İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə13/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   9   10   11   12   13   14   15   16   ...   121

 42 

Bu  sahədə daha  da  çox işlər  görülməlidir.  Biz  əldə  edilmiş 

nailiyyətlərlə  kifayətlənməməliyik.  Deyə  bilərəm  ki,  biz  qəbul 

edilmiş  proqramların  icrasının  təxminən  ortasındayıq.  Növbəti 

illərdə  daha  da  fəal  işləməliyik  ki,  Azərbaycanda  yoxsulluq, 

işsizlik  tamamilə  aradan  qaldırılsın.  Yeni  zavodlar,  fabriklər 

daha  da  sürətlə  işə  başlasın,  Azərbaycanın  hərtərəfli  və 

dayanıqlı  davamlı  inkişafı  təmin  olunsun.  Bunu  etmək  üçün 

bizim  bütün  imkanlarımız  var:  ilk  növbədə,  Azərbaycanda 

hökm  sürən  ictimai-siyasi  sabitlik,  xalqla  iqtidar  arasındakı 

birlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, güclü enerji 

siyasətimiz,  regionların  inkişafı,  sosial  infrastrukturun 

möhkəmlənməsi, sahibkarlığın inkişafı və Azərbaycanda böyük 

şirkətlərin yaranması. Biz sahibkarlıqla məşğul olmaq istəyənlər 

üçün də gözəl şərait yaradırıq, onların işini asanlaşdırırıq. İndi 

bizneslə  məşğul  olmaq  üçün  bir  ay  vaxt  sərf  etmək  lazım 

olmayacaq.  Bizneslə  məşğul  olmaq  istəyənlər  «bir  pəncərə 

prinsipi» əsasında cəmi bir neçə günə öz işinə başlaya bilərlər. 

Dövlət  tərəfindən  isə  bu  sahədə  çalışanlara  bundan  sonra  da 

yardımlar göstəriləcəkdir.  

Gələn  il  də  özəl  sektora  ayrılacaq  kreditlərin  məbləği 

təxminən 100 milyon dollar səviyyəsində olacaq. Bu il də belə 

idi, əvvəlki ildə də belə idi. Bu məbləğin verilməsi ilə, əlbəttə, 

bölgələrdə  yeni  iş  yerləri  açılır.  Bütün  zavodlar,  fabriklər, 

bölgələrdə  bütün  sənaye  müəssisələri  özəl  sektor  tərəfindən 

yaradılır, dövlət tərəfindən yaradılmır. 

Dövlət  şərait  yaradır.  Kreditləri  ayırır,  iqtisadiyyatı  libe-

rallaşdırır, yollar çəkir, elektrik stansiyaları tikir, su xətləri, qaz 

xətləri  çəkir  ki,  infrastruktur  yaradılsın.  Bu  infrastrukturun 

mövcudluğu, əlbəttə, özəl sektorun inkişafına təkan verəcəkdir. 

Son iki il ərzində Azərbaycanda 5 elektrik stansiyası istismara 

verilibdir  və  bu  gün  «Cənub»  elektrik  stansiyasının  təməli 

qoyulacaqdır.  Əminəm  ki,  iki  il  yarım  ərzində  biz  bu 

stansiyanın  istismara  verilməsinə  nail  olacağıq  və  bütün  bu 

bölgə  elektrik  enerjisi  ilə  daha  da  böyük  həcmdə  təmin 

ediləcəkdir.  




 

43 


2007-ci  il  artıq  başa  çatır.  2007-ci  ilin  nəticələri  sevin-

diricidir. Bir daha demək istəyirəm ki, Azərbaycan bu il ərzində 

öz  mövqelərini  daha  da  möhkəmləndirdi,  bölgədə  gedən 

proseslərə öz təsirini gücləndirdi. Biz bölgə üçün, ölkəmiz üçün 

lazım olan böyük layihələrin başlanmasına nail ola bilmişik. Bu 

il  Bakı–Tbilisi–Ərzurum  qaz  kəməri  istismara  verilibdir  və 

Azərbaycan  Avropa  üçün,  Avropanın  enerji  təhlükəsizliyinin 

təmin  olunması  üçün  çox  önəmli  və  deyə  bilərəm  ki, 

əvəzolunmaz  ölkəyə  çevrilibdir.  Əlbəttə  ki,  bu  bizim  həm 

iqtisadi,  həm  siyasi  dayaqlarımızı  yüksək  dərəcədə 

möhkəmləndirəcəkdir.  Bu  il  uzun  illər  ərzində  layihəsini 

reallaşdırmağa  çalışdığımız  Bakı–Tbilisi–Qars  dəmir  yolunun 

təməl daşı qoyulubdur. Bunun çox böyük tarixi əhəmiyyəti var. 

Bu,  Azərbaycanı  Türkiyə  ilə,  Avropa  ilə  birləşdirir.  Orta 

Asiyanı  Azərbaycan  vasitəsilə  Avropa  ilə  birləşdirir.  Bunun 

həm böyük siyasi, iqtisadi və həm də regional əhəmiyyəti var. 

Azərbaycan bu işlərdə öz müsbət rolunu oynamışdır, həm siyasi 

addımlarla,  həm  iqtisadi  imkanın  yaradılması,  maliyyə 

resurslarının ayrılması ilə buna nail olmuşuq. Ümid edirəm ki, 

qısa müddət ərzində bu yol istismara veriləcək və bölgəyə yeni 

nəfəs gətirəcəkdir.  

Deyə  bilərəm  ki,  2007-ci  ildə  biz  qarşıda  duran  vəzifələri 

icra etmişik. Elə məsələ yoxdur ki, biz onu icra edə bilməmişik. 

Biz bunu Azərbaycan xalqı ilə birlikdə, xalqla iqtidar arasında 

olan  birlik  sayəsində  etmişik. Azərbaycanın  uğurlu  inkişafı 

bundan  sonra  da  təmin  olunacaqdır.  Bildiyiniz  kimi,  mən 

bölgələrə  tez-tez  gedir,  vəziyyətlə  tanış  oluram.  İstəyirəm  ki, 

Azərbaycan  bölgələri  daha  da  sürətlə  inkişaf  etsin.  Bölgələrdə 

bütün lazımi infrastruktur, sosial-iqtisadi, sənaye infrastrukturu 

yaradılmalıdır,  müəssisələr  işləməlidir,  insanlar  işlə  təmin 

olunmalıdırlar, 

abadlıq-quruculuq 

işləri 

aparılmalıdır, 



məktəblər,  xəstəxanalar,  yəni  insanın  həyatı  üçün  bütün  şərait 

olmalıdır və özü də ən yüksək səviyyədə. Azərbaycanda tikilən 

xəstəxanalar  bu  xəstəxana  kimi  olmalıdır,  tikilən  məktəblər 

yüksək  standartlara  cavab  verməlidir.  Azərbaycan  xalqı  buna 




 44 

layiqdir. Mən çox sevinirəm ki, ölkəmizin inkişafı həm daxildə 

gedən  prosesləri  gücləndirir,  həm  də  Azərbaycanı  dünya 

çapında  çox  önəmli  ölkəyə  çevirir.  Bizim  böyük  imkanlarımız 

var,  təbii  sərvətlərimiz,  gözəl  coğrafi  vəziyyətimiz,  istedadlı 

xalqımız,  siyasi  iradə  –  bütün  bu  amillər  Azərbaycanı  gözəl 

gələcəyə aparacaqdır.  

Eyni  zamanda,  biz  indi  yeni  il  ərəfəsindəyik.  Dünya 

azərbaycanlılarının  həmrəyliyi  günü  ərəfəsindəyik.  Bu  sahədə 

də  biz  böyük  işlər  görürük.  Azərbaycan  dövləti  dünyada 

yaşayan  bütün  azərbaycanlıları  birləşdirmək  üçün  lazımi 

tədbirləri  görür.  Bakıda  keçirilən  dünya  azərbaycanlılarının 

qurultayları,  digər  mühüm  tədbirlər,  o  cümlədən  xaricdə 

keçirilən tədbirlər bütün azərbaycanlıları birləşdirir. 

Əziz  dostlar,  əziz  bacılar  və  qardaşlar,  mən  qarşıdan  gələn 

bütün  bayramlar  münasibətilə  sizi  ürəkdən  təbrik  etmək 

istəyirəm. Arzu edirəm ki, 2008-ci il də Azərbaycan xalqı üçün 

uğurlu olsun, ölkəmiz inkişaf etsin, çiçəklənsin. Sağ olun. 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə