Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   29

INCOTERMS-2010 

«C»  qrupunun  terminlərinin  «yüklənmə  müqavilələri»nə  aid  olmasını 

göstərən  mühüm  əlamətlərdən  biri  də  bu  terminlər  üzrə  yerinə  yetirilən 

ödənişlərdə  sənədli  akkreditivlərə  üstünlük  verilməsidir.  Alqı-satqı 

müqaviləsinin  tərəfləri  arasında  hesablaşmaların  satıcının  yük  sənədlərini 

banka  təhvil  verməsi  yolu  ilə  sənədli  akkreditiv  üzrə  aparılması  barədə 

razılaşma  əldə  olunması,  satıcı  üçün  sənədli  akkreditivdən  istifadənin  əsas 

məqsədi  olan,  sənədli  akkreditiv  ödənildikdən  yaxud  mal  yüklənib 

göndərildikdən sonra risklərin və xərclərin alıcının öhdəsinə keçməsi marağı 

ilə  uyğun  gəlməyə  bilər.  Aydındır  ki,  fraxtı  malın  yüklənməz-  dən  əvvəl 

yaxud  təyinat  yerində  («saxlanılmış  fraxt»)  («freight  collect»)  ödəməsindən 

asılı  olmayaraq,  daşınma  müqaviləsi  ilə  bağlı  xərc  sahcı  tərəfindən,  malın 

yüklənməsi və çatdırılması zaman baş verən hadisələrlə bağlı yaranan əlavə 

xərclər isə, alıcı tərəfindən ödənilməlidir. 

Satıcı  rüsumların,  vergilərin  və  başqa  xərclərin  daxil  edildiyi  daşınma 

müqaviləsinin  bağlanmasını  təmin  edirsə,  bu  xərclərin  müqavilədə  təsbit 

olunmuş  məbləğ  hüdudlarında  ödənilməsi  satıcının  üzərinə  düşür.  İndi  bu 

müddəa «C» qrupu terminlərinin A6 bəndlərində aydın ifadə olunmuşdur. 

Malın  təyinat  məntəqəsinə  çatdırılması  üçün  aralıq  məntəqələrdə  bir 

nəqliyyat  vasitəsindən  digərinə  boşaldılıb-yüklənməsini  nəzərdə  tutan 

daşınma  müqavilələrində  bununla  əlaqədar  olan  xərclərin  satıcı  tərəfindən 

ödənildiyi  göstərilir.  Satıcının  öhdəlikləri  yalnız  adi  daşınma  müqaviləsini 

bağlamaqla  məhdudlaşdığma  görə,  gözlənilməz  maneələrin  (məsələn, 

buzlaşma,  toqquşmalar,  əmək  münaqişələri,  hökumətin  qadağanları, 

müharibə  yaxud  hərbi  iğtişaşlar)  aradan  qaldırılması  məqsədilə  daşıyıcı 

tərəfindən  yerinə  yetirilən  boşaltma-yükləmə  əməliyyatları  üzrə  əlavə 

xərclərin əvəzi alıcı tərəfindən ödənilməlidir. 

Bir sıra hallarda tərəflər alqı-satqı müqaviləsində malın daşınmasının, o 

cümlədən  nəqliyyat vasitəsindən  boşaldılma  xərclərinin  satıcı  tərəfindən  nə 

dərəcədə  təmin  edildiyirii  tam  aydınlaşdırmaq  istəyir.  Mallar  mütəmadi 

gəmiçilik  yolları  ilə  daşındıqda,  bu  xərclər  fraxtın  dəyərinə  daxil  edilsə  də, 

çox vaxt alqı-satqı müqavilələrində daşımaların «nəqliyyat xəttinin şərtləri» 

(liner terms) əsasında həyata keçirildiyi göstərilir. Digər hallarda isə, «Dəyər 

və  Fraxt»  («CFR»)  yaxud  «Dəyər,  Sığorta  və  Fraxt»  («CIF»)  göstərildikdən 

sonra «boşaldılmaqla» («landed») 

12 



INCOTERMS-2010 

əlavə  olunur.  Kifayət  qədər  aydınlıq  gətirmədikdə  və  tərəflər  arasında 

razılaşdırılmadıqda,  habelə  tətbiq  olunan  hüquq  normalan  yaxud  ticarət 

adətləri  ilə  izah  edilmədikdə,  «C»  qrupu  terminlərində  bu  cür  əlavələrin 

qısaldılmış  şəkildə  göstərilməsi  məqsədəmüvafiq  deyil.  Belə  ki,  malın 

daşınması  mərhələsində  istənilən  gecikmələrlə  bağlı  risklər  alıcının  üzərinə 

düşür və malı təyinat yerinə çatdırmaq üzrə satianın hər hansı öhdəliyi qəbul 

etməsi «C» qrupuna daxil olan terminlərin mahiyyətini dəyişmədən mümkün 

və məqsədəuyğun deyil. 

Müddətlərə  dair  hər  bir  öhdəlikdə  malın  yüklənmə  və  boşaldılma 

tarixinə  istinad  olunmalı,  «yüklənmə  (boşaldılma)  ...gec  olmayaraq» 

(«shipment (dispatch) not later than...») qeydi apanimalıdır. Məsələn, düzgün 

istifadə edilmədikdə, «CFR Hamburq,... gec olmayaraq» («CFR Hamburg not 

later than...») razılaşması müxtəlif tərzdə təfsir oluna bilər. Tərəflər bu qeydi 

«malın  Hamburqa  razılaşdırılmış  tarixdə  çatdırılacağı»  və  beləliklə  də, 

«yüklənmə»  deyil,  «çatdırılma»  müqaviləsi  kimi,  həm  də,  «gözlənilməz 

hadisələr  üzündən  gecikmələr  baş  vermədikdə,  razılaşdırılmış  tarixədək 

Hamburqa normal vəziyyətdə çatdınimasını təmin edən müddətlərdə malın 

satıcı tərəfindən yüklənməsi» öhdəliyi kimi təfsir edə bilərlər. 

Bəzi  hallarda  kütləvi  istehlak  malları  dəniz  nəqliyyatı  ilə  daşındığı 

müddətdə üçüncü şəxsə satıla bilər və bu zaman müvafiq terminə «üzməkdə 

olan» («afloat») sözü əlavə olunmalıdır. «Dəyər və Fraxt» («CFR») və «Dəyər, 

Sığorta  və  Fraxt»  («CİF»)  terminlərinə  əsasən  malın  təsadüf  nəticəsində 

məhvi  yaxud  zədələnməsi  riski  satıcıdan  alıcıya  keçsə  də,  bəzən  onların 

təfsirində  çətinliklər  meydana  çıxa  bilər.  Təfsirlərdən  birinə  görə,  risklərin 

satıcı  və  alıcı  arasında  bölüşdürülməsinə  münasibətdə  «Dəyər  və  Fraxt» 

(«CFR») və «Dəyər, Sığorta və Fraxt» («CIF») terminlərinin adi mənası qəbul 

olunur,  bu  isə,  alqı-satqı  müqaviləsi  qüvvəyə  mindikdən  sonra  bütün 

risklərin  alıcıya  keçməsi  kimi  başa  düşülməlidir.  Digər  təfsirə  əsasən, 

risklərin  keçməsi  məqamı  müqavilənin  bağlanması  anı  ilə  üst-üstə  düşür. 

Daşınma  zamanı  malın  vəziyyətini  adətən  müəyyənləşdirmək  mümkün 

olmadığına  görə,  sonuncu  təfsir  daha  münasib  hesab  olunur.  Bununla 

əlaqədar  olaraq,  BMT-nm  1980-ci  il  «Malların  Beynəlxalq  Alqı-satqısı 

Müqavilələri  haqqında  Konvensiya»-  sının  68-ci  maddəsində  nəzərdə 

tutulmuşdur ki, «daşınma müqaviləsini 

13 



INCOTERMS - 2010 

təsdiq edən sənədləri təqdim etmiş daşıyıcıya təhvil verildiyi andan etibarən, 

yolda  olarkən  satılan  mal  üzrə  riskləri  alıcı  öz  üzərinə  götürür».  Lakin 

«alqı-satqı  müqaviləsi  bağlanılarkən  malın  itməsi  yaxud  zədələn-  məsi 

barədə satıcının bildiyi və ya bilməyə borclu olduğu, amma alıcını xəbərdar 

etmədiyi» hallar bu qaydadan istisna edilir. 

Beləliklə, «üzməkdə olan» (afloat) sözü əlavə edilməklə istifadə olunan 

«Dəyər və Fraxt» («CFR») və «Dəyər, Sığorta və Fraxt» («CIF») terminlərinin 

təfsiri alqı-satqı  müqaviləsinə  tətbiq edilən  qanunvericilikdən  asılıdır.  Buna 

görə  də,  həmin  müqaviləyə  tətbiq  ediləcək  qanunvericiliyi  yaxud  onun 

müəyyənləşdirilməsi qaydasını tərəflər arasında əvvəlcədən razılaşdırılması 

tövsiyə olunur. Onların arasında fikir ayrılığının qarşısını almaq məqsədilə, 

bu məsələnin alqı-satqı müqaviləsində əks etdirilməsi məqsədəmüvafiqdir. 

Təcrübədə  tez-tez  ənənəvi  C  &  F  (yaxud  C  və  F  (C  and  F),  C+F) 

ifadəsindən  istifadə  olunur.  Lakin  tərəflər  çox  vaxt  bu  ifadəni  «Dəyər  və 

Fraxt»  («CFR»)  termininin  ekvivalenti  kimi  qiymətləndirir.  Bağladıqları 

müqavilələrin təfsir olunmasında çətinlikləri aradan qaldırmaq üçün tərəflər 

«Dəyər  və  Fraxt»  «CFR»)  termininin  bütün  dünyada  qəbul  olunmuş  vahid 

standart 

qısaldılması 

olan 

«CFR» 


abreviaturasını 

dəqiqləşdirən 

«Incoterms»dən istifadə etməlidirlər. 

«Incoterms»in  A8  bəndlərində  satıcının  «malın  göndərildiyini  sübut 

edən  sənədləri  alıcıya  təqdim  etməsinin»  təmin  olunmasına  cəhd  göstərilsə 

də,  qeyd  olunmalıdır  ki,  satıcı  bu  şərti  «adi  nəqliyyat  sənədini»  təqdim 

etməklə  yerinə  yetirir.  «Daşınma  haqqı  ...dək  ödənilmişdir»  («CPT»)  və 

«Daşıma və Sığorta haqqı ...dək ödənilmişdir» («CIP») terminlərində bu, «adi 

nəqliyyat  sənədi»,  «Dəyər  və  Fraxt»  («CFR»)  və  «Dəyər,  Sığorta  və  Fraxt» 

(«CIF»)  terminlərində  isə,  «yük  sənədi»  və  ya  «dəniz  qaimə-  si»  olmalıdır. 

Nəqliyyat  sənədləri  «təmiz»  («clean»),  yəni  malm  yaxud  onun  qabının 

qüsurlu  olmasını  göstərən  bəndlərsiz  yaxud  qeydlərsiz  olmalıdır.  Əgər 

sənəddə  bu  cür  bəndlər  və  ya  qeydlər  mövcuddursa,  sənəd  «natəmiz» 

(«unclean»)  kimi  qiymətləndirilir  və  sənədli  akkreditivlərlə  aparılan 

əməliyyatlar zamanı bank tərəfindən qəbul edilmir. 

Adətən, 


daşıyialar 

nəqliyyat 

sənədinin 

titul 


vərəqindəki 

standartlaşdırılmış  mətndə  əks  olunan  məlumatların  malgöndərənin  tərtib 

etdiyi yük bəyannaməsində tam təfsilah ilə açıqlandığına və qeyd olunanla 

14 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə