İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə18/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   14   15   16   17   18   19   20   21   ...   135

YANAN ÇIRAQ 

biçimə  malikdir.  Nensi  qəfil  yaz  küləyindən  qorunmaq  üçün  xəzlərdən 

istifadə  etmir.  Mahud  qısa  jaketi  elə  səliqə  ilə  geyinir  ki,  elə  bil,  qaragül 

dərisindən  mantodur.  Ey  insafsız  tip  ovçusu,  onun  sifətinin,  gözlərinin 

satıcılara  xas  ifadəsi  var:  təhqir  edilmiş  qadınlığın  sakit  və  qəzəb  dolu 

nifrəti, gələcək intiqamın vədi. O güləndə belə bu ifadə yox  olmur. Həmin 

ifadələri  rus  kəndlilərinin  gözlərində  və  bizlərdən  kimin  sonu  çatsa,  son 

çağırış  edən  mələk  -  İsrafilin  sifətində  görə  bilər.  Əslində,  bu,  kişiləri 

təşvişə salmalı  və tərk-silah  etməlidir. Amma onlar kimin arxasınca kəndir 

uzanırsa, ona gülümsəyir və gül dəstəsi aparırlar. 

İndi  isə  Lunun  “tezliklə  görüşənə  kimi!”  vida  kəlməsini,  Nensinin 

məzəli, incə təbəssümünü qəbul edib, şlyapanızı çıxa- nn və gedin. Nensinin 

təbəssümünü siz nədənsə tuta bilmirsiniz və o, ağ gecəkəpənəyi kimi qanad 

çalaraq evlərin damlarının üstü ilə ulduzlara sarı uçub gedir. 

Qızlar tində Deni gözləyirdilər. Den Lunun ən etibarlı pərəstişkarı idi. 

Etibarlı?  O  hətta  Meri  muzdlu  xəfiyyələrin  köməyi  ilə  öz  quzusunu' 

axtaranda da qızın yanındaydı. 

-

 



Sənə  soyuq  deyil,  Nensi?  -  Lu  soruşdu.  -  Axmaqsan,  vallah! 

Həftəyə  səkkiz  dollara  görə  bu  dükanda  dayanırsan!  Keçən  həftə  mən  on 

səkkiz  dollar  əlli  sent  qazanmışam.  Əlbəttə,  ütüləmək  piştaxta  arxasında 

dayanıb yaxalıq satmaq kimi təmiz iş deyil, amma qazancı yaxşıdır. Bizim 

işçilərdən  heç  kəs  on  dollardan  aşağı  zəhməthaqqı  almır.  İş  də  ki  heç  də 

səninkindən aşağı iş deyil. 

-

 

Onu özünə saxla, - Nensi bumunu sallayaraq dedi,  - səkkiz  dollar 



və  bir  otaq  da  mənə  bəs  edər.  Xoşlayıram  ki,  ətrafımda  gözəl  əşyalar  və 

qəşəng  adamlar  olsun.  Bir  də  axı  orada  hansı  imkanlar  var!  Bizim  əlcək 

şöbəsində  işləyən  bir  qız  metaltökənə,  ya  da,  necə  deyərlər,  Pitsburqdan 

olan  dəmirçiyə  ərə  getdi.  Milyonçudur!  Mən  tovlamağı  heç  də  ondan  pis 

bacarmıram.  Ümumiyyətlə,  zahiri  görünüşümlə  lovğalanmaq  istəməzdim. 

Yaxşı, bəs camaşırxanada qızların hansı imkanları var? 

-

 

Mən  Denlə  orada  tanış  olmuşam!  -  Lu  qalib  kimi  dilləndi.  -  O, 



bayırlıq köynəyini və yaxalıqlarını gətirmişdi, mən isə 

1

 



1

 Meri və onun sədaqətli quzusu barədə ingilis uşaq nəğməsinə işarə edilir. 

57 


downloaded from KitabYurdu.org


O.HENRİ 

birinci  sıradakı  ütü  taxtasının  cirxasında  işləyirdim.  Bizdə  hamı 

birinci sıradakı taxtada işləmək istəyir. Həmin gün Ella Medcin- niz 

xəstələndiyi  üçün  onun  yerini  tutmuşdum.  Dediyinə  görə,  əllərim 

onun  diqqətini  birinci  cəlb  edib  -  ağ  və  zərif.  Paltanmın  qolları 

çırmalanmışdı. Camaşıncanaya çox nəzakətli adamlar gəlir. Onlan o 

dəqiqə  tanımaq  olur:  pal  tan  çamadanda  gətirir  və  qapı  ağzında 

dayanıb boşboğazlıq eləmirlər. 

-

 

Sən  bu  bluzkanı  necə  geyinirsən,  Lu?  -  Nensi  rəfiqəsinin 



geyimini gözaltı istehzalı baxışlarla süzüb soruşdu, - sənin də qəribə 

zövqün var! 

-

 

Nə olub ki?  - Lu hirsləndi.  - Bu bluzkaya on altı dollar ver-



mişəm,  qiyməti  isə  iyirmi  beş  dollardır.  Bir  qadın  onu  yuyulmağa 

vermişdi, amma gəlib aparmadı. Camaşırxananın sahibi də onu mənə 

satdı. Əl işidir! Yaxşısı budur, de görüm, əynindəki bu boz biabırçılıq 

nədir? 


-

 

Bu boz biabırçılıq, - Nensi soyuq tərzdə cavab verdi, - missis 



van  Olstin  Fişerin  geydiyi  biabırçılığın  oxşan...  Qızlar  deyiriər  ki, 

keçən  il  o,  bizim  mağazadan  on  iki  min  dollarlıq  alış-veriş  edib. 

Yubkanı  isə  özüm  tikmişəm.  Yarım  dollara  başa  gəlib.  Beş 

addımlıqdan onlan bir-birindən fərqləndirə bilməzsən. 

-

 

Yaxşı  görüm!..  -  Lu  mehribancasına  dedi,  -  əgər  ac  qalıb 



lovğalanmaq  istəyirsənsə,  öz  işindir.  Mənə  isə  işim  sərf  edir.  Təki 

yaxşı  zəhməthaqqı  versinlər;  əvəzində  işdən  sonra  cibimə  münasib 

yaxşı pal tarlan geyinirəm. 

Elə  bu  vaxt  Den  peyda  oldu  -  şəhərin  gənclərə  vurduğu 

ədəbsizlik  möhüründən  özünü  xilas  etməyi  bacaran,  ucuz  qalstuk 

taxmış  gənc  moniyor  (həftəyə  otuz  dollar  zəhməthaqqı  alır).  O, 

Romeo  kimi  kədərli  gözlərini  Luya  dikdi  -  qızın  işləməli  köynəyi 

hörümçək  toruna  bənzəyirdi,  hətta  milçək  orada  ilişib  qalmağı 

xoşbəxtlik hesab edərdi. 

-

 



Dostum mister Ouens, miss Denforsla tanış olun,  - Lu onlan 

bir-birinə təqdim etdi. 

-

 

Çox  şadam,  miss  Denfbrs,  -  Den  əlini qıza uzadaraq dedi.  - 



Lu sizin barədə çox danışıb. 

-

 



Təşəkkür  edirəm,  -  Nensi  soyuq  barmaqlannın  ucu  ilə  onun 

ovcuna toxundu, - o, hərdən sizi də yada salır. 



58 

downloaded from KitabYurdu.org




YANAN ÇIRAQ 

Lu istehza ilə güldü. 

-

 

Əllə  bu  cür  görüşməyi  missis  van  Olstin  Fişerdən  öyrənmisən?  - 



soruşdu. 

-

 



Hər halda, arxayın ola bilərsən ki, bunu öyrənməyə dəyər,  - Nensi 

cavab verdi. 

-

 

Mənə lazım deyil. Çox nəzakətli təsir bağışlayır. Brilyant üzükləri 



nümayiş  etdirib  lovğalanmaq  üçün  düşünülüb.  Bax  nə  zaman  onlardan 

mənim də olar, onda səy göstərərəm. 

-

 

Əvvəlcə öyrən, - Nensi soyuqqanlı tərzdə dedi, - o zaman üzüklər 



də tezliklə peyda olar. 

-Yaxşı, bu mübahisəyə son qoymaq üçün... - Den, həmişə olduğu kimi, 

gülümsəyərək  müdaxilə  etdi,  -  icazə  verin,  bir  təklif  edim.  Sizi  zərgərlik 

mağazasına  dəvət  edə  bilmərəm,  amma  bəlkə,  operettaya  gedək?  Bilet 

götürmüşəm. Madam ki əsl  daş-qaşlar imkanımıza uyğun deyil, onda gəlin 

teatr bril- yantlanna tamaşa edək. 

Sədaqətli  cəngavər  səkinin  kənannda  öz  yerini  tutdu,  onunla  yanaşı 

dəbdəbəli  tovuzquşu  paltannda  Lu,  sonra  isə  düzqa-  mətli,  ciddi,  sərçəciyə 

bənzəyən,  eynən  van  Olstin  Fişerin  ədalarını  yamsılayan  Nensi 

addımlayırdı. Onlar məkrsiz əyləncə axtanşına beləcə yollandılar. 

Fikrimcə, tədris müəssisələri ilə müqayisədə çox adam böyük universal 

mağazalara  üstünlük  verir.  Amma  işlədiyi  mağaza  Nensi  üçün  əsl  məktəb 

idi.  Onu  incə  zövqlərə  uyğun  gözəl  əşyalar  əhatə  edirdi.  Əgər  ətrafınızda 

cah-calal  mövcuddursa,  ona  sizin,  yoxsa  özgəsinin  dəyər  verməsindən  asılı 

olmayaraq o, sizə məxsusdur. 

Onun alıcılarının əksəriyyəti cəmiyyətdə yüksək mövqe qazanmış, dəb 

və  ədanın  yaradıcısı  olan  qadınlar  idi.  Nensi  də  onların  hər  birindən  daha 

çox xoşuna gələn cəhətləri götürürdü. 

Birindən  ədasını,  digərindən  qaşların  gözəl  hərəkətini,  üçüncüdən 

yerişini,  çanta  tutmaq  tərzini,  gülümsəməyi,  dostlarla  salamlaşmağı, 

“aşağılara”  müraciət  qaydalannı  mənimsəmişdi.  Sevimli  modeli  van  Olstin 

Fişerdən  isə,  həqiqətən,  çox  gözəl,  incə,  gümüş  kimi  təmiz,  qaratoyuq 

nəğməsi kimi musiqili 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə