Fakultənin adı:Ümumi iqtisadiyyat Qrupun adı: 22a tələbənin adı:İsmayılov Asif



Yüklə 32 Kb.
tarix17.09.2018
ölçüsü32 Kb.
#68802

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultənin adı:Ümumi iqtisadiyyat
Qrupun adı: 22A
Tələbənin adı:İsmayılov Asif

Sərbəst iş
Vergiyə cəlb olunma əməliyyatlarının uçotu
Vergi qanunvericiliyinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini müvafiq Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi ödəyicisi tərəfindən hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir. Qeyd edək ki, Vergi Məcəlləsinin 65.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. Eyni zamanda, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya vergilər üzrə borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və onun hesablarına vəsait daxil olduqca icra edilir.
Qeyd edək ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən verilmiş sərəncam bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar və faizlər vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.
Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir
Vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə vergi qanunvericiliyi ilə banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 75-ci maddəsinə müvafiq olaraq banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları borcludurlar:
- yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə hesablaşma hesabları, yaxud digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa;
- hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin öz hesablaşma, valyuta və ya digər hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməyə;
- hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin hesablaşma və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə (banka və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə).
Vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmaması, mühasibat və hesabat sənədlərinin məhv olunması (itirilməsi) halları aşkar edildikdə, habelə vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə, onlara ərazi və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, vergi ödəyicisinin vergi öhdəliklərini müəyyənləşdirmək məqsədi ilə vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər.
Yüklə 32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə