İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə15/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   11   12   13   14   15   16   17   18   ...   135

BİRJA DƏLLALININ ROMANI 

kimi  qələm  vardı,  pərişan  saçlan  isə  alnına  dağılmışdı.  Pəncərə  açıq  idi, 

çünki  yaz  öz  radiatorunu  işə  salmış  və  torpağın  mərkəzi  qızdıncı 

borularından azca istilik sızırdı. 

Pəncərədən  otağa  yasəmənin  zərif,  lətif  qoxusu  dolurdu  və  dəllal  bu 

qoxunun  təsirindən  bir  anlıq  yerində  donub-qaldı.  Çünki  bu  qoxu  miss 

Lesliyə məxsus idi. Bu, onun qoxusu idi və yalnız onun. 

Bu  qoxu  qadını,  sanki,  olduğu  kimi  onun  gözləri  qarşısında 

canlandırdı. Maliyyə dünyası bir anın içində bambalaca bir ləkəyə çevrildi. 

Qadın isə qonşu otaqda, onun cəmi iyirmi addımlığında idi. 

-

 

Şərəfimə  and  olsun  ki,  mən  bu  addımı  atacağam,  -  dəllal  astadan 



söylədi, - elə bu dəqiqə ondan soruşacağam. Təəccüblüdür, necə olub ki, bu 

vaxta kimi mən bunu etməmişəm?! 

O, birja işçisinə məxsus cəldliklə stenoqraiçı qadının otağına sarı atıldı. 

O, hələ ki cəza almamış, hansısa mühüm xəbəri yerinə “çatdırmağa” tələsən 

adamı xatırladırdı. O, qadının masasına yaxınlaşdı. 

Stenoqrafist  qadın  ona  baxıb  gülümsədi.  Qadının  yanaqlarına  xəfif 

qızartı  çökmüş,  baxışları  isə  mehriban  və  səmimi  idi.  Maksuel  dirsəyini 

onun  masasına  söykədi.  Hələ  də  əllərində  kağız  dəstəsi  və  qulağının 

arxasında qələm var idi. 

-

 



Miss Lesli, - o, tələsik sözə başladı, - mənim düz bir dəqiqə vaxtım 

var.  Mən  sizə  bir  söz  deməliyəm.  Mənim  arvadım  olun.  Mən  sizə  lazım 

olduğu qədər diqqət göstərə bilməsəm də, sizi sevirəm. Zəhmət olmasa, tez 

cavab verin. 

-

 

Siz nə danışırsınız? - stenoqrafçı qadın ucadan söylədi. O, yerindən 



qalxıb gözləri bərəlmiş halda ona baxırdı. 

-

 



Siz  məni  başa  düşmədiniz?  -  Maksuel  dilxor  halda  soruşdu.  - 

İstəyirəm  ki,  arvadım  olasınız.  Mən  sizi  sevirəm,  miss  Lesli,  çoxdan  sizə 

demək  istəyirdim  və  yalnız  indi,  kontorda  bir  balaca  boşluq  yaranan  kimi 

bir dəqiqə  vaxt ayıra bildim. Görürsünüz, məni  yenə  də telefona çağınrlar. 

Pitçer, deyin ki, gözləsinlər. Hə, bu barədə nə düşünürsünüz, miss Lesli? 

Stenoqrafçı  qadın  özünü  qəribə  apanrdı.  Əvvəlcə  o,  elə  bil, 

təəccübləndi, sonra onun heyrət dolu gözlərindən yaş axmağa 

47 


downloaded from KitabYurdu.org


O.HENRİ 

başladı, sonra isə o, göz yaşlan içində şövqlə gülümsədi və bir əli ilə 

dəllalın boynunu mehribancasına qucaqladı. 

- Mən başa düşdüm, - qız astadan dedi. - Bu birja qalan ağlını da 

başından  alıb.  Amma  əvvəlcə  qorxdum.  Məgər  unutmusan,  Harvi? 

Axı  biz  dünən  axşam  saat  səkkizdə  tindəki  balaca  kilsədə

1

 

nişanlanmışıq. 



JNyu-Yorkun  varlı  məhəllələrinin  birində,  Beşinci  küçənin  yaxınlığında  yerləşən  Preobrajeniye 

(xristian bayramlarından birinin adı) kilsəsi 

48 


downloaded from KitabYurdu.org


YALANÇI PARILTI 

Mister  Tauers  Çendler  otağında  bayırlıq  kostyumunu  ütüləyirdi. 

Ütünün  biri  qızmaq  üçün  qaz  pilətəsinin  üstünə  qoyulmuşdu,  o  birini  isə 

səylə irəli-geri itələyərək istədiyi qatı almağa çalışırdı; bir azdan onun laklı 

çəkmələrindən ta jiletinin ensiz yarığının uclarınadək ox kimi necə dümdüz 

uzandığını  görmək  olacaqdı.  Bizim  qəhrəmanın  geyimi  barədə 

söylədiklərimiz  elə  bunlardan  ibarətdir.  Qalanlarını  isə  qoy  alicənab 

səfalətin rəzil kələkbazlığa vadar etdiyi şəxslərin özləri tapsınlar. Biz mister 

Çendleri  ucuz  mebelli  otaqların  pilləkənləri  ilə  endiyi  zaman  yenidən 

görəcəyik;  səliqəli  geyinmiş,  özündənrazı,  yaraşıqlı,  zahiri  görünüşcə 

səciyyəvi  nyu-yorklu  klub  adamı  -  bir  qədər  darıxdırıcı  görkəmi  ilə  axşam 

həzzlərinin dalınca qaçan əyyaş. 

Çendler  həftəyə  on  səkkiz  dollar  alırdı.  O,  bir  memarın  kontorunda 

işləyirdi.  İyirmi  iki  yaşı  vardı.  Arxitekturanı  əsl  incəsənət  hesab  edir  və 

səmimi-qəlbdən inanırdı ki - amma bu barədə Nyu-Yorkda bəyanat verməyə 

risk  etmirdi  -  “Ütü”  göydələni  öz  memarlıq  üslubu  ilə  Milan  kilsəsindən 

geri qalır. 

Çendler  hər  həftə  əməkhaqqısından  bir  dollar  qırağa  qoyurdu.  Hər 

onuncu  həftənin  axın  bu  üsulla  topladığı  kapitalla  simic  Zaman  Atanın 

dükanında bir axşam qopararaq əsl centlmen kimi əylənə bilirdi. 

Özünü  milyonerlərə  və  prezidentlərə  xas  reqaliyalarla

bəzəyər, 



şəhərin reklam  və vitrinlərinin  daha gur işıq saçdığı hissəsinə gedər, ləzzət 

və təmtəraqla nahar edərdi. Cibindəki on dollann hesabına bir neçə saat varlı 

avara  rolunu  məharətlə  oynamaq  mümkün  İdi.  Bu  məbləğ  yaxşı  nahara, 

münasib  etiketli  bir  şüşə  çaxıra,  çaypuluna,  siqara,  faytona  və  s.  kifayət 

edirdi. 

Yetmiş cansıxıcı axşamın hesabına əmələ gələn bu nəşə- verici axşam 

vaxtaşırı doğulan səadətin əsasını təşkil edirdi. 

1

Reqaliya - hökmdarlara məxsus olan əşya 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Qızlann  yeni  həyata  ilk  addımı  yalnız  bir  dəfə  olur;  saçlan  ağaran 

zaman  isə  o,  yaddaşlarından  təkrarlanmaz  bir  hadisə  kimi  silinib 

gedir.  Çendler  də  hər  on  həftədən  bir  bu  axşamdan  ilk  dəfə  olduğu 

kimi  böyük  həzz  alırdı.  Palma  ağaclarının  altında  kef  əhlinin 

əhatəsində  oturub,  bu  cənnətin  sakinlərini  seyr  etmək  və  onlann 

baxışlarını  öz  üzərində hiss  etmək  - ilk  vals  və  gənc debütant qızın 

qaz-qaz paltarı bütün bunlarla müqayisə oluna bilərdimi? 

Çendler  Brodvey  boyu  səyyar  ziyafət  paltarlarının  paltar 

sərgisinin  tamhüquqlu  iştirakçısı  kimi  addımlayırdı.  Bu  axşam  o, 

təkcə  tamaşaçı  yox,  həm  də  eksponat  idi.  Növbəti  altmış  doqquz 

günü o, köhnə kostyum geyinib, təsadüf) barların piştaxtası arxasında 

şübhə  doğuran  ümumi  süfrə  yeməkləriylə,  öz  otağında  isə 

buterbrodlarla  və  pivə  ilə  qidalanacaqdı.  Lakin  bu,  onu  təşvişə 

salmırdı. Axı o, nəhəng zahiri panltı şəhərinin əsl oğlu idi və Brodvey 

fənərlərinin  işıqlandırdığı  bir  axşam  onun  qüssə  içində  keçirdiyi 

çoxsaylı axşamlann yerini doldururdu. 

O,  elə  hey  addımlayırdı.  Budur,  artıq  qırxıncı  küçələr  həzz 

yolunun  işıqlan  ilə  kəsişməyə  başladı;  hələ  tez  idi,  amma  insan 

yüksək  cəmiyyətlə  yetmiş  gün  ərzində  cəmi  bir  dəfə  ünsiyyətə 

girirsə,  o  zaman  bu  ləzzətin  ömrünü  uzatmaq  istəyir.  Parlaq, 

qaşqabaqlı,  maraq dolu,  məftun,  meydan  oxuyan, cəzbedici baxışlar 

ona  dikilmişdi,  çünki  geyimi  və  görkəmi  onun  fərəhli  və  həzz  dolu 

saatların pərəstişkan olduğunu ələ verirdi. 

Tinlərin birində dayanıb düşündü ki, bəlkə, artıq geriyə qayıdıb, 

bədxərc vaxtlannda nahar etdiyi dəbdə olan təmtəraqlı restoranlardan 

birinə getməyin vaxtı çatıb? Elə bu an sürətlə tini burulmaq istəyən 

bir qız buzda sürüşərək şappıltı ilə səkinin üstünə yıxıldı. 

Çendler gecikmədən və nəzakətlə ona qalxmağa kömək etdi. Qız 

axsaya-axsaya  yaxınlaşıb  divara  söykəndi  və  utana-  utana  Çendlerə 

minnətdarlığını bildirdi. 

-

 



Deyəsən,  ayağımı  zədəl  əmişəm,  -  qız  dedi  -  burxulduğunu 

hiss etdim. 

-

 

Çox ağndır? - Çendler soruşdu. 



-

 

Yalnız ayağımı yerə bərk basanda. Məncə, bir neçə dəqiqədən 



sonra yeriyə bilərəm. 

50 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə