İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə102/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 362 ____________________________ 
 
Nəzərə  almaq  lazımdır  ki,  Obj  obyekti  üçün  qaydalar 
olmadığı  halda,  bu  o  deməkdir  ki,  cari  Obj  üçün  istənilən 
əlçatanlığa qadağa qoyulmuşdur. 
Sadəlik  üçün  müəssisənin  təhlükəsizlik  məqsədini 
müəyyən edən zaman iki növ obyekt – Subj və Obj - nəzərdən 
keçirilir. İstifadəçi (U) və resurs (R) kimi qeyd olunur. 
Resurs R ola bilsin ki, məlumatlı (IR) və ya şəbəkəli (NR) 
olsun. 
İstifadəşi və resurs aqressiyanın istənilən formasında çıxış 
edə  bilər  və  sistemdə  bunlar  –  qruplar,  domenlər,  rollar, 
departamentlər, kataloqların bölmələri – tərəfindən dəstəklənir. 
Korporativ  sistemin  istənilən  müdafiə  olunan  obyektə 
görə  əlçatanlığı  üçün 
susmaya  görə  siyasət  özündə  qadağa 
qoyulmuş  qaydanı  (qanunı)  birləşdirir: 
aşıq  şəkildə  icazə 
verilməyən  nə  varsa  –  qadağandır.  Belə  qayda  müəssisənin 
şəbəkəsində  istifadə  olunan  informasiyanın  tam  şəkildə 
müdafiəsini  və  təhlükəsizlikdə  yaranmış  “deşik”lərdəki 
aprior 
çatışmazlığı da təmin edir. 
 
AÇIQLAMA:
 Qədim Yunan flosofu Platonun “Xatırlama 
haqqında təlim” əsərində 
aprior haqqında məlumatlar verilir. 
Aprior  insana  miras  qalmış  və  ona  məxsus  olan  bilikdir. 
“Aprior”  termininin  yaranması  Aristotelin  fəlsəfəsi  ilə 
əlaqəlidir.  Aristotel  sonuncudan  alınan  təsdiq  ilə  ondan 
əvvəlkindən  alınan  təsdiq  arasında  fərqin  olduğunu  sübut 
etmişdir.  Sonrakı  illərdə  bu  fərqi  Şərqin  görkəmıli 
alimlərindən  olan,  orta  əsr  ərəb  flisofları  İbn  Ruşt  və  İbn 
Sina da araşdırmışdır. 
Latin  dilində  termindən  orta  əsr  sxolastikasında 
(sxolastika - orta əsrin dini ehkamlara əsaslanan son dərəcə 
mücərrəd idealist fəlsəfəsi, həyat ilə heç bir əlaqəsi olmayan, 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 363 ____________________________ 
 
təcrübədə  yoxlanıla  bilməyən,  mücərrəd  mühakimələrə 
əsaslanan görüş) istəfadə olunmuşdur. Aristotelin baxışlarına 
əsaslanan  Avropa  sxolastikləri  aprioru  cisimlərin  dərk 
edilməsi adlandırmışlar. 
 
 
Abu Əli Hüseyn ibn 
Abdulla ibn əl-Həsən ibn 
Əli ibn Sina
 
 
 
Abdul-Valid Məhəmməd ibn 
Əhməd əl-Kurtubi (ibn Ruşt 
kimi məşhurdur)
 
 
Aprior  (latınca  a  priori  –  hərfi  mənada  “öndə 
gedəndən” anlamını verir) – təcrübəyə qədər və ondan asılı 
olmayan  bilikdir  (aprior  bilik,  biliyin  aprioru).  Fəlsəfi  termin 
Kantın dərketmə və məntiq ilə bağlı əsərlərində özünə layiqli 
yer  tutmuşdur.  Terminin  uzun  keçid  yolu  olmuşdur  və  öz 
dövrünə uyğun olaraq müxtəlif mənalar daşımışdır.
 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 364 ____________________________ 
 
Şəbəkədə  qurğuların  qarşılıqlı  əlaqəsini  təmin  etməkdən 
ötrü  onlar  üçün 
start  konfiqurasiyası  (xarici  görünüşü) 
“yaradırlar”  və  ümumi  halda  rabitə  kanalından  istifadə 
etməməklə “çatdırılar”. Start konfiqurasiyası qurğuların mərkəzi 
idarəedilməsini  sazlamaq  üçün  lazım  olan  qaydalardır  - 
qurğuların start təhlükəsizlik siyasətidir. 
Qlobal təhlükəsizlik siyasəti şəbəkədə qarşılıqlı əlaqə kimi, 
həm  də  ki,  sistemin  özünü  idarəetməsi  və  nəzarət  funksiyası 
kimi yayıla bilər. 
Qlobal 
təhlükəsizlik 
siyasəti 
şəbəkə 
miqyasında 
təhlükəsizlik  siyasətinin  tam  şəkildə 
məntiqi  və  semantik 
izahıdır.  Bununda  əsasında  ayrı-ayrı  qurğuların  təhlükəsizlik 
siyasəti qurula bilər. 
 
AÇIQLAMA:  Semantika  yunanca  qeyd  etmə, 
göstərmə,  işarə  etmə  anlamını  verir  və  məna  baxımından 
danışıq  dilinin  ölçülməsinin  qiymətini  öyrənir.  Bu  məqsədlə 
ləvazımat  kimi  semantik  təhlildən  istifadə  edilir.  XIX  əsrin 
sonu,  XX  əsrin  əvəllərində  semantikanı  bir  çox  hallarda 
semasiologiya  (yunanca 
işarə,  göstəriş)  adlandırırdılar. 
Semantika  ilə  məşğul  olan  alimləri  də  indiki  zamanda 
semasioloqlar  adlandırırlar.  Əksər  sinif  dil  vahidlərinin 
qiymətlərini  (məsələn,  “hərəkət  feillərinin  semantikası”) 
semantika ilə işarələyirlər. 
Semantik  problemlər  uzaq  keçmişdə  fəlsəfi  mənada 
araşdırılırdı.  Termin  fransız  dilşunası  (linqvisti)  Mişel  Breal 
(1832-1915)  tərəfindən  elmə  daxil  edilmişdir.  1910-1920-ci 
illərdə  semantika  məsələlərinin  öyrənilməsi  bir  çox 
mütəxəssisləri özünə cəlb etmişdir. 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 365 ____________________________ 
 
 
 
Mişel  Breal  (fransizca
  Michel  Bréal)  fransiz  linqvisti  və 
tarixçisi, ictimai xadim, əlyazmalar Akademiyasının üzvü. 
  
 
Lokal  təhlükəsizlik  siyasəti.  İnformasiya  təhlükəsizlik 
servisini  realizə  edən  istənilən  müdafiə  vasitələri  üçün  lokal 
təhlükəsizlik  siyasəti  tərəfindən  müəyyən  işlər  yerinə 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 366 ____________________________ 
 
yetirilməlidir.  Bura  autentifikasiya  qaydalarını  korrekt  realizə 
olunması  üçün  sazlamaların  dəqiq  izahı,  əlçatanlığın  idarə 
edilməsi, trafiklərin müdafiəsi və s. daxildir.  
Lokal  təhlükəsizlik  siyasəti  informasiyanın  müdafiə 
vasitələrini  tələb  edən,  informasiya  xidmətlərinin  təmin 
olunması  üçün  istifadə  edilən,  cari  qurğunun  birləşdirilməsinə 
icazə verən qaydaların tam toplusundan ibarətdir.  
Şəbəkədə  qlobal  təhlükəsizlik  siyasəti  ilə  realizə  olunan 
qaydalar  (və  ya  qanunlar)  ilə  lokal  təhlükəsizlik  siyasəti 
tərəfindən  konkret  qurğulara  realizə  olunan  qaydalar  arsında 
fərqlər vardır. Bu əsasən onunla bağlıdır ki, qlobal təhlükəsizlik 
siyasəti  şəbəkə  hüdudlarında  olan  obyektlər  və  subyektlər 
arasında ixtiyarı şəkildə paylansada, lokal təhlükəsizlik siyasəti 
(lokal  təhlükəsizlik  siyasəti  obyektləri  və  subyektləri  daxil 
olmaqla)  ancaq  bir  şəbəkə  qurğusunun  mühiti  hüdudunda 
mümkündür. 
 
TƏHLÜKƏSİZLİK VASİTƏLƏRİLƏ İDARƏETMƏ 
SİSTEMLƏRİNİN İŞLƏMƏSİ 
 
TrustWorks təhlükəsizlik vasitələri idarəetmə sistemlərinin 
struktur  elementlərinə  təhlükəsizlik  agenti  (Trusted  Agent), 
idarəetmə mərkəzi (Trusted GSM Server) və idarəetmə konsulu 
(Trusted GSM Console) daxildir. 
 
Təhlükəsizlik  vasitələrinin  əsas  təyinatı.  Bura 
aşağıdakılar aiddir: 
1.Təhlükəsizlik  agenti  (Trusted  Agent)  istifadəçinin  fərdi 
kompüterinə  quraşdırılır,  fərdi  müdafiə  üçün  nəzərdə 
tutulmuşdur, kliyent-server kimi iştirak edir. 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə