İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə17/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   13   14   15   16   17   18   19   20   ...   121

 54 

 

 

 

 

ŞUŞA MƏDƏNİ-MAARİF TEXNİKUMUNUN 

KOLLEKTİVİNƏ 

 

Sizi,  texnikumun  məzunlarını,  respublikanın  maarif  iş-



çilərini  Şuşa  Mədəni-Maarif  Texnikumunun  100  illik  yubileyi 

münasibətilə ürəkdən təbrik edirəm. 

1907-ci  ildə  gimnaziya  kimi  yaradılan  və  1922-ci  ildə 

Müəllimlər  Seminariyasına  çevrilən  Şuşa  Mədəni-Maarif  Tex-

nikumunun  Azərbaycan  təhsilinin  inkişafında  özünəməxsus 

xidmətləri olmuşdur. 

Sizin  texnikumun  yaranma  tarixi  XX  əsrin  əvvəllərində 

Azərbaycanda maarifçilik hərəkatının böyük vüsət aldığı dövrə 

təsadüf  edir.  Ölkəmizdə  təhsil  sisteminin  təşəkkülü  və 

inkişafında öz yeri olan texnikumunuz şərəfli bir yol keçmişdir. 

O,  fəaliyyət  göstərdiyi  illər  ərzində  maarifpərvər  ziyalıların 

fədakar  əməyi  sayəsində  ölkəmiz  üçün  lazımi  kadrlar 

yetişdirilməsi  işində  mühüm  rol  oynamışdır.  Texnikum  uzun 

illər  pedaqoji  məktəb  kimi  fəaliyyət  göstərmişdir.  Bu  təhsil 

ocağının yetirmələri gənc nəslin təlim-tərbiyəsində böyük əmək 

sərf  etmişlər.  Bu  gün  Azərbaycanın  hər  bir  guşəsində 

texnikumun məzunlarına rast gəlmək mümkündür. 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi 

nəticəsində Qarabağın bütün maarif və mədəniyyət müəssisələri 

kimi,  sizin  texnikum  da  talan  edilmişdir.  Ölkəmizin  ərazi 

bütövlüyünün  qorunmasında  qəhrəmanlıq  nümunəsi  göstərən 

Vətən  oğulları  arasında  texnikumunuzun  yetirmələri də  vardır. 

Onların  xatirəsini  bu  yubiley  günündə  dərin  ehtiramla  yad 

edirik. 


Bütün  çətinliklərə  baxmayaraq,  Bakı  şəhərində  məskun-

laşmış  texnikumunuz  özünün  zəngin  pedaqoji  ənənələrini  indi 

də  davam  etdirir,  tələbələrin  seçdikləri  ixtisasların  sirlərinə 



 

55 


yiyələnmələrində,  Vətənə  layiqli  övladlar  kimi  forma-

laşmalarında səy və bacarığını əsirgəmir. 

İnanıram  ki,  siz  bundan  sonra  da  mədəni-maarif  müəssi-

sələrimiz  üçün  mütəxəssislərin  hazırlanması  işinə  öz  töhfənizi 

verəcəksiniz. 

Yubiley  münasibətilə  hamınıza  cansağlığı,  səadət  və  yeni 

uğurlar arzulayıram. 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 dekabr 2007-ci il 



 

 

 



 


 56 

 

 



 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

İSGƏNDƏRİYYƏ KİTABXANASININ 

DİREKTORU, MİSİR PREZİDENTİNİN ELM VƏ 

TƏHSİL ÜZRƏ MÜŞAVİRİ İSMAYIL 

SERAGELDİN İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

25 dekabr 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

dekabrın  25-də  Prezident  sarayında  İsgəndəriyyə  kitabxana-

sının direktoru, Misir prezidentinin elm və təhsil üzrə müşaviri 

İsmayıl Serageldini qəbul etmişdir. 

Azərbaycana  səfərindən  məmnunluğunu  bildirən  İsmayıl 

Serageldin  prezident  İlham  Əliyev  tərəfindən  qəbul  olunma-

sından şərəf duyduğunu dedi. Qonaq ölkəsi ilə Azərbaycan ara-

sında  elm,  təhsil  sahələrində  əlaqələrin  daha  da  inkişaf 

etdirilməsinə  İsgəndəriyyə  kitabxanasının  töhfə  verməyə  hazır 

olduğunu bildirdi.   

Dövlətimizin  başçısı  ölkəmizin  müvafiq  strukturlarının 

dünya elminin inkişafına öz töhfəsini verən İsgəndəriyyə kitab-

xanası  ilə  əməkdaşlığın  əhəmiyyətini  vurğulayaraq  bu  əmək-

daşlığın  ölkələrimizin  humanitar  sahədə  əlaqələrinin  genişlən-

məsinə xidmət edəcəyinə əminliyini söylədi.  

 

 

 

 

 

 

 


 

57 


 

 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

İORDANİYA KRALININ ORTA ASİYA VƏ 

AZƏRBAYCAN ÜZRƏ XÜSUSİ ELÇİSİ 

ABDULLAH VUREYKƏT İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

25 dekabr 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



dekabrın  25-də  Prezident  sarayında  İordaniya  kralının  Orta 

Asiya  və  Azərbaycan  üzrə  xüsusi  elçisi  Abdullah  Vureykəti 

qəbul etmişdir. 

Abdullah Vureykət İordaniyanın  Kralı II Abdullahın salam-

larını  və  prezident  İlham  Əliyevin  doğum  günü  münasibətilə 

təbriklərini, ən səmimi arzularını çatdırdı.  

Dövlətimizin  başçısı İordaniya kralının salamlarına və  təb-

rikinə  görə  təşəkkür  etdi  və  onun  da  salamlarını  İordaniyanın 

dövlət başçısına çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev 

Kral  II  Abdullah  ilə  dostluq  münasibətlərinin  Azərbaycan  və 

İordaniya  arasında  ikitərəfli  əlaqələrin  daha  da  genişləndi-

rilməsi işinə töhfə verdiyini vurğuladı. 

 

    



 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə