12
FEVRAL. 2012. № 12
www.uluturk.info
Qafqaza kütləvi erməni köçləri Gürcüstan arxivlərində
Yuxarıda qeyd olunanlardan aydın görünür ki,
nestorianların iranlılara qarşı sizin rəhbər-
liyiniz və ya mənim atam, yaxud da ki, mənim
tərəfimdən silahlandırılması Rusiya və Türkiyə
imperiyaları arasında sülhün pozulması kimi
qiymətləndirilə bilməz...”
Məktubda, daha sonra Anton Qrikur oğlunun
nestorianların hamısının Rusiya təəbəliyini
götürərək İrana qarşı savaşda Rusiyanın yanında
yer almağa hazır olduqlarını söylədiyi də ifadə ol-
unur.
Qafqazda miqrasiya prosesləri ilə bağlı GMTA-
da saxlanılan materiallar içərisində daha çox
diqqətimizi cəlb edən 1105-ci fondda 55 saylı iş
adı altında saxlanılan “Qarabağa və digər
sərhədyanı əyalətlərə erməni mühacirlərinin
köçürülməsi” (О переселении из Персии в Ка-
рабаг (Karabax yox, Karabaq! – F.V.) и прочие
провинции армян, пограничных выходцев»)
başlıqlı rəsmi sənədlər toplusu oldu (Xüsusilə
qeyd etmək istərdik ki, bu arxiv sənədinin qey-
diyyat-istifadə vərəqəsindən onunla yalnız erməni
tədqiqatçılarının (V. Parsamyan, L. Xaçatryan, M.
Darbinyan, L. Melikset-Bek) tanış olduğu bəlli
olur). Bu sənəddən aydın olur ki, İran tabeliyində,
Urmiyə gölü hövzəsində yaşayan ermənilər və
yunanlar Qafqaz canişini knyaz general-adyutant
İ. Paskeviçə ünvanladıqları müraciətlərində
Rusiya İmperiyasının hüdudları daxilinə
köçürülmələrini xahiş edirlər. Müraciətdə
köçürülmək istəyənlərin 15 min ailədən ibarət
olduğu göstərilir. Eyni zamanda onu da qeyd edək
ki, sənəddən ümumilikdə Urmiyə bölgəsində
yunan və ermənilərin 145 kənddə yaşadığı və bu
kəndlərin əhalisinin 2/3-sinin yunanlardan və 1/3-
nin ermənilərdən ibarət olduğu bəlli olur.
Müraciətlə bağlı Paskeviç Şəki, Şirvan və
Qarabağ bölgələrinin idarəçisi polkovnik knyaz
Abxazova məktub yazaraq konkret təlimatlar
verir. 27 dekabr 1827-ci il tarixli, 528 saylı bu
məktubunda o, köçmək istəyənlərdən Şəki, Şir-
van və Qarabağ vilayətlərinin hərəsinə 2 min
ailədən az olmamaq şərtilə neçə ailənin yer-
ləşdirilməsi mümkünlüyü ilə bağlı siyahılar hazır-
lamağı tapşırır.
Abxazov tərəfindən Paskeviçə ünvanlanmış 9
fevral 1828-ci il tarixli cavab raportunda verilən
tapşırığı yerinə yetirmək üçün qeyd olunan vi-
layətlərdəki mahallarda naib vəzifəsini icra edən
“tatar”ların (Azərbaycan Türklərinin), xüsusən
də Qarabağın “tatar” naiblərinin köməyinə bel
bağlamağın boş və mənasız olduğu bildirilir və
köçkünlərin hansı şərtlər əsasında məskun-
laşdırılacağı, onlara güzəştlər verilib-verilmə -
yəcəyi barədə dəqiq məlumat verilməsi xahiş
olunur.
Daha sonra Abxazov Paskeviçə onun tapşı -
rığına uyğun olaraq tərtib etdiyi siyahını göndərir.
Bu siyahıda
Şirvan vilayətinə - 2860 ailə,
Şəki vilayətinə - 400 ailə,
Qarabağ vilayətinə isə - 10870 ailə
- nin köçürülməsinin mümkünlüyü qeyd olunur.
Qarabağ vilayətinin mahallarının ayrı-ayrılıqda
aran və dağlıq hissələrinə neçə erməni ailəsinin
köçürülməsi mümkünlüyü ilə bağlı siyahıda əks
olunmuş məlumatı özəl olaraq cədvəl şəklində
təqdim edirik.
13
FEVRAL. 2012. № 12
www.uluturk.info
Dr. Fəxri Valehoğlu
Cədvəldən göründüyü kimi rus məmurları
tərəfindən Qarabağ vilayətinin dağlıq ərazilərinə
7825, aran ərazisinə isə 3045 erməni ailəsinin
köçürülməsinin mümkün olduğu müəyyən ol-
unur.
Qeyd edək ki, bu arxiv bəlgəsinin 27-ci
vərəqində Quba vilayətində hansı sahələrə və nə
qədər erməninin yerləşdirilməsi mümkünlüyü
barədə siyahı da əks olunmuşdur.
Paskeviç 27 fevral 1828-ci il tarixində Təb -
rizdən Abxazova yazdığı 285 saylı məktubunda
İrəvan və Naxçıvan vilayətlərinə 18 minə qədər
ailənin yerləşdirilməsi üçün kifayət qədər tor-
pağın olduğunu, ancaq ermənilərin bir hissəsinin
qəti və qərarlı şəkildə Qarabağa məskunlaşmaq
istədiklərini ifadə edir. O, Qarabağda yalnız
dövlətə məxsus torpaqlarda 8600-dən çox ailənin
yerləşdirilməsinə imkan olduğu üçün ermənilərin
bu tələblərinə yox deməməyi lazım bildiyini də
vurğulayır.
Yuxarıda təqdim edilən məxfi yazışmalardan və
10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay
müqaviləsindən sonra, yəni ki, Araz çayının şi-
malına ermənilərin köçürülməsi üçün tam zəmin
yaradıldıqdan sonra Paskeviç Qarabağa köçmək
istəyində olan İran təəbəli ermənilərin Ucan və
Türkmənçay məntəqələri arasında yerləşən və
cəmi 150-160 ailənin yaşadığı Üzümçü, Qaraqov-
man, Quşçu və Həsənabad adlı erməni kəndlərinə
toplaşmasını əmr edir, onların köçməsinə yardım
göstərmək üçün isə 41-ci Yeger alayının erməni
əsilli mayoru Melikovu bu kəndlərə ezam edir.
Beləliklə, Güney Azərbaycanda dağınıq, səpələn-
miş halda yaşayan ermənilərin Şimali Azərbay-
cana – Qarabağa, İrəvan və Naxçıvan bölgələrinə
Türk-müsəlman mülkədarlara məxsus torpaqlara
kompakt şəkildə məskunlaşdırılması prosesinə
start verilir.
Arxiv sənədlərindən köç proseslərinə nəzarətin
birbaşa rus ordusunun milliyyətcə erməni olan
zabitlərinə həvalə olunduğu məlum olur.
Məsələn, İrəvan komendantı vəzifələrini icra
edən podpolkovnik knyaz Arqutinskiy-Dolqo -
rukovun Paskeviçə raportundan bəlli olur ki, Səl-
masdan ermənilərin köçürülməsi ilə bağlı ilk
başda poruçik Melik-Yusupov və praporşik Şah-
nazarov məşğul olub, titulyar müşavir Yeni ko-
lopov isə general-mayor Pankratyevin razılığı ilə
xristian köçkünlər və yerli müsəlmanlar arasında
mübahisəli məsələlərin aydınlaşdırılması ilə
məşğul olurdu.
Saray müşaviri Usimoviç Paskeviçə ünvan-
ladığı məktubunda (29.02.1828-ci il) xristianların
köçü ilə bağlı 15 maddədən ibarət olan göstəriş
verir. Onlardan 4-ü aşağıdakılardır:
1) Köç prosesinə nəzarət etmək üçün Xristian
Köçkünlər Komitəsi yaradılsın;
2) Köçkünlərin yerləşdiriləcəyi ərazilərdə xris-
tianlardan ibarət ayrıca dairə (okruq) və mahallar
yaradılsın. Çalışılsın ki, xristianlar müsəlmanlarla
qarışıq yaşamasınlar. Bunun üçün bəzi müsəlman,
eləcə də xristian kəndlərinin onların dindaşlarının
daha sıx yaşadığı bölgələrə köçürülməsi məsələs-
inə baxılsın;
3) Köçkünlərin yerləşdirilməsi üçün yaşamağa
əlverişli, həyat üçün sağlam və suyu bol olan tor-
paqlar seçilsin;
4) Köçkünlərə güzəştlər və imtiyazlar verilsin.
Yuxarıdakı göstərişlərə əməl olunur. Xristian-
ların Köçkünlər Komitəsi və bu komitənin