İslamda qəhrəman qadınlar


-Ġbrahim Xəlilin (ə) anası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

 
34 
5-Ġbrahim Xəlilin (ə) anası 
Həzrət  Musanın  (ə)  qeyd  olunan  macərasına  oxşar 
bir hadisə Həzrət İbrahimin (ə) “Buna” və yaxud “Nuna” 
adlı anasının da başına gəldi. Nəmrudun gördüyü yuxuya 
əsasən və ya kahinlərin verdiyi xəbərə görə, o, gələcəkdə 
bu  il  doğulacaq  uşağın  əliylə  həlak  olacaqdı.  Buna  görə 
də  o,  çoxlu  oğlan  uşaqlarını  öldürərək  bir  çox  evləri 
matəmə  qərq  etdi.  Bə`zilərinin  nəql  etdiyinə  görə  o, 
yetmiş  yeddi  mindən  yüz  minə  qədər  uşaq  öldürdü.
43
 
İbrahimin  (ə)  cəsur  anası  belə  bir  ağır  və  böhranlı 
vəziyyətdə, 
misilsiz 
şücaətlə 
özünü 
Nəmrudun 
casuslarından  gizlətdi  və  doğum  zamanı,  adət  olmaq 
bəhanəsi  ilə  (o  zaman  adət  olmuş  qadınların  şəhərdən 
çıxması  bir  qayda  və  ən`ənə  idi)  şəhərdən  çıxdı  və 
çöllükdəki  dağda  mağara  tapdı.  Mağaraya  girdi  və 
İbrahim (ə) elə orada dünyaya gəldi. Bu yorulmaz ana 13 
il  casusların  gözündən  uzaq,  bə`zən  sübh  çağları  və 
bə`zən  də  gecə  yarısı  özünü  mağaraya  çatdırararaq 
oğluyla  görüşərdi.  Qeybdən  İlahi  yardımlar  onun 
köməyinə  gələrdi.  O,  Allahla  idi,  Allah  da  ona  kömək 
edərdi. Nəhayət o, on üç ildən sonra İbrahimi (ə) xüsusi 
bir  yolla  şəhərə  gətirdi.  İbrahim  (ə)  yavaş-yavaş 
bütpərəstlərlə  mübarizəyə  başladı.  O  hər  gün 
mübarizəsini gücləndirirdi.
44
 
6-Ġsmayılın (ə) anası Hacər 
Əvvəllər kəniz olmuş Hacər, Həzrət İbrahim Xəlilin 
(ə)  həyat  yoldaşı  oldu.  O,  bir  neçə  dəfə  çox  ağır  və  acı 
hadisələrlə  rastlaşdı.  Onlardan  biri  də  bu  idi  ki,  Allah 
İbrahimə (ə) oğlu  İsmayılı Məkkənin susuz və  yandırıcı 
çöllüyündəki  uca  dağların  yanında  qoymağı  əmr  etdi. 
                                            
43
 Nasixut-təvarix, 1-ci cild, səh.160. 
44
  Məcməul-bəyan,  4-cü  cild,  səh.325;  Bihar,  12-ci  cild,  səh.19-dan 
sonra. 


 
35 
Hacər bu ağır işi, Allahın və Peyğəmbərinin (ə) istəyinə 
əməl etmək üçün qəbul etdi. Uzun müddət uşağıyla tək-
tənha, uca Əbu Qubeys dağının kənarında yaşadı. Ora elə 
bir  yer  idi  ki,  ilk  dəfə  uşağı  susayanda  su  tapılmadı. 
Hərçənd  ki,  sonralar  yerdən  Zəmzəm  bulağı  qaynadı  və 
onlar  bu  sudan  istifadə  etdilər.  Hacər  uşağıyla  birlikdə 
mehriban  ərindən  uzaqda  özünü  bütün  çətinliklərə 
öyrəşdirdi.  İsmayıl  boy-buxunlu  cavan  oğlan  olanda, 
İbrahim  (ə)  bə`zi  vaxtlar  onların  görüşünə  gələrdi.  O, 
Allahın  fərmanı  və  İsmayılın  köməyi  ilə  Kə`bə  evini 
tikdi.  Amma  bu  ev,  allahpərəstlik  tarixində  bu  ailənin 
özündən  sonra  yadigar  qoyduğu  axırıncı  ev  deyildi. 
Onları  tezliklə  böyük  bir  imtahan  gözləyirdi;  ata-ana  öz 
qoçaq övladı İsmayılı Allah yolunda, Onun razılığı üçün 
qurban  kəsməli  idi.  Ata  və  oğul,  Hacəri  analıq 
məhəbbətinə  xatir  bu  əhvalatdan  xəbərdar  etmədilər. 
Qəlbən  Allaha  təslim  olduqlarına  xatir,  Allahın  əmrini 
yerinə  yetirmək  üçün  evdən  çıxdılar.  Hacər  bu 
əvhalatdan  xəbərdar  oldu.  Əgər  o  adi  bir  qadın  olsaydı, 
çox narahat olardı. Çünki, qəlbinin bir parçası, ömrünün 
səmərəsi  olan  İsmayılı  qurban  kəsirdilər.  Şeytan  qoca 
kişi cildində gəlib əhvalatı ona söyləyəndə  o, cavabında: 
“Heç bir ata oğlunun başını kəsməz” dedi.  
Şeytan: “İbrahim (ə) deyir ki, Allah buyurub”.  
O zaman bu ixlaslı qadın dedi: “Mənim və İsmayılın 
min  canı  da  olsa,  Allaha  fəda  olsun.  Ey  kaş  min  oğlum 
olaydı, hamısını Allah yolunda qurban verəydim”.  
Sonra  əlinə  bir  neçə  daş  götürüb,  şeytana  tərəf 
ataraq  onu  özündən  qovdu.  Şeytan  Hacərdən  mə`yus 
olub yolunu itirdi.
45
 
7-Ġmranın qızı Məryəm 
İmranın  qızı  Məryəm  İslamdan  qabaqkı    dönəmin 
digər  nümunəvi  və  kamil  qadınlardandı.  Allah  onu  da 
                                            
45
 Məcməul-bəyan, 8-ci cild, səh.453; Me`racus-səadət, səh.491. 


 
36 
Qur`anda Asiyə kimi mö`minlər üçün məsəl çəkir, örnək 
kimi qeyd edir və buyurur: “Məryəm ismətli və namuslu 
bir  qız  idi.  Biz  Cəbrayıl  vasitəsi  ilə  ona  üfürdük  (və  o 
Həzrət İsaya (ə) hamilə oldu). O, tövhidi, peyğəmbərləri, 
səma  kitablarını  təsdiq  etdi  və  Allah  dərgahında  daim 
ibadət və itaət edənlərdən oldu”.
46
 
Bir  gün  Peyğəmbər  (s)  mehriban  həyat  yoldaşı  
Xədicənin  (s)  yanına  gəldi.  Gördü  ki,  Xədicə  hamiləlik 
ağrısından  əziyyət  çəkib  qıvrılır.  Həzrət  (s)  buyurdu: 
“Mən  də  sənin  əziyyət  çəkməyinə  görə  narahatam. 
Ancaq  Allah  əziyyətdə  çoxlu  xeyir  qərar  veribdir.  Sakit 
bir yerə gedəndə, mənim salamımı o qadınlara çatdır”.  
Xədicə dedi: “Onlar kimdir?”  
Peyğəmbər  (s)  buyurdu:  “Onlar  İmranın  qızı 
Məryəm,  Məzahimin  qızı  Asiyə  və  Musanın  (ə)  bacısı 
Kəlimədən ibarətdirlər”.  
Xədicə (s) rahat oldu və ərz etdi: “Bəh-bəh, nə yaxşı 
insanlardırlar!”
47
  
Həzrət  Peyğəmbər  (s)  buyurdu:  “Kişilərdən  bir 
çoxları  kamilliyin  son  həddinə  çatıblar.  Ancaq 
qadınlardan dörd qadın kamilliyin ali dərəcəsinə çatıb: 1-
Asiyə, 2-Məryəm, 3-Xədicə (s), 4-Fatimə (s)”.
48
 
Həzrət  Məryəmin  (s)  “Hənna”  (Anna)  adlı  anası 
sonsuz  idi  və  digər  qadınlar  kimi  övlad  sahibi  olmağı 
arzu  edirdi.  O  və  bacısı  Əşya  Bəni  İsrailin  adlı-sanlı 
qadınlarından  idilər.  O  İmranın,  bacısı  isə  Zəkəriyyanın 
həyat  yoldaşıydı.
49
  Məryəmin  anası  sonsuz  olduğu  üçün 
çox  pərişan  idi  və  həmişə  buna  çarə  axtarardı.  Axırda 
böyük Allaha pənah apardı. Ondan istədi və nəzir etdi ki, 
əgər övladı olsa, o dövrdəki adət-ən`ənəyə uyğun olaraq 
onu ibadətgaha xidmətçi  olmaq  üçün Beytül-Müqəddəsə 
                                            
46
 Təhrim surəsi, ayə 12. 
47
 Məcməul-bəyan, 1-ci cild, səh.320. 
48
 Həmin mənbə. 
49
 Bə`zi rəvayətlərə əsasən İmran da peyğəmbərlərdən idi. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə