Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   26

 
84 
MÜASĠR DƏRS NÜMUNƏLƏRĠ 
Mövzu: «Cəmiyyətin siyasi təĢkili» 
 
DƏRSĠN MƏQSƏDĠ: 
Biliklər:  
--«Siyasət», «Cəmiyyətin siyasi təşkili» anlayışları; 
--cəmiyyətin siyasi təşkilinin strukturu və onun əsas elementləri
--dövlətin əhəmiyyəti; 
--cəmiyyətin siyasi təşkilində dövlətin xüsusi rolu. 
Bacarıqlar: 
--Mövzuya  daxil  olan  anlayışları  izah  etmək  və  onları  düzgün 
işlətmək; 
--Cəmiyyətin  siyasi  təşkilinin  strukturunu  təhlil  etmək  və  onun 
əsas elementlərini fərqləndirmək; 
--Cəmiyyətin siyasi təşkilində dövlətin xüsusi rol oynadığını sübut 
etmək;  
Dəyərlər: 
--siyasətə fəal vətəndaş münasibəti
--ictimai və dövlət institutlarına hörmət. 
Əsas  anlayıĢlar:  siyasət,  cəmiyyətin  siyasi  təşkili,  cəmiyyətin 
siyasi  təşkilinin  strukturu.  Cəmiyyətin  siyasi  təşkilinin  elementləri, 
dövlətin əlamətləri, dövlət. 
Mənbələr və materiallar
--siyasətin tərifini əks etdirən plakat 
--cəmiyyətin siyasi təşkilinin tərifini əks etdirən plakat 
--cəmiyyətin  siyasi  təşkilinin  strukturlarının  elementləri  yazılmış 
kartoçkalar. 
--dövlətin  əlamətlərini  əks  etdirən  plakat  (ya  da  paylama 
materialı) 


 
85 
--vatman kağızı vərəqələri, marketlər, skotç. 
Dərsin planı: 
1.Siyasət nədir?   
2.Cəmiyyətin  siyasi  təşkilinin  strukturu,  onu  təşkil  edən 
elementlər. 
3.Cəmiyyətin siyasi təşkilində dövlətin xüsusi rolu. 
4.Dövlətin əsas əlamətləri.  
Dərsin gediĢi: 
1-ci mərhələ: Əqli hücum. 
Bu  mərhələnin  məqsədi  «siyasət»  anlayışının  mahiyyətini 
açıqlamaq,  şagirdlərin  bu  sahədə  malik  olduqları  bilikləri 
ümumiləşdirməyə və genişləndirməyə kömək etmək.  
Dərsin əvvəlində müəllim şagirdlərdən xahiş edir ki, Azərbaycan 
Respublikasında  son  həftə  (gün  və  s)  ərzində  baş  verən  əsas  siyasi 
hadisələri söyləsinlər. 
Sonra şagirdlərə «Siyasət nədir?» sualı verilir. Cavablardakı əsas 
ideyalar  müəllim  və  ya  şagirdlərin  biri  tərəfindən  vatman  kağızında 
yazılır. 
Şagirdlərin  cavabları  səsləndikdən  sonra  müəllim  «siyasət» 
anlayışının tərifi yazılmış vatman kağızını lövhədən asır: 
Siyasət-dövlət hakimiyyəti orqanlarının ölkənin iqtisadi strukturu 
və  ictimai  quruluşunu  əks  etdirən  fəaliyyəti,  eyni  zamanda,  ictimai 
qrupların, partiya və digər ictimai təşkilatların öz maraq və məqsədlərini 
əks etdirən fəaliyyətdir.  
Müəllim  siyasətin  başqa  təriflərindən  də  istifadə  edə  bilər.  Tərif 
şagirdlərin  cavabları  ilə  müqayisə  edilir  və  ümumi  cəhətlər  markerlə 
qeyd olunur.  
2-ci mərhələ. Kiçik qruplarda iĢ. 


 
86 
Növbəti    mərhələnin  məqsədi  –  şagirdləri  «cəmiyyətin  siyasi 
təşkili» anlayışı və onun struktur elementləri ilə tanış etmək. 
Müəllim  şagirdlərin  diqqətinə  çatdırır  ki,  cəmiyyətin  siyasi 
həyatında  müxtəlif  dövlət  orqanları  və  ictimai  təşkilatlar  iştirak  edirlər 
xahiş edir ki, bunlardan bəzilərini söyləsinlər. 
 Şagirdlər öz fikirlərini söylədikdən sonra müəllim onları qruplara 
bölür. 
Qruplara cəmiyyətdəki müxtəlif idarə və təşkilatların adı yazılmış 
kartoçkalar  paylanır  və  aşağıdakı  tapşırıq  verilir:  «Cəmiyyətin  siyasi 
həyatına  bu  təşkilatların  təsiri  eyni  səviyyədə  deyil.  Onları  cəmiyyətin 
siyasi  həyatına  təsir  dərəcəsinə  görə  sistemləşdirin.  Qərarınızı 
əsaslandırın.»     
Tapşırığın  yerinə  yetirilməsinə  7  dəqiqə  vaxt  verilir.  Təqdimat 
zamanı qruplar öz variantlarını təqdim edirlər. 
Sistemləşdirilmiş siyahının variantlarından biri: (müəllim üçün) 

 
Dövlət 

 
Siyasi partiyalar 

 
İctimai-siyasi hərəkatlar 

 
Həmkarlar ittifaqları 

 
Gənclər təşkilatları 

 
Qadın təşkilatları 

 
Yaradıcılıq təşkilatları (yazıçılar, bəstəkarlar, rəssamlar və s.) 

 
Dini təşkilatlar 

 
Filotelistlər, kitabsevərlər və s. birliklər 

 
İstehsal kooperativləri 

 
Səhmdar cəmiyyətləri 

 
Şəxsi müəssisə və təşkilatlar 
 
3-cü mərhələ. Müzakirə. 


 
87 
Qruplar  işlərini  təqdim  etdikdən  sonra  onların  işinin  müqayisəsi 
və yekunlaşdırılması istiqamətində kiçik müzakirə aparılır.      
Müzakirə aşağıdakı suallar ətrafında aparıla bilər: 
--Sadalanmış  təşkilatlar  cəmiyyətin  siyasi  həyatına  necə  təsir 
edirlər? 
--Onların təsir səviyyəsi hansı amillərdən asılıdır? 
--Onlar hansı məqsədlərlə yaradılır? 
--Göstərilən təşkilatlardan hansılar siyasi məqsədlə yaradılır? 
 
MÜƏLLĠM ÜÇÜN MƏLUMAT: 
Partiya  (latınca  partio-«bölürəm»  sözündən-dir)  –  birgə  siyasi 
fəaliyyət  göstərən  vətəndaşları  birləşdirən  təşkilatdır.  Cəmiyyətin 
tərəqqisi  yoluna  baxışları  eyni  olan  şəxslər,  bir  partiya  sıralarına 
keçərək,  cəmləşirlər.  Onlar  ümumi  siyasi  mövqe  ətrafında  öz 
həmfikirləri  ilə  birləşərək  partiya  yaradırlar.  Bu  prosesin  mahiyyəti 
insanların  hakimiyyətə  gəlməsi  üçün  birləşməsi  və  hakimiyyət  vasitəsi 
ilə  öz  ümumi  maraqlarını  təmin  etməsindən  ibarətdir.  demokratik 
dövlətlərdə  hakimiyyətə  gəlmək  üçün  zor  tətbiq  edən  partiyaların  ləğv 
edilməsi  təcrübəsi  vardır.  Müasir  cəmiyyətin  siyasi  həyatında  doğru 
dövlət təşkilatları arasında partiyalar daha böyük rol oynayır.  
İctimai-siyasi  hərəkatlar  partiyalardan  fərdi  olaraq  daha  bir 
məqsədlərlə, məsələn, sülhün, ətraf mühitin qorunması və s. məqsədlərlə 
yaradılır.  Onlar  öz  qarşılarına  hakimiyyətə  gəlmək  məqsədi  qoyur, 
yalnız hökumət qarşısında müəyyən tələblər irəli sürürlər. İctimai-siyasi 
hərəkatın tərkibinə, həm ayrıca vətəndaşlar, həm də təşkilatlar daxil ola 
bilərlər. 
Həmkarar ittifaqları – insanların peşə əlamətlərinə görə yaradılmış 
birliklərdir.  Onlar  əmək  adamlarının  maraqları  naminə  iş  adamları, 
dövlət orqanları ilə əmək şəraiti, əmək haqqı, əməyin mühafizəsi və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə