İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
olsun, suyun bir qismini öz baxçasına döndərərdi. Kəndlilərin etirazı qarşısında tab gətirə bilmə-
dimi, evə gedib yatar, ertəsi gün itaət eləməyəni cəhənnəmə göndərəcək dərəcədə əhəmiyyətli bir 
yuxu ilə qayıdıb gələrdi. 
Yaşar çavuşun onlardan Böyük şeyxə şikayət edəcəyini bilən kəndlilər şeyxin onlardan in-
cik düşəcəyindən qorxar, Yaşar çavuşun hər dediyinə əməl elərdlər. 
Böyük şeyxin şəhərdə dörd mərtəbəli bir evi vardı. Şəhərə fəhləliyə gedən kəndlilər yataq 
və  yemək pulu verməmək üçün məcburən mürid olur, həm şəhərdə çalışar, həm də orda  yeyib 
içərdilər. Qışda kəndə qayıdanda isə Yaşar çavuşa itaət elərdilər. 
Yaşar çavuş cümə günləri caminin önünə gələr, xüsusi ilə də gənclərin nəbzini tutar, moi-
zəyə başlayanda bir səssizlik çökərdi camiyə. Yaşar çavuş: «Bu necə müsəlmançılıqdır, uşaqları-
mız axşama qədər top oynayır, axşamlar zikrə gəlmirlər, sizin cənazəniz yuyulmaz, Allah demə-
səniz, dəstəmaz alıb namaz qılmasanız, şeyxə itaət eləməsəniz, hansı üzlə divana duracaqsınız?» 
deyə qəzəblənər, əsib coşardı… 
Hər seçimdə böyük şeyxin  dəstəklədiyi  bir namizəd olurdu.  Belə olunca  da  yuxunu şeyx 
görər,  bu  yuxunu  kəndliyə  anlatması  üçün  Yaşar  çavuşu  göndərərdi.  Yaşar  çavuş  kəndə  gələr, 
əfəndinin  salamını  çatdırdıqdan  sonra  səsini  titrədər,  ağlamaq  həddinə  gələr  və  başlardı 
anlatmağa: 
- Ey camaat, əfəndimiz bir yuxu görüb. Yuxusunda bir Pir, - Allahü aləm peyğənbər əfən-
dimizdir, - əfəndimizə: «Sənin sülaləndən bir böyük bir işə baş qoyacaq, əyər onu dəstəkləməzsi-
niz, hamınız odlarda yanacaqsınız» demiş. Allah hamımızı cəhənnəm atəşindən qorusun, səsinizi 
kimə verəcəyiniz onsuz da məlumdur, - deyə söhbətini bitirərdi. 
Qutudan başqa partiyalara çıxan səslərə hirslənən Yaşar çavuşu «arvadların yanlışlıqla baş-
qa partiyaya səs verdiklərini» deyib dilə tutardılar. 
Bir axşam məktəbdə növbə tutan kənd qoruyucularını yoxlamağa bir başçavuşın komandir-
liyi  ilə  bir  dəstə  əskər  gəldi.  Qorucular  yemək  hazırlatdırdılar.  Çay  içib,  siqaret  çəkərkən  quru 
palıd odunlarının çatırtısında söhbət uzandı. 
Qoruculardan Bəkir komandirə Yaşar çavuş haqqında danışdı. 
-  Komandirim,  bizi  pərişan  eləyir,  Yaşar  çavuşun  əlində  qalmışıq,  bu  əskərləri  göndərib 
onu yalandan tutuklasanız necə olar? – dedi. 
- Olar, - başçavuş gülərək dedi, - evini göstərin, əskərlər alıb gətirsinlər, biz də görək. 
Bəkir bu cavabı gözləmirdi. Dediyinə peşiman oldu, amma iş-işdən keçmişdi. Əskərlər ma-
şınla gedib bir neçə dəqiqədən sonra Yaşar çavuşu gətirdilər və komandirin hüzuruna çıxartdılar. 
Kəndliyə hər dediyini elətdirirdi, amma qarşısında «Hökumətin candarması»nı görüncə qə-
ribə olmuşdu üzü. Çaşqın, ümidsizdi. Təlaşlı bir halı vardı, dəqiqədən bir saqqalını tumarlayır, 
narahat gözləriylə komandiri süzürdü. Komandir qaşlarını çatmış halda masanın arxasında otur-
muşdu, kimsədən səs çıxmırdı. Yaşar çavuşun cümə moizələrindəki sərt, gur səsi yoxa çıxmışdı. 
Ağlar bir səslə soruşdu: 
- Məni niyə gətirdiniz, günahım nədi, bəyəfəndi? 
Başçavuş yerindən qalxdı, otaqda ciddiyətlə dolaşdı, başını geri atdı. Sonra əlini belinə qo-
yaraq gözlərini Yaşar çavuşun gözlərinə dikdi. Ağzını gözünü əməlli başlı gərib, dişlərini sıxaraq 
danışmağa başladı: 
- Sən bu dövləti, milləti sahibsizmi sandın? 
Yaşar çavuş səsini tamam aşağı saldı: 
- Dövlətə canımız qurban. Bəyəfəndi. 
- Belə deyirsən, amma dağlardakı qurdların belə ağzını bağlayırsan. 
- Heyvanlara zərər verməsin deyə, bir günlüyə… 
- Açıq aydın qanunlara qarşı çıxırmışsan. 
- Günahım nə, açıq deyin, bilim, bəyəfəndi. 
Başçavuşun səsi gurladı: 
-  Şeyxlik  eləyirmişsən.  Piti  yazır,  namaza  gəlməyənləri  hədələyir,  zikir  çəkməyənlərdən 
şeyxə şikayət eləyirmişsən. Cümələrdə dövlətə üsyan eləyib, cumhuriyyəti aşağılayıb, şəriəti mü-
dafiə eləyirmişsən. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Yaşar çavuş səsini bir az qaldırdı. Ordakı kəndliləri şahid göstərdi: 
-  İftiradı!  Tövbə,  vallah,  bəyəfəndi!  Aha,  bunlar  da  şahid.  Hamısı  yalandı,  bəyəfəndi.  Nə 
şeyxliyi? Nə şəriəti? Nə zikri? Hamısı yalandı. Bəyəfəndi, Allah deyənin evi yıxılsın, atam! 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
Molla əmi 
 
Yavuz Bağçıya 
 
Dağ köylərindən qıvrıla-qıvrıla enən tozlu yollar, qayalara çırpılaraq çağlayan kiçik dərə-
lər, dağları aşıb gələn yorğun kəndlilər… Hamısı da gün ağarırkən tökülür bu kiçik, sakit qəsə-
bəyə. 
Ağ, tozlu yollar qəsəbənin girəcəyindəki asfalt yola qovuşunca birdən tündləşir, qaraya dö-
nürdü. Dərin vadilərdə, şırıl-şırıl çağlayıb başını qayalarar vuraraq coşan dərələr, qəsəbənin hə-
mən önündən boz-bulanıq axıb gedən Araza qarışar, Araz ilə çağlayıb uzaq diyarlara gedərdi. 
Qəsəbəlilərin «Dağ adamı, xəstə edər sağ adamı» dedikləri dağ kəndliləri qəsəbənin kiçik 
bazarına tökülüşərdilər hər sabah. 
Qəsəbənin bazarı caminin dörd tərəfindən ibarətdi. Caminin dörd bir yanına səpələnmiş dü-
kanlarda hər növ mal var idi. Baqqal, meyvə-tərəvəz, qəssab, nalbənd, dərzi, manifakturaçı, xır-
davatçı dükanları yayda qovaq və söyüd ağaclarının arasında görünməz olardı. Uzaqdan baxanda 
bu yaşıllıqlar arasından sadəcə caminin minarəsi və qırmızı kirəmitli damı görünərdi. Qəsəbənin 
ən önəmli tikilisi  bu camiydi və ən önəmli adamı da bu caminin mollası. Molla Qiyas əmi! 
Molla  əmi  gəncliyində  Iranda  oxumuşdu.  Məsəl,  kəlam,  təsvir….Təhsilini  orda 
tamamlamışdı. Xocaları ilə tez-tez mübahisələşdiyindən təhsili yarımçıq qalmışdı. «Çox əyilmə, 
tapdarlar,  çox  ucalma,  asarlar»  deyə  anladardı  tələbəlik  illərini.  Qəsəbənin  yaşlıları  ona  böyük 
hörmət  göstərərdilər,  amma  gənclər  ardı-arası  kəsilməyən  suallarla  molla  əmini  hövsələdən 
çıxardardılar. 
Molla əminin ağ saqqalı həmişə qısa olardı. Həftədə bir dəfə saqqalını «üç nömrə»ylə qırx-
dırardı. Yayda və qışda geyməyə iki cür şapkası var idi. Bahar gəldimi ağ yay araqçınını, qış gəl-
dimi qısa qış araqçınını geyərdi.  Qəsəbənin, hətta ətraf kəndlərin də din-dünyəvi işlərinə o ba-
xardı. Meyitləri götürər, ölənlərin təziyyə çadırlarında fatihə verər, Məhərrəm ayında başına vu-
rar, dəstə düzəldər, Novruz bayramında xonça bəzərdi. 
Məhərrəm ayı gəldimi, hər ay yenidən yaşardı Kərbalada yaşananları. Susuz qalıb çöllərdə 
yanar, qovrulardı Həzrəti Hüseynlə. Ağlayaraq anladardı Kərbala hadisələrini. 
Düşdü Hüseyn atından səhrayı Kərbalaya, 
Yubanma, xəbər ver, Sultani Enbiyaya 
Deyə ağlayaraq mərsiyələr, ağılar deyər, özü ağlar, camaatı da ucadan ağladardı.  Ramazan 
ayında  bütün  qəsəbəliləri  o  qaldırardı  obaşdana.  Qəsəbənin  bütün  işıqları  yanmayınca,  hər  kəs 
obaşdana qalxmayınca minarədən enməzdi. 
Cami  qəsəbənin  tən  ortasında  idi.  Qəsəbənin  dörd  yanında  elektrik  dirəklərinə  bağlanmış 
səsgücləndiricilər minarədəki səs cihazına bağlıydı. Qəsəbənin bütün elan işlərini də molla əmi 
minarədən oxuyardı. Qəsəbəlilər hər dərdlərini axşam azanından əvvəl mollaya deyər, molla əm 
idə azandan sonra dərdlərə dava olardı. Axşam azanından öncə hər gün molla əminin yanına biri-
si gəlib dərdini deyər, molla əmi əvvəlcə gələnləri dinlər, sonra boğazını təmizləyib elan verərdi. 
Molla əmi «Hələ işə bax!» deyə öncə qəsəbəlini xəbərdar edər, ardında gələnlərin ona söy-
lədiklərini deyərdi. 
*** 
Hər axşam azanından əvvəl həyəcanlı adamlar, qadınlar gələrdilər molla əminin hüzuruna: 
- Salamüəleyküm, molla əmi. 
- Əleyküməsalam, ay can, söylə görüm. 
- Molla əmi, nəvəmin sünnət toyudur. Bir elan versənə, annam, atam sənə qurban. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə