7
1.
Cari vəziyyət
Qara dəniz və Xəzər dənizləri, o cümlədən
Rusiya Federasiyası, Türkiyə, İran və Avropa
arasında yerləşən Cənubi Qafqaz hər zaman
ciddi geosiyasi strateji maraqlara səbəb olan və
iqtisadi dəyərə malik region olmuşdur. Ölkələr
müxtəlif mədəniyyətlər və iqlimlərin təsirinə
məruz qalır və müxtəlif xarici siyasi
oriyentasiyalara xidmət etmişlər, bununla belə
oxşar problemlər ilə qarşılaşırlar. Hər üç ölkə
Sovet İttifaqının tənəzzülündən sonra oxşar
mübarizə siyasətini bölüşür və bu siyasət bazar
iqtisadiyyatı və demokratiyaya çətin keçid,
iqtisadi və sosial inkişaf üzrə ciddi və xroniki
çatışmazlıqlar, eləcə də ərazi mübahisələri və
azlıq təşkil edən əhali qruplarının inklüziyası ilə
əlaqəli məsələlər ilə xarakterizə olunur. Hər üç
ölkə həmçinin müstəqillik əldə etdikdən 25 il
sonra Rusiya Federasiyası ilə əlaqə və
münasibətləri dəyişmək ehtiyacı ilə üzləşir.
1991-ci ildən etibarən hər üç ölkə müxtəlif xarici
siyasət yürüdüblər ki, bu da onların daxili
siyasətlərinə təsir edib. Gürcüstan 2003-cü
ildən etibarən davamlı olaraq qərbyönümlü açıq
siyasət yürütmüşdür və bu özünü 2014-cü ildə
Aİ-nin Assosiasiya Sazişinin imzalanması, o
cümlədən Avropa Azad Ticarət Assosiasiyası
(AATA) və Çin ilə 2016-cı ildə azad ticarət
haqqında
sazişlərin
imzalanması
ilə
göstərmişdir. Aİ ilə ilk yaxınlaşmadan sonra
Ermənistan
Rusiya
ilə
münasibətləri
möhkəmləndirməyə üstünlük vermişdir və
2015-ci ilin əvvəllərində Avrasiya İqtisadi
Birliyinə (AİB) üzv olmuşdur. Ölkə Aİ ilə
əməkdaşlıq etmək imkanlarını axtarsa da,
ölkənin
Rusiyadan
asılılığı
son
illərdə
əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan isə
əksinə Avropanı neft və qaz ilə təmin edərək,
Türkiyə ilə əlaqələri daha da gücləndirərək və
Rusiya ilə sıx münasibətləri saxlayaraq bitərəf
mövqeyini saxlamışdır.
Cənubi Qafqaz hər zaman hakimiyyət uğrunda
mübarizə aparan qüvvələrin maraq obyektində
olmuşdur və həmin qüvvələr regionun
sədaqətinə təsir etməyə çalışmışdır. Hal-
hazırda hər üç ölkə suverenliyini qorumaqla
bağlı çətinliklərlə üzləşir, çünki əsas qüvvələr öz
məhdud
maraq
siyasətini
yürüdür
və
məqsədyönlü beynəlxalq əməkdaşlığa nail
olmaq daha da çətinləşir. Növbəti dörd ildə
Cənubi Qafqazın inkişafını formalaşdıracaq
faktorlara daxildir: Ukraynada hökm sürən
münaqişə; Rusiyanın Suriyaya müdaxiləsi və
Türkiyə
ilə
proqnozlaşdırıla
bilməyən
münasibətləri; İranın regional hegemon kimi
mövqeyinin yenidən təyin edilməsi; Regional
aktor olaraq ABŞ-ın müvafiq yekun qənaəti; və
Rusiya və Qərb arasında mövcud olan gərginlik.
Bu təsirlər başlıca olaraq Sovet İttifaqının
tənəzzülü nəticəsində yaranan həll edilməmiş
ərazi mübahisələri ilə əlaqəlidir. Məsələn,
Rusiya müxtəlif münaqişələrin stabilləşdirilməsi
və problemlərin həll edilməsi prosesləri üzrə
əsas aktyor olaraq qalır. 2008-ci ildə baş verən
Rusiya-Gürcüstan müharibəsindən bəri Rusiya
Abxaziya və Tsxinvali Regionu/ Cənubi Osetiya
üzərindəki
təsirini
davamlı
şəkildə
gücləndirmişdir. Lakin Gürcüstanın təcrid
siyasəti və iştirakla bağlı maraq əlamətlərini
azaltmaq məqsədilə Abxaziyada həyata
keçirilən son təşəbbüslər iqtisadi və sosial
sahələrdə bir qədər praqmatik yaxınlaşmaların
baş verməsinə səbəb ola bilər. Digər tərəfdən,
Ermənistan və Azərbaycan arasında Dağlıq
Qarabağ ilə bağlı gərginlik isə əksinə son illərdə
kəskinləşmiş və 2016-cı ilin aprel ayında dörd
günlük
müharibə
ilə
nəticələnmişdir.
Müharibənin
tam
miqyaslı
müharibəyə
çevrilməsi
gözlənilməsə
də,
vəziyyəti
gözlənilməz olaraq qalır və status-kvo getdikcə
davamsız hesab olunur. Rusiya müxtəlif tərəflər
arasında vasitəçi qismində mühüm rol oynayır.
Ermənistan
və
Türkiyə
arasındakı
münasibətlərdə heç bir irəliləyiş olmasa da,
İranın münasibətləri açıq elan etməsi növbəti
illərdə yeni iqtisadi və siyasi imkanlar yarada
bilər.
Yoxsulluq hər üç ölkədə geniş yayılmışdır və
yoxsulluq səviyyəsi hər üç ölkədə əhəmiyyətli
dərəcədə yüksəkdir. Əhalinin təxminən yarısı
kənd yerlərində yaşayır və onlar zəif dolanışıq
imkanları, keyfiyyətli təhsilə məhdud çıxış
imkanı və rəsmi iş yeri imkanlarına məhdud
çıxışın olmasına görə əziyyət çəkir. Belə ki,
onlar keçmiş Sovet İttifaqının tənəzzülündən
sonra özlərinə gəlmək üçün mübarizə
aparmağa davam edir. Hər üç ölkədə qadınlar
dövlət strukturlarında təmsil olunmamaqda
davam edir; maliyyə, təhsil və əmək bazarlarına
çıxış imkanı azdır; və üzərlərində ödənişsiz
qeyri-proporsional ev işi yükü vardır. Gender
bərabərsizliyi də həmçinin güclü sosial və dini
ənənələrdə dərinləşməkdə davam edir.
Xüsusilə, şəhər ərazilərində müsbət iqtisadi və
sosial inkişafı sürətləndirən əsaslı iqtisadi
inkişaf dövründən sonra bir sıra qlobal iqtisadi
hadisələr və cərəyanlar regiona mənfi təsir
etmişdir: Rusiyada durğunluq, neft və qazın
qiymətinin kəskin düşməsi, pul köçürmələri və
ixrac gəlirlərinin aşağı düşməsi, valyutanın
dəyərdən düşməsi və inflyasiyanın yüksəlməsi.
Tənzimləyici islahatların həyata keçirilməsi,
biznes mühitinin yaxşılaşdırılması və mal
ixracının etibarlı şəkildə aparılması bu
hadisələrin
təsirini
azaltmağa
köməklik
göstərmişdir. Bununla belə, işsizliyin yüksək
səviyyədə olması və dövlət və maliyyə
infrastrukturunun müvafiq şəkildə olmaması
dövlət
xidmətlərinin
effektiv
şəkildə
göstərilməsini təhlükə altına salır və iqtisadi
fəaliyyətlərə, xüsusilə kiçik və orta müəssisələr