İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   46   47   48   49   50   51   52   53   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 119
3.
 
Шрайберг Я.Я. Библиотеки электронная информация и 
меняющееся общество в информационном веке. М., 2006, 35 с. 
 
НЕКОТОРЫЕ ВОПРОСЫ ПРИМЕНЕНИЕ ЭЛЕКТРОННОГО 
КАТАЛОГА  В БИБЛИОТЕКАХ  
 
Е.А.МАМЕДОВА 
 
РЕЗЮМЕ 
 
 
В  статье  поясняется  возникновение  электронного  каталога,  эго 
сущность, а также принципы применения в библиотеках.  
 
THE ELECTRONIC CATALOGUE AND SOME QUESTIONS  
OF ITS APLICATION IN LIBRARIES. 
 
Y.A.MAMMADOVA 
 
SUMMARY 
 
In the article is commted arising of the electron cataloque, its essence 
and also applied prinsipes in the library
 
 
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 120
 
 
KİTABXANALARDA İSTİFADƏ EDİLƏN MÜASİR  
AUDİOVİZUAL İNFORMASİYA DAŞIYICILARI 
 
S.İ.МЯММЯДОВА 
Bakı Dövlət Universiteti 
 
             
Son 50 il ərzində dünyada baş verən  bir cox hadisələr, elmi-texniki 
inqilablar ənənəvi informasiyanı elektron sənədləşmə ilə kölgədə qoymuşdur. 
Demək olar ki, vaxtilə kitab, qəzet, jurnal kimi əsas kağız  informasiya daşı-
yıcıları  yayılmanın ləng olması baxımından indi öz aktuallıqlarını  bir qədər 
itirmişdir. Müasir informasiyalaşmış cəmiyyətə kecid şəraitində yüz min tiraj-
larla cap olunan bu kağız məmulatlarının effektiv təsir imkanları cox azdır. Bu 
informasiya vasitələri yalnız məhdud sahələrə yayımlanmaqla yanaşı, əsasən 
ölkədaxili ücün nəzərdə tutulmuşdur. Digər yerli xarakterli radio, televiziya 
kimi informasiya vasitələri isə yalnız daxili istehlakciya yönəlmişdir ki, bunun 
da cəkisi cüzidir. Kompüter texnologiyasının geniş  şəkildə inkişafı, xüsusilə 
qlobal informasiya səbəkələrinin yaradılması (xüsusilə İNTERNET) elektron 
informasiya sahəsində ciddi dəyişikliklər etdi. Qeyd edək ki, bu kimi 
problemləri nəzərə alan bir cox ölkələr artıq kağız məmulatlarının elektron  
variantlarını yaratmışlar və bu sahədə demək olar ki, cox ciddi işlər gedir. İndi 
məhz qlobal şəbəkələr vasitəsilə yayımlanan informasiya informasiyalaşmış 
cəmiyyətin  əsasını  təşkil edir. Elektron sənəd sahəsi yalnız sosial-iqtisadi 
islahatlarla deyil, eyni zamanda informasiya texnologiyasının inkişafı ilə  sıx 
bağlıdır. Müasir infomasiyalaşmış  cəmiyyətdə kompüter texnologiyaları  və 
vasitələri eyni zamanda digər qanuni normalar əsasında informasiyanın top-
lanması, işlənməsi, axtarışı və ötürülməsi, onun mühafizəsinin təhlükəsizliyi, 
bazara cıxışı, informasiyanın lazımı vaxtda, forma və daşıyıcıda, psixoloji və 
arqonomik şərtlər nəzərə alınaraq əks etdirilməsi mühüm əhəmiyyət kəsb edir. 
Hal-hazırda informasiyanın sənədləşməsi (elektron versiya, elektron sənəd) 
informasiyanı müəyyən edilmiş daşıyıcıda yazmaq, ona təşkilati forma ver-
mək, saxta olub-olmadiğını müəyyənləşdirmək, axtarış  və istifadə  məqsədilə 
identifikasiya etməyə və s. imkan verir. Bundan cıxış edərək qeyd edə bilərik 
ki, sənədin öyrənilməsi və informasiyanın  əks etdirilməsi böyük elmi və 
təcrübi  əhəmiyyət daşıyır. Dünya informasiya resurslarına cıxış, elektron 
sənədləşməyə kecid, sənədin qorunması  və ötürülməsi və s. informasiyanın 
təşkilinin yeni üsulları  və ona cıxış informasiyalaşmış  cəmiyyətdə kitabxa-
naların qarşısında yeni elmi və təcrübi problemlərin həlli zərurətini qoyur. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 121
 
 
Qeyd etdiyimiz kimi dünyada baş veren elmi texniki inqilab elektron 
sənədləşmənin yaranmasına  əsas verdi. Elektron sənədləşmənin xüsusiyyəti 
insanın elektron sənədi daşıyıcıda  əks olunduğu fiziki formada olduğu kimi 
qəbul edə bilməməsidir. Baxmayaraq ki, ədəbiyyatda və  təcrübi fəaliyyətdə 
“elektron sənəd” termini geniş istifadə olunur onun  təyinatı  hələ müəyyən-
ləşdirilməyib. Bununla belə bəzi  müəlliflər hesab edirlər ki, “elektron sənəd”-
bu sənəd daşıyıcı elektron sahəsi-maqnit diski, maqnit lenti, kompakt disk və 
s. ibarətdir. Elektron sənəd anlayışını 3 mühüm tərkibə ayırmaq olar: fiksə 
olunmuş informasiya, daşıyıcı, mövcud sənədin təyinatını müəyyənləşdirən 
eyniləşdirmə şərti. 
 
 
Sənəd termininin qanuni traktovkası informasiyanın yazılı formada 
saxlanması ilə bağlıdır. (Lat.”documentium”- sənəd, sübut deməkdir). Həqi-
qətən  ənənəvi  kağız sənədlərinin məzmunu, tərkibi sənədin maddi daşınma 
forması ilə  sıx bağlıdır. Aydındır ki, sənəd informasiya daşıyıcıları texniki 
inkişafın tempinə uyğun olaraq dəyişir.Yeni informasiya texnologiyalarının 
inkişafı  nəticəsində prinsipcə kağızdan fərqlənən elektron sənəd informasiya 
daşıyıcısı yaranır. İnsanlar elektron sənədi yalnız  xüsusi proqram vasitələri və 
texnoloji prosedur, əməliyyatların vasitəsilə  qəbul edə bilər. Sənədləşmiş 
informasiyanın maddi daşıyıcılarının inkişafı cox uzun ömürlü olması və kicik 
fiziki ölcüdə böyük informasiya tutumu ilə ölcülür. 
 
 
Hamıya məlumdur ki, insanlar ətraf aləmi 80 % gözləri ilə, qalan 20% 
isə eşitmə orqanları ilə qavrayır. Eşitmə orqanları vasitəsilə ilə insan 10% nitq 
informasiyası, 25% görmə (vizual) təsviri informasiyanı yadda saxlayır. Odur 
ki, bizim qavradiğımız bu  informasiyalar sənəd  şəklində audio, video və 
texniki sənədlərə ayrılırlar. 
            
Audiovideotexniki sənədlər-texniki vasitələrlə əks etdirilən mətn, səsli, 
təsviri və ya təsviri-səsli informasiyalardan ibarət sənəddir. Audiovizual infor-
masiaya vasitələri  əyaniliyin  şifahi və  təsviri forması imkanlarını genişlən-
dirir, qavrama və dərk etməni rassional və məqsədyönlü element edir. 
  Labüd 
kompüterləşmə erası audiovideotexniki vasitələrə münasibəti
onların  ənənəvi  şəkildə başa düşülməsini kifayət qədər dəyişmişdir. Müasir 
audiovizual  daşıyıcılar kompüter texnologiyasından istifadəyə  əsaslanır. Bu  
texnologiyalar təbii ki özü ilə yeni terminlərin də yaranmasına səbəb oldu. 
Hansı ki, bu terminlər hələ  dəqiq və bir məna  əldə etməyib. Belə ki, ”mul-
timedia” termini 1980-cı illərin ortalarında sənəd kimi başa düşülürdü (2, s.6). 
Eyni vaxtda bir və ya daha cox daşıyıcıdan  məsələn, mətn və audiovizual 
materiallar-ibarət sənəd sonralar 1980-cı illərin sonlarında kompüter vasitəsilə 
sintez olunmuş informasiya daşıyıcıları belə adlandırıldı. Multimedia termini 
adı altında audiovizual sənədlər başa düşülür. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə