İntellektual öLÇMƏ vasiTƏLƏRİ fənnindən mühüzirələr toplusu


ARÇ-nin dövrü özünüyoxlaması



Yüklə 0,5 Mb.
səhifə15/15
tarix24.12.2023
ölçüsü0,5 Mb.
#159863
1   ...   7   8   9   10   11   12   13   14   15
İntellektual mühazirə

ARÇ-nin dövrü özünüyoxlaması
ARÇ-nin dövrü özünüyoxlaması zamanı A açarı «1» vəziyyətinə vurulur və CP-dən verilən kodlar avtomatik elektrik siqnalları kalibratorunun (AESK) çıxışında tenzometrik körpülərdən alınan siqnallara uyğun siqnallar yaradır. Bu siqnallar özünüyoxlayan ARÇ tərəfindən koda çevrilərək CP-dən verilən kodlarla müqayisə edilir.
AESK-nın faizlə ifadə olunmuş xətası i =  0.06 + 0.01 (Umaks / Ux-1) - ə bərabərdir. Burada Umaks - gərginliyin maksimal qiyməti, Ux isə ölçülən gərginliyin carı qiymətidir.
Kommutatorla ARÇ-nin birgə dövrü özünüyoxlaması
Kommutatorla ARÇ-nin birgə dövrü özünüyoxlaması zamanı CP tərəfindən idarəolunan A açarı «2» vəziyyətinə vurulur və CP-dən verilən kodlar avtomatik elektrik siqnalları kalibratorunun (AESK) çıxışında tenzometrik körpülərdən alınan siqnallara uyğun siqnallar yaradır. Bu siqnallar kommutatorun girişinə verilir və ARÇ tərəfindən koda çevrilərək CP-dən verilən kodlarla müqayisə edilir.
Təzyiq vericiləri, kommutator və ARÇ-nin birgə dövrü özünüyoxlaması
Təzyiq vericiləri, kommutator və ARÇ-nin birgə dövrü özünüyoxlaması rejimində təzyiq vericilərinin metroloji attestasiyası və dövrü yoxlanılması dəqiqlik sinfi 0.05 olan nümunəvi avtomatik təzyiq yaradıcısının (ATY) köməyilə icra edilir. CP-dən verilən kodlar ATY-nin çıxışında obyektdən tenzometrik təzyiq vericilərinin girişinə verilən qiymətlərə uyğun təzyiqlər yaradır. Tenzometrik vericilər həmin təzyiqləri ölçmə körpüləri vasitəsilə uyğun siqnallara çevirir və bu siqnallar kommutatordan keçərək ARÇ tərəfindən koda çevrilir və CP-dən ATY-nin girişinə verilən kodlarla müqayisə edilir.
Təzyiqölçən sistemin pnevmokommutator daxil olmaqla tam strukturunun metroloji attesyasiyası və dövrü özünüyoxlaması
Təzyiqölçən sistemin pnevmokommutatorlar da daxil olmaqla tam strukturunun metroloji attesyasiyası və dövrü özünüyoxlaması üçün hər bir pnevmokommutatorun bir kanalı ATY-nin çıxışına birləşdirilmişdir.
Bu ATY-nin çıxışında yartdığı mütləq təzyiqlər diapazonu 0 ÷ 2.5105 Pa, yaratdığı təzyiqlərin diskretliyi isə 1103 Pa-dır [1].
Metroloji attestasiya nəticəsində vericilərin, ARÇ-li kommutatorların metroloji xarakteristikalarının təyin edilməsi və müxtəlif ölçmə sxemlərinin giriş gərginliyinin dörd diapazonu üçün bütövlükdə ölçmə sisteminin xətaları müəyyənləşdirilmişdir. Məsələn, 40 mV diapazonda ölçmə sisteminin verici, kommutator və ARÇ-dən ibarət kanalının xətası     +   Ux-1)  təşkil edir.
Bu ölçmə sisteminin metroloji xarakteristikalarını təyin etmək üçün 20-30 eksperimentdən ibarət protokolu ən kiçik kvadratlar üsulu ilə əldə etmək üçün metroloji informasiyanın emal proqramı yaradılmşdır. Emal proqramı aproksimasiya çoxhədlisini tapmağı, kobud xətaları üzə çıxarmağı, ölçmə nəticələrinin təsadüfi yayınmalarının histoqramını qurmağı nəzərdə tutur [1].
Özünükalibrləyən və ölçmə nəticəsinə düzəlişlər verən ÖS-lər artıq geniş yayılmaqdadır. Misal olaraq, ABŞ-ın FLUKE, Böyük Britaniyanın Solartron və s. firmaların istehsal etdiyi ölçmə sistemlərini göstərmək olar.
Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə