İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

25 


oturmuş  Tosu  əvvəlcə  başını  döndərdi,  sonra  yönünü  çevirib  həyətdə  qara  keçədən  tikilmiş 

lorulu palan təki görünən Rəhim kişiyə baxdı. Ona elə gəldi ki, bu palanı nə Nazlı görüb, nə atası 

görüb,  palanı  qılıncına  düşüb  dik  saxlayan  iki  lorunun  arası  ilan  yuvasıdır,  bir  azdan  o  ilanlar 

eyvana sürünəcək. Üzünə soyuq su atılan qızdırmalı xəstə təki əndikdi: – Ata!.. Bu səs Nazlının 

əlindəki ağac qaşığı qazanın ağzındakı mis siniyə endirdi, Mehdiyə qoltuq ağacını götürtdü, onu 

dilləndirdi:  

–  Niyə  bəri  gəlmirsən?  Şeytan  Yusifin  oğlunun  qaraltısı  tərpəndi:  –  Niyə  gəlim?  Bu 

cavab sanki onun səsi deyildi, qeybdən gəlirdi, kimsə öz sözünü qaranlığın ətəyini azca qaldırıb 

demişdi. Necə yumşaq idi bu səs!.. Necə duru, necə təmiz, necə həlim idi bu cavab!..  

–  Gəl  çay  içək.  Şeytan  Yusifin  oğlu  yenə  qımıldandı,  elə  bil  əl-ətəklərindən  yerə 

mıxlanmışdı,  qopmaq  istəyirdi,  amma  qopa  bilmirdi:  –  Sənin  iştahın  yaman  açılıb,  a  Mehdi!.. 

Mehdi  bir  müddət  dillənmədi.  Acı  söz  deməməli  idi.  Axı  ev,  həyət  onundu,  nə  qədər  haqlı  da 

olsa, qonağı özündən incik salmamalıydı. – Əyri atdın, düz dəydi, a Rəhim kişi, mən neynim?  

–  Mən  düz  atdım,  sən  əydin,  a  Mehdi.  Deyəsən,  atılanı  göydə  tutub  geri  qaytarmağı 

əsgərlikdə yaxşı öyrənmisən... Necə əymisən, elə də düzəlt. – Gücüm çatan iş deyil. Özü yıxılan 

gərək ağlamasın axı...  

–  Gördüm  təftiş-məftişlə  məni  dolandıracaqsan,  Lələşi  tələb  elədim  ki,  işimin  içindən 

potpotu çıxarmayasan. Onu da əydin, özünə sarı döndərdin. Mən Rəhim kişiyəm, Mehdi, ağlıma 

gələni danışmaram. – Ağlına gələni danışırsan, Rəhim kişi, öz adını mənə qoyma. Mehdi axsaya-

axsaya  onun  yanına  yeridi,  əlini  yerə  verib  oturdu.  Onun  xış,  kotan  sürülmüş  alnına,  qaya 

qaşlarının altındakı mağara qaranlığına, bu qaranlıqda irilib ağaran gözlərinə baxdı: – Bilirsənmi 

mənim  köməyim  sənə  nə  təhər  olar?  Qayalar  qalxdı,  xış-kotan  şırımları  sıxlaşdı,  arxa-arxaya 

söykəndi: – Nə təhər? – Apardıqlarını gətir yerinə qoy. Rəhim kişi güldü. Nazlı da, Tosu da belə 

gülüş  görməmişdilər.  Bu  gülüşün  dili  vardı,  danışırdı,  dediyini  açıq  deyirdi,  dediklərinin  bircə 

başı  vardı  aldada  bilməzsən,  aşna!  Belə  də  dilim  uzundur  ki,  bisavadam,  hesabdar,  ferma 

müdirləri, nə bilim kimlər-kimlər gərək hesabı düz aparaydılar, bacarmayıblarsa, – mən neynim? 

Sən deyən yolnan getsəm, oğru bucaq başında, əyri də ocaq başında tutulmazmı?! – Yaman səhv 

eləyirsən,  Mehdi.  R  əhim  kişi  öz  evinə  heç  nə  aparmayıb.  Rəhim  kişinin  hər  evə,  hər  komaya 

beş-on rəhmi, insafı gedib. O rəhmlər, o insaflar da bu ac canavar illərdə çoxdan yeyilib. Mən 

kimin  qapısına  gedim,  insafımı  geri  istəyim?  Başıma  qoyduğum  bu  papaq  mənə  haram 

olmazmı?!  –  Lələşi  tanımırsanmı?  –  Mehdi  qalxdı.  –  Get,  özün  danış.  –  İclas  çağıra 

bilməzsənmi?  Camaatın  «hə»  deməsilə  günahlarımı  boynumdan  silərsən,  Lələşin  də  əli  boş 

yurdda  qalar.  –  Gecdir.  –  Tarixini  irəli  çəkərsən.  –  Bacarmaram.  –  Sən  «hə»  de,  mən  təşkil 

eləyim. – Mənim işim deyil, gücüm çatmaz. Mehdi demək istədi ki, a şeytan Yusifin oğlu, mən 

sənin  kəndirinlə  quyuya  enə  bilmərəm,  kəsərsən  kəndirimi.  Lakin  dillənmədi.  –  Mehdi!..  – 

Rəhim  kişi  də  qalxdı,  şapqasını  başına  qoydu.  Elə  bil  bayaqdan  bəri  əlində  əzişdirdiyi  şapqası 

ürəyinin  kini,  hədəsi  idi,  güclə  saxlamışdı,  güclə  susdurmuşdu,  amma  indi  onu  başına  alıb 

Mehdinin gözləri önündə oynadırdı. – Mehdi!.. – Qəzəbləndiyinə görə ağzı əyildi: – Kənddə bizi 

də  istəyən  beş-on  adam  tapılar.  Mən  getsəm  də,  onlar  qalacaqlar.  Qisası  qiyamətə 

saxlamayacaqlar!.. Rəhim kişi dönüb getdi. Həyətdəki ala-toranlıqda bir kin, bir qəzəb qaldı, bir 

hədə  qaldı.  Qurd  dişlərini  hər  yandan  Mehdiyə  şaqqıldadan  hiddət  sanki  onu  dövrəyə  aldı,  bir 

müddət  yerindən  tərpənməyə  qoymadı.  –  Ata,  Rəhim  kişini  tutacaqlar?  Mehdi  cavab  vermədi. 

Evə  yönəldi.  Eyvana  qalxıb  oturdu.  Nazlı  çayı  təzələdi:  –  Doğrudan  onun  işi  xarabdı?  Mehdi 

başını tərpətdi.  – Kömək eləyə bilməzsənmi? Mehdi  dillənməmiş Tosu da dedi:  – Elə  yazığım 

gəldi  ki...  Rəhim  kişi  tutulsa,  onun  da  oğlu  çörək  tapmayacaq  yeməyə...  Küləşlikləri  əkirlər, 

sünbül də qalmayacaq gedib  yığsın. Oğlunun sözləri Mehdini kövrəltdi. O, çayı qaynar-qaynar 

içdi, sanki içdiyi çay deyildi, göz yaşları idi. – Onlara da heç kim kömək eləməyəcək. – Tosu öz 

gördüyü qara günləri Rəhim kişinin qapısına apardı, öz günlərini özgə evində ağlatdı. – Onlar da 

evlərinin  içini  bazara  daşıyacaqlar,  satacaqlar,  yenə  ac  qalacaqlar.  Mehdi  yumruğunu  stola 

vurdu, Tosuya acıqlandı: – Bəsdir! Mehdinin bu üz hirsindən ürəyinin xəbəri yox idi. Ürəyində 

bağlanan  bir  qapı,  ağacı  sökən  bir  ev,  bucağı  boşalan  bir  koma  vardı.  O  evdə,  komada  neçə 



 

26 


solğun  uşaq  vardı.  Mehdi  o  uşaqların  yanında  Tosunu  da  görürdü.  Tosunu  çağırırdı,  oğlunu  o 

bədbəxtlik yuvasından çıxarmağa çalışırdı, lakin Tosu onun səsini, harayını eşitmirdi. Mehdi ora 

cumurdu,  Tosunun  biləyindən  yapışırdı,  eşiyə  dartırdı,  çöldə  baxıb  görürdü  ki,  aclıqdan, 

səfalətdən  xilas  etmək  istədiyi  öz  ciyərparası  deyil,  Rəhim  kişinin  uşağıdır.  Mehdi  ora  bir  də 

dönür,  oğlunu  bir  də  tapırdı,  lakin  eşikdə  yenə  yanıldığını  duyurdu.  İçəridən  Tosunun  səsi 

gəlirdi:  «ata, məni  belə  axtarma, tapmayacaqsan. Kəndin  hansı  evində bir  yetim  uşaq ağlasa  – 

mən ordayam. Obamızın harasında bir uşaq çörək istəyib zarısa, inildəsə – məni orda san. Mən 

atasızların,  anasızların  yanındayam.  Sən  qabaqca  onları  axtar,  onları  gör,  onda  məni  də 

tapacaqsan. Sən qabaqca onlara kömək elə – onda məni də bəxtiyar görəcəksən...» Mehdi durub 

evə keçdi. * * * Axşamdan xeyli keçmişdi. Mehdi hələ də evə qayıtmamışdı. Nazlı ilə bu gün 

yığdığı  sünbülü  durulayıb  çaldırdığı  ağnağazdan  onca  fətir  bişirmişdi.  Çay  qaynatmışdı, 

dəmləmişdi. Nə Tosu, nə də o, dilinə bir tikə çörək vurmuşdu, çay da içməmişdilər: «Mehdi indi 

gələr, bir azdan gələr, hamımız bir yeyər, bir içərik», – deyə onu gözləmişdilər. Kişi gecikdikcə 

təşvişləri  artmışdı.  Axı  o,  idarədə,  çöldə-bayırda  heç  vaxt  bu  qədər  ləngiməmişdi.  Nazlı 

qorxurdu. Rəhim kişidən qorxurdu. Paraya, bütünə «dəyməyən», amma doğrayıb doyunca yeyən 

bu  adamın  kələyindən  qorxurdu.  Fikirləşirdi  ki,  su  Rəhim  kişinin  boğazına  çıxıb,  indi  o  öz 

balasını  da  ayaqları  altına  ala  bilər.  Bu  kənddə  onun  Güdmül  təki  neçə-neçə  qol-budağı  var, 

birini  öyrədər,  o  da,  ayrı  bir  şeyə  gücü  çatmasa  da,  atın  qarnının  altına  papaq  atar,  ürküdər, 

Mehdini yıxdırar. Eləcə yıxılsa, dərd yarıdır, ayağı üzəngidən çıxmaz, havalanmış at onu götürüb 

daşlığa, çınqıllığa çapar. Yerlə sürünən adamda  – Allah eləməsin, – başmı qalar, gözmü qalar, 

sağ sümük, sağ tikəmi qalar? Mehdinin başına belə bir iş gəlsə, Nazlı neynərdi? Onu pis tanıyan 

bu kənddə qala bilərdimi? Tosunu özü ilə şəhərə necə aparaydı? Təzədən işə girmək, iki əlin bir 

ağızı  doydura  bilmədiyi  bu  qəhədlikdə  bir  yetimi  də  saxlamaq  asandırmı?!  Bura  kənddir,  hər 

kolunun  dibində  bir  fətir  yatır,  əziyyətə  qatlaşarsan,  çox  yığarsan,  qışda  da  korluq  çəkməzsən. 

Bir  azdan  o  da  tapılmayacaq.  Yağış  yağacaq,  hər  dəni,  hər  sünbülü  bir  yerdəcə  göyərdəcək. 

Nazlının  qulağına  səs  gəldi.  Bu  səsi  at  yerişinə  oxşatdı.  Bu  səs  dəyişdi,  elə  bil  harasa  ildırım 

düşmüşdü,  dərə  aşağı  dığırlanırdı,  bir  atlını  qovurdu,  daşları  qayaları  atlının  dalınca  sel  kimi 

axıdırdı. Atlı yıxılmışdı, ayağı üzəngidən çıxmamışdı, hər daşda, hər qayada onun bir tikə əti, bir 

damcı qanı qalırdı. At kişnəyirdi. Qulun kişnərtisi, dəli qaçışı göyləri doldurmuşdu... Nazlı əlləri 

ilə  gözlərini  örtdü.  Sonra  gözlərini  yumub  barmaqları  ilə  qulaqlarını  qapadı.  O  kişnərtini,  o 

sərsəri  çapışı,  Mehdinin  «Ay  Nazlı!..  Ay  Tosu!..  deyən  çağırışını  bir  də  eşitdi.  Həyət  qapısına 

sarı yüyürdü. Yenə kişnərti eşitdi. Qayıdıb geri qaçdı. Sandı ki, onu qara basmayıb, onu heç bir 

vahimənin xofu bürüməyib, kəhər öz sahibinin quruca meyitini sürüyə-sürüyə gətirib, bir ömrün 

belə  sonuna  necə  baxsın?  Kəhər  bir  də  kişnədi.  Nazlıya  elə  gəldi  ki,  at  da  ağlayır,  onları  qara 

geyinməyə  ağı  deməyə  çağırır.  Nazlı:  «Tosu!»  –  deyib  əllərini  üzünə  çəkdi,  yerə  çökdü... 

Qarşısında  Mehdini  görəndə  bu  gerçəyə  inanmadı,  elə  bildi  bu  onun  arzusudur,  yuxuda  baxır, 

yuxuda  tamaşa  edir.  Bu  aydın  yuxu  onun  gözlərində  bir  aran  dumanına  büründü,  sonra  o,  nə 

Mehdini,  nə  də  onu  özündə  itirən  dumanı  gördü  yerə  yıxıldı.  –  Tosu,  su  gətir!  Mehdini  fikir 

götürmüşdü:  görəsən,  yenə  kim  gəlibmiş,  nə  deyibmiş,  nə  eşitdiribmiş? Bəlkə  elə  ürəkgetməsi 

var,  mən  birinci  dəfə  görürəm?  Nazlının  yuxarı  çırmanmış  koftasını,  yupqasını  aşağı  çəkdi, 

yaxasını açdı, su səpdi. – Tosu bala, – dedi, – bax gör mehtər gəlməyibsə, atı yedəyinə al, apar 

ona  ver.  Minmə  ha!..  Səni  yıxar,  ürkəndir.  Tosu  gedəndən  sonra  Nazlının  yanındaca  oturdu, 

başını  qaldırıb  bir  dizinin  üstünə  qoydu,  biləyini  əlinə  aldı.  Nəbzi  atırdı,  amma  canı  buza 

dönmüşdü. Mehdinin ürəyindən bir ah qopdu: «Yazıq!.. Ana yox, bacı yox, qohum-qardaş yox, 

özgə  bir  qançəkər  yox...  Tale  onu  hardan  hara  gətirdi...  Bütün  ömrü  boyu  bir  gözü  gülüb,  bir 

gözü  ağlayıb.  Mən  dedim,  nisgilini,  qubarını  azaldaram,  demə,  ürəyini  üzənin,  qəlbinə  qəm 

yanına  qəm  düzənin  də  biri  biz  olacayıqmış...»  –  Nazlı!..  –  Astadan  çağırdı.  Əlini  alnına 

toxundurdu.  Dağ  şehi,  qırovu  təki  soyuq  tər  barmaqlarını  soyutdu.  Bir  də  səslədi:  –  Nazlı!.. 

Nəfəsi  dəyişdi.  Sinəsi  başından  yuxarı  qalxdı,  sonra  boşalmış  körük  kimi  lap  aşağı  yatdı. 

Gözlərini açdı, baxdı. Deyəsən, heç nə görmədi. Göz qapaqları süzüldü, qapandı. Sonra o, əlinin 

əldə,  başının  dizdə  olduğunu,  nəfəsinə  nəfəs  qarışdığını  duymuş  kimi  cəld  dikəldi.  Mehdi,  o 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə