İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

 
24 
Əgər  bunların  hər  üçü  birlikdə  olsa,  insan  ən  çətin 
hadisələrlə belə üzləşsə də hər cür iztirab və nigarançılığı 
özündən  uzaqlaşdırar,  təskinlik  tapa  bilər.  Birinci  səbir, 
“cihade  əkbər”  (ən  böyük  cihad)  kimi  tə`bir  olunur  və 
digər  səbirlərin  bünövrəsi  sayılır.  Ötən  fəsildə  qeyd 
olunduğu  kimi  “Bəqərə”  surəsinin  155-ci  ayəsində 
buyurulur:  “Səbir  edən  şəxslərə  müjdə  ver!  O  kəslər  ki, 
başlarına  bir  müsibət  gəldiyi  zaman  “Biz  Allahın 
bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” – 
deyirlər”. 
Bu ayə Həzrət Əlinin (ə) buyurduğu kimi iki mətləbi 
bəyan edir: 
1. Bizim hamımız Allahdanıq və bunu e`tiraf edirik. 
2. E`tiraf edirik ki, biz Allaha tərəf qayıdacağıq.
29
 
Yə`ni  Allah  qarşısında  öz  bəndəlik  və  təslim 
olmağımız gərək unudulmasın. Biz Allahın müqabilində 
bir şey deyilik. O hər nə istəsə, biz də onu bəyənməliyik. 
Baba Tahir deyir: 
Kimisi dərd, kimisi dərman bəyəndi, 
Kimi vüsal, kimi hicran bəyəndi. 
Mənsə bəyənilənlər arasından, 
Onu bəyəndim ki, canan bəyəndi. 
“İsterca`”  ayəsi  kimi  tanınmış  bu  ayədən  istifadə 
edib, öz ruhiyyəmizi gücləndirək. “Bəqərə” surəsində iki 
yerdə  (45-ci  və  153-cü  ayələrdə)  buyurulur:  “(Müsibət 
vaxtı) Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək 
diləyin”. 
Namaz  Allahla  rabitə  qurmaq  üçün  ən  yaxşı 
vasitədir.  Əgər  bu  rabitə  kamil  şəkildə  yerinə  yetirilsə, 
səbir və dözümlə birlikdə olsa, şübhəsiz hər cür acılıqları 
şirin  edər.  Bu  sifarişlər  kişi  ilə  qadına  şamil  edilsə  də, 
“Əhzab” surəsində qadınlar barəsində xüsusi  şəkildə söz 
açılır:  “Həqiqətən,  Allah  məhz  müsəlman  kişilər  və 
                                            
29
 Nəhcül-bəlağə, 99-cu hikmət. 


 
25 
qadınlar, mö`min kişilər və qadınlar, Allaha pərəstiş edən 
kişilər  və  qadınlar,  doğrudanışan  kişilər  və  qadınlar, 
səbirli
30
  kişilər  və  qadınlar,  Haqq  qarşısında  müt`i  və 
təvazökar olan (yalnız Allah qarşısında kiçilən) kişilər və 
qadınlar, sədəqə verən və oruc tutan kişilər və  qadınlar, 
iffətli  (namuslu)  kişilər  və  qadınlar  və  Allahı  çox  zikr 
edən  kişilər  və  qadınlar  üçün  (axirətdə)  məğfirət 
(bağışlanma) və böyük bir mükafat hazırlamışdır!” 
SƏBĠR VƏ DÖZÜMÜN TƏSĠRLƏRĠ 
Rəvayətlərdə  səbir  və  dözümün  dəyəri  və  mühüm 
tə`sirləri  barəsində  çoxlu  sözlər  deyilir.  Biz  burada 
onların  içindən  Əmirəl-mö`minin  Əlinin  (ə)  səbir  və 
dözüm  barəsindəki  çox  ali  bir  bəyanını  təqdim  edirik: 
“Sizə  səbirli  olmağı  tövsiyə  edirəm.  Çünki,  baş  bədənə 
lazım  olduğu  kimi,  səbir  də  imana  lazımdır.  Başsız 
bədənin  xeyiri  olmadığı  kimi,  səbirsiz  imanın  da  xeyiri 
yoxdur”.
31
 
Həzrət Əli (ə) bu dərin mə`nalı müqayisəsində səbir 
və  dözümün  ali    təsvirini  başın  bədənə  lazımlılığı  ilə 
eyniləşdirir.  Qulaq,  göz,  beyin,  iyləmə  və  dadma 
orqanlarının  hamısı  başda  yerləşir.  Səbir  və  dözüm  də 
həmçinin belə bir funksiyaya malikdir. Səbirin sayəsində 
yaxşı görmək, eşitmək, hiss etmək və dərk etmək olar ki, 
biz kimik, hara gedirik və indi nə etməliyik? 
Bu  fəsili  İmam  Əlinin  (ə)  digər  bir  dərin  mə`nalı 
sözü  ilə  sona  çatdırırıq.  Həzrət  (ə)  buyurur:  “Fitnə  və 
imtahan  dəryalarının  nəhəng  dağ  kimi  dalğalarını  nicat 
gəmisi ilə yarıb irəli gedin”.
32
 
Bu  gəmi  namazdan,  duadan,  təvəkküldən  (ümid 
etməkdən),  birlikdən,  doğru–düzgün  rəhbərə  itaət 
etməkdən,  dözümdən,  həmişə  şəhidliyə  hazır  olmaqdan, 
                                            
30
 Vəssabirinə vəssabirat. 
31
 Nəhcül-bəlağə, 82-ci hikmət. 
32
 Nəhcül-bəlağə, 5-ci xütbə. 


 
26 
haqq  qarşısında  razı  və  təslim  olmaqdan,  şükür 
etməkdən,  agahlıqdan  və  s.  ibarətdir.  Qısa  bir  cümlə  ilə 
desək,  müsibət  və  giriftarçılıq  dəryasının  nəhəng  dağ 
kimi  dalğalarını  kamil  iman  gəmisi  ilə  yarıb  irəli  gedin. 
Şairlərin padşahı deyir: 
Mıxın sıxıntısı, sarsılmazlığı 
Faydalıdır ibrət götürsə bəşər. 
Yağdıqca başına ağır zərbələr 
O da göstərəsi daha çox əsər. 
Xüsusilə dua etməyi yaddan çıxartmayaq ki, bu çox 
tə`sirlidir. İmam Sadiq (ə) buyurur: “Atam İmam Baqirə 
(ə)  hər  zaman  ruzigarın  hüzünlü  hadisələri  üz  versəydi, 
qadın və uşaqlarını toplayıb birlikdə dua edərdilər. Sonra 
o hadisələr və qəm-qüssələr aradan gedərdi”.
33
 
                                            
33
 Səfinətül-bihar, 1-ci cild, səh.447. 


 
27 
 
Üçüncü fəsil 
ĠSLAMDAN ƏVVƏLKĠ  DÖVRLƏRDƏ  
QƏHRƏMANLIQLAR GÖSTƏRMĠġ NÜMUNƏVĠ 
QADINLAR 
İslamdan  əvvəlki  dövrlərdə  bir  çox  məşhur 
nümunəvi qadınlar olub. O cümlədən: 
1. Hizbilin həyat yoldaşı. 
2. Fir`onun həyat yoldaşı Asiyə. 
3. Həzrət İbrahimin (ə) anası Buna. 
4. Həzrət Musanın (ə) anası. 
5. Həzrət Musanın (ə) bacısı. 
6. Həzrət İsanın (ə) anası Məryəm. 
7. Həzrət İsmayılın (ə) anası Hacər. 
Biz  burada  İslamdan  əvvəlki  dövrlərdə  yaşamış  bir 
neçə  nümunəvi  qadının  həyatını  şərh  edəcək,  onların 
nümunəvi  qadın  olmalarının  və  adlarının  əbədi 
qalmasının  səbəbini  zikr  edəcəyik  ki,  digər  qadınlar  da 
onlardan  örnək  alıb  bu  yolla  müqavimət  dərsi 
öyrənsinlər. 
1-Dülgər Hizbilin həyat yoldaĢı Fir`onun qarĢısında 
Fir`on tarixin böyük diktatorlarından idi. O, camaatı 
bütpərəstlik  və  özünə  pərəstişə  məcbur  etməklə,  illərlə 
Misirə hakim olmuşdu. Yoxsul və ac camaat onun zalım, 
haqsızlıqla  dolu  və  sıxıntılı  hakimiyyətindən  təngə 
gəlmişdilər.  Mehriban  Allah  məzlum  insanlara  nicat 
vermək  üçün  Musanı  (ə)  bəni–İsrail  qövmünə  göndərdi. 
Ancaq  vəziyyət  elə  idi  ki,  hər  kəs  Musaya  (ə)  iman 
gətirsəydi,  ona  ən  ağır  işgəncə  və  əziyyətlərlə  e`dam 
hökmü  verilirdi.  Bu  insanlardan  biri  dülgər  Hizbilin 
həyat  yoldaşı  idi.  O,  Musaya  (ə)  gizlincə  iman  gətirir, 
ancaq  canının  qorxusundan  imanını  gizlədirdi.  Bu  qadın 
camaat  kimi  deyildi.  Aydın  fikir  və  açıq  gözlə  başa 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə