İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   37   38   39   40   41   42   43   44   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Uşaqlar toz-duman  içində, atlarını çapıb, doğrudan da, kəndə doğru uzaqlaşdılar.Yenə də 
İsmayılın gözləri dolmuşdu. 
- Bu at çapa bilmir, müəllim!- dedi. 
- Düzdü, İsmayıl, - dedim, - burax o atı, yaxşı qaça bilmir o... 
Öz atımın quyruğundan bir budaq qırdım. İsmayılın atını dəyişdirdim. İsmayıl minən kimi 
bu atın da ayağı  sürüşdü.Qaça bilməyən at deyildi - o, bunu anladı. 
- Mən qaça bilmirəm, müəllim!- dedi, - bu ayağım yeriyir, bu ayağım yerimir. 
Atlardan endik. Doğrudan da, yaxşı yeriyə bilmirdilər. İsmayıl kəndə tərəf dördnala çapan 
atlıların dalınca ağladı. Dolu kimi yaş tökdü gözlərindən... 
 
 
Türkcədən çevirən: Zakir Sadatlı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Ag bulud 
 
 
Günortaya yaxın dümağ bir səs ilıq bir yeltək əsər, bir rəhmət buludu kimi keçərdi məhəllə-
dən. O gələndə küçələrdə bəmbəyaz bir səs əks-səda verərdi, uşaqları çığır-bağırla öz arxasınca 
çəkən bir səs: 
- Özü gedir! 
- Özü gedir! 
Uşaqlar  bu  səsə  bağlıymış  kimi    uzun  bir  qaçışa  hazırlaşardı.  Bir  yaylaq  mehi  yalayardı 
üzlərini. O bəyaz  səs həmişə eyni yerdən keçərdi. Onun keçəcəyi yolun hər iki tərəfində düzülən 
uşaqlardan kimisi ayaqqabılarının bağlarını sıxar, kimi  də təlaşla balaca  oyun kürələrini  cibinə 
doldurardı. Oyunda  yaxalanan, cəza alan uşaqlar bağışlanardı. Bütün oyunlar yağışdan sonraya 
keçirilərdi. O gələndə uşaqlar bir bəyaz yağışa tutulardı, günəş “şirniyyat  bürcü”nə  girərdi. Ha-
vaya atılan çəlik-çomaqlardan ürkən quşlar ağaclardan uçardı. Bəyaz buludun gəldiyini bir-birinə 
müjdələyən uşaqların nəşəli səsləri yüksələrdi tozlu yollarda. 
- Hacı Baba gəlir! 
- Hacı Baba gəlir! 
Hacı Baba hər həftə dolu kimi yağıb keçərdi. İri, bəyaz qanadlı bir quş kimi uçaraq gələr, 
uşaqlar da ona doğru çığır-bağırla qaçardı. Hacı Baba və uşaqlar bir-birinə yaxınlaşdıqca səslər 
də çoxalardı. 
- Hacı Baba gəlir! 
- Özü gedir! 
Hacı Baba məhəlləyə girincə velosipedinin sükanını buraxar, iki əlini yana açardı. Küləyin 
dalğalandırdığı ağ önlüyünün ətəkləri havalanar, ağ bir göyərçin kimi qanadlanardı. Üzündən əs-
kik olmayan o təbəssümlə uşaqlara şəkər yağdırar, qışqıra-qışqıra yoluna davam edərdi. 
- Özü gedir! 
- Özü gedir! 
Uşaqlar “özü gedən” o ağ və bərəkətli səsin arxasına düşdüyü zaman, məhəllədə bir qəhqə-
hə  tufanı  və  səs-küylü  bir  qaçış  başlardı.  Uşaqlar  dillərində  şən  bir  təkərləməylə  bir  çay  olub 
axardılar velosipedin arxasınca. Hacı Baba özü də şən bir təkərləməydi onların dilində. Qaçarkən 
elə hey bir ağızdan qışqırardılar. 
- Hacı Baba, bəri bax! Qulağına dəri tax! 
- Hacı Baba, bəri bax! Qulağına dəri tax! 
Bütün varını şəkərə çevirib  uşaqlara paylayan, ağlara bürünmüş bir könüllü dəli idi Hacı 
Baba.  Bir  yaylaqdan  enib  keçdiyi  tarlalara  bərəkət  bağışlayan  ağ  köpüklü  bir  çay  idi.  Pambıq 
kimi  idi  saqqalı.  Başındakı  şapka,  ayaqlarındakı  ayaqqabılar,  paltarının  üstündən  geydiyi  uzun 
önlüyü,  velosipedi,  velosipedinin  sükanına  bağladığı  lentlər,  ön  təkərin  iki  yanındakı  fırfıralar, 
uşaqlara yağdırdığı şirniyyatlar, səsləndirdiyi dini musiqilər… hamısı bəyazdı. 
O, uşaqların üfüqündə bəyaz bir buluddu. Keçdiyi küçələrə şirniyyat olub yağar. O bəyaz 
buludun yağdırdığı şirniyyatları əldə etmək üçün uşaqlar dəlicəsinə qaçardılar. Hacı Baba hər də-
fə əlini cibinə salanda, təkərləmə söyləyən uşaqların səsi kəsilərdi bir an. Bütün gözlər onun əli-
nə dikilər,  bir  yağmur  gözləyərdilər. Hacı  Baba  şirniyyatları  havaya  atanda qışqırıqlar  yenidən 
yüksələrdi. Uşaqlar məscid həyətində yem atılmış göyərçinlər kimi şirniyyatın düşdüyü yerə yı-
ğışardılar. 
Yemləri yığan göyərçinlər, "Hacı Baba, bəri bax! Qulağına dəri tax!"- deyə qışqıraraq ye-
nidən velosipedin arxasınca düşərdilər. Uşaqların bu qışqırıqlarını eşitmirmiş kimi arxasına  heç 
baxmazdı "özü gedən." Hər gün başqa bir məhəlləyə yağan o bərəkətli, bəyaz bulud, hər gəlişin-
də arxasınca şirniyytlar və xoşbəxt uşaqlar səpələyərdi… 
Uşaqlar  yorulanda  onun  da  səsi  uzaqlaşar,  qollarını  bir  quş  qanadları  kimi  çırparaq  uçar, 
süzər və  xəyal kimi gözdən itərdi. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Hacı Babanın kimsəsi yoxdu. Köhnə bir kərpic evdə təkbaşına yaşayardı. Şirniyyat yağdır-
dığı məhəllələrdən köhnə maqnitofon, radio, saat, qaz sobası… nə tapsa satın alar, onları təmir 
edərək qəsəbə bazarında satardı… Qazandığı bütün pulları şirniyyata verər, uşaqların xoşbəxtliyi 
üçün xərcləyərdi. 
Bəzən  velosipedinin  arxasında  böyük  bir  limonad  küpü  ilə  gələrdi.  Bir  limonad  seli  olub 
axardı. Məktəblərin  qapısında gözləyər, uşaqlara  limonad paylayardı. Tənəffüs zəngi  çalınanda  
uşaqların hücumuna uğrayardı. Əlindəki uzun çömçəsiylə stəkanları  doldurub uşaqlara verərdi. 
Şagirdlər  onun  ətrafına  yığışar,  hərəsi  bir  tərəfindən  çəkər,  üst-başını  dartışıdırar,  qollarından, 
çiyinlərindən asılardılar. 
- Hacı Baba, mənə də! 
- Hacı Baba, mən içmədim! 
O, çömçəsini küpdən doldurub stəkanlara boşaldarkən qışqırardı: 
- Özü dolur! Özü dolur! 
Təmir etdiyi əşya radio olsa, “özü danışır!", qaz sobası olsa, "özü yanır!" deyə qışqıra-qış-
qıra satardı. Təmir etdiyi əşyaları bazarda yerə düzər, öz  səsini bir kasetə yazar, maqnitofonun 
düyməsini basar, oradan uzaqlaşardı. Təmir edilən maqnitofon, həm öz reklamını, həm də digər 
əşyalarını reklam edərdi. Maqnitofon ətrafına toplaşan maraqlı alıcılara uzun-uzadı izah edərdi: 
"Mən danışıram. Danışmağı bacarıram. Türkü də söylərəm, dini mahnı da. Hətta azan ve-
rirəm. Baxın, bu qaz sobası  da özü yanır. Bu saat vaxtı özü söyləyir. Bu radio beş dil bilir…" 
Reklam hissəsi bitəndə Hacı Babanın səsiylə bir dini mahnı başlardı. 
Mən gedərəm yana-yana, 
Eşq boyadı məni qana. 
Nə aqiləm, nə divanə
Gəl gör məni eşq neylədi. 
Maqnitofon ətrafdakılara səslənərdi: 
- Qarşımı kəsməyin, çəkilin, dağılın baxım! 
Bəzən gözdən itirdi Bəyaz Bulud. Arxasınca "yenə ucdu bizim dəli", -deyirdilər. Həccdən 
dönənlər  and-amanla  Kəbədə  gördüklərini  Hacı  Babaya  söyləyərdilər.  Dəli  idimi?  Vəli  idimi? 
Kimsə bilməzdi, amma o, "ağlın sirdaşı dəlilikdir, ey insanlar"- deyərdi həmişə. 
Həcc  mövsümündə  "ucdum  getdim,  ucdum  gəldim,  özüm  getdim,  özüm  gəldim"  -  deyib 
keçərdi məhəllədən. Uşaqların üstünə şirniyyat yerinə xurma yağdırardı. 
Yanvar ayı idi. Qar  üç gün dayanmadan yağmışdı. Qocalar o günə qədər elə bir qış görmə-
diklərini söyləyirdi. Külək heç kəsmir, gecələr yağan qarı sovururdu. Evlərin şimal tərəflərini qar 
elə örtmüşdü ki, damlar belə  görünmürdü. Bütün qəsəbə ağ bir örtüyə təslim olmuşdu. Günorta 
azanından əvvəl bir ölü azanı yüksəldi minarələrdən. 
Bəyaz bulud göyə çəkilmişdi, uçmuşdu bu dünyadan, “özü uçmuşdu”. 
Bəmbəyaz gələrdi məhəlləyə. İri, bəyaz bir quş kimi uçardı küçələrdə. O, bir şirniyyat yağ-
muruydu. Günortaya  yaxın  ilıq  bir küləklə  və bəyaz bir səslə  gələrdi.  Bəmbəyaz  bir  gündə, bir 
fırtınayla uçub getdi və bir daha heç gəlmədi “özü gedən”. Nə o səs keçdi məhəllədən, nə də “şə-
kər bürcü”nə girdi günəş… 
O gündən sonra oyunlarını heç təxirə salmadı uşaqlar… 
 
 
Türkcədən çevirən: SƏHƏR 
 
 
 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə