İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

31 
 
təbiət  elementlərinin  daşıyıcısıdır.    Ümumən  kainat  bir-birini 
tamamlayan,  bir-birinin  əlamətlərini  şərtləndirən    varlıqlardan 
ibarətdir.   
Yoxluq  yalnız  forma  və  məzmun  baxımından  dəyişəndən 
əvvəlki  vəziyyətdir.  Başlanğıc  elementdir,  enerjidir.  Kainatın 
nədən  başlaması  elə  kainatın  özündəndir.  Ən  birinci,  ilk 
başlanğıc  yoxdur;  çünki  yoxluq  yoxdur  ki,  ondan  başlanğıc 
əmələ  gəlsin.  (makro  formada  izah).  Buna  görə  də  kainatın 
tarixi olmaya bilər.   
Qeyd  etdik  ki,  hər  şeyin  başlanğıcı  varlıqla  başlayır. 
Məsələn,  evin  başlanğıcı  (tikilməsi)onun  tərkib  elementlərinin 
bir məkanda sintezi ilə, yəni birləşdirilməsi ilə başlayır. Burada 
başqa  məkanlarda  olan  varlıqlardan  müəyyən  bir  məkanda  
çevrilmələr  meydana  gəlir.  "1" ədədi  öz başlanğıcını elə "1"-
dən  götürür.  "O"  (sıfır)  yoxdur,  bu,  yalnız  olmayan  bir 
formanın  öz  məkanında  olmamasının  ifadəsidir.  Məsələn,  “1” 
yoxdursa,  həmin  məkanda  1  -ə  nəzərən  "O"  var.  Lakin  bu  o 
demək  deyil  ki,  1  öz  başlanğıcını  sıfırdan,  yəni  heçlikdən 
götürür.  Bir  vahidi  heçliyi  doldurur.  Su  öz  mənbəyini 
məkandakı  sudan və suyu əmələ  gətirən proseslərdən  götürür. 
Bu,  o  demək  deyil  ki,  suyun  başlanğıcı  “0”  (sıfır)dır.    Bu 
baxımdan da başlanğıc mütləq və nisbidir. Dəyişir ona görə ki, 
müxtəlif  maddələrin  birləşməsindən  və  ayrılmasından    bir 
forma  ortaya  çıxır.  Su  su  kimi  öz  başlanğıcını 
elementsizliklərdən  yox,  məhz  su  kimi  olmayan  (su  halında 
olmayan  qaz  zərrəciklərindən)    yoxluqdan  götürür.  Həmin 
başlanğıc  da varlıqdır. Bir forma başqa formadan, bir məzmun 
başqa  məzmundan  yaranır.  Deməli,  yoxluqlar  -  elə  formasını 
dəyişən varlıqlardır.Yəni, bir varlığın əvvəli yenə də varlıqdır. 
Sonrakı varlıq əvvəlki yoxluqdur.  
Digər  bir  məsələ:  "1"  və  "-1"  arasındakı  "0"  (sıfır)    da 
düzgün  deyil.  Çünki,  "-1"  enerjisizlik  deyil,  azalan  enerjidir. 
Onun öz enerji kəmiyyəti və məkanı  var.    "0"  o mənanı  verir 
ki,  enerji  məsələn,  "1"-  dən  sonra  heçliyə  gedir.  Bu  düzgün 


32 
 
deyil.    Azalan  temperatur  1-dən  elə  tərkiblə  müəyyən  xətt  üzrə  
azala-azala  getməlidir.  "0"  ortada  olmamalıdır.    “0”-ın  yeri 
varlıqdır.  Bu  baxımdan  riyaziyyatda  -1+1=0  yox,  var  olan  şeyin 
ədədlə  ifadəsinə  görə  -1+1=1  olmalıdır.  Məsələn,  1  1ədəd  qələm 
bir  məkanda  çatmirsa,  bu  həm  də  -1  deməkdir.  Həmin  qələm 
məkana gələndə bu zaman "0" yox 1 ədəd qələm olur. 
"1"-dən "-1"-ə keçid ola bilər. Bu, o demək olar ki, 1-1=1. 
"0" çox şərtidir. 
Bir də ki, 1 tərkib etibarilə digər kiçik 1-lərə bölünür. 1-in 
forması  və  məkanı  kiçilir.  İkidə  bir,  üçdə  bir,  beşdə  bir  daha 
düzgündür. Buna paralel mənfiliklər aparmaq, yəni, -1,-2,-3 və 
s. düzgün deyil. 
İnsan və digər canlılar onların formasından qabaq olanlardan 
yaranıblar. Bu elementlərdir, element birləşmələridir. İnsan Allah 
tərəfindən təbiətdəki elementlərdən, yəni varlığın özündən ondan 
böyük  olan  Varlıq  tərəfindən  yaradılıb!  Burada  artıq  zaman 
kriteriyasını biz təsdiqləmiş oluruq. Zaman aktiv canlılar üçündür. 
Ümumi kaniata bu zamanı aid etmək çətindir.   
İnsan  bir  varlığı  başqa  bir  varlığa  çevirən  məxluqdur. 
İnsanın  istedadı  və  qabiliyyəti,  yaradıcılığı,  quruculuğu  
nəticələr əmələ gətirmək üçündür. İnsanın hərəkət məqsədi var 
və bu, dəyişkənliyin  əsasını təşkil  edir. İnsan əməyi  varlıqdan 
varlığın  əmələ  gətirilməsinə  xidmətlərə  yönəlir.  Varlıqlar 
yoxluqlara da çevrilir. Məsələn, bir məkanda olan ev söküləndə 
yerində başqa bir məkan, forma yaranır. Sökülən materiallar da 
formalarını dəyişir.   
İnsanın  düşüncəsi  varlıq  olaraq,    varlıqları  ayrıd  etmək 
funksiyasını  yerinə  yetirir.  Deməli,  düşüncələr  mənbəyə 
söykənir. Düşüncələrin artması elə mütləq varlıqların artmasını 
şərtləndirir.  
 
 
 
 
 


33 
 
Paylanma   
 
Günəş  və  onun  planetlərində  ardıcıl  dövriyyə  ilə 
zərrəciklərin   paylanması prosesləri   gedir. Günəş elementləri 
(enerji  axını ilə) planetlərə ötürür, bu  anda  gün düşən hissədə 
planetlərin    çəkisi  (kütləsi)  artır.  (Qeyd:    Planetlər  kürə 
şəkilində  olmasa,  Günəşdən  gizlənən  hissələri  olmasa,  yanıb 
külə  dönərlər).  Çünki  bərk  materiyaya  enerji  gəlir, 
aktivləşdirici və quruluşu dəyişdirici rol oynayır. Sanki, səthdə 
planetlərin  özlərininki  ilə  Günəş  enerjisi  axını  ilə  daxil  olan 
elementlər  arasında  məkan  uğrunda  mübarizə  gedir.  Günəş 
planetlərin kütləsinə təsir edir. Planetləri “dağıdır”, materiallar 
(elementlər)  qoparır,  onlardan fəzaya ötürür. Bu baxımdan da 
demək olar ki,  bərk materiyanın  kütləsini azaldır.  Özündən də 
onlara  yüngül  zərrəciklər  verir.  Deməli,  Günəş  tərkib  çəkisi 
baxımından  artan  və  azalan  nisbətdə  tarazlığını,  mövcud 
çəkisini  saxlayır.   
Qeyd:  Okean  dalğaları  da,  onlardan  ayrılan  enerji  də 
Yer  kürəsinin  tarazlı  fırlanmasına  təsir  edə  bilir.  Bu 
baxımdan da okeanlarda makro dəyişiklik baş verərsə, Yer 
kürəsinin  fırlanmasında  da  dəyişiklik  ola  bilər.  Bu  prinsip 
də  Yer  kürəsinin  təkamülünü  bir  qədər  təsdiqləyir.  Fərz 
edək  ki, okeanlar çox olanda Yer kürəsi vaxtilə indiki kimi 
dövr  etmirdi.  Öz  oxu  ətrafında  daha  sürətlə  fırlanırdı. 
Okeanlar  azaldı,  quru  hissə  artdı,  hərəkət  sürəti  azaldı. 
Quru  hissə  də  özbaşına  arta  bilməzdi.  Hardasa  Günəşin 
təsiri  olub,  Yer  kürəsi  Günəşə  bir  vaxt  indikinə  nisbətən 
yaxın olub.  Bu yaxınlıq texnogen proseslərin baş verməsini 
şərtləndirib. Yer kürəsində dəyişiklik Günəşlə əlaqəli olub. 
Bu  versiya  da  Yer  kürəsinin  Günəşdən  yaranmasını  və 
tədricən  uzaqlaşmasını  təsdiq  edir.      Əgər  zaman  amili 
varsa,  bu  fikir  düzdür.  Əks  halda,  Yer  kürəsinin  tarixi 
yoxdur. Geoloji və texnogen tarix yoxdur.  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə