İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə150/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   146   147   148   149   150   151   152   153   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

604 


 

Hərbi sahədə milli təhlükəsizliyin etibarlı  təmin edilməsi məqsədi ilə 

müdafiə sahəsində dövlətin praktiki fəaliyyəti mühüm hərbi vəzifələri, 

ehtimal olunan müharibə və hərbi münaqişələrin xüsusiyyət və məqsədi-

nin qiymətləndirilməsi, mümkün təhlükənin miqyasını, ölkənin hərbi sa-

hədə  təhlükəsizliyinə  təhdid olan hərbi və siyasi qüvvələrin və digər 

amillərin yerini, silahlı qüvvələrin təşkili prinsiplərini və mümkün təca-

vüzün qarşısını almağa hazırlıq yollarını müəyyən etməkdən ibarətdir. 

Milli müdafiə siyasətinin mühüm elementlərindən biri iqtisadiyyat və 

müdafiə arasında optimal qarşılıqlı nisbətin bərqərar edilməsi və milli 

müdafiə sənayesinin inkişaf etdirilməsidir. Ölkənin müdafiə qabiliyyəti-

nin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və  hərbi-texniki sahədə 

beynəlxalq  əlaqələrin və  əməkdaşlığın hər cür inkişafı müstəsna  əhə-

miyyət kəsb edir. Avratlantik məkanın təhlükəsizlik sisteminə inteqra-

siya, NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliy-

yat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə 

müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı 

cavab  əməliyyatlarında iştirak etmək Azərbaycan Respublikasının 

müdafiə siyasətinin əsas istiqamətlərindən hesab olunur. 

Ölkə  ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan 

Respublikası Konstitusiyasının tələbidir ki, bu da bütün vasitələrlə 

təmin olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Silahlı 

Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr 

səlahiyyətləri daxilində öz vəzifələrini həyata keçirirlər. Dövlətin Silahlı 

Qüvvələri və başqa silahlı birləşmələri Azərbaycan Respublikasının 

Konstitusiyasında, qanunlarında, digər normativ hüquqi aktlarda, 

beynəlxalq humanitar hüquq sahəsində  tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrdə təsbit olunmuş hüquq və vəzifələri yerinə yetirir. 

 

4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi 



4.3.1. Demokratiyanın möhkəmləndirilməsi 


İlham A.Mazanlı_________________________________________________________ 

 

605 


 

Azərbaycan Respublikası insan hüquq və əsas azadlıqlarının qorunması-

na təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf 

etdirilməsini alternativsiz yol kimi seçmişdir. 

Dövlət müstəqilliyinin bərpa olunmasından sonra ərazisinin bir 

hissəsinin qonşu Ermənistan tərəfindən davam edən işğalının mənfi 

təsirlərinə baxmayaraq, Azərbaycan Respublikası qanunvericilik 

sistemində  və iqtisadi sistemdə mühüm islahatlar aparmışdır. 

Azərbaycan Respublikası  vətəndaşlarının Azərbaycan Respublikasının 

Konstitusiya Məhkəməsinə, Avropa İnsan Hüquqları  Məhkəməsinə  və 

BMT-nin insan hüquqları üzrə müqavilə-nəzarət orqanlarına müraciət 

etmək hüququ təmin edilmişdir.  İnsan hüquq və  əsas azadlıqlarını 

qorumaq üçün Ombudsman təsisatı yaradılmış, məhkəmələrin 

müstəqilliyi təmin olunmuşdur. Bütün kütləvi informasiya vasitələri 

üzərində dövlət nəzarəti və senzura ləğv edilməklə söz azadlığını 

qoruyan müvafiq qanunvericilik tədbirləri görülmüşdür. 

Eyni zamanda, davam edən demokratik islahatlar prosesi çərçivəsində 

ölkədə seçki praktikasının bundan sonra da inkişaf etdirilməsi, qanunların 

icrası mexanizmlərinin təkmilləşdirilməsi, dövlət idarələrində  və bu 

idarələrə  işəgötürmə ilə bağlı  şəffaflığın yaradılması, yerli özünüidarə 

orqanlarının səlahiyyətlərinin aydın surətdə müəyyən olunması və onların 

yerli problemlərin həll edilməsində rolunun artırılması, habelə kütləvi 

informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının maddi-texniki 

bazasının möhkəmləndirilməsi hökumətin diqqət mərkəzində olan önəmli 

məsələlər sırasındadır.Bütün təhlükəsizlik strukturları üzərində 

demokratik və mülki nəzarət, onların fəaliyyətinin şəffaflığı, korrupsiyaya 

qarşı səmərəli mübarizə, ümdə vəzifəsi xalqa xidmət olan yüksək vəzifəli 

şəxslərin məsuliyyətinin daha da artırılması  və onların məsul olduğu 

sahələr üzrə  fəaliyyətləri barədə Milli Məclis deputatlarının, kütləvi 

informasiya vasitələri ilə ictimaiyyətin məlumatlandırılması kimi 

məsələlər üzrə hökumət ardıcıl səylərini davam etdirəcəkdir. 

Demokratik hüquqi dövlətin qanunun aliliyi, insan hüquq və  əsas 

azadlıqları və sosial ədalət kimi fundamental əsaslarının təmin olunması 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

606 


 

müvafiq dövlət funksiyalarının yerinə yetirilməsi  əleyhinə yönəlmiş 

fəaliyyətlərə qarşı mübarizəyə və milli maraqların həyata keçirilməsinə 

əhəmiyyətli dəstək verəcəkdir. 

4.3.2. Milli və dini tolerantlıq mühitinin qorunması 

Azərbaycan Respublikası  həmişə müxtəlif millətlərin və dinlərin sülh 

şəraitində birgə yaşayışına nümunə olmuşdur. Azərbaycan dövləti 

cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu, dini 

tolerantlıq mühitinin qoruması və inkişafını, bütün vətəndaşların qanun 

qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və azad-

lıqların, həmçinin insanların bu hüquq və azadlıqlardan sərbəst istifadə 

imkanlarının təmin edilməsini müvafiq riskin real təhdidə çevrilməsinin 

qarşısının alınması  və neytrallaşdırılmasının mühüm şərtləri qismində 

nəzərdən keçirir. Hazırkı  mərhələdə ölkədə  bərqərar edilmiş milli və 

dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında duran 

başlıca vəzifələrdən hesab olunur. Azərbaycan dövlətinin milli siyasət 

kursu Konstitusiyanın əsas prinsiplərindən birinə əsaslanır: Azərbaycan 

Respublikası bütün ölkə vətəndaşlarının ümumi və bölünməz vətənidir. 

4.3.3. Elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması 

Elm, təhsil, mədəniyyət və  mənəviyyatın qorunması siyasəti 

Azərbaycan xalqının mədəni irsinin, maddi və  mənəvi dəyərlərinin 

mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və 

elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, 

mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlmişdir. 

Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması 

meyillərindən kənarda qalmamaq şərti ilə, milli mədəniyyətin 

özünəməxsusluğunu qoruyur və eyni zamanda, dünyanın mədəni 

nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar 

yaradır. Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə uyğun 

olaraq öz ərazisində tarixi və mədəni abidələrin qorunmasını təmin edir. 

Ölkənin davamlı inkişafı üçün adekvat sayda, yaxşı təhsil almış və təlim 

keçmiş peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini 

təmin etmək zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası elm və 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə