İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə149/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   146   147   148   149   150   151   152   153   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

601 


 

dəstək verilməsi və  şərait yaradılması haqqında 2006-cı ildə müqavilə 

imzalanmışdır.  Bu  üç  Xəzəryanı ölkə artıq Xəzər dənizinin dibinin 

bölüşdürülməsi barədə razılığa gəlmişlər. 

Azərbaycan Respublikası yaxın qonşuları  İran və Türkmənistan ilə  də 

belə razılaşma  əldə ediləcəyinə  və yaxın gələcəkdə  Xəzər dənizinin 

statusunun müəyyən olunacağına, Xəzər dənizindən yalnız sülh 

məqsədləri və sahilyanı dövlətlərin çiçəklənməsi üçün istifadə 

olunacağına inanır. 

Azərbaycan Respublikası qonşu  İranla münasibətlərinə böyük 

əhəmiyyət verir. Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə 

malik iki ölkə arasında münasibətlər dövlətimizin xarici siyasətinin 

vacib istiqamətlərindən biridir. Azərbaycan Respublikası  İranla siyasi, 

iqtisadi, mədəni və digər sahələr üzrə qarşılıqlı faydalı əlaqələrin inkişaf 

etdirilməsində maraqlıdır. 

4.1.5.2. Qeyri-region ölkələri ilə əməkdaşlıq 

Azərbaycan Respublikası region ölkələri ilə yanaşı, digər ölkələrlə  də 

əməkdaşlıqda maraqlıdır. İlk növbədə, Azərbaycan Respublikası strateji 

tərəfdaşı olan ABŞ ilə BMT və Avratlantik strukturlar çərçivəsində, 

antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi 

qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşək-

kil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, 

qanunsuz silah və insan alveri kimi qlobal çağırış  və  təhdidlərə qarşı 

mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, 

hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində, ölkəmizdə demokratik 

islahatların aparılması istiqamətində əməkdaşlıq edir. 

Avropa ölkələri ilə əməkdaşlığını ikitərəfli və çoxtərəfli əsaslarda quran 

Azərbaycan Respublikası Avropa iqtisadi və hüquqi məkanına 

inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin 

həyata keçirilməsində maraqlıdır. Azərbaycan Respublikası xüsusilə 

Baltikyanı,  Şərqi və  Cənub-Şərqi Avropa ölkələri ilə siyasi, iqtisadi 

əməkdaşlığın genişləndirilməsini vacib hesab edir. Azərbaycan 

Avropada enerji mənbələrinin diversifikasiyası 

və enerji 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

602 


 

təhlukəsizliyinin təmin olunması siyasətinə öz töhfəsini verməklə bu 

istiqamətdə bir sıra mühüm addımlar atmışdır. 

Mərkəzi və Orta Asiya dövlətləri ilə  də münasibətlər Azərbaycan 

Respublikasının xarici siyasətində  əhəmiyyətli yer tutur. Bu regionun 

ölkələri ilə mövcud ikitərəfli  əlaqələrin daha da inkişaf etdirilməsinə 

xüsusi önəm verilir. 

Azərbaycan Respublikası Uzaq Şərqin və Cənub-Şərqi Asiyanın qabaq-

cıl dövlətləri olan Çin, Koreya Respublikası  və Yaponiya ilə qarşılıqlı 

faydalı  əməkdaşlıqda maraqlıdır. Bu ölkələrin Azərbaycan Respubli-

kasındakı iqtisadi layihələrə  fəal qoşulması, "Avropa-Qafqaz-Asiya 

Nəqliyyat Dəhlizi" (TRACECA) layihəsinin gerçəkləşməsi ikitərəfli 

münasibətlərin zəngin potensialının inkişaf etdirilməsi üçün əlverişli 

zəmin yaratmışdır. Cənub-Şərqi və  Cənubi Asiyada yeni iqtisadi və 

siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycan Respublikasının xarici 

siyasətinin bu istiqamətə marağının artmasına səbəb olmuşdur. 

Azərbaycan Respublikasının Yaxın Şərq dövlətləri ilə münasibətləri də 

böyük potensiala malikdir və ölkəmiz bu dövlətlərlə ikitərəfli əlaqələrin 

inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcəkdir. 

 

4.2. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi 



Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli 

maraqlarını təmin etmək üçün əsas amillərdən biridir. 

Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və 

mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında 

olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə  və saxlanmasına 

əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin 

müdafiə qabiliyyətinin əsasını təşkil edir. 

Azərbaycan Respublikasının milli müdafiə siyasətinin  əsasını 

aşağıdakılar təşkil edir: 

* bütün ölkələrlə dinc yanaşı yaşama; 

* digər dövlətlərin suverenliyinə  və müstəqilliyinə hörmət və onların 

daxili işlərinə qarışmama; 




İlham A.Mazanlı_________________________________________________________ 

 

603 


 

* mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi; 

* beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi; 

* hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri 

müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi. 

Tarixi keçmişini, təhlükəsizlik vəziyyətini, demokratik dövlət quruculu-

ğunun əsas vəzifələrini və ərazisinin bir hissəsinin Ermənistan tərəfindən 

işğal olunması faktını  nəzərə alan Azərbaycan Respublikasının apardığı 

milli müdafiə siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: 

* Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin 

qorunması, ərazi bütövlüyünün bərpa 

edilməsi və bütün əraziləri üzərində nəzarətin təmin olunması; 

* xarici hərbi təcavüzün qarşısının alınması  və  dəf edilməsi üçün 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə  və  səfərbərliyə 

hazırlıq səviyyəsində saxlanılması; 

* NATO-nun "Sülh naminə  tərəfdaşlıq" Proqramının müvafiq 

mexanizmlərində  iştirakının davam etdirilməsi, NATO dövlətləri və 

digər tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əsaslara söykənən ikitərəfli və 

çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi; 

* Azərbaycan Respublikasının müdafiə sahəsində öz üzərinə götürdüyü 

beynəlxalq hüquq öhdəliklərinin yerinə yetirilməsi; 

* müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə beynəlxalq 

təhlükəsizliyə töhfə. Azərbaycan Respublikasının müdafiə siyasəti 

aşağıdakı prinsiplərə əsaslanır: 

* Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə 

nəzərdə tutulan başqa silahlı birləşmələrlə mərkəzləşdirilmiş rəhbərliyin 

vəhdəti və bu fəaliyyətə demokratik nəzarətin təmin olunması; 

* Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması sistemi-

nə qarşı hərbi təhdidlərin vaxtında aşkarlanması və qiymətləndirilməsi; 

* hərbi sahədə milli təhlükəsizliyin təmin olunması üçün qüvvə, vasitə 

və ehtiyatların zəruri kifayətliliyi, onların müvafiq planlaşdırılması  və 

istifadəsi. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə