İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə4/74
tarix26.09.2018
ölçüsü1,71 Mb.
#70451
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

 
10 
Bütün bu deyilənlər göstərir ki, İnformatika, ilk növbədə, yeni məsələlərin həllini, 
ikinci  növbədə  isə  ənənəvi  məsələllərin  yeni  qoyuluşda  həllini  gerçəkləşdirməyə  dair 
biliklər sistemidir. 
İnformatikanın predmetini aşağıdakılar təşkil edir: 
-hesablayıcı texniki vasitələrin aparat təminatı; 
-hesablayıcı texniki vasitələrin proqram təminatı; 
-aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələri; 
-insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələri. 
Qarşılıqlı  fəaliyyət  vasitələri  informatikada  interfeys  adlandırılır.  Buna  görə  də 
aparat  və  proqram  təminatlarının  qarşılıqlı  fəaliyyəti  vasitələrinə  aparat-proqram 
interfeysi,  insanın  aparat  və  proqram  təminatları  ilə  qarşılıqlı  fəaliyyəti  vasitələrinə  isə 
istifadəçi interfeysi deyilir. 
İnformatika elminin  əsas məsələsi hesablayıcı texniki vasitələrin aparat və proqram 
vasitələri ilə işin qayda və metodlarını sistemləşdirməkdən, sistemləşdirmənin məqsədi isə 
qabaqcıl  və  səmərəli  texnologiyaların  seçilməsindən,  tətbiqindən  və  inkişaf  etdirilməsin-
dən ibarətdir. 
İnformatika praktiki elmdir. Bu o deməkdir ki, informatikanın nailiyyətləri təcrübədə 
yoxlanılır  və  səmərəlilik  kriterisi  üzrə  qiymətləndirilərək  tətbiq  edilir.  Bu  baxımdan, 
informatikanın əsas məsələsinin tərkibində aşağıdakı əsas istiqamətləri ayırırlar: 
-hesablayıcı  sistemlərin  arxitekturası  (verilənlərin  avtomatik  emalı  üçün  nəzərdə 
tutulmuş sistemlərin yaradılması qaydaları və metodları); 
-hesablayıcı sistemlərin interfeysləri (aparat və proqram təminatlarının idarə edilməsi 
qaydaları və metodları); 
-proqramlaşdırma  (məsələ  komplekslərinin  işlənib  hazırlanması  qaydaları  və 
metodları); 
-informasiyanın qorunması (verilənlərin qorunması priyomlarının ümumiləşdirilməsi, 
mühafizə metodları və vasitələrinin işlənib hazırlanması); 
-avtomatlaşdırma  (aparat-proqram  vasitələrinin  insan  müdaxiləsi  olmadan  fəaliyyət 
göstərməsi); 
-standartlaşdırma  (aparat  və  proqram  vasitələri  arasında  və  müxtəlif  hesablayıcı 
sistem  tiplərinə  aid  olan  verilənlərin  təsviri  formatları  arasında  uyuşanlığın  təmin 
edilməsi). 


 
11 
İnformasiya proseslərinin texniki təminatının bütün mərhələlərində informatika üçün 
əsas  məsələ  səmərəlilik  məsələsi  olmuşdur.  Aparat  vasitələri  üçün  səmərəlilik  dedikdə, 
məhsuldarlığın  dəyərə  nisbəti  nəzərdə  tutulur.  Proqram  vasitələri  üçün  səmərəlilik 
istifadəçinin  məhsuldarlığını  ifadə  edir.  Proqramlaşdırmada  səmərəlilik  dedikdə,  vahid 
vaxt  ərzində  proqramçının  hazırladığı  proqram  kodunun  həcmi  nəzərdə  tutulur. 
İnformatikada hər şey ciddi şəkildə səmərəliliyə yönəldilmişdir. İnformatika üçün bu və ya 
digər  əməliyyatın  necə  icra  edilməsi  əsas  olmasa  da,  vacibdir.  Əsas  məsələ  odur  ki, 
verilmiş əməliyyatı necə icra etməli ki, səmərəli olsun. 
  
Bölmə 2. İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası 
2.1. İnformasiya təməl elmi anlayış kimi 
 
Elmi ədəbiyyatda İnformasiya termininə çoxsaylı təriflər verilmişdir ki, bunlar da bu 
anlayışa müxtəlif yanaşmaları və izahları (yozumları) əks etdirir. 
Rusiya  Federasiyasının  Federal  Qanununda  göstərilir  ki,  ―İnformasiya  dedikdə, 
təqdimat  formasından  asılı  olmayaraq,  şəxslər,  əşyalar,  faktlar,  hadisələr  və  proseslər 
barədə məlumatlar başa düşülür‖. 
Ojeqovanın Rus dilinin izahlı lüğətində informasiyanın 2 tərifi verilmişdir: 
1.İnformasiya - ətraf dünya və onda gedən proseslər barədə insan və ya xüsusi qurğu 
tərəfindən dərk edilən, qavranılan, mənimsənilən məlumatlardır. 
2. İnformasiya – işlərin və ya nəyinsə vəziyyətini aydınlaşdıran məlumatlardır. 
İnformasiya  və  onun  xassələri  bir  sıra  elm  sahələrinin,  o  cümlədən,  informasiya 
nəzəriyyəsinin
5
,  kibernetikanın
6
,  semiotikanın
7
,  kütləvi  kommunikasiyalar  nəzəriyyə-
sinin
8
,  informatikanın,  sosionikanın
9
,  informodinamikanın
10
,  informasiologiyanın
11
 
tədqiqat obyektidir. 
                                                 

İnformasiya ötürən sistemlərin riyazi nəzəriyyəsidir 

Maşınlarda, heyvanlarda və İnsan cəmiyyətində idarəetmə və rabitə haqqında elmdir 

İşarələr və işarə sistemləri haqqına elmdir
 
8
 Kütləvi informasiya vasitələrinin və onların cəmiyyətə təsirinin tədqiqi ilə məşğul olan elmdir 

Fərdi və sosial psixikanın informasiya metabolizmi nəzəriyyəsidir
 
10 
Açıq informasiya sistemləri haqqında elmdir 
11
 Müxtəlif obyektlər çoxluğu üçün informasiyanın alınması, saxlanması və ötürülməsi haqqında elmdir
 


 
12 
İnformasiya  izah  etmək  mənasında  anlaşılan  sözdür.  İnformasiya  informatikanın 
təməl  anlayışıdır.  Lakin  artıq  göstərildiyi  kimi,  informasiya  həm  də  ümumelmi  anla-
yışdır. Hər bir elm sahəsi informasiyanı özünəməxsus mənalandırır. 
2.1.1  İnformasiya  fizikada.  Fizikada  termodinamik  sistem  üçün  qaydasızlıq,  xaos 
ölçüsü entropiya adlanır. Bu baxımdan, qaydalılıq, sahmanlılıq ölçüsü olan anti entropiya, 
neqentropiya,  informasiya  mahiyyəti  daşıyır.  Sistem  mürəkkəbləşdikcə  ondakı  entropiya 
azalır, informasiya isə artır. İnformasiyanın artması prosesi ətraf mühitlə maddi, enerji və 
informasiya mübadiləsi edən açıq sistemlərə, özü inkişaf edən canlı aləmə
12
  xasdır.  
Beləliklə, fizikada informasiya mənfi entropiya kimi qavranılır. 
2.1.2  İnformasiya  biologiyada.  Canlı  aləmi  öyrənən  biologiyada  informasiya  canlı 
orqanizmlərin  məqsədyönlü  davranışı  ilə  əlaqələndirilir.  Çünki  belə  davranış  canlı 
orqanizmin ətraf mühitdən aldığı informasiyanın hesabına əldə edilir.  
Biologiyada  informasiya  anlayışı  həm  də  irsiyyət  mexanizmlərinin  tədqiqi  ilə  bağlı 
olaraq istifadə edilir. Genetik informasiya irsi olaraq ötürülür və canlı orqanizmlərin bütün 
hüceyrələrində saxlanır.  Genlər  canlı  orqanizmin  qurulması barədə  informasiya  saxlayan 
mürəkkəb molekulyar strukturlardır. Məhz bu ideyaya əsaslanaraq klonlaşdırma
13
 eksperi-
menti keçirilmişdir.  
2.1.3  İnformasiya  kibernetikada.  İdarəetmə  haqqında  elm  olan  kibernetikada  ―in-
formasiya‖ anlayışı mürəkkəb sistemlərdə (canlı orqanizmlərdə və ya texniki qurğularda) 
idarəetmə prosesləri ilə əlaqələndirilir. Yəni istənilən canlı orqanizmin həyat fəaliyyəti və 
ya  texniki  sistemin  normal  işləməsi  idarəetmə  prosesindən  asılıdır.  Çünki  idarəetmə 
onların  zəruri  parametrlərini  müəyyən  hədlər  daxilində  saxlayır.  İdarəetmə  prosesi 
informasiyanın alınması, saxlanması, dəyişdirilməsi və ötürülməsi prosedurları zəncirin-
dən ibarətdir. 
2.1.4  İnformasiya  informatikada.  İnformatikada  informasiyanın  aşağıdakı  tərifi 
daha tez-tez istifadə edilir: 
İnformasiya  -    ətraf  dünya  haqqında  dərk  edilmiş  və  saxlanma,  ötürülmə,  dəyiş-
dirilmə və istifadə edilmə obyekti olan məlumatlardır. 
Məlumat – siqnallarda, xəbərlərdə, bildirişlərdə ifadə edilən bilgilərdir. 
                                                 
12
 zülal molekullarına, orqanizmlərə, heyvan populyasiyasına və s. 
13
 Bir hüceyrədən orqanizmin dəqiq surətinin (nüsxəsinin) yaradılması 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə