O.HENRİ
tininə gəlib çatdılar. Miss Merian indi çox yaxşı yeriyirdi, axsa- dığı,
demək olar ki, hiss olunmurdu.
-
Keçirdiyimiz gözəl axşama görə sizə təşəkkür edirəm, - qız
səmimi-qəlbdən etiraf etdi. - Yaxşı, indi isə mən evə qaçmalıyam.
Nahar çox xoşuma gəldi, mister Çendler.
O, nəzakətlə gülümsəyib qızın əlini sıxdı və öz klubu və bric
barədə nəsə söylədi. Bir anlıq dayanıb şərq istiqamətində tələsik
gedən qıza baxdı, sonra fayton saxlatdınb yavaş-yavaş evinə san yol
aldı.
Öz rütubətli otağında bayırlıq kostyumunu qatladı və dincəlmək
üçün ona altmış doqquz gün vaxt verdi. Sonra oturub fikirləşməyə
başladı.
-
Bax əsl qız buna deyərəm! - o, ucadan söylədi. Bir tikə çörəyə
görə işləməli olsa belə, onun düzgün qız olduğuna başımla and
içərəm. Kim bilir, mən bu sarsaq cəfəngiyat uydur- maqdansa, ona
düzünü söyləsəydim, bəlkə də, biz... eh, hər şey cəhənnəm olsun!
Kostyuma görə məcbur oldum.
Zəmanəmizin manhettenlər qəbiləsinin viqvamlannda doğulub
boya-başa çatmış yırtıcısının mülahizələri bundan ibarət idi.
Kavalerindən ayrılan qız tez-tez addımlayaraq düz şərq tərəfə
istiqamət götürdü və iki məhəllə keçdikdən sonra Mam- monna və
digər köməkçi allahlar ordusunun əsas magistralı sayılan Beşinci
küçəyə çıxışı olan gözəl, iri bir malikanənin yanına çatdı. O, tələsik
evə daxil oldu və gözəl gənc bir qızın dəbdəbəli ev paltannda dayanıb
narahat-narahat pəncərədən baxdığı otağa qalxdı.
-
Ah səni, dəlibaş! - o, kiçik bacısını gördüyü zaman ucadan
dedi, - sən bu cür hərəkətlərinlə bizi nə vaxta kimi qorxudacaqsan?
Artıq iki saatdır ki, Merinin şlyapasında və bu andır paltarda evdən
çıxmısan. Ana dəhşətli dərəcədə təşvişə düşüb. O, bütün şəhərdə səni
axtarmaq üçün Luini maşınla göndərib. Sən yaramaz və səfeh qızsan!
O, düyməni basdı, həmin dəqiqə xidmətçi otağa daxil oldu.
-
Meri, anama söylə ki, miss Merian qayıdıb.
-
Deyinmə, bacıcan. Madam Teogilə qaçdım ona deyim ki,
çəhrayı rəngli tikmənin yerinə bənövşəyisini qoysun. Amma bu
54
downloaded from KitabYurdu.org
YALANÇI PARILTI
paltar və Merinin şlyapası işimə yaman yaradı. Hamı məni satıcı kimi qəbul
edirdi.
-
Nahar artıq qurtanb, əzizim, sən gecikmisən.
-
Bilirəm. Başa düşürsən, mən səkidə sürüşdüm və ayağımı əzdim.
Zədəli ayaqla yeriyə bilməzdim. Birtəhər özümü restorana çatdırdım və
özümü yaxşı hiss edənə kimi orada oturdum. Gecikməyimin də səbəb bu
idi.
Pəncərənin qarşısında oturan qızlar parlaq işıq saçan fənərlərə və
işıqları saynşan faytonlara baxırdılar. Kiçik bacı başını böyük bacısının
dizinin üstünə qoyub, ona qısılmışdı.
-
Nə vaxtsa ərə gedəcəyik, - o, xəyala dadmış vəziyyətdə dilləndi, -
sən də, mən də. Pulumuz o qədər çoxdur ki, onlar bizə xalqın fikrini
yayındırmağa imkan verməyəcək. İstəyirsən, bacıcan, deyim mən necə
adamı sevə bilərəm?
-
Hə, söylə, boşboğaz, - böyük bacı gülümsədi.
- İstəyirəm ki, sevdiyim adamın mehriban, göy gözləri olsun, o, kasıb
qızlara şərəf və ehtiramla yanaşsın, yaraşıqlı və xeyirxah olsun, sevgini
əyləncəyə çevirməsin. Mən onu ancaq o zaman sevə bilərəm ki, həyatda
aydın məqsədi, faydalı işi olsun. Qoy lap kasıb olsun, buna əhəmiyyət
vermərəm, hər şey edərəm ki, ona öz məqsədinə çatmağa köməklik göstərə
bilim. Amma bacıcan, bizi bütün həyatı ziyafətlər və klublar arasında boş-
boşuna keçən avara adamlar əhatə edir; belə adamı isə mən, hətta göy
gözləri olsa, küçədə tanış olduğu kasıb qızlara ehtiramla yanaşsa belə, sevə
bilmərəm.
55
downloaded from KitabYurdu.org
O.HENRİ
YANAN ÇIRAQ
Əlbəttə, bu problemin iki tərəfi var. İkincisinə nəzər salaq. Tez-
tez “satıcı qızlar” barədə danışılır. Amma belələri mövcud deyil.
Yalnız mağazada işləyən qızlar var. Satıcılıq isə onlann peşəsidir.
Məgər peşənin adı ilə insanın özünü eyniləşdirmək olarmı? Gəlin
ədalətli olaq. Axı biz Beşind küçədə yaşayan qızlann heç də hamısını
“gəlinlər” adlandırmınq.
Lu və Nensi rəfiqə İdilər. Nyu-Yorka iş axtarmağa gəlmişdilər,
çünki valideynləri onları saxlamaq iqtidannda deyildi. Nen- sinin on
doqquz, Lunun isə iyirmi yaşı vardı. Əyalətdən gəlmiş zəhmətkeş
qızlar səhnə karyerası barədə düşünmürdülər.
Qoruyucu mələklərin sayəsində ucuz və münasib bir pan- siona
gəlib çıxmışdılar. Hər ikisi özünə yer tapa bilmiş, müstəqil həyata
qədəm qoymuşdu. Onlar rəfiqə olaraq qalırdılar. İndi isə icazə verin,
sizi altı ay keçdikdən sonra tanış edim: Zəhlətökən Oxucu - mənim
möhtərəm dostlarım miss Nensi və miss Lu. Salamlaşdıqdan sonra
onlann geyiminə diqqət yetirin - ancaq hiss olunmadan! Bu qızlar da
at yanşında lojada oturan xanımlar kimi onlara zillənmiş baxışları
xoşlamırlar.
Lu camaşırxanada işəmuzd işləyir, əl ilə yuyulan paltarları
ütüləyirdi. Tünd-qırmızı rəngli paltar ona yaraşmır, şlyapasının lələyi
isə lazım olduğundan dörd düym uzundur. Lakin onun qoluna və
boynuna doladığı sincab xəzinin qiyməti iyirmi beş dollardır.
Mövsümün axınnda isə bu xəzlər üstündə “7 dollar 98 sent” yazılmış
yarlıqlarla vitrinlərdən asılacaq.
Onun al yanaqları və panltılı mavi gözləri var, həyatdan tam razı
olduğunu görmək mümkündür.
Nensini vərdiş etdiyiniz kimi, “satıcı” adlandıracaqsınız. Belə bir
tip mövcud deyil. Lakin nə qədər ki hər şeydən doymuş nəsil hər
yerdə tip axtanr, onda bu qıza “tipik satıcı” demək olar. Onun
pompadursayağı hündür saç düzümü var, əyninə ədəbli bluzka
geyinib. Yubkası ucuz parçadan olsa da, qüsursuz
56
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |