11
yanında çox böyükdür. Qadın öz iffət və hicabını
qorumaqla mühüm işlərdə iştirak edə bilər. Lakin onun
mühüm və daha vacib olan üç vəzifəsi var:
1. Evdarlıq, ailədəki səfa səmimiyyəti qoruyub
saxlamaq.
2. Övladın tə`lim-tərbiyəsi ilə məşğul olmaq, yə`ni
pak və kamil insan yetişdirmək vəzifəsi.
3. Ərə qayğı və onunla uyğunlaşma. (Əlbəttə kişilər
də qadınlara qayğı göstərməkdə İslami qayda-qanunlara
riayət etməlidir).
EVDARLIQ MƏS’ULĠYYƏTĠ
Cəmiyyətin ilkin bünövrəsi olan ailəyə nəzarət, onu
qorumaq və yaxşı yaşatmaq, yə’ni ailə qayda-qanunlarına
riayət olunmaqla evi idarə etmək çox çətin bir işdir.
Cəmiyyət tək-tək insanlardan qurulur, böyük cəmiyyətlər
də öz növbəsində kiçik cəmiyyət sayılan ailədən başlanır.
Daha aydın şəkildə desək, kiçik cəmiyyət olan ailəni
kamil və islami şəkildə təşkil etmək, böyük cəmiyyətin
əsasını və bünövrəsini kamilləşdirmək deməkdir. İslam
dinində bu məs’uliyyətin mükafatı daha böyükdür. Bu
barədə İslam peyğəmbəri (s) buyurur: «Evdə oturub bir
saat xidmət etmək, min il ibadətdən, min həcc
əməlindən, min ümrə əməlindən, min qul azad etməkdən
və daha yaxşı və daha fəzilətlidir».
9
Qadınların
Peyğəmbərə
(s)
bey’ət
etməsi
macərasında
10
belə nəql olunur ki, qadınlardan biri
soruşdu: «Allah cihadı kişilərə vacib edib. Əgər onlar bu
yolda
ölsələr, Allah yanında şəhidlik məqamı,
yaralansalar mükafatları var. Ancaq biz, ərləri cəbhəyə
gedən qadınlar evdə oturub ərlərimizin mallarının
9
Camius-səadət, 2-ci cild, səh.143.
10
(Qur’anda «Mumtəhinə» surəsinin 11-ci ayəsində gəlib və bundan
sonrakı səhifələrdə geniş şəkildə şərh edəcəyik).
12
keşiyini çəkirik, övladlarımızın qayğısı üçün çalışırıq.
Görəsən biz də öz döyüşçü ərlərimizlə şərikik?»
Həzrət Peyğəmbəri (s) buyurdu: «Ey qadın, yaxşı
qulaq as və başqalarınada de! Kişilərlə mehriban olub,
evdə yaşayanların qayğısını çəkməyin, evi idarə edib
saxlamağın Allah yolundakı mücahidlərin mükafatlarına
bərabər mükafatı var».
11
ÖVLAD TƏRBĠYƏ ETMƏYĠN MƏS’ULĠYYƏTĠ
Yaxşı övladlar tərbiyə etmək və onlara tə`lim
vermək, yə’ni kamil insan və mücahid yetişdirmək, şəhid
vermək və necə də yüksək məqamdır. Belə bir məqamın
mükafatı daha çoxdur. Peyğəmbər (s) buyurdu: «Hər kəs
öz övladını öpsə, onun üçün yaxşı mükafatlar yazarlar.
Hər kəs övladını şad etsə, Allah onu qiyamət günü şad
edər».
12
Bu
rəvayətdə
ananın
övlada
olan
kiçik
mehribanlığının böyük mükafatından başa düşmək olur
ki, analıq məqamı və o cür ağır zəhmətlərlə övlad
tərbiyəsinin böyük mükafatları var.
ƏR QAYĞISI MƏS’ULĠYYƏTĠ
Həyat yoldaşı ilə (hər iki tərəfin) mehriban rəftar,
övladların düzgün tərbiyəsində və ailədəki səfa-
səmimiyyətin qorunmasında mühüm əsasdır. Bu məsələ
İslamda çox mühüm olduğu üçün həzrət Peyğəmbər (s)
bu barədə buyurur: «Əgər Allahdan qeyrisinə səcdə
etmək üçün bir kimsəyə əmr etməli olsaydım, deyərdim
ki, qadınlar öz ərlərinə səcdə etsinlər».
13
Bu məs’uliyyətin bütün məs’uliyyətlərin əsası
olması (əgər İslam ilə həmahəng olmasa, təlaq, fəhşa,
münkərat və tərbiyəçinin olmaması üzündən uşaqların
11
İstiab, 4-cü cild, səh.233; Xəyratu hisan, 1-ci cild, səh.27.
12
Rovzətul-kafi, 6-cı cild, səh.49.
13
Məkarimul-əxlaq, səh.246.
13
yollarını azması və sair ilə nəticələnəcək) barəsində
aşağıdakı üç əhvalatı diqqətinizə çatdırırıq.
ARVAD ƏLĠNDƏN EVDƏN QAÇMAQ
(Tanınmış şair) Sə’di səfərə çıxmaqdan və səyahət
etməkdən yorulmaq bilmirdi. Sə’dinin «Bustan» və
«Gülüstan» kitabı məclislərdə, şəhərlərdə və müxtəlif
ölkələrdə əldə etdiyi təcrübələrinin məhsuludur. Sə’dinin
tanışlarından biri ondan soruşdu: «Bu qədər təcrübəni
harada əldə etmisən?»
Sə’di dedi: «Uzun-uzadı səfərlərdə».
O soruşdu: «Bəs səyahətlərin yorğunluqlarına necə
dözmüsən?»
Sə’di dedi: «Dar ayaqqabıdansa ayaqqabısızlıq
yaxşıdır, evdəki dava-dalaşdansa səfərdəki yorğunluq
yaxşıdır».
Onun hüzurunda olanlar başa düşdülər ki, Sə’dinin
həyat yoldaşı xoşxasiyyətli bir qadın deyil. Onlardan biri
dedi: «Bununla belə Şeyx Sə’dinin həyat yoldaşı, bizim
üçün ağıllı və müdrik bir kişi yetişdirib».
ƏXLAQSIZ KĠġĠNĠN CƏZASI
Sə’d ibn Məaz Peyğəmbərin (s) çox yaxın
köməkçilərindən idi. Onun imanı elə bir həddə idi ki,
Rəsulullah (s) buyurmuşdu: «Sənə müjdə olsun ki, Allah
sənə şəhidlik nəsib edəcək və hökmünlə küfr əhlindən bir
dəstə (bəni Qurəyzə yəhudiləri) həlak olacaq. Rəhmanın
(Allahın) ərşi sənin ölümündən titrəyəcək və Bəni-Kəlb
tayfası heyvanlarının tüklərinin sayı qədər insan sənin
şəfaətinlə behiştə girəcək».
Sə’d Ühüd döyüşündə yaralandı və evdə yatırdı.
Ancaq bədənindəki yaralar sağalmadığı üçün dünyadan
getdi. Sə’di axirətə yola salan zaman Rəsulullah (s) başı
açıq və ayaqyalın onun cənazəsini götürdü və qüsl verdi.
Namazdan sonra Rəsulullah (s) onu qəbrin ortasına
Dostları ilə paylaş: |