi aktların layihələrinə dair rəy verə bilər. Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətin maliyyə agenti funksiyalarını həyata keçirə bilər. Maliyyə agenti olaraq Mərkəzi Bank dövlətin borc qiymətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar aparmaqla dövlət borcuna xidmət göstərə, habelə qanunla müəyyən edilmiş hallarda və qaydada başqa maliyyə əməliyyatlarını apara bilər.

Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün yerli və xarici kredit təşkilatları ilə aşağıdakı əməliyyatları aparmaq hüququna malikdir:


  • çekləri, vekselləri, qiymətli metalları və qiymətli daşları, habelə bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;http://e-qanun.az/cache/framework/5/c_f_5530.html - _edn5

  • xarici valyutanı, habelə xarici valyutada təqdim etdikləri ödəniş sənədlərini və öhdəliklərini almaq və satmaq;

  • qarantiyalar və zəmanətlər vermək;

  • bank hesablan, o cümlədən depozit hesabları açmaq;

  • hesablaşma, kassa, depozit əməliyyatları aparmaq, qiymətli kağızların və başqa sərvətlərin saxlanması və idarə olunması üçün onları qəbul etmək;

  • hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;

  • Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda beynəlxalq təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata keçirmək. 

Mərkəzi Bank bank əməliyyatlarının aparılması üçün haqq tutmaq hüququna malikdir. Mərkəzi Bank öz əməkdaşlarına, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda fondlara bank xidmətləri göstərə bilər. Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi məqsədilə Mərkəzi Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank hesabları aça bilər. Mərkəzi Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına və pul siyasətini tənzimləyən orqanlarına, habelə Mərkəzi Bankın və ya Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq təşkilatlara bank xidmətləri göstərə bilər. Mərkəzi Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc qiymətli kağızlarım almaq hüququna malikdir. Mərkəzi Bank qanunvericiliklə qadağan olunmayan mülki hüquqi əqdləri bağlaya bilər.

Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:



  • Qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq;

  • istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq;

  • Milli Bankın fəaliyyətini, Milli Bank qarşısında olan öhdəliklərin icrasını, habelə Milli Bankın əməkdaşlarının sosial ehtiyaclarını təmin etmək üçün zəruri olan hallar istisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya hüquqlarını almaq, satmaq və ya başqa tərzdə əldə etmək.

Beləliklə, Mərkəzi bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədi ilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını yerinə yetirir. Eyni zamanda Mərkəzi Bank iqtisadiyyatın inkişafının əsasını təşkil edən milli valyutanın sabitliyini təmin edir və onun alıcılıq qabiliyyətini tənzimləyir. Bundan başqa Mərkəzi Bank respulikada pul dövriyyəsini tənzimləyir, dövriyyədəki pulların banklara cəlb edilməsini təşkil edir. Milli Bank, o cümlədən Azərbaycan Respublikası ərazisində nağd pul emissiyasını həyata keçirən yeganə kredit təşkilatıdır.

4.Mərkəzi Bankın lisenziyalaşdırma fəaliyyəti və onun reallaşması mexanizmi

Mərkəzi Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.

Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Milli Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lakin Milli Bank verdiyi bank lisenziyasında və icazədə Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” qanunun 32-ci maddəsinə əsasən banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər. Bank lisenziyasında və ya icazəsində elə fəaliyyət növləri məhdudlaşdırıla bilər ki, onların həyata keçirilməsi üçün ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmasın.

Bank fəaliyyəti ilə məşğul olmaq istəyən bütün qurumlar Mərkəzi Bankın lisenziyasına malik olmalıdır. Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Bank fəaliyyətinin lisenziyalaşdırılması qaydası “Banklar haqqında” qanununa əsasən həyata keçirilir. Azərbaycan Dövlət Respublikasının qanunlarının tələblərinə əsasən kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Sənədlər toplusu hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim edilir. Bank dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün MB-a yazılı surətdə vəsatət verir.

Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Bu zaman Milli Bank lisenziya vermək üçün müraciətə baxarkən bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları Milli Banka onun tələb edə biləcəyi məlumatı verir. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.

“Banklar və bank fəaliyyəti haqqında” Qanununa əsasən bank lisenziyası almaq üçün banklar Mərkəzi Banka aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir.



  • Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

  • Təsis sənədləri (təsis müqaviləsi,nizamnamənin qəbul olunması,nəzarət və idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol və s.)

  • Hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və buna dair auditor rəyi

  • Rəhbərlərin və baş mühasibin peşə yararlılğı və məhkum olunub-olunmadıqları haqqında məlumaq, həmin şəxslər tərəfindən doldurulmuş anket.

Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən edildikdə, onları aradan qaldırılması üçün Milli Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Milli Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Milli Bank sənədlərin “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qanunun tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Milli Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir. Milli Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank da Azərbaycan Respublikasında filiallar aça bilməz. Sənədlər tələblərə uyğun olduqda, Mərkəzi bank yeni kredit təşkilatı üçün müxbir hesabı açır və minimal nizamnamə kapitalının ödənilməsini tələb edir. Bank yalnız lisenziya aldıqdan sonra hüquqi şəxs kimi fəaliyyətə başlayır və bank sisteminə daxil olur. MB tərəfindən yeni kredit təşkilatına bank lisenziyası qeyri-müəyyən müddətə verilir. Lisenziya verilərkən, onun verilməsi haqqında qərarında Mərkəzi Bank kredit təşkilatına əsaslandırılmış şərtlər, məhdudiyyətlər qoya bilər.

Bankların və xarici bankların yerli filialllarının etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə alınmaqla, bankın lisenziyası “Mərkəzi Bank haqqında” 10 dekabr 2004-cü il tarixli qanuna uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənildikdə verilə bilər:



  • Bankın ilkin nizamnamə kapitalı və ya xarici bankın yerli filialının ilkin nizamnamə kapitalına bərabər tutulmuş vəsaiti Mərkəzi Bank tərəfindən ilkin müraciətin təsdiq edildiyi zaman müəyyən edilən miqdardan az deyildir.

  • Mühüm iştirak payının sahibi olan bir və ya bir neşə təsisçinin banka təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar məlum deyildir;

  • Mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin icra orqanlarının rəhbərləri məqbul və lazımlı keyfiyyətlərə malik şəxslər olduqda;

  • Bankın və ya xarici bankın yerli filiallarının biznes planı o cümlədən maliyyə proqnozları adekvatdır;

  • Bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət prosedurları adekvatdır və s.

Bankların və xarici bankların yerli filialının bank lisenziyası yalnız Mərkəzi Bank tərəfindən aşağıdakı bir və ya bir neçə əsas olduqa ləğv edilə bilər :

  • Bankın təsisçilərinin müraciəti əsasında

  • bankın bank qanunvericiliyini və MB-ın normativ aktlarının tələblərini mütəmadi pozduqda

  • Lisenziya alınması üçün təqdim edilən sənədlərdə yanlışlıq olduqda

  • lisenziyanın qüvvəyə mindiyi gündən bir il ərzində ondan istifadə edilmədikdə

  • bank müflis elan edildikdə;

  • Mərkəzi banka yanlış hesabat və məlumat verildiyi müəyyən olunduqda

  • lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə.

  • filialın baş təşkilatından bank əməliyyatları aparılması alındıqda

  • kapitala və xüsusi ehtiyyatlara malik olmadıqda və öhdəlikləri yerinə yetirə bilmədikdə. və s . qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

Lisenziya geri alınarkən, bu Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə rəsmiləşdirilir və bütün səbəblər göstərilməklə kredit təşkilatına yazılı surətdə bildirilir. Bu haqqda Ədliyyə Nazirliyinə 5 gün ərzində məlumat verir və bu barədə rəsmi məlumat dərc etdirir.Bank lisenziyasının geri götürülməsi haqda qərar qüvvəyə mindiyi gündən bütün əməliyyatları dayandırır.


Yüklə 180,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə