İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə25/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   21   22   23   24   25   26   27   28   ...   121

 82 

binası  və  daxili  tərtibat  Azərbaycanın  milli  sərvətidir.  Biz 

muzeyi təmir etdirməklə bura yeni həyat verdik. 

Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıye-

vin  evinin  bərpası  bizim  mənəvi  borcumuz  idi.  Öz  zəhməti 

hesabına  böyük  maliyyə  imkanlarını  qazanmış  bu  şəxsiyyət 

Azərbaycan  gənclərinin  maarifləndirilməsinə  böyük  töhfələr 

vermişdir. 

Əminəm  ki,  muzeyin  bundan  sonrakı  fəaliyyəti  həmişə  ol-

duğu kimi,  uğurlu olacaqdır. 

Tarix  muzeyinin  bütün  əməkdaşlarına  yeni  uğurlar  arzu-

layıram. 

 

                                                      İlham Əliyev 

                                Azərbaycan Respublikasının 

Prezidenti 

 

28 dekabr 2007-ci il». 



 

Sonra  dövlətimizin  başçısı  müasir  dizaynı  və  avadanlığı  ilə 

seçilən  120  yerlik  konfrans  salonuna  və  monitor-nəzarət  ota-

ğına  baxdı.  Bildirildi  ki,  muzey  həm  də  Milli  Elmlər  Akade-

miyasının  strukturunda  elmi-tədqiqat  və  mədəni-maarif  müəs-

sisəsi  funksiyasını  yerinə  yetirir.  Binanın  üçüncü  mərtəbəsin-

dəki otaqlar bu məqsəd üçün nəzərdə tutulmuşdur. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin 

çıxışında  quraşdırılmış  və  Azərbaycan,  ingilis,  rus  və  fransız 

dillərində  yazmaq  mümkün  olan  xüsusi  elektron  lövhəyə  imza 

atdılar. 

Akademik  Nailə  Vəlixanlı  muzeyə,  çoxsaylı  abidələrə  və 

mədəniyyət  ocaqlarına  ikinci  həyat  bəxş  etdiyinə,  bu  işlərlə 

şəxsən  maraqlandığına,  tariximizə  və  mədəni  irsimizə  həs-

saslıqla  yanaşdığına  görə  prezident  İlham  Əliyevə  dərin  min-

nətdarlığını bildirdi. 


 

83 


Dövlətimizin  başçısı  bərpaçılara,  inşaatçılara  bir  daha  tə-

şəkkür  etdi,  bu  tarixi  binaya  və  muzeyə  çox  sayda  qonaqların 

gələcəyini bildirdi. 

 

 




 84 

 

 



 

PAKİSTAN İSLAM RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ 

 

Hörmətli cənab Prezident! 



Ravalpindi  şəhərində  törədilmiş  amansız  terror  aktı 

nəticəsində  Pakistan  Xalq  Partiyasının  lideri,  görkəmli  siyasi 

xadim,  ölkənizin  keçmiş  Baş  naziri  xanım  Bənazir  Bhuttonun 

və çoxlu sayda insanın həlak olması xəbəri bizi hədsiz dərəcədə 

kədərləndirdi.  

Bu  dəhşətli  hadisə  terrorizmə  qarşı  mübarizədə  bütün 

qüvvələrin  səfərbər  olunması,  bəşəriyyət  üçün  daim  təhlükə 

mənbəyi  olan  bu  bəlaya  qarşı  birgə  səylər  göstərilməsi  zə-

rurətini bir daha təsdiqləyir.  

Bu  ağır  anlarda  dərdinizə  şərik  çıxır,  Sizə,  qardaş  Pakistan 

xalqına,  həlak  olanların  ailələrinə  və  yaxın  adamlarına  dərin 

hüznlə  başsağlığı  verir,  yaralananlara  və  xəsarət  alanlara  şəfa 

diləyirəm.  

Allah rəhmət eləsin!  



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 28 dekabr 2007-ci il 




 

85 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

HEYDƏR ƏLİYEV ADINA SARAYDA APARILAN 

ƏSASLI  YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ 

OLMUŞDUR 

 

28 dekabr 2007-ci il 

 

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda 



Heydər Əliyev adına sarayda aparılan əsaslı yenidənqurma işləri 

ilə tanış olmuşdur. 

Prezident  İlham  Əliyevin  sərəncamı  ilə  əsaslı  şəkildə  təmir 

edilən  və  yenidən  qurulan  çoxsaylı  monumental  binalardan  biri 

olan  bu  sarayda  işlərə  aprel  ayından  başlanılmışdır.  Mədəniyyət 

və  Turizm  Nazirliyinin  sifarişi  ilə  yenidənqurma  işlərini  «Azər-

aqrartikinti»  və  «Pim  Proje»  Türkiyə–Azərbaycan  birgə  müəs-

sisəsi  həyata  keçirir.  İşlərin  gedişi  ilə  maraqlanan  dövlətimizin 

başçısına  məlumat  verildi  ki,  söküntü  işləri  əsasən  başa  çatıb. 

Binanın fasadına İtaliyadan alınmış üzlük çəkilmişdir. Bütün isti-

lik, işıqlandırma, səs və havalandırma sistemləri ən müasir stan-

dartlara  uyğun  quraşdırılmışdır.  Binanın  dam  örtüyü  tamamilə 

dəyişdirilib, inzibati korpusda rəngsazlıq işləri gedir. Səhnənin və 

salonun  işıqlandırma  və  səsləndirmə  sistemlərini  idarə  edəcək 

kinoproyeksiya korpusunda işlərin xeyli hissəsi görülmüşdür. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhnənin 

tərtibatının  layihəsi  ilə  də  maraqlandılar,  tamaşa  salonunun 

akustik  divar  elementlərinin  bəzək-tamamlama  işlərində  istifadə 

olunacaq  materiallara  uyğun  seçilməsi  ilə  bağlı  tövsiyələrini 

verdilər. 

Dövlətimizin  başçısına  salonda  quraşdırılacaq  oturacaqların 

və səhnə pərdəsinin nümunələri təqdim olundu. 

Dövlətimizin  başçısı  foyedə  görülən  işlərlə  maraqlandı, 

sarayın  yenidən  qurulmasının  yüksək  səviyyədə  və  vaxtında 

başa çatdırılması ilə əlaqədar tapşırıqlarını verdi. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə