İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi təŞKİlati davraniş FƏNNİNDƏN



Yüklə 121,59 Kb.
səhifə3/5
tarix27.12.2023
ölçüsü121,59 Kb.
#162699
1   2   3   4   5
Piriyev Səbuhi. Təşkilati davranış

Stresin dinamikası
Səfərbərlik (narahatçılıq) mərhələsi reaksiyaların intensivliyinin artması, qavrama proseslərində dəqiqliyin yüksəlməsi və sürətlənməsi, lazımi informasiyanı cəld yada salmaq üçün hazırlığın artması ilə xarakterizə oluna bilər. Bu mərhələdə orqanizm böyük gərginlikə fəaliyyət göstərir, lakin o, yaranmış gərginliyə səthi və ya funksional səfərbərliyin köməyi ilə, dərin struktur yenidənqurmalarına ehtiyac olmadan qalib gəlir. Uyğunlaşma mərhələsi (BC kəsiyi) səfərbərlik mərhələsindən sonra gəlir. Bu, stress vəziyyəti uzun müddət davam etdikdə baş verir. Optimal dərəcə - stress pozitiv məfhum, situasiya tərəfindən çağırış kimi qəbul edilir. Lakin, bununla belə, situasiyaya nəzarət fərdin öz ixtiyarında olur. Yaranmış vəziyyət istehsalatda yüksək müvəffəqiyyət dərəcəsinə nail olmağa yardım edir. Əgər stress vəziyyəti uzanırsa, üçüncü mərhələyə keçid baş verir. Nizamın pozulması mərhələsi (CO kəsiyi) stress və gərginliyin uzun müddət qorunub saxlanılması nəticəsində meydana gəlir. Bu mərhələdə şəxsiyyətin davranışını idarə edən daxili nəzarət mexanizmi pozulur və o, situasiyaya nəzarəti itirir. Uzunmüddətli stress fərdin xarici görkəmini dəyişdirməsə belə, çox ciddi daxili xəstəliklərin yaranmasına səbəb ola bilər.
Stresin bütün mənbələri şərti olaraq 3 qrupa ayrıla bilər: xarici faktorlar, təşkilatdan asılı olan faktorlar, işçinin özündən asılı olan faktorlar.
Xarici faktorlar. Xarici faktorlara misal olaraq hərbi konflikt və qarşıdurmaları, cəmiyyətdə iqtisadi və siyasi sabitliyin azalmasını, inflyasiya, işsizliyin artmasını göstərmək olar.
Təşkilatdan asılı olan faktorlar böyük bir qrup təşkil edirlər. Onlar da öz növbəsində aşağıdakı yarımqruplara bölünürlər:
- yerinə yetirilən işin xarakteri (həll edilən məsələlərin çətinliyi, işdə sərbəstlik, məsuliyyət dərəcəsi, əmək şəraiti, yəni iş icra olunan zaman təhlükəsizlik səviyyəsi, səs və işıqlandırılmanın səviyyəsi);
- vəzifələrin qeyri-dəqiq bölünməsi (işçilərə tətbiq edilən real və formal tələblərin uyğunsuzluğu, vəzifə bölgüsü konflikti);
- kollektiv daxilində münasibətlər (dəstəyin olmaması, ünsiyyət problemləri);
- təşkilati struktur (təşkilatın ikili tabeçiliyini nəzərdə tutan matris strukturu bir çox hallarda işçilərin stress mənbəyinə çevrilir. Belə ki, bu halda işçilər eyni zamanda iki rəhbərin göstərişlərini yerinə yetirməli olur);
- idarəetmə üsulu (narahatçılıq, qorxu ilə müşayiət olunan, özünü doğrultmayan təzyiq və hədə metodları).
İşçinin özündən asılı olan faktorlar. Bu faktorlara şəxsi problemlər, eyni zamanda işçilərin özlərinin spesifik xüsusiyyətləri və xarakterləri aid edilə bilər. Bununla yanaşı, stresin əmələ gəlməsinə şərait yaradan və ya onun qarşısını alan faktorlar sırasına ― iş təcrübəsi, kolleqaların, dost və qohumların dəstəyi, situasiyanın yaxşılaşdırılmasına yönəlmiş aktiv cəhdlər, aqressivlik dərəcəsi daxil edilə bilər.



Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə