İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə152/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   146   147   148   149   150   151   152   153   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

610 


 

uyğunlaşdırılır, idarəetmə sistemi təkmilləşdirilir və şəffaf büdcə sistemi 

yaradılır. 

Azərbaycan Respublikası  sərhəd təhlükəsizliyi sahəsində NATO, 

Avropa  İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, Atom Enerjisi üzrə 

Beynəlxalq Agentlik, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans və 

digər beynəlxalq təşkilatlar çərçivəsində, habelə ikitərəfli və çoxtərəfli 

qaydada dövlətlərarası səviyyədə əməkdaşlığı genişləndirir. 

Bu istiqamətdə islahatları daha da inkişaf etdirmək üçün havadan və 

dənizdə  nəzarət, axtarışxilasetmə, çeviklik imkanları müasirləşdirilir, 

təlim sistemi təkmilləşdirilir, quru sərhədlər və  nəzarət məntəqələri 

müasir texniki avadanlıqlarla təmin olunur və peşəkar heyətə keçid 

sürətləndirilir. 

Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra sərhədlərin 

nəzarətdən kənarda qalmış hissəsinin Azərbaycan Respublikasının ümu-

mi sərhəd təhlükəsizliyi sisteminə daxil edilməsi və həmin ərazilərdə ən 

müasir tələblərə uyğun təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi 

islahat və quruculuq prosesində müvafiq şəkildə nəzərə alınır. 

4.3.7. Miqrasiya siyasəti 

Son illərin təhlili göstərir ki, Azərbaycanda müşahidə olunan sürətli 

sosial-iqtisadi inkişaf, energetika və  nəqliyyat sahələrində beynəlxalq 

kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi 

mövqeyi miqrasiya proseslərinin intensivləşməsinə  gətirib çıxarmışdır. 

Bu da öz növbəsində ölkənin inkişafı  və  təhlükəsizliyinin təmin 

edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin 

həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlən-

məsi məsələlərinin təkmilləşdiril-məsini şərtləndirir. 

Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin 

həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir 

dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, milli təhlükəsizliyin və 

sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyat-

larından səmərəli istifadə edilməsi, ölkə  ərazisində  əhalinin mütənasib 

yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə 



İlham A.Mazanlı_________________________________________________________ 

 

611 


 

edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin ara-

dan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiya-

nın qarşısının alınması  məqsədilə 2006-2008-ci illər üçün Azərbaycan 

Respublikasının Dövlət Miqrasiya Proqramı qəbul olunmuşdur. 

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə 

sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və 

proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin 

əlaqələndirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidməti yaradılmışdır. 

Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi mexanizmlərinin 

təkmilləşdirilməsi hazırda effektiv immiqrasiya siyasətinin formalaşdı-

rılmasını, beynəlxalq  əməkdaşlığın gücləndirilməsini, emiqrasiya 

proseslərinin nəzarətdə saxlanılmasını  və vahid informasiya bazasının 

yaradılmasını zəruri edir. 

4.3.8. Enerji təhlükəsizliyi siyasəti 

Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda 

yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturla-

rın işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin ikintisi və quraşdırıl-

ması,  əsas ixrac neft və qaz boru kəmərlərinə, terminallarına olan 

təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi və adekvat tədbirlərin 

görülməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin 

edilməsinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. 

Heydər Əliyev adına "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəməri 

və  Cənubi Qafqaz qaz boru kəməri Xəzər dənizi ilə Qara dəniz və 

Aralıq dənizi arasında enerji nəqlinin, Xəzəryanı ölkələrin geostrateji və 

iqtisadi maraqlarını  təmin edən mühüm obyektlərin təhlükəsizliyinin 

qorunması  və bununla əlaqədar artan risklərin idarə olunması  və 

azaldılması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin ən vacib 

vəzifələrindəndir. 

Heydər  Əliyev adına "Bakı-Tbilisi-Ceyhan"  əsas neft ixrac boru 

kəmərinin 2006-cı ildən istifadəyə verilməsi Azərbaycan neftini dünya 

bazarında mühüm amilə çevirmişdir. Azərbaycan neftini Türkiyənin 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

612 


 

Ceyhan limanına, qazını isə Türkiyənin  Ərzurum qaz terminalına 

çıxaran kəmərlərin coğrafiyası müəyyən təhlükəsizlik riskləri yaradır. 

Azərbaycan Respublikası enerji ehtiyatlarının istehsalı və nəqli ilə bağlı 

yaradılan və istismar olunan infrastrukturun təbii fəlakətlərə, texnogen 

xarakterli fövqəladə hadisələrə  və  təxribatlara məruz qalma ehtimalına 

qarşı kompleks tədbirlər həyata keçirir. 

XXI əsrdə dünyada enerji daşıyıcıları ilə bağlı böhran gözlənildiyindən 

Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə 

edilməsi qərara alınmışdır. Küləkli və günəşli günlərin sayına görə 

ölkənin  əlverişli  şəraitə malik olduğunu nəzərə alaraq, Azərbaycanın 

enerjiyə olan ehtiyacının müəyyən hissəsi külək, dəniz, günəş, biokütlə, 

kiçik dağ suları və su elektrik stansiyaları hesabına təmin oluna bilər. 

4.3.9. Nəqliyyat təhlükəsizliyi siyasəti 

Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması 

iqtisadiyyatın  əsaslı  və sürətli inkişaf etməsinə müsbət təsir göstərən, 

lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını  şərtləndirən və 

münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir. 

Müstəqillik  əldə edildikdən sonra Azərbaycan Respublikası öz enerji 

sektorunu daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri 

yaratmışdır. Bu nəqliyyat şəbəkələrinin 

təhlükəsizliyinin təmin edilməsi ölkə üçün əsas vəzifələrdən biridir. 

Beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini 

təmin etmək üçün Azərbaycan Respublikası aşağıdakı vəzifələri həyata 

keçirir: 

* nəqliyyatın və nəqliyyatda təhlükəsizliyin təmin edilməsi; 

* nəqliyyat sistemində səfərbərlik hazırlığının təmin edilməsi; 

* Avropa-Qafqaz-Asiya və  "Şimal-Cənub" beynəlxalq nəqliyyat 

dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və  rəqabət qabiliyyətinin 

artırılması məqsədi ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi

* nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığının təmin 

edilməsi; 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə