5
Mündəricat
Giriş .............................................................................................................................................................. 3
İxtisarların siyahısı ....................................................................................................................................... 4
Qısa icmal .................................................................................................................................................... 6
1.
Cari vəziyyət ............................................................................................................................................. 7
2.
İsveçrə və Cənubi Qafqaz Regionu arasında Əməkdaşlıq üçün səbəblər ................................................... 9
3.
Keçmiş nailiyyətlər və təcrübələr ............................................................................................................ 10
3.1.
İqtisadi inkişaf və məşğulluq .................................................................................................................. 10
3.2.
İdarəetmə və İctimai Xidmətlər ............................................................................................................. 12
3.3.
İnsanların təhlükəsizliyi və mühafizəsi ................................................................................................... 14
4.
Gələcək Proqramın Nəticələri .................................................................................................................. 15
5.
2017-2020-ci illər üzrə Strateji Oriyentasiyalar və Prioritet Məsələlər ..................................................... 17
5.1.
Ümumi məqsəd ...................................................................................................................................... 17
5.2.
"İnklüziv və davamlı iqtisadi inkişaf" sahəsi........................................................................................... 18
5.3.
"Effektiv demokratik müəssisələr, insanların təhlükəsizliyi və mühafizəsi" sahəsi ................................ 20
5.4.
İncəsənət və Mədəniyyət ....................................................................................................................... 22
6.
Proqramın İcrası və İdarəedilməsi ........................................................................................................... 23
7.
Rəhbərlik və Monitorinq ......................................................................................................................... 24
Əlavələr ..................................................................................................................................................... 25
6
Qısa icmal
Sovet İttifaqının tənəzzülündən iyirmi beş il
sonra Ermənistan, Azərbaycan və Gürcüstan
hələ də iqtisadi və sosial imkanlarını
reallaşdırmağa mane olan ciddi problemlərlə
üzləşirlər: Gürcüstanda Abxaziya və Tsxinvali
Regionu/ Cənubi Osetiya, Ermənistan və
Azərbaycan arasında isə Dağlıq Qarabağ ilə
bağlı həll edilməmiş münaqişələrin mövcudluğu,
o cümlədən iqtisadi imkanların kifayət qədər
olmaması və idarəçiliklə əlaqəli çatışmazlıqlar
regionun firavanlığı, stabilliyi və təhlükəsizliyini
təhlükə altına salmağa davam edir.
İllər ərzində bu ölkələrdə təşviqedici islahatlar
həyata keçirilmiş və hər üç ölkədə iqtisadi
vəziyyət yaxşılaşmışdır. Lakin sosial, iqtisadi və
regional fərqlər yüksək olaraq qalır və plüralist
demokratik sistemlərə keçid qeyri-bərabər
səviyyədə həyata keçir. Milli və yerli kontekstdə
müxtəlif səviyyələrin olmasına baxmayaraq
ümumilikdə region idarəçilik problemləri, o
cümlədən kifayət qədər şəffaflığın olmaması və
qanunun aliliyinin zəif olmasına görə təsirə
məruz qalır. Gələcək ilə bağlı pessimizmin
artması və siyasi rəhbərlik və təşkilatlara qarşı
etimadsızlıq narahatlıq doğurur. Bu səbəbdən,
İsveçrənin regionun insan kapitalı və sosial-
iqtisadi
potensialını
artırmaq
məqsədilə
göstərdiyi davamlı dəstək mühüm əhəmiyyət
kəsb edir.
İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz
üçün yeni Əməkdaşlıq Strategiyası 2017-2020-
ci illər üzrə Beynəlxalq Əməkdaşlıq üzrə çıxış
sənədində
müəyyən
olunan
prinsiplərə
əsaslanır və hər ölkənin müvafiq milli siyasətləri
və
inkişaf
prioritetlərinə
uyğun
olaraq
hazırlanmışdır.
Sözügedən
strategiya
İsveçrənin
regiondakı
uzunmüddətli
təcrübəsinə əsaslanaraq İsveçrənin Cənubi
Qafqazda növbəti dörd il üçün nəzərdə tutduğu
əməkdaşlıq üçün çərçivə müəyyən edir.
İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi
(İİƏA), İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi
(SECO),
Xarici
İşlər
üzrə
Federal
Departamentin İnsan Təhlükəsizliyi Bölməsi
tərəfindən birgə hazırlanan yeni strategiya
müdaxilə tədbirlərinin optimallaşdırılmasına
xüsusi diqqət yetirir və ümumilikdə Cənubi
Qafqaz regionunun mənafeyi üçün regional
yanaşmanı qətiyyətli şəkildə təşviq edir.
Strategiya müdaxilə tədbirlərinin aşağıdakı iki
sahəsini əhatə edir:
İnklüziv və davamlı iqtisadi inkişaf
İsveçrə
öz
təcrübəsinə
əsaslanaraq
transsərhəd iqtisadi təşəbbüslərə yardım etmək
məqsədilə
kənd-təsərrüfatı
üzrə
dəyər
zəncirinin təkmilləşdirilməsi, KOM-lara dəstək
göstərilməsi,
çərçivə
şərtlərinin
yaxşılaşdırılması və imkanların araşdırılması
məsələlərinə xüsusi diqqət ayıraraq geniş
iqtisadi inkişafa dəstək göstərməyə davam
edəcək. Bundan əlavə, İsveçrə biznes mühitini
yaxşılaşdırmağa imkan verən islahatların
həyata keçirilməsinə dəstək göstərəcək,
maliyyə mənbələrinə çıxış imkanını artıracaq və
kənd yerlərinin iqtisadi inkişafına köməklik
edəcək.
Effektiv demokratik müəssisələr, insanların
təhlükəsizliyi və mühafizəsi
İsveçrə hökumət orqanlarının səmərəliliyi və
effektivliyinin artırılması, o cümlədən həm yerli
hökumət orqanları, həm də dövlət maliyyəsinin
idarə
edilməsini
gücləndirmək
siyasətini
yürüdəcək. İsveçrə həmçinin etibarlı və
təhlükəsiz mühitə dəstək göstərmək məqsədilə
kənd yerləri və dağlıq ərazilərdə dayanıqlı
inkişafa xüsusi diqqət ayırmaqla ekoloji risklərin
kompleks idarə edilməsi işində iştirakını davam
etdirəcək. İsveçrə həmçinin münaqişə zonaları
boyunca
dialoq
və
qarşılıqlı
əlaqənin
yaradılmasını təşviq etməklə münaqişələrin
transformasiya proseslərində fəal şəkildə iştirak
edəcək. Bu fəaliyyətlər birlikdə hökumətin
vətəndaşların ehtiyaclarına cavab tədbirlərini
təkmilləşdirəcək və hökumətlərin cavabdehliyini
gücləndirəcək. İsveçrə vətəndaşlar və müvafiq
hökumətləri arasında daha böyük etimadın
qazanılmasına çalışaraq yekun olaraq Cənubi
Qafqazı daha az həssas və ümumilikdə daha
təhlükəsiz regiona çevirməyə cəhd göstərir.
Ümumi problemlər ilə əlaqədar regional
əməkdaşlığı təşviq etmək məqsədilə İsveçrə
həm ümumilikdə regionun inkişafını təmin edən,
həm də konkret sahələr üzrə üç ölkə arasında
əlaqələrin yaradılması və ya gücləndirilməsinə
imkan verən təşəbbüslər həyata keçirilməsinə
səy göstərəcək. Bu yanaşmadan irəli gələrək
Gürcüstan regional əməkdaşlığı gücləndirmək
üçün əlaqə məntəqəsi kimi mühüm rol
oynayacaq. Siyasi məhdudiyyətləri nəzərə
alaraq, strategiya ilk öncə və ən önəmlisi yerli
iqtisadi əməkdaşlıq və iqlim dəyişikliyinə
adaptasiya kimi yalnız məqsədyönlü siyasi
həssaslığa malik qarşılıqlı maraqlara səbəb
olan
sahələrə
diqqət
yönləndirəcək.
Azərbaycanda başlıca olaraq SECO fəallıq
göstərəcək. Mümkün olan zamanlarda İƏİA
Azərbaycanı kənd yerlərində iqtisadi inkişaf,
transsərhəd iqtisadi təşəbbüslər və təbii
fəlakətlər ilə bağlı risklərin idarə edilməsinə dair
regional layihələrə cəlb edəcək.
Gender bərabərliyi, yaxşı idarəçilik və
münaqişələrə
həssaslıq
kimi
prinsiplər
kompleks mövzular kimi İsveçrə tərəfindən
dəstəklənən bütün fəaliyyətlərə daxil edilmişdir.
2017–2020-ci illər üçün ayrılan ümumi maliyyə
vəsaiti təxminən 67 milyon İsveçrə Frankı
(CHF) təşkil edəcək.