İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

 
49 
şəhidlərdir.  Əmmar  belə  bir  ata-anadan  dünyaya 
gəlmişdi, ömrünün axırına qədər İslam yolunda çalışdı və 
Siffeyn  savaşında  İmam  Əlinin  (ə)  ordusunda  şəhid 
oldu.
62
 
2-Digər bir neçə qəhrəman qadın 
İslamın  ilk  dövrlərində  digər  şücaətli  qadınlar  da 
olub.  Onlar  müxaliflərin  çox  ağır  işgəncələri  altında 
özlərinin səbir və dözümləri ilə İslamı müdafiə etmiş və 
düşmən  qarşısında  təslim  olmaq  həsrətini,  onların  qara 
qəlblərində  saxlayaraq  şərəfli  ölümü  qəbul  edib  və  heç 
vaxt təslim olmayıblar. 
1  -  “Lubəynə”  bəni-Mu`məl  tayfasının  kənizi  idi. 
Ömər ibn Xəttab İslamı qəbul etməmişdən qabaq ona çox 
işgəncə  verərdi.  Lakin  bu  qadın  heç  vaxt  təslim  olmadı 
və İslam dinindən əl çəkmədi. 
2  -  “Zinnirə”  bəni-Məxzum  tayfasından  idi. 
Müsəlman  olduğuna  görə  Əbu  Cəhlin  ona  verdiyi  ağır 
işgəncələrə dözdü və heç vaxt təslim olmadı. 
3  -  “Nəhdiyyə”  bəni  -  Nəhd  tayfasında  olan  kəniz 
idi.  İslamı  tərk  etməsi  üçün  Bəni  -  Əbdüd  -Dar 
qəbiləsindən  olan  xanımının  ağır  işgəncələrinə  mə`ruz 
qalsa da əqidəsindən dönmədi.
63
 
4  -  Mə`rifətli  və  çalışqan  qadınlardan  biri  də  Cabir 
ibn Həkimin  qızı, “Qəzziyyə” adlandırılan Ümmü Şərik 
Əsədi  idi.  O  Qüreyş  tayfasının  bəni-Amir  qəbiləsindən 
idi.  İslamın  əvvəllərində  müsəlman  olan  bu  qadın  dinin 
təbliği  üçün  çox  çalışırdı.  O,  gizlin  və  aşkarda  xüsusən 
qadınları  İslama  də`vət  edirdi.  Buna  görə  də  ağır 
işgəncələrə mə`ruz qalırdı. Bir dəfə onu palansız dəvəyə 
mindirib,  üç  gecə-gündüz  ac  və  susuz  vəziyyətdə 
saxladılar.  Sonra  isə  əl-ayağını  bağlayıb,  yandırıcı 
                                            
62
  Ə`yanuş-şiə,  42-ci  cild,  səh.210;  Əsədul-ğalibə,  4-cü  cild,  səh.43 
və 44. 
63
 Kamil ibn Əsir, 2-ci cild, səh.47. 


 
50 
çöllükdə,  qızmar  günəşin  altında  yolun  üstünə  atdılar. 
Əgər Allahın lütf və mərhəməti, qeybdən İlahi yardımlar 
gəlməsəydi, şübhəsiz tələf olacaqdı.
64
  
Ümmü  Şərik  digər  mühacirlərlə  birlikdə  Mədinəyə 
hicrət  etdi.  Əri  artıq  dünyadan  getmişdi.  Bir  gün 
Rəsulullahın  (ə)  hüzuruna  gəldi  və  dedi:  “Mənim  ərim 
çoxdan  vəfat  edib.  Gəlmişəm  ki,  sənə  evlənməyi  təklif 
edəm”.  
Həzrət  Rəsulullah  (s)  buyurdu:  “Gözlə,  Allah 
tərəfindən bir hökm (əmr) gəlsin”.  
“Əhzab”  surəsinin 50-ci ayəsi nazil oldu. Bu hökm 
ancaq  təkcə  Peyğəmbərə  (s)  aid  edildi.  Peyğəmbər  (s) 
onu zövcəsi olmağa qəbul edərək himayəsinə aldı.
65
 
5  -  Mə`rifətli  qadınlardan  biri  də  bəni  -  Səlim 
tayfasından olan Xənsa idi. O,  İslam dinin təbliğ edərdi 
və  qəbiləsinin  bütün  üzvlərinin  İslamı  qəbul  etməsinə 
səbəb  olmuşdu.  O  bə`zən  özünün  şe`r  və  şüarları  ilə 
müsəlmanları  kafirlərin  əleyhinə  qaldırardı.  Qadisiyyə 
savaşında  oğlanlarının  dördünü  də  döyüş  meydanına 
göndərdi və onların dördü də şəhid oldular (bu barədə bir 
az sonra qeyd olunacaq). 
6 - Xeybər savaşında iştirak edən qadınlardan biri də 
“Ümmü Ziyad Əşcəiyyə” idi. O, özünü digər beş qadınla 
birlikdə  Xeybərə  çatdırdı.  Peyğəmbər  (s)  onların 
gəlişindən 
xəbərdar 
olduqda 
buyurdu: 
“Niyə 
gəlmisiniz?”  
Onlar dedilər: “Yaralılara tibbi yardım göstərmək və 
onlara kömək etmək istəyirik”.  
Rəsulullah  (s)  buyurdu:  “Burada  qalaraq  vəzifənizi 
yerinə  yetirin”.  Xeybər  qalası  fəth  ediləndə  Rəsulullah 
(s) döyüşdə əldə edilmiş qənimətlərdən onlara da verdi.
66
 
                                            
64
  Bu  barədə  mə`lumat  əldə  etmək  üçün  Hilyətul-övliya,  2-ci  cild, 
səh.66-ya və Əl-İsabə, 4-cü cild, səh.137-yə müraciət olunsun. 
65
 Həmin mənbə; Məcməul-bəyan, 8-ci cild, səh.364. 
66
 Üsdul-ğabə, 5-ci cild, səh.584. 


 
51 
7 - Şücaətli qadınlardan və şəhid analarından biri də 
Peyğəmbərin  (s)  kənizi  “Ümmü  Əymən”dir  (onun  adı 
Bərkə  idi).  Həzrət  Peyğəmbər  (s)  onu  azad  etdi  və 
Übeydə  Xəzrəci  ilə  evləndirdi.  Ondan  bir  oğlan  uşağı 
dünyaya  gəldi  və  adını  “Əymən”  qoydular.  Onun  əri 
vəfat  edəndə  Peyğəmbər  (s)  onu  Zeyd  ibn  Harisə  ilə 
evləndirdi.  Ondan  da  bir  oğlu  dünyaya  gələndə  adını 
“Üsamə”  qoydular.
67
  Ümmü  Əymən  o  qədər  qoçaq  və 
şücaətli idi ki, Ühüd savaşında cəbhənin yaxınlığında idi. 
Bir  dəstə  müsəlmanın  fərariliyini  görəndə  çox  narahat 
olur  və  ovucuna  torpaq  götürüb  onların  üzlərinə  ataraq 
qışqırır:  “Siz  arvadsınız.  Gedin  evinizə  arvadların  sap 
əyirən cəhrəsi arxasında oturun. Vay olsun sizə!”
68
 
Onun  fəzilət  və  rəşadəti  barəsində  məlumat  çoxdur. 
Ümmü  Əymən  Rəsulullahdan  (s)  sonra  əqidəsini 
dəyişmədi,  həmişə  Həzrət  Fatimə  Zəhra  (ə)  və  Əhli-
beytlə  (ə)  birlikdə  oldu.  Onun  oğlu  Əymən  Hünəyn 
döyüşündə,  bəni-Haşimdən  olan  doqquz  nəfərlə 
düşmənin qarşısında durub şəhid olana qədər vuruşdu.
69
 
8  -  Ühüd  savaşında  Mədinədəki  müsəlman 
evlərindən  çoxu  şəhid  vermişdi.  Maraqlı  budur  ki, 
qadınlar  öz  övladlarını,  ərlərini  və  qardaşlarının  halını 
xəbər almazdan qabaq Peyğəmbəri (s) soruşurdular. 
Bu  qadınlardan  biri  də  Qeysin  qızı  Su`dadır.  O,  iki 
şəhid  anasıdır.  Onun  oğlanları  Ühüd  savaşında 
Peyğəmbərin  (s)  hüzurunda  şəhid  olmuşdular.  O  öz 
oğlanları barəsində danışmır, əksinə təkrar-təkrar deyirdi: 
“Peyğəmbərdən (s) nə xəbər var?”  
Ona “Peyğəmbər (s) sağdır” deyiləndə, dayanmadan 
özünü  Rəsulullaha  (s)  çatdırdı.  Peyğəmbəri  (s)  sağ-
                                            
67
 Səfinətul-bihar, 2-ci cild, səh.736. 
68
 Şərhe Nəhcül-bəlağə, İbn Əbil-Hədid, 3-cü cild, səh.390. 
69
  Oğlu  Üsamə  yaşı  iyirmidən  də  az  olarkən  Peyğəmbər  (s) 
tərəfindən ali baş komandanlıq ləyaqətini qazanmışdı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə