18
FEVRAL. 2012. № 12
www.uluturk.info
Türk Cümhuriyyətinə “Azərbaycan” adının verilməsinin 3 səbəbi və 3 hədəfi
Cümhuriyyət ideoloqları tərəfindən yeni dövlətə
“Azərbaycan” adının verilməsi, nə zamansa İran
Türkləri ilə Qafqaz Türklərinin Azərbaycan adlı
dövlətdə birləşməsi, bütövləşməsi ideyası ilə bağlı
olmuşdur.
Bunu, o zaman Qacarlar (İran) dövlətinin nü-
mayəndələri anlamaqda çətinlik çəkməmiş və rəsmi
Bakıya etiraz notası göndərmişlər. 1918-ci ilin
sentyabrında Azərbaycan Cümhuriyyətinin İstan-
bulda olan nümayəndə heyətinin başçısı M. Ə. Rə-
sulzadə “İstiqlal bəyannaməsi”ni İranın buradakı
konsulluğuna təqdim etmiş, konsulluq isə bütün
kağızları, ayrıca bir qeydlə geri qaytarmış və
bildirmişlər ki, Azərbaycan İranın ayrılmaz bir
hissəsidir. Hətta İran tərəfi təklif etmişdir ki, yeni
dövlət Aran Xalq Cümhuriyyəti adlansın. Azərbay-
can Türk hökuməti isə İranın etirazının bir hissəsini
nəzərə alaraq, rəsmi sənədlərdə ölkəni bir çox hal-
larda “Qafqaz Azərbaycan”ı kimi qələmə almış,
“Azərbaycan” adından imtina olunmamışdır.
Fikrimizcə, Cümhuriyyət ideoloqlarının yeni
dövlətə “Azərbaycan” adını vermələrində ikinci
hədəfləri Türk dövlətçilik ənənələrinin bərpası və
milli (Türk) dövlətçilik ideologiyasının yaradılması
ilə bağlı olmuşdur. Belə ki, “Azərbaycan” ismi milli
mənsubiyyəti bildirməsə də, Türk dövlətçilik
ənənəsi baxımından çox vacib sayılmışdır. Bir sözlə,
“Azərbaycan” adı bu ərazilərdə -İranın şimal-qərbi
və Qafqazın cənubunda vaxtilə mövcud olmuş Türk
dövlətlərilə (Albaniya, Sacilər, Atabəylər,
Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b.) yeni
dövlət arasında bir bağlılıq olmalı idi. Deməli,
“Azərbaycan” adı qədim dövlətçilik ənənələrini
ifadə etmək, eyni zamanda milli (Türk) dövlətçilik
ideologiyasını yaratmaq naminə yeni dövlətə ver-
ilmişdir. Bununla da, milli mənsubiyyəti ifadə edən
“Türklük” və milli dövlətçiliyi ifadə edən
“Azər-
baycan”ın vəhdəti kimi
“milli (Türk) və müstəqil
Azərbaycan” ideyası yaranmışdır. Çox keçmədən
“milli (Türk) və müstəqil Azərbaycan” ideyası
Türklüyün rəsmi təbliğinin əsas hissəsinə
çevrilmişdir.
Deməli, milli ideoloqların istiqlal ərəfəsində
“Azərbaycan” adına müraciət etməsi,
“türklüy”ün
yaxın (Azərbaycan Türk muxtariyyəti) və uzaq
(Azərbaycan Türk istiqlalı) milli hədəfi olan Türk
dövlətinin yaranması ilə bağlı olmuşdur. Fikrimizcə,
bu məsələni ən doğru və obyektiv şəkildə M. Ə. Rə-
sulzadə şərh etmişdir. O hesab etmişdir ki, “milli və
müstəqil Azərbaycan” ideyası yalnız Türklük
uğrunda savaş aparan müsavatçıları deyil, sosial-
istləri, islamçıları və başqalarını da öz ətrafında bir-
ləşdirə bilər. Əslində son hədəfi müstəqil Türk
dövləti yaratmaq olan Türklərin ölkənin “Azərbay-
can” adlandırılması bir tərəfdən Türklüyün ifadəsi,
digər tərəfdən isə siyasi-ideoloji gediş idi. Rəsulzadə
yazır: “Cənub-Şərqi Qafqaz torpaqlarının bütün-
lüklə Azərbaycan adı altında yaranan siyasi quru-
luşlarda olması sübutundan başqa Azərbaycan
Türklərinin yaşadıqları bir ölkə olduğu üçün buraya
Azərbaycan deməkdə heç bir sıxıntı görülməmişdir.
Bu adın yeni Türk Cümhuriyyətinə verilməsində ən
böyük tutalqa sözsüz bu Türklük olmuşdur”.
Deməli, bu dövlətin bir Türk dövləti olması, onun
dilinin və millətinin Türk adı daşıması kimi, “Azər-
baycan” sözünün də Türklüyü ifadə etməsi heç
kəsdə şübhə doğurmamış və xalq tərəfindən birmə-
nalı şəkildə qəbul edilmişdir. Sadəcə olaraq, siyasi-
ideoloji mənada “Azərbaycan”, “Azərbaycan
Cümhuriyyəti” anlayışları yalnız Türklüyü ifadə et-
məklə məhdudlaşmamış, Azərbaycanda yaşayan
bütün vətəndaşların (Türk və Türk olmayan) vətəni
və dövləti kimi daha geniş məna daşımışdır.
Deməli, Türk Cümhuriyyətinə “Azərbaycan”
adının verilməsində üçüncü hədəf Azərbaycanın
sayca üstün milləti olan Türklərlə azsaylı xalqları
bir ideya altında birləşdirmək və onların bir ideolo-
giaya– milli dövlətçiliyə xidmət etməsinə nail olmaq
idi. Çünki “Azərbaycan” adı yalnız Türklərin deyil,
başqa azsaylı etnik qrupların da qəbul etdiyi bir an-
layış idi ki, bu da məhz “milli (Türk) və müstəqil
Azərbaycan” ideologiyasına xidmət etməli idi.
Bizə elə gəlir ki, məhz bu mənada Azərbaycan
Cümhuriyyətinin qurucusu və ideoloqu M. Ə. Rə-
sulzadə və onun silahdaşları Türk dövlətinə “Azər-
baycan”
adı
verməklə,
onu
Türklüklə
məhdudlaşdırmaq
istəməmiş,
Türklük
və
dövlətçiliyi uzlaşdırmağa çalışmışlar. Bu artıq Azər-
baycan Türklüyünün bir dövlətin rəsmi milli
ideyasına çevrilməsi və öz mənasını daha da
19
FEVRAL. 2012. № 12
www.uluturk.info
Faiq Ələkbərov
genişləndirməsi demək idi. Yəni Azərbaycan
Cümhuriyyəti yaranana qədər başlıca ideya etnik
(Türk dünyasının bir hissəsi olan Azərbaycan
ərazisində) Türklük idisə, milli dövlət qurulduqdan
və “Türklürk” anlayışı millətin rəsmi şəkildə dilinə
və adını çevrildikdən sonra, Azərbaycan və türk-
lüyün bütövləşməsi ilə “milli (Türk) və müstəqil
Azərbaycan” ideyası yaranmışdır. Bu məsələ ilə
bağlı M. Ə. Rəsulzadə doğru qeyd edirdi ki, bu
Cümhuriyyət Azərbaycan adlansa da, əslində bir
Türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Yəni
ölkənin hansı adla adlandırılmasından asılı olma-
yaraq, əslində bu dövlət Türk dövləti, Türk hökumə-
tidir. Görünür, M. Ə. Rəsulzadə “Azərbaycan”
sözünə sinonim kimi “kiçik Türkiyə” ifadəsini də
bu mənada işlətmişdir. Hər halda açıq şəkildə hiss
olunur ki, Cümhuriyyət ideoloqları milli mən-
subiyyəti, milli dili, milli mədəniyyəti, dövlətçiliyi
və s. “Azərbaycan” və “Türk” ideyalarının vəhdəti
şəklində təbliğ ediblər. Fikrimizcə, bundan çıxış
edərək M. Ə. Rəsulzadə yazır ki, Rusiyada yaşayan
Qafqaz müsəlmanlarını “Türk”, ölkələrini “Azər-
baycan” kimi qəbul etdirmək qazanılmış bir dava
idi.
Gördüyümüz kimi, bütün hallarda, milli
dövlətçiliyin əsas prinsipi Türklük əsasında qurul-
muş, sadəcə Türk dövlətinə, Türk Cümhuriyyətinə
yuxarıda qeyd etdiyimiz səbəblərə görə Azərbaycan
Cümhuriyyəti adı verilmişdir. Bu mənada, hazırda
bəzi “azərbaycançı” ideoloqların hər cür vasitə ilə
XX əsrin əvvəllərindəki Türklüyü “azərbay-
cançılıq” kimi yozmalarının heç bir əsası yoxdur.
Ona görə də, o dövrlə bağlı “azərbaycançılıq”dan
deyil, ən yaxşı halda Türklük əsasında meydana
çıxmış və Türklüyü ifadə edən “azərbaycanlılılq”
və “milli (Türk) və müstəqil Azərbaycan” ideyasın-
dan bəhs etmək olar. Yəni mövcud olmayan “azər-
baycançılıq” Türklüyü deyil, Türklük
“milli (Türk)
və müstəqil Azərbaycan” ideyasını və ən yaxşı halda
“azərbaycanlılığ”ı (
“azərbaycançılığ”ı deyil)
doğurmuşdur. Bu “azərbaycanlılıq” isə Azərbay-
canda yaşayan bütün vətəndaşlara (Türk və Türk ol-
mayan) verilmiş siyasi millət anlamını ifadə
etmişdir.
Belə ki, “azərbaycanlılıq”, “türkiyəlilik”, “gür-
cüstanlılıq”, “rusiyalılılq”, “iranlılıq” və b. kimi
anlayışlar əslində konkret bir milləti, məsələn Türk-
ləri nəzərdə tuta bilməzdi. Əslində “azərbaycan-
lılıq” başda Türklər olmaqla, Azərbaycanda yaşayan
bütün etnosları ifadə etmişdir. Ancaq o başqa
məsələdir ki, Azərbaycan əhalisinin böyük ək-
səriyyəti həmişə Türklərdən ibarət olduğu üçün,
“azərbaycanlılıq” anlayışı, ilk növbədə onlara şamil
edilmişdir. Eyni zamanda Türkləri azlıq təşkil edən
etnik xalqlardan fərqli olaraq, “müsəlman”
məfhumu kimi “azərbaycanlı” və “azərbaycan-
lılıq” anlayışlarını da daha çox mənimsəmiş,
özlərini “azərbaycanlı” adlandırmaqda elə bir zor-
luq çəkməmişlər. Bunu, bugünkü vəziyyət də bir
daha ortaya qoyur. Bu günün özündə də Azərbaycan
Türkləri etnik mənsubiyyət kimi “azərbaycanlı”
anlayışından çox istifadə edirlər, nəinki milli azlıq
təşkil edən etnoslar.
Yeni nəşr
AMEA Fəlsə-
fə, Sosiologi-ya
və Hü-quq İnsti-
tutunun əmək-
daşı,
fəlsəfə
doktoru
Faiq
Ə l ə k b ə r o v u n
“Milli ideologiya
probleminə tar-
ixi-fəlsəfi baxış (I
hissə)” kitabı çap
o l u n m u ş d u r.
Monoqrafiyada
ilk dəfə olaraq
milli ideologiya
problemi bütün aspektləri ilə tədqiq
edilmiş, milli ideologiya ilə bağlı etnos, mil-
lət, milliyyət, xalq, mənəvi dəyər, milli
ideya anlayışları ətraflı şərh olunmuşdur.
Monoqrafiya fəlsəfə, tarix, politologiya,
ədəbiyyat, dilçilik, etnoqrafiya, kultrologiya
və başqa elm sahələrində çalışan mütəxəs-
sislər, tələbələr və müəllimlər üçün maraqlı
mənbədir.