İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə30/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   26   27   28   29   30   31   32   33   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

113 


 

Bu cür uyğunluq  Şovenin  şəxsiyyətinə komedik, eyni  

zamanda müsbət çalar verirdi. Nikolya Şovenin 

“bioqrafiyası” 1845-ci ildə Jak Araqonun (Jacques Arago

“Şovinizm” məqaləsində, sonra isə Pyer Larussun (Pierre 

Larousse) “Böyük lüğət”ində çap olunmuşdur.  

Tədricən  Şoven bir çox bədii  əsərlərin dramatik 

obrazına çevrilir və onun şəxsiyyəti haqqında çoxlu miflər 

yaranır. Bəzi yazıçılar isə öz əsərlərini  Şovenin bioqrafik 

təsviri kimi də yayırdılar. Vodevil qəhrəmanının 

xarakterinin XIX əsrin ortalarında Fransada yaranan 

millətçilik dalğası ilə üst-üstə düşməsi „şovinizm“ 

anlayışının meydana gəlməsinə gətirib çıxarmışdır. 

64

   


Sonralar bu termindən hər hansı bir millətin və ya 

dövlətin hərbi üstünlük ideyasına sadiqliyini ifadə etmək 

üçün işlətməyə başlamışlar. Birinci dünya müharibəsi 

illərində  şovinizm təcavüzkarlıq və  qələbə, məğlubiyyətlə 

hesablaşmamaq və qisas almaq siyasəti kimi 

formalaşmışdır. 

İşğalçılığa meylli olan sosial-siyasi qüvvələr 

şovinizm hissini həmişə  qızışdırmağa çalışırlar.  Şovinizm 

daha həssas formalarda özünü büruzə verərək, iqtisadi 

ekspansiyaya, siyasi təzyiq və  mədəni hegemonluğa 

üstünlük verir, millətlərarası  və dövlətlərarası, eyni 

zamanda dövlətdaxili münasibətlər səviyyəsində də təzahür 

edə bilir.  

                                            

64

 http://ru.wikipedia.org/wiki/Шовен_Николя 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

114 


 

Azsaylı xalqların „istismar olunmalarını“ bildirmək 

üçün işlədilən və irqçiliklə, milli azlıqları  əsarətdə 

saxlanılması ilə  səsləşən  „hakim millətçilik  şovinizmi“ 

anlayışı müasir politologiyanın vəzifələrinə o qədər də 

uyğun gəlmir.  Şovinizm bonapartçılığın, faşizmin, irqçi-

liyin, militarizmin qarışığıdır və „böyük“ milli nailiyyətlərə 

və  vəzifələrə sadiqliyi şişirtməklə, müasir siyasi şüurda 

pozucu rol oynayır. XX əsrin 70-ci illərindən etibarən isə 

şovinizm termini obrazlı  şəkildə bir sosial qrupun digəri 

(digərləri) üzərində hakim olmasını bildirmək üçün („kişi 

şovinizmi“) işlədilməyə başlanılmışdır.

65

 İngilisdilli ölkələr-



də şovinizm anlayışı ilə yanaşı bu mənanı verən cinqonizm 

termini də işlənir. 



Millətçilik termini problematikaya müracət edən 

subyektlərin mövqeyindən, tərəflərin maraqları baxımından 

onlar üçün mütləq „obyektiv“ və ya „qeyri-obyektiv“ 

olmasından, daha dəqiq desək, bu kontekstdə anlayışın 

özünün bir qədər mücərrəd xarakter daşımasından (tərəflər 

biri-birlərini millətçilikdə günahlandırır və sübut üçün 

kifayət qədər materiallar təqdim edə bilirlər)  asılı olaraq, 

müxtəlif çalarlar kəsb edir. Konkret olaraq, Azərbaycan 

elmi fikrində  və jurnalist ictimaiyyətində millətçilik - bir 

milləti başqa bir millətə tabe edən ideologiya, psixologiya, 

sosial təcrübə, dünyagörüşü və siyasət; milli müstəsnalığı 

                                            

65

Politologiya. Ensiklopedik lüğət. - Bakı: „Elm“ nəşriyyatı, 2007. 



səh. 270.

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

115 


 

və üstünlüyü təbliğ edən, millətin qeyri-adiliyini və digər 

xalqlardan üstünlüyünü təbliğ edən, milli ədavəti qızışdıran 

məfkurə kimi nəzərdən keçirilir.

66

  

Millətçilik bütün dünyada geniş yayılmışdır və 



özünü bütün ölkələrin ictimai həyatında büruzə verir. 

Amma çoxmillətli,  əhalisinin etnik tərkibi müxtəlif olan 

ölkələrdə daha ciddi xarakter alır. Millətçilik dünyada 

müstəmləkə sisteminin parçalandığı, müstəmləkəçiliyə  və 

yarımmüstəmləkəçiliyə qarşı xalq hərəkatının gücləndiyi bir 

dövrdə müxtəlif xalqların dünya siyasətində  və iqtisadi 

münasibətlərində tam və  bərabər hüququnu tələb etməyə 

başladığı illərdə çox qüvvətli təkan əldə edir.  

Millətçilik çoxşəkilli və çoxsaxəlidir, hər hansı 

konkret bir şəraitdə belə özünəməxsus məna kəsb edir və 

onun qarşıya qoyduğu vəzifə və təzahür formaları müxtəlif 

olur. O, həm faşizm qiyafəsində, həm də irqçilik şəklində 

görünə bilir, eyni zamanda marksizm-leninizm maskası 

geymək, liberal və demokratik xarakter almaq 

xüsusiyyətlərinə malikdir. O, həm böyük dövlətçilik 

şovinizmi, həm də kiçik xalqların millətçiliyi, zorakı 

assimilyasiyanın daşıyıcısı, milli məhdudiyyətçilik, 

qapalılıq, təklik və avtarkiya qiyafəsində  də meydana çıxa 

bilir. Millətçilik həm inkişaf etmiş, həm geridə qalmış 

                                            

66

  Politologiya. Ensiklopedik lüğət. - Bakı: „Elm“ nəşriyyatı, 2007. səh. 



146-148.  


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

116 


 

ölkələrdə, həmçinin orta iqtisadi inkişaf səviyyəsində olan 

ölkələrdə də ciddi ideya-siyasi qüvvə olaraq qalmaqdadır. 

Böyük rus filosofu N.A.Berdyayev millətçiliyi bir 

tərəfdən mürtəce, dağıdıcı, zooloji, digər tərəfdən isə  

nəzəri, yaradıcı, milləti ictimai tərəqqi yolu ilə irəli aparan 

məfkurə kimi nəzərdən keçirir. Məsələnin bu cür qoyuluşu 

ümumiyyətlə, millətçiliyin müxtəlif təzahür formalarını 

eyniləşdirərək, onun haqqında dəqiq münasibət 

formalaşdırılmasında çətinlik törədən nəzəri fikirlər üçün 

səciyyəvidir. 

Sosializm cəmiyyətində bütün insanlar, o cümlədən 

sahə mütəxəssisləri, siyasi funksionerlər nəzəri və siyasi 

fəaliyyətlərində millətçilik haqqında V.İ.Leninin 

mülahizəsinə əsaslanırdılar: „Məzlum millətin hər bir burjua 

millətçiliyində zülmə qarşı ümumdemokratik bir məzmun 

vardır, biz də  məhz bu məzmuna qəti tərəfdar çıxırıq“.

67

 



V.İ.Lenin əzilən, məzlum xalqlarda baş qaldıran millətçiliyə 

bəraət qazandırırdı. 

Keçmiş SSRİ-də  məsələnin nəzəri cəhətdən bu cür  

qoyuluşu beynəlmiləlçiliklə millətçilik arasında çox sərt 

qarşıdurma forması - ya beynəlmiləlçilik, ya da millətçilik 

kimi qəti forma yaratmışdı. Milli məsələyə, yəni milli 

maraq, dəyər, mədəniyyət, dil və s. məsələlərə toxunmaq 

cəhdi həmişə millətçilik kimi damğalanırdı. SSRİ-nin 

                                            

67

 Lenin V.İ. Əsərlərinin tam külliyyatı, 25-ci cild, səh. 295. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə