İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə11/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   7   8   9   10   11   12   13   14   ...   135

QIZIL VƏ MƏHƏBBƏT 

raq elə sıxlıq  yaratmışdı  ki, sanki, belinin iyirmi altı  düym  ölçüsü  olan bir 

qız  iyirmi  iki  düymlük  kəmər  bağlayıb.  Bütün  küçələrlə  kəsişmə  yerinə 

gurultu  ilə  yeni  faytonlar  axışıb  gəlir,  sürətlə  bu  qarışıqlığa  soxulur, 

təkərlərini  ora-bura  ilişdirir  və  arabaçıların  qaldırdığı  səs-küyü  bir  az  da 

artınrdı.  Manhettenin  bütün  nəqliyyat  vasitələri,  sanki,  onlann  faytonunu 

mühasirəyə  almışdı.  Minlərlə  adamın  arasında  səkiyə  çıxan  Nyu-Yorkun 

yaşlı sakinləri belə indiyə kimi bu cür küçə tıxacının şahidi olmamışdılar. 

-

 

Bağışlayın,  deyəsən,  burada  ilişib,  -  Riçard  yerinə  oturub  dedi,  - 



belə  tıxac  bir  saata  da  aradan  qalxa  bilməz.  Günahkar  da  mənəm.  Əgər 

üzüyü itirməsəydim... 

-

 

Üzüyünüzü mənə göstərin, - miss Lentri dedi. - Onsuz da, daha bir 



şey  eləmək  olmaz,  yəni  artıq  mənim  üçün  fərqi  yoxdur.  Həm  də  teatr, 

fikrimcə, çox darıxdıncı yerdir. 

Axşam saat on birdə kimsə Entoni Rokvollun qapısını astaca döydü. 

-

 



Gəlin!  -  əynində  qırmızı  məxmər  xalat,  dəniz  quldurları  haqqında 

kitab oxuyan Entoni gğırdı. 

Bu  an  səhvən  yer  üzündə  unudulub  qalmış  ağsaçlı  mələyə  bənzəyən 

yalnız Ellen bibi idi. 

-

 

Onlar  nişanlandılar,  Entoni,  -  bibi  mülayimcəsinə  dilləndi,  -  qız 



bizim Riçarda razılıq  verib. Teatra getdikləri  vaxt yolda tıxaca düşüblər və 

düz iki saat yerlərindən tərpənə bilməyiblər. 

Bilirsən,  qardaşım  Entoni,  bir  də  öz  pullarının  qüdrəti  ilə  öyünmə. 

Həqiqi sevginin rəmzi olan balaca üzük sonsuz  və təmənnasız  etibarı ifadə 

edən  bizim  Riçarda  öz  xoşbəxtliyini  qazanmağa  kömək  etdi.  O,  üzüyü 

küçədə  yerə  salıb  və  kebdən  onu  götürmək  üçün  çıxıb.  Amma  tərpənməyə 

imkan  tapmamış  tıxac  yaranıb.  Keb  dayandığı  müddət  ərzində  isə  Riçard 

sevgisini bəyan edərək qızın razılığını alıb. Həqiqi sevgi ilə müqayisədə pul, 

sadəcə, zibildir, Entoni. 

-

 



Yaxşı, - qoca dilləndi. - Çox şadam ki, bizim oğlan istəyinə çatıb. 

Ona demişdim axı, bu işə görə pula qızırğanmaram, əgər... 

-Sənin pullann bu məsələdə neyləyə bilərdi, Entoni qardaş? 

-

 



Bacı, - Entoni Rokvoll dedi. - Mənim dəniz quldurum, 

35 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Allah  bilir,  hansı  oyuna  düşüb.  Onun  gəmisi  təzəcə  deşilib,  özü  isə 

çətin  ki,  ona  batmağa  imkan  versin.  Allah  xatirinə,  imkan  ver,  bu 

fəsli axıra kimi oxuyum. 

Bununla hekayə tamamlanmalı idi. Oxucu kimi müəllif də bütün 

varlığı  ilə  əsərin  sonuna  can  atır.  Lakin  biz  həqiqətin  dalınca  hələ 

quyunun dibinə baş vurmalıyıq. 

Səhəri  gün  göy  rəngli  dama-dama  qalstuk  taxmış  və  qırmızı 

əlləri olan Kelli adlı bir şəxs Entoni Rokvollun evində peyda oldu və 

dərhal da onu kitabxanaya ötürdülər. 

-

 

Nə deyə bilərəm, - Entoni çek kitabçasını çıxararaq dedi, 



-

 

sabunu pis bişirmədiniz. Baxaq... - sizə beş min verilmişdi? 



-

 

Üç yüz dollar özümdən xərcləmişəm,  - Kelli dedi. - Smetanı 



bir  qədər  artırmaq  lazım  gəldi.  Furqon  və  keblərin  hər  birini  beş 

dollara tutmuşdum; arabalar və ikiatlı faytonlann hər biri on dol' lar 

tələb  etdi.  Sürücülər  on  dollardan  aşağı  razı  olmadılar,  yüklü 

furqonların hamısı isə iyirmi dollar aldı. Ən baha başa gələni polislər 

oldu - ikisinə əlli, o birilərinə isə iyirmi və iyirmi beş dollar verdim. 

Amma gözəl alındı, düzdürmü, mister Rokvoll? Mən çox şadam ki, 

Vilyam  A.  Bredi  təkərlər üstündə  bu  balaca kütləvi  səhnənin  şahidi 

olmadı;  ona  pislik  arzulamazdım,  amma  zavallının  qısqanclıqdan 

ürəyi  dayana  bilərdi,  özü  də  bircə  məşq  belə  olmamışdı.  Uşaqlar 

saniyəbəsaniyə yerində idilər. Düz iki saat Qril heykəlinin qarşısında 

barmaq qoymağa yer olmadı. 

-

 



Bu  da  sizin  min  üç  yüz  dollannız,  Kelli,  -  Entoni  çeki  cınb 

dedi,  -  min,  bir  də  sizin  əlavə  xərclədiyiniz  üç  yüz.  Siz  pula  nifrət 

etmirsiniz ki, Kelli? 

-

 



Mən? - Kelli dedi. - Mən kasıblığı icad edəni öldürərdim. 

Kelli qapıdan çıxmağa hazırlaşırdı ki, Entoni onu səslədi. 

-

 

Siz  orada  camaatın  arasında  əlində  ox  və  yay,  tamamilə 



çılpaq, pırtlaşıq saçlı bir oğlan görmədiniz ki? - o soruşdu. 

-

 



Nəsə gözümə dəymədi, - karıxmış Kelli cavab verdi. Əgər o, 

siz söylədiyiniz kimi olubsa, yəqin ki, polis mən gələnə kimi oradan 

uzaqlaşdınb. 

-

 



Mən elə belə də bilirdim ki, o dəcəl yerində tapılmayacaq, 

-

 



Entoni gülümsədi. - Uğurlar olsun, Kelli! 

36 

downloaded from KitabYurdu.org




YARIMÇIQ HEKAYƏ 

Biz  indi  cəhənnəm  odunu  xatırlayarkən  nə  ah-vay  edir,  nə  də  qəm-

qüssəyə  batırıq.  Axı  hətta  ruhanilər  belə  bizə  təlqin  etməyə  başlayıblar  ki, 

Allah radium, efir və yaxud elmi adı olan hansısa bir qarışıqdır və ən pisi də 

odur  ki,  biz  günahkarlan  o  biri  dünyada  gözləyən  aqibət  hansısa  kimyəvi 

reaksiya ola bilər. 

Yalnız  iki  mövzu  var  ki,  öz  fantaziyana  müstəqillik  verməklə  yanaşı, 

təkzib  edilməkdən  qorxmadan  onlardan  danışmaq  olar.  Siz  yuxuda 

gördüklərinizdən  danışa  və  tutuquşudan  eşitdiklərinizi  digərlərinə  çatdıra 

bilərsiniz.  Məhkəmə  nə  Morfeyi,  nə  də  tutuquşunu  şahid  kimi  ifadə 

verməyə  buraxmazdı,  dinləyicilər  isə  danışdığınız  əhvalatlara  irad  tutmağa 

risk  etməzlər. Beləliklə, mənim hekayəmin süjeti yuxugörmə  olacaq. Buna 

görə də məhdud olan tutuquşulardan səmimi-qəlbdən üzr istəyirəm. 

Mən zəmanənin skeptik əhvali-ruhiyyəsindən o dərəcədə uzaq bir yuxu 

görmüşəm  ki,  onda  qiyamətin  qeyri-adi,  mötəbər,  vaxtsız  məhv  olmuş 

nəzəriyyəsi təsvir olunurdu. 

İsrafil öz şurunu çaldı və bizlərdən ona dərhal hay verməyənlər sorğu-

suala çəkildilər. Kənarda yaxalıqlan arxadan bağlanan qara geyimli peşəkar 

zəmanətçiləri gördüm; lakin görünür ki, onların əmlak senzi əri' qaydasında 

olmadığından, bizi zaminə buraxmayacaqlar. 

Qanadları olan mələk-polis yanıma uçub məni sol qanadının altına aldı. 

Lap yaxında mühakiməyə çağırılmış bir neçə mötəbər ruh dayanmışdı. 

-

 

Siz bu dəstədənsiniz? - polis məndən soruşdu. 



-

 

Bunlar kimdirlər ki? - suala sualla cavab verdim. 



-

 

Necə yəni, - o dedi, - bu adamlar... 



Amma bütün bunların  məsələyə aidiyyəti  yoxdur, yalnız  hekayə üçün 

nəzərdə tutulan yeri tuturlar. 

1

 

1



 

Senz - hüquqları məhdudlaşdıran şərt 

37 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə