______________Milli Kitabxana_______________
qiqət deməkdi. Yadında qaldımı? Bir də deyirəm: "Səməd"in əsli - Od-Ərcəsi
SimOddu. Elmimizə görə, "Səməd" - SimOd adı daşıyan adam Uca həqiqətə,
SafAğ Elminə qulluq eləməlidi. Elmə qulluq eləmək üçün isə, SimOdun işi
cəmaatnan olmalıdı, çünki "cəmaat" kəlməsinin əsli - OdƏrcəsi də SimOddu.
Ərəblər Simo, uca olana - Kainata "cəm" deyiblər, həm elə "com olan" mənası
veriblər, həm ağ, yəni "gümüş", yəni təmiz mənası veriblər, "at" kəlməsini isə
qonşuları qreklərdən alıblar. Qrekcə həm "at", həm də "ki" "od" mənasındadı,
Yerdəki od-alov mənasında, bizim həm Yer odu, həm də Kainat Odu - həqiqət
mənasını Qreklər kimi, Ərəblər də unudublar. Bunlar heç. Sonralar dərs
keçəcəksən, biləcəksən hamısını. Hələlik bircə bunu yadda saxla ki, "Səməd" -
SimOd - Uca həqiqət mənasında olduğuna görə, SimOdnan cəmaat əlbir
işləməli, əlbir yaşamalıdı... Əmilərin dedilər böyüyəndə də kimlər qoyublar onun
adını, mənanı anlat, bilsin...
Sədr Mədəd ömründə birinci və axırıncı dəfə oğluna bu qədər sirr açdı,
"hoppanan" oğlunun necə tərpənməz qaldığını, qızıl-qırmızı ikən necə ağbəniz
olduğunu görsə də susmadı, yəqin ki, doğrudan da "ürəyinə damdığına" görə
vəsiyyət eləyib, kabinetindən və idarədən çıxdı, o vaxt rayonlarda məsul işçilərə
paylanan, biri də gəlib buraya - Qonaqlıya düşən "Villis"ə minib, qəzəbini, kinini
motorun gurultusu, nəriltisi ilə bütün kəndə yaya-yaya, Ortayolla üzü aşağı
Xalıqın həyətinə sürdü, vurub kötüyü aşırdı, daşı-tərəzini, kişmişi dağıtdı,
evlərin, töylələrin, ot tayalarının ara-bərəsində maşının yanınca yüyürə-yüyürə
nə isə deyən "dəllal köpoyoğlunu" söyə-söyə yenə Ortayola çıxıb, rayon
mərkəzinə tərəf getdi.
Və Səməd bir daha atasını görmədi.
* * *
Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı.
Cəmaat uzun, arası kəsilməyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ
nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaatı görüb əlini siqnaldan
çəkəndə nə isə demək istəyib. Əmma "dili yoxuymuş" daha. Sultan əmi xəbər
tutub gələndə isə "meyid soyuyubmuş".
Sultan əmi sarğını açıb, qardaşının gicgahında partlamış yerə baxıb ağlamaq
evəzinə elə hey köksünü ötürürmüş. "Yaran nə dərindi, da-
______________Milli Kitabxana_______________
daş" - deyirmiş və hərdən ondan-bundan soruşurmuş ki, niyə danışmırsınız, belə
dümdüz yerdə maşın niyə aşıb, necə olub ki, bədənin heç yeri zədələnməyib,
təkcə gicgahı bu cür partlayıb-dağılıb?!
Sultan əmiyə heç kim heç nə deyə bilməyib. Ancaq NKVD Gülənovun
"zaklyuçeniyasi
1
"ndon sonra aydın olub ki, "Sudüşən yerlə meşənin arasındakı
nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola burduğuna görə maşın aşıb və
aşarkən sağ qapının yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu
qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinə səbəb olub".
Bütün bunları Səməd hamıdan sonra bildi. Atasının köhnə yoldaşı,
Qonaqlının partkomu Cəfər əmi - Lüt Cəfər onu elə orda - kabinetdə, oddan
qızarmış dəmir peçin yanındakı nazik taxtda üzünü qəbirlərin başdaşlarının
şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı.
- Qalx, oğlum... Bədbəxtlik olub... Atan avariyaya düşüb, - dedi.
Sonra qoluna girib, "uzun, arası kəsilməyən siqnal"dan "zaklyuçeniye"yə
qədər, hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə, tez-tez "qəsd işi yoxdu",
"qəsd işi yoxdu", - deyə-deyə onu hadisə yerinə apardı. Bu vaxt nə maşın orda
idi, nə meyid, nə cəmaat. Qan tökülən yeri torpaqlayıb, dövrəsinə qaratikan
yığmışdılar ki, "qanı tapdalayan olmasın". Qaratikan yığınının yanında bir saqqız
ağacının döşünü balta ilə çapıb hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər
basmışdılar: "Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il".
Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi,
ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi - Lüt Cəfərin qəribə
pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç
addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı.
İçərisi sökülüb gəlib boğazına tıxanmışdı, boğazından qaynar qurğuşun
qalxıb dəhşətli ağrı ilə başına-beyninə, gözlərinin çuxurlarına dolurdu, bir şey
görməyə qoymurdu. Bu vəziyyətdə hardansa, lap yaxından ayaq səsləri eşitdi.
Atasının çəkmələri idi, saqqız ağacının altındakı tapdanmış yerdən o yanda
xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı. Səmədin canından alov qalxdı. O
an da alov buza döndü... Bu nə deməkdi?! Sağ idi atası?!. Səməd titrəyə-titrəyə,
güc-bəla ilə gözlərini açdı. Ağacların qaraltıları arasında, kimsəsizlikdə heç nə
görmədi. Sonra lap yaxında Sultan əminin boz kitelini gördü.
Zaklyuçeniye - hadisə haqqında rəsmi nəticə - rey.
______________Milli Kitabxana_______________
Kitelin sağ-solunda Qonaqlının qəlyanlı qocalarından Çürük Aşıqla Xızr
Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü.
Müharibə illərində, gecəli-gündüzlü, aramsız işlərdə yorulub taqətdən
düşəndə, hərdən Sultan əmi belə zülmət içində, qardaşının qapısında səslənərdi:
"A kolxoz sədri, yenəmi nöyüdün yoxdu? Neyniyək indi? Gözədürtmə oynuyaq,
yoxsa bir-birimizin üzünü görmək üçün bir işartı tapaq?" Sədr Mədəd katib
qardaşından yaşca böyük - ağsaqqal sayılsa da, dərhal əl-ayağa düşərdi, ya neft
tapıb lampanı yandırardı, ya da ocaq qalayardı ki, "doğrudan da heç olmasa
gecələr bir-birimizin üzünü görək". Neft tapılana və ya ocaq qalanana qədər
Sultan əmi onu -Səmədi çağırıb "dizinin dibində" oturdardı, nə qədər üzgün
düşsə də, gümrah danışardı: "Hə, de görək, qardaşoğlu, harda oxuyacaqsan, nə
olacaqsan?" Bu onun hər dəfə təkrar elədiyi daimi sual idi. Səmədin cavabı da
daimi idi: "Partiya məktəbində
1
oxuyacam, Sultan Əmirli olacam". Əmisi
ləzzətlə şaqqanaq çəkərdi: "Partiya məktəbinə ağzı qatıqlıları götürmürlər axı,
qardaşoğlu. De görüm ağzıyın qatığını necə siləcəksən?" Bu sualın da cavabı
çoxdan hazırdı: "Əmimin nəzarəti altında, ikiillik ali-orta institutun tarix
fakültəsini qurtaracam. Sonra yenə əmimin nəzarəti altında, əmimin Öz
yanındaca təlimatçı olacam. Azı üç-dörd il işləyib, bişib-bərkiyəcəm. Sonra elə
əmimin özündəncə xasiyyətnamə alacam, o xasiyyətnaməynən ağzımın qatığını
silib, girəcəm partiya məktəbinə..." Sultan əmi də, Səməd özü də, atası da yaxşı
bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu
söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də
axırda Sultan əmi mütləq kövrələrdi: "İki qardaşın bircə balasısan sən,
qardaşoğlu. Varlığımı sənin yolunda qoyacam, bircə bala!.." "Dədənnən
məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o
Çax-çux Xalıqın-filanın dilində bir kəlmə var: "xəzinə". Bizdədi o xəzinə, bircə
bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm.
Ağzıyın qatığını siləndən sonra dünyanın ən varlı bir kişisi olacaqsan, bircə
balam. Əmma bir şərtimiz var: dilini dişinnən tut. Xəzinəsi olan adam ağzına
qıfıl vurmalıdı ha, bircə balam" - və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr,
nələr danışmışdı! Axırda da hökmən təkrar edərdi: "Varlığımı sənin yolunda
qoyacam, bircə balam!"
Marksizm-Leninizm əsaslarını, dialektik, tarixi, fəlsəfi materializmi mənimsəyən "xüsusi hazırlıqlı"
partiya kadrları hazırlayan ikillik məktəb.
Dostları ilə paylaş: |