İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 105
Bu  istiqamətdə  vacib  addım 2002-ci  ildə  İFLA  və  Beynəlxalq  Naşirlər 
Assosiasiyası  arasında  imzalanmış  «Dünyanın  yaddaşının  müddətsiz  qorun-
ması:  arxivləşdirmə  və  rəqəmli  informasiyanın  qorunması  haqqında  birgə 
bəyanat»  oldu.  Orada  deyilirdi  ki,  naşirlər  öz  nəşrlərinin  arxivləşdirilməsini 
iqtisadi  cəhətdən  məqsədəuyğun  olana  qədər  davam  etdirəcəklər,  amma 
uzunmüddətli  arxivləşdirmə  üçün  məsuliyyəti  naşirlərlə  müvafiq  saziş 
əsasında kitabxanaların üzərinə qoymaq daha yaxşı olardı. 
Bəzi  ölkələrdə  bu  ideya  artıq  reallaşdırılır.  Məsələn, 2002-ci  ildə 
Niderland Milli (Kral) Kitabxanası ilə «Elsevier Science» nəşriyyatı arasında 
imzalanan sazişə əsasən, kitabxana nəşriyyatın 1500 elektron jurnalının rəsmi 
rəqəmli saxlanc yeri funksiyasını öz üzərinə götürmüşdür. 
Elektron kitabxanalarda müəlliflik hüququ 
Elektron daşıyıcıların sayı artdıqca, kitabxanaçılar müəlliflik hüququ və 
rəqəmsal  informasiyaya  münasibətdə  digər  intellektual  mülkiyyət  hüquqları 
ilə  tez-tez  rastlaşırlar.  Elektron  dünyada  müəlliflik  hüququ  fəlsəfəsinin  özü 
şübhə altına alınır: onun əsas prinsiplərinə yenidən baxılması təklifləri səslə-
nir. Əsas çətinlik ondan ibarətdir ki, fərdi (qurucuların, hüquq sahiblərinin) və 
ictimai  (istifadəçilərin,  cəmiyyətin)  maraqları  balanslaşdırılsın.  Öz  bazar 
potensialı üçün  təhlükədən  qorxan  qurucular  texnoloji  vasitələrin  köməyi  ilə 
istifadəyə nəzarət edir və əhəmiyyətli məhdudiyyətlər tətbiq edirlər. Təbii ki, 
ictimai  maraqları  ənənəvi  olaraq  kitabxana  müdafiə  edir.  Çünki  o, «mədəni 
ekosistemin dəstəklənməsi» uğrunda mübarizənin avanqardıdır [7]. 
Müəllif  hüququ  milli  qanunvericiliklə  tənzimlənir.  Hazırda  bütün 
ölkələrdə  ona  yenidən  baxılır  və  təzələnir,  qlobal  informasiya  bazarının 
tələblərinə uyğunlaşdırılır. İlk yenilənən qanunlardan biri ABŞ-ın «Rəqəmsal 
minillikdə müəllif hüququ haqqında» qanunudur. 
Avropa  İttifaqı  ölkələrində  müəllif  hüququ  haqqında  qanunların 
harmonizasiyasına  və  fəaliyyətdə  olan  normaların  elektron  nəşrlərə  tətbiqinə 
səylər göstərilir. Belə ki, 2001-ci ildə Avropa İttifaqının müəllif hüququ haq-
qında Direktivi qəbul olunmuşdur. Bu sənədə uyğun olaraq Böyük Britaniya, 
Almaniya,  Yunanıstan  və  İtaliya  öz  qanunvericiliklərinə  dəyişikliklər  etmiş-
lər.  Hərçənd  K.Loffman  hesab  edir  ki,  yaxın  gələcəkdə  Avropa  ölkələrinin 
müəllif hüququ haqqında qanunvericiliklərindəki əhəmiyyətli fərqlərin aradan 
qaldırılması perspektivi görünmür [8]. 
Rəqəmsal  və  digər  nəşrlərə  münasibətdə  müəllif  hüququna  dair  vəziy-
yətlə bağlı rəylər dünyanın müxtəlif ölkələrində oxşardır: istənilən materialın 
istifadəsi üçün hüquq sahibinin icazəsi mütləqdir - təbii ki, «vicdanlı istifadə» 
istisna  olmaqla [6].  Ancaq  bu  halda  da  çətinliklər  ortaya  çıxır.  Birincisi, 
«vicdanlı  istifadə»  məfhumu  ilə  bağlı  hələ  də  mübahisələr  var.  İkincisi, 
rəqəmsal materialların pirat köçürülməsinə qarşı durmağa çalışan bəzi naşirlər 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 106
köçürməyə mane olan proqramlar - texnoloji müdafiə vasitələri tətbiq edirlər. 
K.Loffmanın  fikrincə,  bu  çox  kobud  üsuldur.  Çünki  piratlığın  qarşısını 
almaqla  yanaşı, «vicdanlı  istifadə»  üçün  köçürməyə  də  imkan  vermir [8]. 
Qanunvericilərin  vəzifələrindən  biri  qanunsuz  köçürmələrdən  müdafiəni 
«vicdanlı istifadə»yə mane olmayacaq səviyyədə möhkəmləndirməkdir. 
Bu kontekstdə  Ş.Urs  da maraqlı  təkliflə  çıxış  etmişdir.  Onun  fikrincə, 
elmi işlərə və əyləncə xarakterli işlərə müəllif hüququ məsələlərini bir-birin-
dən  ayırmağın  vaxtı  gəlmişdir.  Elmi  işlərə  münasibətdə  iqtisadi  amillərdən 
daha çox mənəvi amillərə üstünlük vermək lazımdır. Çünki onlar bəşəriyyətin 
intellektual irsinin bir hissəsini təşkil edir, cəmiyyət tərəfindən dəstəklənirlər. 
Ona  görə  də  müəllif  hüququndan  doğan  məhdudiyyətlərdən  azad  edilmə-
lidirlər [7]. 
 
ƏDƏBİYYAT 
1.
 
Армс Вильям. Электронные библиотеки. – ПИК ВИНИТИ, 2001. 
274 с. Пер с англ. Arms, William. Digital Libraries. Cambridge, Mass.: MIT 
Press, 2000. - 287 p.  
2.
 
Tomer C. Digital libraries in public libraries / C. Tomer // 
Encyclopedia of library and information science. – 2nd ed. – Vol. 2. – New 
York; Basel, 2003.– P. 884–891.  
3.
 
Moyo L. Electronic libraries and the emergence of new service 
paradigms / L. Moyo // The electronic libraries. – 2004. – Vol. 22, № 3. – P. 
220–230 
4.
 
ShiriA. Digital library research: current developments and trends / 
A. Shiri // Library review. – 2003. – Vol. 52, № 5. – P. 198–202.  
5.
 
Marcum D. Requirements for the future digital library / D. 
Marcum//The journal of academic librarianship. – 2003. – Vol. 29, № 5. – P. 
276–279.  
6.
 
Field C. Securing digital legal deposit in the UK: the Legal deposit 
libraries act 2003 / C. Field // Ibid. – P. 87–100.  
7.
 
Urs S. Copyright, academic research and libraries: balancing the 
rights of stakeholders in the digital age / S. Urs // Program: electronic library 
and information systems. – 2004. – Vol. 38, № 3. – P. 201–207.  
8.
 
Лоффман  К.  Электронные  публикации:  изъятие  из  закона  об 
авторском  праве  в  электронных  публикациях  и  технологические  меры 
защиты:  вызов  для  законодателей / К.  Лоффман // Новости  Рос. 
комитета ИФЛА. – 2004. – № 53. – C. 5–9. 
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə