10
FEVRAL. 2012. № 12
www.uluturk.info
Hər iki dünyadan xəbər verən indeks
etmiş ölkələrdi və bu ölkələr üçün K >> 1- dir.
İnkişaf etmiş II qrup ölkələri üçün K – nın
qiyməti vahid ətrafında dəyişir. Üçüncü qrup
ölkələr üçün a(K) asılılığı qüvvətlidir. Bu
ölkələr zəif inkişaf etmiş ölkələrdir. Bu ölkələr
üçün K << 1 - dir.
Bütün səmavi kitablarda Cənnət və Cəhənən-
nəmin varlığı və səciyyəvi cəhətləri xeyli aydın
təsvir edilibdir. Cənnətəbənzər həyat şəraiti
quran dövlətlərdə K – nın qiyməti 10 – dan
çoxdur. Bu dövlətlərə misal olaraq Norveçi,
Avstraliya, göstərmək olar. Bu ölkələr, bu
Dünyada cənnət şəraitinin 90% -ni yarada bili-
blər. Üçüncü qrup olkələrinə K qiyməti 0 ilə
0,4 arasında dəyişən ölkələri aid etmək olar.
Bu ölkələrə misal Nigeriya, Konqo və Zimbab-
veni göstərmək olar. Zimbabve üçün K = 0,16
- dır. Nə qədər ağır olsa da bu ölkədə Cəhən-
nəmin ələmətləri qədərincə çoxdur.
Bu dünyada doğma planetimizin bir neçə
ölkəsi
firavan
yaşamanın
nümunəsini
yaradıblar. Allah insanlara düşünməyə ağıl,
görməyə göz veribdir. İnsan oglu bu Dünyaya
gəlişinin səbəbini düşünüb tapmalıdır. Əgər
tapa bilməsə, XXI əsrin ən intellektual adamı,
“Apple” firmasının yaradıcısı Stiv Cobsun bu
fikirlərinə diqqət etsin: “Biz bu Dünyaya ona
görə gəlmişik ki, öz töhvəmizi verək”.
Töhvəni necə verməni kvazicənnət dövlətlərin
vətəndaşlarından öyrənmək olar.
Alp Arslan və Əbülfəzl Səki
(ibrətli hekayə)
Bir gün Əbülfəzl Səkzi Alp Arslandan soruşur:
- Nə üçün sahibxəbərin yoxdur?
Alp Arslann dedi:
- İstəyirsən mənim ölkəmi bərbad edəsən, dostları məndən qaçırasan?
- Nə üçün?
Alp Arslan:
- Ona görə ki, mən sahibxəbər təyin etsəm, ürəkdən mənə səmimi və dost olanlar
bu dostluq və səmimilik xatirinə səhibxəbəri saymayacaq və ona rüşvət ver-
məyəcəklər. Əksinə, mənə qeyri-səmimi və düşmən olanlar isə sahibxəbərlə
dosluq edib ona rüşvət və bəxşiş verəcəklər. Sahibxəbərlər də məcbur olub dostdan
pis, düşmənlərdən isə yaxşı sözlər çatdırarlar. Yaxşı və pis söz oxa bənzər, bir neçə
ox atdıqda axırada biri hədəfə dəyər, bizim ürəyimizə hər gün dosta qarşı xal düşər,
düşmənə qarşı isə yumşalarıq. Bir az keçməz ki, dost uzaqlaşmağa, düşmən yaxın-
laşmağa başlar, nəhayət, düşmən dostun yerini tutar, ondan törəyəcək fəlakətin
qarşısını heç nə ala bilməz.
11
FEVRAL. 2012. № 12
www.uluturk.info
X
alqımızın tarixi və mədəniyyəti ilə bağlı
müxtəlif ölkələrdə saxlanılan arxiv
sənədlərinin üzə çıxarılaraq tədqiq olunması
Azərbaycan-Türk elmi qarşısında duran ən aktual
və prioritet məsələlərdəndir. Arxivlərində tarixi
keçmişimizlə bağlı mühüm əhəmiyyətli
sənədlərin qorunduğu ölkələrdən biri də qonşu
Gürcüstandır. Bunun əsas səbəbi milli dövlətçilik,
mətbuat, ədəbiyyat və mədəniyyət tariximizdə
xüsusi yer tutmuş bu ölkənin paytaxtı Tiflis
şəhərinin XIX yüzildə Cənubi Qafqazın baş
şəhəri rolunu oynaması və bu dövrdə Rusiya İm-
peratorluğunun Qafqaz Canişinlik İdarəsi və
digər inzibati dövlət qurumlarının məhz bu
şəhərdə yerləşməsindən irəli gəlir.
Gürcüstan Mərkəzi Tarix Arxivində (GMTA)
saxlanılan sənədlər içərisində Türkmənçay və
Ədirnə sülh müqavilələri nəticəsində Cənubi
Qafqazda (özəlliklə Qarabağ, Naxçıvan, İrəvan
çuxuru və Ahısqa-Axalkələk bölgəsində) Türk
etnik varlığının sıxışdırılması və yad etnik ünsür-
lərin, xüsusən də ermənilərin yerləşdirilməsi
yönündə gerçəkləşdirilən demoqrafik siyasəti əks
etdirən sənədlər böyük önəm daşıyır. Belə
sənədlərdən xronoloji ardıcıllığa görə başda
gələn Tiflis hərbi qubernatorunun 4 iyun 1827-ci
il tarixli hesabat məktubudur. 1826-28-ci illər
Rusiya-İran müharibəsində rusların cəbhə xət-
tində tam üstünlüyü ələ aldıqları bir zamana
təsadüf edən bu məktubdan Ərzurumda yaşayan
erməni tacir Anton Qrikur oğlunun rus hökumət-
inə nestorian ermənilərin iranlılara qarşı
silahlandırılmasını təklif etdiyi və şifahi surətdə
hərbi qubernatora bunları söylədiyi bəlli olur:
“Mənim atam Qrikur Seyl oğlu çoxdan Ümum-
rusiya imperatorunun təəbəliyini götürmək
istəyirdi. Ona görə də həmişə özünün Böyük der
javasına (Rusiya dövlətinə - F.V.) sadiqliyini
göstərmək üçün vasitələr axtarırdı ki, təəbəliyini
götürəndən sonra orada da Türkiyə İm-
periyasının paşalarının ona verdiyi imtiyazlara
malik olsun. Mənim valideynimə Rusiya təəbələri
sırasında olmaq xoşbəxtliyi nəsib olmasa da, o
mənə əmr etdi ki, aşağıdakılar barədə sizin
höküməti məlumatlandırım. Nestorian adlanan
xalq iranlılara məxsus Səlmas şəhərindən 12
saatlıq məsafədə, İmidt dağları ərazisində
yaşayır, sayları 50000-60000 ev arasındadır.
Onlar səthi olaraq Türkiyə sultanına tabe olsalar
da öz üzərlərində onun hakimiyyətini qəbul etmir-
lər. Həmişə iranlılarla düşmən şəraitində olan
nestorian xalqı iranlılar tərəfindən sıxışdırılanda
onlara müharibə elan edir və bu müharibəni
Türkiyə sultanının köməyi olmadan aparır.
Dediklərimizə nestorianların üzərinə hücum
etmiş şahzadənin onların malını-mülkünü qarət
etməsini də əlavə etmək lazımdır. Baş verdiyi
gündən təqribən 8 il ötdüyü və Qriboyedovun da
bildiyi bu hadisə Türkiyə ilə sülhü pozmadı.
Qafqaza kütləvi erməni köçləri
Gürcüstan arxivlərində
Dr. Fəxri Valehoğlu