Ii fəSİl tarix tariX



Yüklə 1,63 Mb.
səhifə11/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

13. OĞURLAR (BULĞARLAR)
Bulğarlar üçün də 150 ildən çox bir zamandan bəri mənşə aranmış, urallı, fin, slavyan, tatar və s. əsilli olduqları iddia edilmişdir823. Nəhayət, türk əsilli ol­­duqlarına dair öncə Vámbéry tərəfindən irəli sürülən görüş824 G. Fehérin ar­xeoloji və Gy. Némethin linqvistik araşdırmaları ilə kəsinlik qa­zan­mışdır. Qövm adı olaraq "bulğar" kəlməsi V əsrin ikinci yarısından öncə mövcud de­yil­di; ilk dəfə 482-ci ildə Bizans imperatoru Zenonun şərq qot­larına qarşı sa­vaşmaq üzrə hərbi yardım istədiyi Qara dənizin şimalındakı toplum ismi ola­raq ortaya çıxmışdır825. Bulğar adı bir tarixi hadisədən doğ­muş idi: Avropa hun hökm­darı Attila öldükdən sonra övladları ilə tabe qövmlər arasında mücadilələr baş vermişdi. Attilanın ikinci oğlu Dəngizikin 469-cu ildə ölməsindən sonra, onun kiçik qardaşı İrnək idarəsində Orta Avropanı tərk edən hun kütlələri Qara dəniz sahillərində rastlaşdıqları başqa türk zümrələri ilə qarışmışdılar826. Bu qa­rışmadan doğan yeni toplum türkcə "bulğar"827 deyə anılmağa başlandı. Baş­lan­ğıcdan 765-ci ilə qədər bulğar hökmdarlarının adlarını və xaqanlıq müddət­lə­ri­ni göstərən və bugün ancaq daha gec zamandan qalma bir rus xronikasında slav­yanca tərcümədə sahib olduğumuz "Bulğar xaqanları siyahısı”nda828 İrnək bulğar hökmdar süla­lə­sinin banisi olaraq göstərilir.

Hun kütlələri ilə qarışan bu türklərin əsil adı “oğur” idi. Onlar Dunay ağzından Volqaya qədər Qara dənizin şimal bozqırlarında, daha sonraki peçe­neqlər və kumanlar kimi ayrı boy birlikləri halında yaşayırdılar: sara­ğur (sarı/ağ/oğur), bittiğur (beş-oğur), ultinğur~altziağir (altı-oğur), kutri­ğur-kuturğur (tukurğur=doqquz-oğur), unğur~hunuğur~onuğur (on-oğur), utiğur~uturğur (otuz-oğur)829. Bizans tarixçisi Priskosun (V əsr) sabarlar tə­rə­findən Ural dağ­la­rının şərqindəki yurdlarından uzaqlaşdırılaraq Qara dəniz düzənliklərinə gəl­dik­lərini (461-465-ci illərdə) bildirdiyi oğur türkləri həmin tarixçiyə görə, o zaman üç qrup təşkil etməkdə idilər: sara­ğur, uroğ (oğur) və on-oğur. Bunlar avarların önündən qərbə çəkilən sabar­ların qarşısında tutuna bilmək üçün Bi­zansa elçi göndərmişdilər. Son araş­dırmalara görə, oğurlar böyük köçdən ön­cəki yurdlarında da üç zümrə halın­da idilər: şərq zümrəsi (Seyhun-Çu çayları və Çalkar gölü həvalisində: on-oğurlar)830; orta zümrə (bugünkü qazax-qırğız bozqırı və Emba çayı boyunda ehtimal ki otuz-oğurlar) və qərb zümrəsi (Yayık çayı həvalisində /hər halda/ doqquz-oğurlar)831. Bu sıralarda sarağur (ağ-oğur) kütləsinə qarşılıq digər­lərinin "qara-oğur"832 qanadını təşkil etmiş ol­ma­ları833 eh­timal edilir.

Oğurlar oğuzların qardaşlarıdır. Hər halda bir-birlərindən çox erkən dövr­lərdə (ən gec m. ö. III əsrdən əvvəl) ayrılmış olmaları (bax: yux. Türk­lə­rin ya­yıl­maları) dolayısıyla dillərində bəzi fonetik dəyişmələr meydana gəlmişdir. Ən açıq fərq ana türkcədəki z səsinin oğur ləhcəsində r-yə çevril­miş olmasıdır. Əslində "oğuz" təbiri doğrudan-doğruya "türk boyları" mə­nasına gəldiyinə gö­rə, şərqdə qalan və z səsini işlətməyə davam edən ana kütləyə qarşılıq onlardan qərbə doğru ayrıldıqdan sonra r-li ləhcə ilə danış­mağa başlayan oğurların (Qərb türklərinin) adlarında da bu fərq diqqəti çəkir: oğuz-oğur834. Yuxarıdakı oğur boy birlikləri sırasıyla: 5 oğuz, 6 oğuz, 9 oğuz, 10 oğuz və 30 oğuz demək­dir835. Şərq türklərində də belə boy sayı ilə adlandırılmış birliklər vardır (bax: yux. Oğuzlar). Oğur ləhcəsindəki di­gər bir ayrılıq da söz başındakı y yerinə d söy­lənməsidir (məsələn, yılan-dilan vb.). Əski yunan coğrafiyaçısı Ptolemey (160-170) Xəzər dənizinə tö­külən Yayık çayının (bugün Ural çayı. Əsl türkcə adı­ XVIII əsrin ikinci ya­rısında ruslar tərəfindən dəyişdirilmişdir) adını Daih (Daix) şəklində gös­tərmişdir836 ki, bu ad bulğarların atalarının II əsrdə Qərbi Si­birdə İtilə (Vol­qa) doğru uzanan bozqırlarda yaşadıqlarını bəlgələməkdədir. Oğurların tari­xi çox-çox geri getməkdədir. Bunların m.ö. III əsr sonlarına doğ­ru Tanrı dağları ətəklərində oturan u-sunlarla (wu-sun) ilgili olmaları ehti­mal edi­lir837. Ancaq bu ilgi daha çox yuxarıda kumanlar münasibətilə bəhs etdiyi­miz u-sunların oturduqları sahəyə (bəlkə daha öncəki yurdlarına) uyğun gəlir. Çünki eyni tarixdə oğurların daha şimalda Kobdo, Tarbağatay bölgə­sində ya­şamaqda olduqlarına dair dəlillər vardır. Burada Çin qaynaqları "Ho-chieh" və ya "Wu-chieh" (=Hu-kie və ya Wu-kie, P. Pelliot, 1920; Wu-kie, Hu-kie, U-kit, F. Hirth, 1899; Ho-ku, L. Ligeti, 1940) adlı bir qövmdən söz edirlər838. R. Hirth adın çincə şəklinin əsil tələffüzü "uğır" (uyğur deyil) olan bir kəlmədən gələ bi­ləcəyini söyləmişdir839 ki, bu ad onu doğrulayan Gy. Némethe görə840 türkcə "oğur"dan başqa bir şey deyildir841. M.ö. III əsr başlarında Orta Asiyada oğur­ların ən mühüm qollarından biri, Çin qay­na­ğında Orta və Cənubi İrtış tə­rəf­lə­rində oturduqları və Çinə sansar, ağ və göy tülkü ("kun-tsun"=kırsa ~ kar­sak-bozqır tülküsü), xüsusilə sincab dəriləri gətirdikləri bildirilən tinq-linq­lər­dir842. Bu məşhur sincab kürkü tacirlərinin adları da türkcədir: Tinq-li=Te­yin­li=Sin­cablı843. Bütün oğurlar əsasən xəz ti­ca­rəti ilə tanınmışdılar. Qiymətli xəz­lər içində sincab dərisi başda gəlirdi844.

Oğur türklərini daha ziyadə heyvan­dar olan qardaşlarından ayıran bu ba­riz ovçuluq və xəz ticarəti yanında onların baş­qa bir xüsusiyyətləri də qərbdə ya­şadıqları coğrafi bölgənin şərtləri gərəyi yax­şı əkinçi olmaları idi. Hər növ əki­nçiliyi və meyvəçiliyi zamanına görə ən yüksək səviyyədə baca­rırdılar. O ta­­rix­lərdə macar dilinə girən oğur türkcəsi kəlmələri (bax: Xəzər xaqanlığı) bu­nun dəlilləridir.



Qərbi Sibirdəki yurdlarında ikən Orta Asiyada Çi-çi Tanhu dövlətinin çöküşündən (m.ö. 36) sonra eyni bölgəyə çəkilən hun qalıqları ilə qonşu ol­duq­­ları anlaşılan oğurların daha sonra qərbdə sürətlə bir dünya imperator­luğu halı­na gələn Avropa hunlarına bağlandıqları xü­susilə sarağur­ların Atti­la zamanın­dakı rollarından bəllidir. Hun imperator­lu­ğu parçalanıb mərkəzi hakimiyyətin yox ­olması (460-470-ci illər) nəticəsində bu dəfə hun kütlələ­rilə bərabər qərb­dən gəldiyi bilinən İrnək ətrafında top­la­şaraq bulğar dövlə­tini qurduqları görü­nür. Oğurlar İrnəkin xələfi Mundo (Mun­cuk?) və ondan sonra gələn 4 hökmdar zamanında 550-ci illərə qədər araların­da­kı birliyi sür­dürmüşdülər. Bu tarix­lər­də belə yayıldıqları təsbit edilə bilər: Qafqaz dağ­larının şimalında (Azovun şər­qində) on-oğurlar, Don-Volqa dirsək­ləri böl­gəsində otuz-oğurlar, Dneprə doğ­ru bozqırlarda doqquz-oğurlar845. Bun­lardan şərqdəkilər sıra ilə sabarların və göy­­türklərin hakimiyyəti Azov dəni­zinə çatdığı zaman (576-cı il­lər) göy­türk­lə­rin idarəsinə girmişdilər. Menan­drosa görə, otuz-oğur hökmdarı Anaqa­ios (türk­cə əsli: Ana-ağa?)846 tərəfin­dən təyin edilmiş olan Ak-kağan adlı qadın baş­buğ göy­­türklərə bağlanan­lardan idi847. Qərbdəkı doqquz-oğurlar (qara-bulğar?) isə illik vergi aldıqları Bizans ilə bəzən dost, bəzən düşmən olaraq münasibətlərini davam etdirir­di­lər. Slavyan kütlələrini irəli sürərək Bizansa göstərdikləri sü­rəkli basqı im­perator Anastasiosu (491-518) paytaxt İstanbulun qorunması üçün "uzun divar" tikməyə məcbur etmişdi848 . 530-cu illərdə isə Bizans gene­ralı Beli­zarios komandanlığında İtaliya savaşlarına qatılmışlar, 549-cu ildə lon­qo­bardlarla çarpışan gepidlərə 10 min süvari ilə yardım etmişdilər. Fəqət Bi­zans eynən Çin kimi türklərə qarşı həmişə oynadığı oyunu oğurlara da tətbiq et­di. Doqquz-oğur və otuz-oğur qardaşların arasını vurdu, bir-birləri üzərinə qaldırdı. Məğlub olan doqquz-oğurlardan bir qismini (2 min ailə) Trakiyaya yer­ləşdirdi. Otuz-oğurların Balkanlarda ani bir yürüyüşlə İstanbul yaxınla­rında görünmələrinin (550-ci ildə) artıq bir faydası yoxdu. Qara dənizin şi­malındakı oğur hakimiyyətinin zəifləməsi avarların yollarında rastladıqları oğur-bulğar türklərindən bəzi kütlələri bərabərlərinə alaraq qərbə doğru sü­rət­lə irəliləmə­lə­rini (558-ci ili təqib edən illərdə) asanlaşdırdı. Bayan xaqa­nın əmrində Dal­ma­çiyada savaşan bulğarlar 626-cı il İstanbul mühasirəsində avarlara yardımçı qüvvələr təşkil etmişdilər. Bunlar Balkanlara, Şimali İtali­yaya, Macarıstana ya­yıldılar. Avarlardan məmnun olmayan 9 min qədər bul­ğar ailəsi öncə Bava­riyaya, sonra İtaliyaya daşındı (VII əsrin ikinci yarısı).

14. BULĞAR DÖVLƏTLƏRİ
a)B ö y ü k B u l ğ a r i y a
Dövlət təşkilatı sistemindəki ilk bulğar birliyində on-oğurların əksə­riyyət təşkil etdikləri anlaşılmaqdadır. Bunlar VI əsrdən etibarən Bizans, erməni və Süriya qaynaqlarında Şimali Qafqazda göstərilmişdilər, hətta bu­raya "Patria On-oguria" (on-oğurların yurdu) deyilmişdir (700l-cü illər). VIII əsrin ilk ya­rı­sında da Azov dənizinə doğru yayıldıqları görülür849. İs­lam qaynaqla­rın­dakı tapmaca kimi oxunub açıqlanması çətin olan "V.n.ndr, V.I.ndr" adlı qöv­mün850 bunlar olması lazımdır (on ogundur=on-oğur)851. 630-cu ildə Orta Asiyada göy­­türk imperatorluğunun fətrət dövrünə girməsi üzərinə, xəzərlər kimi bul­ğarlar da idarəni öz əllərinə alaraq Büyük Bulğar dövlətini qurdular. Bunda eyni za­manda avarların 626-cı ildəki uğursuz İs­tanbul mühasirəsindən sonra xaqanın ölümü (630) ilə Balkanlarda və Şərqi Avropada hər hansı bir siyasi nüfuz iddiasında bulunamıyacaq852 qədər zəif düşmələrinin də təsiri ehtimal daxilin­də­dir. Dövlətin qurucusu başbuğ Kourt (=Kurt)853 Doulo adın­dakı hökm­dar sü­laləsinə mənsub idi. O. Pritsaka görə, bu xanədan ta Mo-tundan (=Bik­tun.m.ö. 209-174) bəri hun tanhuları yetis­dirən ünlü T’u-ko (Tu-ku) ailə­sidir (çincədəki şəkli T’u-ko-d’o-klak, duo-klo=Doulo)854 ki, bu surətlə bulğar hökmdar sülaləsi (İrnək və ondan 300 sənə öncə hökm sürdüyünə xa­qanlar siyahısında işarət edilən Avitoxol855 yolu ilə) Asiya hun tanhuları ailə­sinə bağlanır856. Kurtun da­ğınıq oğur qəbilə birliklərini birləşdirərək siyasi təş­kilat meydana gətirdiyi öl­kəsinə "Böyük Bulğariya" ("Magna Bulgaria") deyi­lirdi. Fəqət dövlət uzun sürmədi; He­rakleios dövrü Bizansı ilə olduqca sıx mü­nasibətlərdə bulunduğu an­laşılan qurucusunun857 ölümündən (665) az sonra qonşu xəzər xaqanlığının basqı­sından parçalandı. Əksəriyyəti otuz-oğur olan bir kütlə şimala çəkildi (dış-bulğarlar=İtil bulğarları); Kurtun oğullarından Bat-Bayan xəzərlərə tabe ola­raq, macarların və on-oğur bulğarların başında Qafqazdakı yurdda qaldı. Bu­günkü balkarların bunların xələfləri olduğu sanılır858. Bat-Bayanın kiçik qar­daşı Asparux859 qələbəlik bul­ğar kütlələri ilə Dunaya yönəldi (iç-bulğar­lar). Balkanlara keçdi (668) və əlverişli torpaqları zəbt edərək yeni bulğar dövlətini qurdu (679) və bu dövlət illik vergiyə bağlanan Bizans tərəfindən 681-ci il ta­rixli anlaşma ilə tanındı860.

b. D u n a y B u l ğ a r d ö v l ə t i
Asparuxun (679-702) imperator IV Konstantinosun müqavimət təşəb­büs­lə­rini qıraraq Dobrucanın cənubundə qurduğu və qısa zamanda hərbi və siyasi yönlərdən gəlişdirdiyi dövlət İtil bulğarlarınınkı ilə nisbətdə "kiçik" sayılmış olmaqla bərabər, oğur türkləri tərəfindən qurulan ən uzun ömürlü siyasi təşək­küldür. Dövlətin sağlam təməllərə oturdulduğu, Bizans və avar imperator­luqla­rı kimi iki böyük güc arasında varlığını qorumasından anlaşı­lır. Dışarıdan gələn bulğar türklərinin (bunlara elmi nəşrlərdə proto-bulğar da deyilir) Balkanlarda­kı slavyan kütlələrini məharətlə özlərinə bağladıqları görünməkdədir. Ümu­miy­yətlə qəbul edildiyinə görə, bulğarlar dövlət fikrinə yabançı olaraq ufaq qəbilə həyatı yaşayan slavyan xalqa vətən, dövlət və mil­lət qavramlarını öyrət­miş­861, onları təşkilatlandırmış862, daha sonra Bi­zansa qarşı özlərini qoruma qa­biliyyəti aşılamışlar863.

Dunay bulğar dövlətinin ən sıx siyasi münasibətləri, şübhəsiz, Bizans ilə idi. Xəzər şahzadəsi ilə evləndiyini gördüyümüz imperator II Justinia­nosun bulğar xanı Tervelin (702-718) yardımı ilə ikinci dəfə taxta çıxtığı (705) bilinir, üstəlik, Bizans tarixçisi Agathon 713-cü ildə imperator Philip­pikosun taxtdan düşməsini bulğarların Bizans torpaqlarında irəliləməsinə bağlamışdır864 ki, bu da dövlətin qısa zamanda qazandığı qüdrəti ortaya qo­yur. 716-cı ildə Bizans ilə bağlanan bir ticarət müqaviləsi nəticəsində 717-718-ci illərdə İstanbulun ərəb­lər tərəfindən mühasirəsinə qarşı paytaxt müş­tərək müdafiə edilmişdi. Bu işbir­liyi bulğar dövlətinə iqtisadi imkanlar və hüzur təmin edirdi865. Ancaq VIII əsr ortalarında xaqanlıqda daxili çəkişmə­ləri və xanlardan bəzilərinin öldürül­məsini fürsət bilən Bizans Bulğaryaya üst-üstə səfərlər tərtiblədi (imperator Kons­tan­tinos V. Kopronymos, 741-775) və çox ziyan vurdu. Nəhayət, IX əsrin əvvəllə­rində Orta Avropada avar xaqanlığının franklar tərəfindən tam bir çöküntüyə uğradıldığı illərdə Krum866 adlı ünlü bir bulğar hökmdarının iqtidara gəldiyi gö­rüldü (803-814). Cənubi Macarıstan ilə Transilvaniyanı xanlıq sınırları içinə qatan "mahir sərkərdə və parlaq təşkilatçı" Krum867 kimi qüdrətli bir qonşu­dan qorxuya düşən Bizans imperatoru I Nikephoros erkən davranaraq onu bas­qıya al­­maq dü­şüncəsi ilə hərəkətə keçdi (811). Xanlıq paytaxtı Pereyaslavı (Preslav. Şumnunun cənub-qərbində, Çatalar kəndi yaxınlığında) təxrib etdi və irəlilədi. Fəqət vüsət alan çətin savaşlar Nikephorosun yenilməsi, ordu­sunun məhvi və özünün savaş meydanında ölməsi ilə nəticələndi. Dörd əsr yarıma yaxın bir zamandan bəri ilk dəfə bir Bizans imperatoru düşmən əlin­də can verirdi. Sonra imperatorluğun şərq əyalətlərindən gətirilən birliklərlə gücləndirilmiş izdihamlı ordusu başında bulğarların üstünə yürüyən II Mikhaeli məğlub edən Krum xan sanki Bizansı ortadan qaldırmağa haqq qazanmış və "altın mizrağını Yaldızlı Kapuya868 asmağa"869 and içmişdi O, Sardikanı (Sofya, 809-cu ildə), Niş və Belqrad şəhər-qalalarını işğal edə­rək870 Orta Avropa-Yaxın Şərq arası ən bö­yük ticarət və hərbi-nəqliyyat yolunu nəzarəti altına almışdı. 813-cü ildə Filibe üzərindən Ədirnəyə çatdı, buranı mühasirə altında buraxaraq sürətlə irəlilədi. İstanbulu mühasirəyə aldı (814-cü ilin baharı). Fəqət hücumların ən coşğun çağında ansızın ağ­zından, burnundan qan axmaq surətilə öldü (13 aprel 814)871.



Oğlu Omurtağ872 xan (814-831) Bizansla dərhal 30 illik bir ticarət mü­qa­vi­ləsi imzalamaqla isabətli bir iş gördü873. Frank imperatorluğu ilə uz­laşma tə­şəb­büsləri nəticə verməyincə istəməyərək də olsa silaha müraciət edən və Dunay-Sava-Drava hövzəsini almaq, Orta Avropanın Maroş çayı va­di­sindəki ta Roma dövründən bəri tərk edilmiş olan ən böyük duz mədən­lə­rini yenidən iş­lət­məyə açmaq surətilə dövlətinə əmniyyət və böyük bir sərvət qay­na­ğı qazan­dıran Omurtağ xanın dövrü Dunay bulğarlarının tarix­ləri boyu ən par­laq dövr­ləri olmuşdur. Qurulan şəhərlər, saraylar, geniş ölçüdə inşaat və abad­lıq, su yolları, abidələr, bu arada G. Fehér tərəfindən xərabələri ortaya çıxarılan Pliska (Şumnunun şimal-şərqində Aboba kəndi yanında) və Preslav şəhərləri874 ilə Ma­dara qəsəbəsi (Şumnunun şərqi) ci­varında yüksək bir qaya üzərində 40 metrlik yer tutan, kitabəli, Krum xanın atlı qabartması o çağın xati­rə­ləridir875. Fəqət sayıca yerlilərə nisbətlə, şüb­həsiz, çox az olan bulğar türklüyü ya­vaş-yavaş o tarixlərdə yazıları belə ol­mayan və yuxarıdakı yunan hərfləri ilə yu­nanca yazılı876 kitabələrdən də anlaşılacağı üzrə Bizans kültürünün təsiri al­tındakı slavyan əksəriyyətinin etnik basqısını hiss etməyə başlamışdı. Təşkilat­lan­dırılan slavyanlar dövlət xidmətlərinə qəbul edilir, türk ünsürün yerlilərlə ev­lənmələri artır, idarəçi­liyin zəruri nəticəsi olaraq izdihamlı yerli xalq dili üst təbəqədə yayılır və türklər slavyanlaşırdılar. Omurtağ xandan sonra daha da vü­sət alaraq davam edən bu proses (Malamır, 831-836; Presiyan, 836-852 za­manları), Boris xa­nın877 (852-889) 864-cü ildə ortodoksluğu rəsmən qəbul edə­rək, o zamana qədər tək yaradıcı "Tanqra~Tanqry" (=Tanrı) inancında yaşayan bulğar­ları878 xristianlaşdırması ilə tamamlandı. 869-870-ci illərdəki İstanbul kil­sələr toplantısında bulğar kilsəsinin müstəqil yepiskopluq olaraq qərb (kato­lik) kilsəsi təmsilçiləri tərəfindən tanınması üzərinə Romanın Balkan yarım­ada­sındakı iddialarının sona çatması ilə879 türk dövləti xarakterini büsbütün iti­rərək slavyan-Bizans kültür çevrəsinə girdi880 .

c) İ t i l (V o l q a) b u l ğ a r d ö v l ə t i
Böyük Bulğarya dövlətinin parçalanması nəticəsində İtil-Çolman (Ka­ma) sahəsinə çəkilən bulğarların əksəriyyətini buraya yaxın oturduqları bili­nən otuz-oğurların təşkil etdiyi anlaşılır. Bölgənin yerli xalqı fin-uqorları (çe­remis, mordva, zıryan, votyak qövmləri və b.) da idarəsi altına alan bul­ğarların orada hunlardan, sabarlardan, uzlardan və xəzərlərdən də bəzi qa­lıq­lar tapdıqlarına şübhə yoxdur. Beləliklə, bölgə daha böyük sürətlə türkləş­miş olurdu. İtil bulğar döv­lətinin ilk dövrləri haqqında XII əsrdə Volqa çayı yoluna hakim olmaq uğ­runda rus knyazlıqları ilə aparılan bəzi mübarizələr dışında aydınladıcı bilgi az­dır. Ancaq bulğarlar bir müddət xəzər xaqanlı­ğı­na bağlı olsalar da, sağlam bir siya­si təşkilat qurmuşlar, bu, həmin dövlətin monqol istilasına qədər 5,5 əsr ya­şamasından bəllidir. Bunun səbəbi bulğar­ların əkinçiliyə əlverişli torpaqları də­yərləndirə bilən mahir əkinçi olmaları, eyni zamanda ticarətdən də yaxşı baş çı­xarmaları idi. Orta İtil sahəsi təbiət zənginliyi və nəqliyyat baxımından gə­rək­li imkanlara sahib idi. Şimal böl­gə­lərini Xəzər dənizi-İran-Qafqaz dağları-Tür­küs­tan və dolayısıyla Orta Asi­­yadakı böyük karvan yoluna bağlayan, o çağ­lar­da mühüm arteriya olan Volqa, Kama kimi böyük çayları və bunların Ak-İtil, Vyatka, Susma, Sura kimi qolları və ayrıca verimli torpaqları, otlakları, or­man­ları, heyvandarlığı, dəriçiliyi (Bizansa qədər yayılan "bulğari" xəzi məşhurdu), kürkçülüyü ilə bulğar ölkəsi xüsusilə Xəzər xaqanlığının zəiflədiyi illərdən eti­barən qüv­vətli bir varlıq halında gəlişmişdi. Bulğarlar bir çox şəhər və qəsə­bə­lər qur­muşdular: Suvar, Osal, Tetiş, Cüke-tav, Züyə, Kaşan, Kərməncük, Ka­zan (əs­ki Kazan)881. Bunların arasında Volqa-Kama qovuşağına-cənuba doğru-100 km qədər məsafədə İtil qıyısındakı paytaxt "Bulğar" şəhəri IX-XII əsr­lərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzi idi882. Doğuda başqırdlar, qərbdə burtaslar və ruslar ilə həmsərhəd olan ölkədə bulğarların başlanğıcda birər x­a­nın idarəsində 4 qrup (bulğar, suvar, barsula, skif) olduqları, fəqət X əsr orta­la­rından etibarən hamısının bir xan idarəsində birləşdikləri sanılır883.

İtil bulğarları haqqında ən güvənilən bilgi ərəb müəllifi ibn Fədlan tə­rə­findən verilmişdir. Ticari təmaslar dolayısıyla islam dini və kültürünün ya­­yıl­ma­ğa başladığı ölkədə bulğar xanı Almış müsəlmanlığı əslindən öyrə­n­mək is­tə­diyini Bağdada, abbasi xəlifəsinə bildirmiş, xəlifə əl-Müqtədir din xadim­ləri və məscid inşası üçün memarlardan ibarət bir heyəti Bulğar şə­­hə­rinə gön­dər­mişdi. Hicri 309-cu (m. 921/922) ilin martında yola çı­xa­raq pay­taxtda bul­ğar xanını ziyarət edən (may 922) heyətin başçısı ibn Fədlan884 sə­yahət qeyd­­lərində bulğarlardan başqa oğuzlar, peçeneqlər, basqırd­lar, xə­zərlər və slav­yanlar haqqında da maraqlı məlumat verməkdədir.

X əsrin ilk rübündə əski türk təşkilat və ünvanlarını (yıltavar=iltəbər; buyruk və turun=tudun?) mühafizə etdikləri anlaşılan İtil bulğarları885 isla­mı qəbul etməklə Şərqi Avropada türk-islam kültürünün təmsilçisi oldular. Ca­mi­lər tikildi, qazılıq quruldu (XII əsrin ikinci yarısında bulğar qazısı Yəqub bin Neman), digər islam ölkələri ilə də bəzi təmaslar oldu886 və bu islam kültürü dövlətin süqutundan sonra da davam etdi887.

XIII əsrin ilk rübündə belə "Böyük Bulğariya" ("Magna Bulgaria") deyə anılan888 İtil bulğar dövləti monqollar tərəfindən yıxıldı. 1223-cü ildəki birinci monqol hücumu olduqca zərərsiz atladılsa da, Batu xan idarəsindəki əsil böyük ordu Şərqi Avropada ilkin bulğarlara çarpdı. Əhalini öldürən, şə­hər və kənd­ləri yıxan monqollar məscid, cami və hamamlarla süslü, 50 min sakinli Bulğar şə­hrini də tamamilə təxrib etdilər (1236). Onlar çəkildikdən sonra Dəşti-qıpçaqda qurulan Altun Ordu xanlığı zamanında qılınc artığı bul­ğarların yenidən şən­lən­dirməyə çalışdıqları əski Bulğar şəhəri Pulat Ti­mur xan tərəfindən ikinci dəfə ağır təxribata uğradıldı (1361) və üçüncü də­fə Timurun Altun Ordu xanı Tox­tamışa qarşı səfəri əsnasında təxrib edildi (1391). Tutunmasına imkan qalma­yan xalq dağıldı. Bir qismi Kamanın şi­ma­lına Kazan çayı boyuna köçdü. XV əsr ortalarında buralarda bulğar-qıp­çaq qarışığı mü­səl­man əhali vardı ki, sonra­kı Kazan xanlığının əsas əhalisini bunlar təşkil etmiş­dir. Digər tərəfdən, dilləri oğur türkcəsinin bir ləhcəsi olan, eyni bölgə­dəki çuvaşlar əski bulğarların tö­rəmələridir889.




1


 Gy. Moravcsik, Byzantinische Humanisten über den Volksnamentürk, s. 381 və ardı.

2


 Ət-Təbəri, əl-Məsudi, ibn ül-Əsir. Ayrıca bax: İA, Turan maddəsi.

3


 Bax: Gy. Németh, Der Volksname "Türk", s. 275-282.

4


 Bu çincə şəklin əsl tələffüzü haqqında dürlü görüşlər: türküt (P.Pelliot, 1915,1926); türkit (A. v. Gabain, 1943,1955); türküz (P.A.Boodberq, 1951, 1962); türkü (G. Clau­son, 1962), türk (E.G. Pulleyblank, 1965), türk (G. Doerfer, 1965), turkyt (J. Harmatta, 1972). Söz çin­cə­yə soğd dilindəki şəklindən (twrky, cəm şəkli twrkyt=turkit, tur­kid) keçdiyi üçün sondakı +t-nin monqolca ilə ilgisi yoxdur. Bax:J.Harmatta, Acta Ori­entalia,XXV, s.263 və ardı, 273.

5


 L. Bazin, Notes sur les mots "Oğuz" et “Türk", s. 315-322.

6


 Çin qaynaqları: Bax: Liu Mau Tsai, Die chinesischen Nachrichten zur Geschichte der Ost-Tür­ken, I, s. 40.

7


 İslam qaynaqları: İbn ül-Fakih; BGA, V, s. 224; Gerdizi, bax: KSz, II, s. 2.

8


 Kaşgarlı Mahmud, DLT, I, s. 351.

9


 Müxtəlif araşdırmalarda, bax: Gy. Németh, həmin yer.

10


 Bax: F. W. K. Müller, Uigurica II, s. 10, 97. Digər uyğur sənədlərində (bax: R. R. Arat, Eski Türk Şiiri, s. 388) və Kutadgu Bilig, III, s. 481-də, DLT, I, s. 353-də verilən mənanın da güc-qüvvə ilə ilgisi açıqdır; R. Grousset, L’Emp. d. Steppes, s. 125, qeyd 1.

11


 Ein manichaischer Buch-Fragment aus Chotscho, s. 151.

12


 Gy. Németh, həmin əsər, s. 278; yenə onun: A Türk népnév, s. 273; A.v. Gabain, Hun­nisch-Tür­ki­sche Beziehungen, s. 18; G. Doerfer, Türkische und Mongolische Ele­mente im Neu­per­sischen, II, 1965, s. 483-495.

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə