______________Milli Kitabxana_______________
çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb Qıllı Qeybalının üz-
gözünü, üst-başını batırardı; hesabdar Mürsəl, Qonaqlının məşhur "qəlyanlı
qocalar"ından Çürük Aşıqla Xızr Abının əməkgünlərini kəsib, ömürlərini
bazarlarda keçirən Qudalılara əməkgünü yazanda Səməd atasının bu işə
qarışmağını gözləməyib, mühasibliyə cumardı, "vedomostu"
1
stolun üstündən
qapıb Mürsəlin başına çırpardı, "təzədən yaz, köpəyoğlu!" - deyib, ədalət bərpa
olunmayınca idarədən çıxmazdı.
Lap uşaqlıqdan başlayıb, hələ də davam edən bu cür dəliqanlılığına görə
Qudalı cavanları ona "Dəli Səməd" deyirdilər və yəqin ki, elə haqlı deyirdilər;
daim dingildəyib hökmən nə isə eləmək, hətta gecələr çarpayıda da qaynayıb
yorğan-döşəyi, balıncı əzişdirib bir-birinə qatışdırmaq heç də adi, normal adam
vəziyyəti deyildi və Səməd özü də hiss edirdi ki, ancaq son vaxtlar "Kamal
attestatı proqramı"nda imtahan biletlərinin çoxluğundan qorxub kitabların üstünə
cumanda, bir də Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyə-yeyə Gülgəzə
tamaşa eləyəndə "az-çox adam olurdu".
1946-cı il dekabrın iyirmi üçünə qədər vəziyyət belə idi.
O qış günü Çax-çuxun "o taydakı şeyx qardaşlar" barədə cəmaata danışdığı
xəbəri, "O Əmirlilər Sovetin düşmənləridilərsə, burdakı Əmirlilər Sovetə dost
olarlarmı, ay cəmaat!" - dediyini qulağı alar-almaz Səməd əlini Gülbənizin
önlüyündən çəkib, birbaş idarəyə - atasının kabinetinə yüyürdü və o gün də
birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa, "Ağ Əmir, Boz Əmir adında
şeyx əmiləri" də varmış; haçansa - "İranda məşrutə vaxtı", Səttar xan üsyanı
illərində gəlib-gedərmişlər, Bakının, Gəncənin, Tiflisin, İrəvanın
2
məscidlərində
ianə yığıb o taya apararmışlar. Axırıncı dəfə, Şimali Azərbaycanda Şura
respublikası qurulanda Nəriman Nərimanovun "Şərqdə müstəmləkəçilikdən,
azadlığa çıxmağın yolları" haqqında nitqinə qulaq asıb gediblər, bundan iki il
sonra - iyirmi ikinci ildə isə, sonuncu Azərbaycan şahının təxtində oturan təzə
Pəhləvi şahının qəzəbinə keçib zindana düşüblər, yeddi-səkkiz il müddətində
şaha dəfələrlə məktub yazıb Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut
eləməyə çalışsalar da, "millətpərəst qiyamçılar" damğasından qurtara bilməyiblər
və nəhayət,
"Vedomost" - Kolxozçuların əməkgünlərinə verilən pulun siyahısı.
Əsrin əvvəlində Tiflisdə, İrəvanda da məscidlər vardı, əhalinin əksəriyyəti dindar azərbaycanlılardı.
1918-ci ildə rusların qələbəsindən sonra qədim ƏrEvÜn - o dərcəsi: (Ərişıq, Ev, Ün - İşıq Evinin
ünü), indiki "Yerevan" Ermənilərə verilib.
______________Milli Kitabxana_______________
otuzuncu ilin qışında iki qardaşın ikisi də bir gündə xəlvəti öldürülüb, "Əmir
məzarstanı" deyilən qəbristanda dəfn olunub... Atası Səmədi stolun böyründə
oturtdu, özü isə ayağa qalxdı. Boyu elə uca idi ki, stolunun dalından qalxanda
başı divarda Stalinin portreti ilə yanaşı durardı və bu vaxt Səməd qalın, bir az
yağlıtəhər saçlarında daraq dişlərinin izi qalan, bığı da saçları kimi parıldayan
atasının Stalinə necə oxşadığını daha yaxşı görüb, kükrək qürurla coşub dik
atılardı. Atası bu hərəkətdən təəccüblənib; "hoppanırsan elə", - deyərdi. Sonra
gözucu portretə baxıb dodaqucu gülümsünərdi, "Yaxşı böyüyürsən, oğlum. İşıqlı
böyüyürsən, əmma çox hoppanma. Oğul təmkinli olmalıdı", - deyib hər dəfə
nəsihət eləsə də, Səməd heç cür təmkin saxlaya bilməzdi. O gün isə, sədr
stolunun böyründə, xüsusi xalça üstündə, Sultan əmi kimi, Qılınc Qurban kimi
böyük adamlar üçün qorunub saxlanan "qonaq yerində" - kresloda oturduğunu da
hiss eləməyib, atası kabinetdən çıxıb gedəndən sonra da kresloya yapışıqlı qaldı.
Qabağında, stolun küncündə üç şəkil vardı. Biri "Əmir məzarıstanı"nda bir
cüt yanaşı qəbrin şəkli idi. İkinci, üçüncü şəkillər isə, həmin qəbirlərin
başdaşlarının ayrı-ayrılıqda şəkilləri idi. Danışıb qurtarıb kabinetdən çıxanda,
atası qapıdan qayıdıb bu şəkilləri buraya atdı və hirsli-hirsli gəzinməyə başlayıb:
- Bax! Bax! - dedi.
- Baban Məhəmməd Əmirin qəbri də o məzarıstandadı, əmilərin Ağ Əmirnən
Boz Əmirin qəbirləri də. Adlarını kommunist qoyanlar şeyx adlananları özlərinə
düşmən sayırlar, - dedi.
- Aclıq ili
1
gəlib bu tayda qalmasaydıq, rus dilini öyrənib, Leninin kitablarını
oxuyub Kommunist Partiyasına daxil olmasaydıq, Sultan əminnən mənim
yerimiz də o məzarıstan olardı indi, - dedi. - Cəllad şahın əli çatmadı, bu tayda
səlamət qaldıq. İndi özümüz özümüzə cəllad olmuşuq. O taydan şeyx
qəbirlərinin şəkillərini gətirdirik, bu tayda kommunist Sultan Əmirliynən
kommunist Mədəd
Əmirlini çək-çevirə
salırıq: "Sinfi düşmənlərimizin
qardaşlarısınız!" - filan!.. Bax o şəkillərə, fəxr elə ki, Əmir adınnan adlanan o
məzarıstanda qədim nəslin-kökün, Səttar xan, Bağır xan mücahidlərinə haqq-
ədalət dərsi deyən şeyx əmilərin var. "Şeyx" kəlməsi qorxutmasın səni.
Oxumusan, Lenin deyir:
XX əsrin əvvəllərində Cənubi Azərbaycanda (cənuba "Güney" də deyilir) aramsız üsyanlar
nəticəsində kütləvi aclıq olmuş və Arazın o tayından bu tayına insan axını gəlib burada
məskunlaşmışdı.