İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə15/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   11   12   13   14   15   16   17   18   ...   121

 48 

salonları  var,  15  minə  yaxın  dərslik  və  ədəbiyyatı  olan 

kitabxana  fəaliyyət  göstərir.  Futbol,  voleybol  və  basketbol 

meydançaları  tikilmişdir.  Məktəbdə  müasir  istilik  sistemi  qu-

raşdırılmışdır. 

Dövlətimizin  başçısı  və  xanımı  məktəblə  tanış  oldular. 

«Məktəbin dünəni və bu günü», prezident İlham Əliyevin fəaliy-

yətini  əks  etdirən  «İslahatçı  prezident»,  habelə  «Prezidentimiz 

Əli Bayramlıda» fotoguşələrinə baxdılar. 

Məktəbdə «Ümummilli lider Heydər Əliyev», eləcə də Hey-

dər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun  və  İSESKO-

nun  Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  Əli-

yevanın  fəaliyyətinə  həsr  olunmuş  guşələr,  Azərbaycan  Res-

publikasının  dövlət  rəmzlərinə,  idmançıların  uğurlarına  dair 

fotoguşələr yaradılmışdır. 

Prezident İlham Əliyev sinif otaqlarında dərslərin gedişi ilə 

də  maraqlandı.  Şagirdlər  ulu  öndər  Heydər  Əliyevə  və  pre-

zident İlham Əliyevə həsr olunmuş şeirlər söylədilər. 

Direktor  Pərviz  Nadirov  bildirdi  ki,  məktəbin  binasının 

tikintisi  dövründə  şagirdlər  avtobusla  Əli  Bayramlı  şəhərinin 

müxtəlif məktəblərinə getməli olurdular. İndi bu çətinlik arxada 

qalmışdır.  Yeni  binanın  inşası  uşaqlara  ən  böyük  hədiyyədir. 

Burada  şagirdlərə  səriştəli  müəllimlər  dərs  keçir,  tədrisin 

yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər görülür. 

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi və 

Azərbaycanda  təhsilə  bundan  sonra  da  diqqət  və  qayğı 

göstəriləcəyini vurğuladı. 

Məktəbin  kollektivi  dövlətimizin  başçısını  doğum  günü 

münasibətilə təbrik etdi və yaradılan bu gözəl şəraitə görə dərin 

minnətdarlığını bildirdi. 

 

 



 

 

 

 


 

49 


 

 

 

«CƏNUB» ELEKTRİK STANSİYASININ 

TƏMƏLQOYMA MƏRASİMİ 

 

Əli Bayramlı  

 

24 dekabr 2007-ci il 

 

Dekabrın  24-də  Əli  Bayramlıda  «Cənub»  elektrik  stan-



siyasının təməli qoyulmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 

etmişdir. 

Dövlətimizin  başçısını  və  ailə  üzvlərini  energetiklər,  in-

şaatçılar  böyük  hörmətlə  qarşıladılar,  onlara  gül  dəstələri 

təqdim olundu. 

Stansiyanın  ərazisinin  girəcəyində  xüsusi  lövhə  üzərinə 

«Azərbaycan  Respublikasının  Prezidenti  zati-aliləri  cənab 

İlham Əliyev «Cənub» elektrik stansiyasının təməl daşını 2007-

ci il dekabrın 24-də qoymuşdur» sözləri yazılmışdı. 



Prezident İlham Əliyev əvvəlcə stansiyanın ərazisini, habelə 

yaxınlıqda  yerləşən  Əli  Bayramlı  DRES-ini  seyr  etdi,  yeni 

tikiləcək  stansiyanın  texniki  göstəriciləri  ilə  tanış  oldu. 

«Azərenerji»  Səhmdar  Cəmiyyətinin  sədri  Etibar  Pirverdiyev 

məlumat  verdi  ki,  yeni  tikiləcək  stansiya  qaz-buxar  turbinləri, 

qaz  kompressoru,  inzibati  bina,  hovuz,  avtodayanacaq,  park, 

yanğınsöndürmə  məntəqəsi,  220,  330  və  110  kilovoltluq  yar-

dımçı  stansiyalar,  su  təmizləyici  qurğu,  su,  mazut,  dizel  yana-

cağı  çənləri,  mazut  emaledici  qurğu,  yağboşaltma  nasos  stan-

siyası,  yüksəldici  transformatorlar,  sistem  transformatoru  və 

idarəetmə  binasından  ibarət  olacaqdır.  780  meqavat  gücündə 

olacaq  bu  stansiya  2009-cu  ildə  istifadəyə  veriləcəkdir.  Yerli 

«Azenko»  şirkəti  tərəfindən  tikiləcək  stansiya  həm  təbii  qaz, 

həm  də  mazutla  işləyə  biləcəkdir.  Stansiya  ən  müasir  avadan-


 50 

lıqla  təmin  olunacaqdır.  Qaz  turbinləri  Amerika,  elektrik  his-

səsinin avadanlığı Fransa şirkətlərindən alınacaqdır. Ümumiy-

yətlə,  burada  70-dən  çox şirkətin avadanlıq və qurğuları quraş-

dırılacaq və ildə 1 milyard kubmetr təbii qaza qənaət etmək müm-

kün olacaqdır. 

Təxminən 600 milyon avroya başa gələcək yeni stansiyanın 

inşasının  respublikamızın  energetika  sistemi  üçün  böyük 

əhəmiyyəti var. Stansiya bölgənin elektrik enerjisinə olan tələ-

batının  əsas  hissəsini  təmin  edəcək,  ölkəmizin  energetika 

sisteminin  dayanıqlığında  mühüm  rol  oynayacaqdır.  İnşaat 

işlərində  1500-dək  insan  çalışacaq,  stansiya  istismara  veri-

ləndən sonra 500–600 daimi iş yeri yaradılacaqdır. 

Prezident İlham Əliyev tikintinin layihəsi ilə bağlı videofilmə 

baxdı. 

Sonra  dövlətimizin  başçısı  gilizi  təmələ  qoydu  və  beton 

qarışığı  tökdü.  Prezident  İlham  Əliyev  energetikləri  və  in-

şaatçıları təbrik edərək dedi: 

–  Mən  indi  burada  göstərilən  videofilmdə  bir  daha  gördüm 

ki,  nə  qədər  böyük  işlər  aparılır.  Ən  vacibi  odur  ki,  bu  işləri 

Azərbaycan şirkətləri, mütəxəssisləri, inşaatçıları görürlər. Son 

illər  ərzində  Azərbaycanın  müxtəlif  bölgələrində  bir  neçə 

elektrik stansiyası tikilibdir. Modul tipli beş stansiya tikilibdir. 

Əlbəttə,  onlarda  da  Azərbaycan  inşaatçıları  iştirak  etmişlər, 

ancaq  xarici  mütəxəssislərlə  birlikdə  işləmişlər.  «Cənub» 

elektrik  stansiyası  100  faiz  Azərbaycan  mütəxəssisləri 

tərəfindən tikiləcəkdir. 

İndi  bizim  imkanımız  var,  potensialımız,  maliyyə  resurs-

larımız  var,  kredit almaq  üçün  geniş  danışıqlar aparmaq  lazım 

gəlmir.  

İstənilən  məbləğdə  kredit  alırıq,  öz  pulumuzu  qoyuruq  və 

Əli  Bayramlıda  ən  müasir  standartlara  cavab  verən  stansiya 

tikiləcəkdir.  780  meqavat  gücündə  olacaq  elektrik  stansiyası 

bizim  iqtisadi  potensialımızı  xeyli  dərəcədə  gücləndirəcəkdir. 

Bu  stansiya  işə  düşəndən  sonra  böyük  qənaət  olunacaqdır. 

Mövcud  köhnə  elektrik  stansiyasının  nə  gündə  olduğunu 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə