8
(KOM) kimi güclü sektorun yaradılmasına mane
olur. Hər üç ölkədə təcili olaraq islahatlar həyata
keçirilməsi və ələlxüsus kənd yerlərində
iqtisadiyyatın şaxələndirilməsi üçün daha çox
öhdəlik götürülməlidir. Kənd təsərrüfatı, turizm
və informasiya texnologiyaları kimi sektorlar
böyük inkişaf potensialına malikdir.
Region təbii fəlakətlər və texnogen qəzalara
olduqca həssasdir və bu da xüsusilə dağlıq
ərazilərdə iqtisadi inkişafa mane olur. Bu
həssaslıq davamlı iqlim dəyişikliyi, torpaqların
deqredasiyası və meşələrin qırılması ilə daha
da pisləşir. İqlim dəyişikliyinin təsirləri xüsusilə
ölkə
sərhədlərdə
koordinasiyalı
cavab
tədbirlərinin həyata keçirilməsini tələb edir, lakin
regionda hökm sürən siyasi gərginliklər
ucbatından bu tədbirləri maliyyələşdirmək hələ
mümkün olmamamışdır.
Hakimiyyət uğrunda mübarizələrin təsirlərini və
popülist
qanunverici
orqanların
risklərini
azaltmaq məqsədilə icraçı və məhkəmə
orqanları üçün əlavə gücləndirmə işləri
aparılmalıdır. Yaxşı idarəçiliyi, qanunun aliliyi,
səlahiyyətlərin bölüşdürülməsi və şəffaflığı
daha da təşviq etmək üçün həlledici tədbirlər
görülməlidir. Siyasi rəhbərliklə bağlı ictimai
narazılığın artması və iqtisadi imkanların
məhdud olması çoxsaylı küçə etirazlarına
səbəb olmuşdur. Bununla belə, vətəndaşların
iştirak səviyyəsi aşağı olaraq qalır və siyasi
elitaya
məhdud
dəyişikliklər
edilmişdir.
Gürcüstan və Ermənistanda fəal vətəndaş
cəmiyyəti qrupları mövcud olsa da, onların
hakimiyyət orqanları ilə qarşılıqlı əlaqəsi daha
güclü ola bilərdi. Azərbaycanda vətəndaş
cəmiyyəti hakimiyyət tərəfindən ciddi şəkildə
nəzarət edilir. Bununla belə, Azərbaycanda
hökm sürən bariz iqtisadi böhran institusional və
iqtisadi islahatlar üçün unikal imkanlar yaradır.
Lakin insan hüquqları sahəsində əməkdaşlığın
problemli olaraq qalması gözlənilir.
2017-2020-ci illər ərzində İsveçrə Cənubi
Qafqazda məqsədyönlü müsbət irəliləyişlərə
nail olmağı gözləyir. Bununla belə, qlobal
iqtisadi durğunluq çox güman ki, regiona mənfi
təsir edəcək. Regionun geosiyasi mühiti əsasən
gözlənilməz olaraq qalacaq, lakin hər üç ölkənin
Qərb, Rusiya və digər ölkələrlə müvafiq siyasi
oriyentasiyaları çətin ki, dəyişsin. "Həssas
stabillik" ərazi mübahisələri üçün ən çox ehtimal
olunan ssenaridir, lakin Dağlıq Qarabağ ilə bağlı
hərbi münaqişələrin müvəqqəti alovlanması
istisna edilə bilməz.
Cənubi Qafqaz çox müxtəlif landşafların
özəyidir və Gürcüstanın Acarıstan bölgəsində
yerləşən bu kənd kimi dağlıq və təcrid edilmiş
kənd ilə
Azərbaycanın paytaxtı Bakı şəhəri arasındakı
fərqlər artır.
9
2.
İsveçrə və Cənubi Qafqaz Regionu arasında Əməkdaşlıq üçün
səbəblər
İsveçrənin 1988-ci ildən etibarən regionla
əməkdaşlığa başlaması Cənubi Qafqazın bu üç
ölkəsi
ilə
siyasi
münasibətlərin
gücləndirilməsinə
töhfə
vermişdir.
Uzunmüddətli humanitar, inkişaf və maliyyə
sahəsində göstərdiyi əməkdaşlıq və sülh
quruculuğu təşəbbüslərinə görə İsveçrə hər üç
ölkə tərəfindən qərəzsiz və etibarlı tərəfdaş
hesab olunur. İƏİA kənd yerlərinin inkişafına
investisiya yatıran inkişaf məsələləri üzrə ilk
tərəfdaşlardan biri olmuşdur və yerli idarəçiliklə
bağlı islahatlar, fəlakətlə əlaqəli risklərin
azaldılması və münasib mənzillərin təmin
edilməsi sahəsində malik olduğu təcrübəyə
görə böyük rəğbət qazanmışdır. Azərbaycanda
SECO maliyyə və qeyri-neft sektorunun inkişafı
sahəsində təcrübəsi, o cümlədən makroiqtisadi
dəstək, daha şəffaf və cavabdeh dövlət maliyyə
idarəçiliyini təmin etdiyinə görə tanınır. İTB-in
münaqişələrin
transformasiyası
və
sülh
quruculuğunda iştirakı İsveçrənin regionda
sülhlə bağlı vasitəçilik işlərində neytral və
vicdanlı vasitəçi kimi nüfuz qazanması ilə
nəticələnmişdir.
Hər üç ölkə İsveçrə üçün yüksək siyasi və
iqtisadi əhəmiyyət kəsb etmişdir. 2008-ci ildə
Gürcüstan və Rusiya arasında diplomatik
münasibətlərin kəsilməsindən sonra İsveçrə
həm Rusiya, həm də Gürcüstanın müdafiəçi
qüvvəsi kimi çıxış etməklə bağlı razılığa
gəlmişdir: Rusiya Federasiyasının Tbilisidəki
maraqlar payı və Gürcüstanın Moskvadakı
maraqlar payı hal-hazırda İsveçrənin hər iki
ölkədə yerləşən müvafiq səfirliklərinin işinin bir
hissəsini təşkil edir. 2011-ci ildə İsveçrə
Gürcüstan və Rusiya arasında Gömrük
Monitorinqi
haqqında
Razılaşmanın
imzalanmasına
köməklik
göstərmiş
və
Rusiyanın ÜTT-yə daxil edilməsinə yol açmışdır.
Əlavə olaraq, İsveçrə diplomatına Aİ-nin 2008-
ci il münaqişəsinə dair faktların araşdırılması
üzrə müstəqil missiyasına rəhbərlik etmək
həvalə edilmişdir. İsveçrənin həmçinin 2009-cu
ildə Sürix Protokollarının imzalanması ilə
Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş
əldə edilməsində əməyi olmuşdur; bu
protokolların
icrasının
dayandırılmasına
baxmayaraq bu sənədlər iki ölkə arasında
istənilən yanaşma üçün etalon rolunu oynayır.
Ümumilikdə, İsveçrə həm birbaşa, həm də
Avropada
Təhlükəsizlik
və
Əməkdaşlıq
Təşkilatı (ATƏT) vasitəsilə regionda mövcud
olan münaqişələr ilə əlaqədar çoxsaylı
vasitəçilik fəaliyyətlərində iştirak etməyə davam
edir. Cenevrə Beynəlxalq Müzakirələrinə dəstək
göstərmək və münaqişə xətləri boyunca dialoq
layihələrini
həyata
keçirməklə
İsveçrə
münaqişələrin həll edilməsi ilə bağlı səylərə
davamlı olaraq dəstək göstərmişdir.
İsveçrənin Cənubi Qafqazın fəaliyyətlərinə cəlb
olunması 2016-2019-cu illər üzrə Xarici Siyasət
Strategiyaının prioritet məsələləri, xüsusilə də
üçüncü (sülh və təhlükəsizlik) və dördüncü
(davamlı inkişaf və firavanlıq) prioritet
məsələləri ilə uyğunluq təşkil edir. İsveçrə
fəaliyyətlərini Cənubi Qafqazda fəaliyyət
göstərən digər donor təşkiilatlarla koordinasiya
edir və həyata keçirdiyi müdaxilələr hər ölkənin
müvafiq ehtiyaclarına uyğundur. Cənubi
Qafqazın əsas fəal donor təşkilatlarına daxildir:
Aİ, Amerika Birləşmiş Ştatları, Almaniya, İsveç,
Böyük Britaniya, Yaponiya və Avstriya, eləcə də
BMT-nin təşkilatları (BMTİP, UNWOMEN, FAO,
KTİBF, BMT QAK), beynəlxalq maliyyə
təşkilatları (Dünya Bankı Qrupu, BVF, AİB AİB,
AYİB) və BQXK. Azərbaycan Dünya Bankının
(DB) İsveçrə seçki dairəsi, Beynəlxalq Valyuta
Fondu (BVF) və Qlobal Ekologiya Fondunun
(QEF) üzvüdür; Azərbaycan həmçinin enerji
təchizatı baxımından İsveçrə üçün mühüm
tərəfdaşdır.
Fındıq emalçısı İsmayıl başlanğıcda çətinlik
çəksə də, hal-hazırda Azərbaycanın Zaqatala
şəhərinin ən uğurlu iş adamlarından biridir.