İntellektual öLÇMƏ vasiTƏLƏRİ fənnindən mühüzirələr toplusu


Mövzu 15. Daxili metroloji yoxlama qurğulu intellektual ölçmə sistemi



Yüklə 0,5 Mb.
səhifə14/15
tarix24.12.2023
ölçüsü0,5 Mb.
#159863
1   ...   7   8   9   10   11   12   13   14   15
İntellektual mühazirə

Mövzu 15. Daxili metroloji yoxlama qurğulu intellektual ölçmə sistemi
Sistemin daxilinə quraşdırılmış ixtisaslaşdırılmış nümunəvi vasitələrin təyinatı
Sistemin daxilinə quraşdırılmış ixtisaslaşdırılmış nümunəvi vasitələr ÖS-in istismar olunduğu yerdə metroloji attestasiyası, dövrü yoxlanılması, bəzi hallarda isə istismar prosesində yoxlanılması, metroloji informasiyaların yığılması və təhlil edilməsi və nəticə etibarı ilə ÖS-in xarakteristikalarının qərarlışdırılmış metroloji səviyyədə saxlanılması üçün təyin edilmişdir.
Daxili metroloji yoxlama qurğulu intellektual ölçmə sisteminin strukturu
Daxili metroloji yoxlama qurğulu intellektual ölçmə sisteminin struktur sxemi şəkil 15.1- də göstərilmişdir.

Daxili metroloji yoxlama qurğulu intellektual ölçmə sisteminin imkanları


Özünüyoxlayan ÖS-də informasiyanı daxiletmə-xaricetmə qurğuları (DXQ) komplektinə malik olan kompüterlə (CP) birləşdirilmiş çoxnöqtəli sistem analoq-rəqəm çeviricisi (ARÇ) istifadə olunur. Bu kompleks müxtəlif tipli tenzometrik çeviricilərlə birgə işləyə bilər.
Bu ÖS körpü sxemi üzrə yaradılmış tenzometrik təzyiq veiricisinin (PRU) köməyi ilə 10-larla Paskaldan (Pa) yüz minlərlə Pa-ya qədər təzyiqi ölçmək üçün nəzərdə tutulmuşdur.
Tenzometrik təzyiq vericilərinin çıxış siqnalını kommutator ardıcıl olaraq çoxnöqtəli sistem ARÇ-nin qirişinə verir və ARÇ-nin çıxışında alınan kodlara əsasən CP ölçülən təzyiqlərin qiymətini hesablayır.
Ölçmədən əlavə təzyiqölçən system aşağıda göstərilən özünüyoxlama funksiyalarını da yernə yetirir [1]:
- ARÇ-nin özünükalibrləməsi;
- ARÇ-nin dövrü özünüyoxlaması;
- kommutatorla ARÇ-nin birgə dövrü özünüyoxlaması;
- təzyiq vericiləri, kommutator və ARÇ-nin birgə dövrü özünüyoxlaması;
- təzyiqölçən sistemin pnevmokommutatorlar da daxil olmaqla tam strukturunun metroloji attesyasiyası və dövrü özünüyoxlaması.
ARÇ-nin özünükalibrləməsi
ARÇ-nin özünükalibrləməsi zamanı CP tərəfindən idarəolunan gərginlik kalibratorundan (GK) ölçmə diapazonu daxilində müxtəlif qiymətlərə uyğun Uk1, Uk2 və Uk3 gərginlikləri ardıcıl olaraq kommutatorun girişinə verilir. Bu gərginliklər özünükalibrləyən ARÇ tərəfindən koda çevrilir və CP-də həmin gərginliklərin qiyməti ilə müqayisə edilir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə