______________Milli Kitabxana_______________
Əmma röya qurtarmadı. Hər şeyin keçib gedəcəyinə, yoxa çıxacağına
Səmədin əməlli-başlı inandığı bir vaxtda, cəmaatın arasından uzun, qara bir
adam çıxdı, hönkürə-hönkürə yüyürüb, tappıltı ilə dizləri üstə düşüb, Sultan
əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:
- Ayağıyın altında ölüm, bağışla məni! İki qardaşın bircə balasının başına
çevir məni, keç günahımdan! Mədəd deyil ölən, mən bəxtiqarayam ölən! Bu
rəhmətliyin barəsində heç vaxt pis fikirdə olmamışam. Özün bilirsən, dilimdən
nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa... bu gözəl, bu igid kişinin barəsində
hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa
düşürəm, mənim danışdıqlarım əsasında olub. Öldür məni öz əlinnən!
Bağışlayammırsan, öldür! Atamız, rəhbərimiz Stalinin bu cür teleqramından
sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..
Çoxdanışan adam, sözlərindən də bilindiyi kimi, Çax-çux Xalıqdı. Sultan
əminin qabağında, qəbir üçün yoğrulmuş gilli, qumlu palçığı ovuclayıb üzünə
yaxa-yaxa ağlayırdı.
- Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! - deyirdi.
- Stalininə də qurban olum, teleqramına da, sənə də! Öldür öz əlinnən! -
deyirdi.
Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş Abbas çəkib onu
Sultan əmidən araladı.
- Çıx get, çıx get! - dedi.
Çax-çuxun beli əyilmişdi. Qolları birə-iki uzanmışdı. Qara, palçıqlı üzündə
göz yaşları işıldaya-işıldaya, qıçları bükülə-bükülə uzaqlaşdı, birdən-birə
kükrəyən dəhşətli bir şübhədən içərisi alışan Səmədi də elə bil ardınca aparıb,
atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.
Bu ayrılma Əmirli yeniyetməsi Səməd Əmirlinin ruhi sıxıntısının, mənəvi
həyatının başlanğıcı idi.
Əmisinin hələ müharibə illərində, əvvəlcədən proqramlaşdırdığı həyat yolu
zahirən eynilə qalsa da, bu yol gözlənilmədən Səmədin içərisinə doğru
burulduğuna görə, Səmədin özündən başqa heç kəs bilmədi ki, kandarında
çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan Əmirli mülkü ilə
vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla
birgə, o illərdə ikiillik ali-orta institutun auditoriyalarında, yataqxanada,
kitabxanada, yeməkxanada o uzun adamın o qara, palçıqlı üzü havadan asılıb
bircə gün də Səməddən ay-
______________Milli Kitabxana_______________
rılmadı. Qırx doqquz-əlli ikinci illərdə o qara üz həyulaya çevrilib, raykomun
təlimatçılar otağında məskən saldı, "sezonun işinə nəzarət üçün kolxoza təhkim
edilən" Səmədlə birgə əkində, səpində, pambıq yığımında Səmədlə birlikdə
çölləri gəzdi, Mədəd Əmirli ilə Sura Əmirlinin qoşa, aylı-ulduzlu qəbirlərinin
yanında dayandı. Sonra isə Bakıya getdi, partiya məktəbinin auditoriyalarında,
kitabxanada, yeməkxanada, yataqxanada tez-tez görünüb, müharibədən sonrakı
bu "quruculuq illərində" sürətlə dəyişməkdə olan dünya ilə Səmədin arasında
əməlli-başlı səddə çevrildi.
2
Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı "şinel" və müharibənin yadigarı
"teloqreyka"
1
yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin,
qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin
varlanan adamların isə əksəriyyəti "kitayski makentoş" - plaş geyinirdi və hamı
bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən
qayıdan briqadirlərin, manqabaşıların,
2
xeyir-şər yığnaqlarından dağılışan ahıl
adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü "mil"
işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət
küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də
Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə
hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə
baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin
3
üç
para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc
Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.
4
Qurbanlı sovetliyi
raykomun təlimatçılarından təkcə "Məsimin zonası" - ərazisi olsa da, Sultan əmi
bu sakit, qaraqabaq oğlanı "əfəl" saydığına görə hərdən Səmədə "Get o əfələ
kömək elə", - deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd,
Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə
düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri
Əsgərlər üçün qalın üst geyimləri.
Kolxozda hər briqada bir neçə manqaya bölünürdü.
"Sovetlik" - kəndləri idarə edən dövlət orqanı.
SSRİ-də fərdi alver qadağan idi.
______________Milli Kitabxana_______________
ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu
şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqi-təbii duyurdu, əmma
o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı "yaiçni paraşok", kişmiş alverçisini,
təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-
fılanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd
dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin
projektorsayağı "mil" işıqlarını görəndə də dərhal o qara üzü görürdü,
makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu,
Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi.
Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı
dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən
ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-
qarala qalırdı. Odur ki, hətta son iki ildə - Bakıda da Səməd onu unutmamışdı.
İş o yerə çatmışdı ki, əmisinin şoferi - "quşburun" Müslüm "Bircə bala"ya ilk
bahar nemətləri - "təzə, duzsuz pendir", "nəhrə yağı" aparıb yataqxanada
Səmədin sifətini görəndə qorxuya düşdü: "Bıyy! Xəstəsən-nədi, ay Səmi?!"
Səməd bu vaxta qədər necə qapalı gəzib-dolanmışdısa, orda, işgəncələrdən
bezmiş kimi, bir az açılışmalı oldu: "Qəbristanda Çax-çux o cür, əmimin ayağına
yrxılandan bəri onun sifəti yuxuda da yadımdan çıxmır, ay Müslüm!" - dedi.
Heç, yarım saat çəkmədi ki, Qonaqlının nə üçünsə Müslümlə Bakıya getmiş,
"Sestra" çağırılan şəfqət bacısı, yəqin ki, Müslümdən hər şeyi öyrəndiyinə görə
bircə kəlmə: "Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək" - dedi.
Əmma keçmədi "patalogiya". Çünki bunun həqiqi adı "şübhə" idi.
Yalnız şübhə?
Başqa nə vardı?
Sultan əminin qabağında diz çöküb yalvarandan sonra Çax-çuxun özünün
cəmaat arasında o vaxtkı söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb
yalvarmağı da ondandı ki, "KeQeBe Xudiyev"o agentlik eləmişdi, Şeyx
qardaşların bu taya qaçan fədai şagirdləriynən Əmirlilərin xəlvəti əlaqələri
barədə KeQeBeyə yaxşı-yaman yazıb, kişiləri çək-çevirə salmışdı", xüsusən o
kişmiş əhvalatı ilə "sədr Mədədi hövsələdən çıxartmışdı", Mədəd də "maşını
sürəmməyib, düppədüz yerdəcə fələyin xərcinə getmişdi". Belə çıxırdı ki, bu
müsibətdə Çax-çux Xalıqın bircə günahı vardı, o da "KeQeBe Xudiyevə agentlik
eləməyi" idi?
Dostları ilə paylaş: |