JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə22/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

48
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
XƏBƏR HAZIRLAMA ÜSULLARI
Danışıq dili üsulu.  Bu üsul “isti xəbər”lərdən daha çox 
faydalanan TV və radio jurnalistləri  arasında yayılıb. 
“Niyə?” sualına da ehtiyac qalmır, çünki ekran və efir 
jurnalistikası məhz danışıq dilinə meyllidir.
Danışıq dili üsulunun əsas özəllikləri:
• insanların danışdığı dildə yazılır;
• danışığa əsaslandığı üçün daha tez anlaşılır;
• sanki qarşıdakı müsahib(lər)ə ünvanlanır;
• xəbəri informasiya buraxılışının aparıcısı və ya repor-
tyor səsləndirir.
Danışıq dili üsulunun digər özəllikləri:
• reportyor məhz indi nə baş verdiyini və məhz indi 
gördüyünü anladır;
• sadə və qısa cümlələrdən istifadə edilir;
• daha az sayda sözdən istifadə olunur;
• daha çox bilgi verməyə can atılır;
• açıqlamalara və keçmişdə baş verən bənzər olaylar 
barədə məlumata daha az yer verilir və ya heç yer 
verilmir
Bir neçə örnək: 
• İndicə aldığımız xəbərə görə, Şəkidə (Harada?) 100 
ədəd saxta 50 manatlıq banknot (Nə?) ələ keçirilib. Olayla 
bağlı 2 nəfər yaxalanıb. Daha bir nəfərin də axtarıldığı 
bildirilir.
• Daha bir xəbər. İsmayıllı rayonunun Qoşakənd 
civarındakı meşəlikdə (Harada?) yanğın (Nə?) başlayıb. 
Şiddətli külək yanğını bütün meşəliyə yaysa 10 hektar 
yaşıllıq sıradan çıxa bilər. Fövqəladə Hallar Nazirliyindən 
verilən bilgilərə görə, yanğınsöndürənlərin ilk dəstəsi indi 
Qoşakəndə çatmaq üzrədir.
 İçərisində 250 sərnişin olan və İtaliya Hava Yollarına 
aid təyyarə (Nə?) Romadan Honkonqa uçarkən (Nə za-
man?) “bomba var!” xəbərdarlığı üzündən (Niyə?) İstanbul 
Atatürk Hava Limanına (Haraya?) məcburən (Necə?) endi-
rilib. MD-11 tipli təyyarə (Nə?) Türkiyə hava sahəsində 
– Siirt üzərində olarkən Roma polisinə çatdırılan 
bomba xəbərdarlığı ucbatından (Niyə?) uçuş yönünü 
dəyişərək İstanbula (Haraya?) üz tutmağa məcbur qalıb. 
Təyyarədəki sərnişinlər boşaldılandan sonra aparılan 
axtarışlarda hər hansı partlayıcı maddə tapılmayıb.
NƏDƏN XƏBƏR HAZIRLAMAQ OLAR? 
Reportyor hər hansı olay, fikir və ya müsahibə ilə 
qarşılaşanda, istər-istəməz, öz-özündən soruşur: 
görəsən, bundan xəbər hazırlamaq olar  (hələlik, olayın 
görüntü və səs sırasını hesaba qatmayaq)? Həmin sua-
la cavab axtarışı reportyoru yeni sullarla üzləşdirəcək.
“Nədən xəbər hazırlamaq olar?” sualının doğurduğu 
suallar:
• bu məlumat xəbər dəyərlərinə nə dərəcədə 
uyğundur?
• nə qədər insana və nə dərəcədə maraqlıdır?   
• insanların şəxsi işləri, iş yerləri, müdirləri və 
cəmiyyətlə əlaqələri baxımından  maraqlıdırmı?
• bu barədə xəbərin önəmli nəticə doğurma ehtimalı 
nə qədərdir? 
Medianın olay seçiminə birbaşa təsir göstərən şərtlərlə 
tanış olaq.


49
MEDİANIN OLAY SEÇİMİNƏ TƏSİR GÖSTƏRƏN AMİLLƏR:
REPORTYOR İŞİNİN 10 QAYDASI
IV BÖLÜM
• zamanlama – söhbət olayın vaxtında sezilməsindən, 
yəni konkret KİV-in maraq dairəsində olduğu za-
man baş verməsindən gedir. Tutalım, 1-2 saat və ya 
daha az zaman içərisində gerçəkləşən olay TV və 
radio xəbərlərinə, eləcə də gündəlik qəzetlərə daha 
uyğundur;
• böyük maraq  – olay doğrudan da çox dəyərlidirsə və 
daha çox adamın diqqətini çəkəcəksə, demək, xəbər 
ola bilər;
• açıqlıq/danılmazlıq – olayın xəbər olmağa uyğunluğu 
şübhə doğurmur;
• mədəni uyğunluq – cəmiyyətin mədəni səviyyəsinə 
və ya hədəf auditoriyasının maraq dairəsinə daha yaxın 
olan olaylar daha çox izlənir;
ABŞ araşdırıcıları Johan Galtunga və C. Vincent Rich-
arda görə, hədəf auditoriyasının, yaxud konkret media 
kanalından yararlananların sosial-mədəni dəyərləri də 
xəbərin seçilməsinə təsir göstərən amillər sırasına daxil 
edilməlidir (6; səh.67). 
Qiymətləndirmələr zamanı, bir qayda olaraq, beş 
ciddi meyar əsas götürülür. Bu meyarların ən azı biri 
ödənilərsə, həmin xəbər buraxılışa daxil edilə bilər 
(hərçənd, xəbər prodüserlərinin fərqli xasiyyət və 
davranışlarını da unutmağa dəyməz).
Xəbərləri efirə verib-verməməyin 5 meyarı:
1. Xəbər seyrçi üçün əməli fayda daşımalı və o 
bu xəbərdən aldığı bilgilər hesabına öz sonrakı 
davranışlarını dəqiqləşdirmək imkanı qazanmalıdır. 
Tutalım, havaya görə necə geyinməkdən tutmuş, 
manatın xarici valyutalara nisbətdə məzənnəsinə, yol 
tıxaclarından ünlü ifaçıların konsert təqvimlərinəcən 
ən müxtəlif xəbərlər;
2. Xəbər bu xəbəri yayanın hörmətini artırmalıdır. 
Misal üçün, həmin məlumatı eşidən adam “bax, bunu 
tanışlarıma danışaram!” və ya “bunu bilməyim nə yaxşı 
oldu!” – deyə düşünməlidir;
3. Xəbər seyrçidə yanımcıllıq, dərdə şəriklik 
hissi oyatmalıdır, yəni bu xəbərə baxanları xey-
irxah əməllərə, başı dərdə düşənlərə əl tutmağa 
səsləməlidir;
• uyğunluq – haqqında bəhs ediləcək olay gözləntilərə 
nə qədər uyğun gələrsə, o qədər asan xəbər ola bilər;
• bir anda baş verən olaylar – sakit axarlı olaylar 
arasında ən gözlənilməz və adi təsəvvürə uyğun 
gəlməyən olaylar xəbər olmağa ən çox uyğun gəlir;
• davamlılıq – xəbər olmağa layiq bilinən olayla 
bağlı bəzi gəlişmələr və ya başqa olaylar da diqqətə 
yetirilərsə, sözügedən olaydan xəbər hazırlana bilər;
• kompozisiya – haqqında xəbər hazırlanacaq olaylar 
buraxılışda (və ya qəzetdə) balansın qorunmasına, əks 
və fərqli baxışların diqqətə yetirilməsinə yardımçı ola 
bilər (bax: 6).
4. Xəbər olaya qatılmaq həvəsi doğurmalıdır. Tutalım, 
bu xəbəri bilən adam: “Görəsən, o durumda mən 
özümü necə aparardım?”- sualına cavab axtarmalıdır;
5. Xəbər estetik dəyər daşımalıdır, yəni bu xəbərə 
baxan gözəlliyə, incəliyə meyllənməli, yaşayıb-
yaratmaq həzzinə qapılmalıdır (7).
Sözügedən meyarlar həm xəbərləri planlayarkən
həm də onların düzümü zamanı çox faydalı ola bilər. 
Özəlliklə operativ buraxılışları hazırlarkən həmin mey-
arlara önəm verməklə diri və canlı, həm də gərəkli bir 
proqram ortaya çıxarmaq olar.
Deyək ki, hökumət nümayəndəsinin fikrincə, mühüm 
bir müşavirədən reportaj hazırlamalısınız. Buraxılışın 
prodüseri də, tapşırığı yerinə yetirəcək reportyor da 
“filan qərarın qəbulu insanların həyatına necə təsir 
göstərəcək? Bu qərar kimləri sevindirə, kimlərə prob-
lem yarada bilər?” qəbilindən sualları da düşünməli, 
sanki seyrçinin suallarını cavablamağa çalışmalıdırlar. 
Sözügedən halda müşavirənin pərdəarxası 
məqamlarına diqqət yetirmək, bu barədə haradan və 
kimdən etibarlı məlumat toplana biləcəyini götür-qoy 
etmək vacib şərtdir. Müşavirədə yalnız bir mövqe 
ortaya qoyulduğu hallarda həmin şərt çox ciddi tələb 
kimi qarşılanmalıdır. Əks halda, həmin müşavirənin 
qərarlarının yanlış, ya doğru olması, bu qərarların 
sadə insanların yaşamını nə dərəcədə dəyişdirib-
dəyişdirməyəcəyi necə bəlli olacaq. Və ən başlıcası, 
TELEXƏBƏRİN HAZIRLANMASI
MEDİANIN OLAY SEÇİMİNƏ TƏSİR GÖSTƏRƏN AMİLLƏR / REPORTYOR İŞİNİN 10 QAYDASI


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə