Ii dəRS: kommunikasiya anlayişi haqqinda kommunikasiyanin əsas vasiTƏLƏRİ VƏ onlarin funksiyalari



Yüklə 36,91 Kb.
səhifə3/3
tarix29.11.2023
ölçüsü36,91 Kb.
#139695
növüDərs
1   2   3
II dərs

Dil və nitq.
Kommunikasiyanın ən mühüm vasitəsi olan dilin təzahür forması – nitqdir. Dil və nitq bir-birilə əlaqədar olub, qarşılıqlı təsirdədir. Məlumdur ki, dil öz-özünə nə inkişaf edir, nə də zənginləşir. Bu proses nitq sayəsində reallaşır. Çünki dil sistemdir və olduqca mürəkkəb quruluşa malikdir. Dil fonetika, morfologiya, leksika, sintaksis və üslublardan ibarət bir sistemdir. Bu mürəkkəb sistemi hərəkətə gətirən və onu işə cəlb edən isə nitqdir. Nitq dilin fəaliyyət formasıdır. Məhz həmin fəaliyyət prosesində dil inkişaf edir, çox çeşidli və rəngarəng ifadə imkanlarına nail olur. Ona görə də dil nə qədər zəngin olsa, bir o qədər də nitq üçün əlverişli və faydalıdır. Çünki məhz dil nitqin zənginliyini təmin edir. Eyni zamanda nitq də öz növbəsində dili daima zənginləşdirir, onun ifadəlilik imkanlarını artırır, genişləndirir. Ona görə də dil və nitq dialektik bir vəhdət, birlik təşkil edir.
Dil həcm etibarilə nitqdən çox genişdir. Dili ünsiyyət vasitəsi, nitqi isə ünsiyyət prosesinin özü hesab edirlər. Nitq insanların danışıqlarının məcmusudur. Dildən fərqli olaraq, nitqdə kollektiv heç bir şey yoxdur, nitq fərdi və ani təzahür edir. Dildə işlədilən sözlərin yalnız müəyyən bir qismi fərdin ünsiyyət prosesində istifadə edilir. Çünki dil ümumxalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir, buna görə də nitqdə fərdilik mövcuddur. Məsələn, Azərbaycan xalqının dili, ərəb dili; Rəfiqə xanımın nitqi və s. Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu çatdırmaqla yanaşı, danışdığımıza öz emosional münasibətimizi də bildiririk.
Dil nitqin formalaşmasının bazasını təşkil edir, yəni nitq öz mənbəyini dildən götürür, dildən qidalanır və dilin təkamülü üçün şərait yaradır. Nitq vasitəsilə yeniləşmə yaranır. Belə ki, nitqdə baş verən dəyişikliklər dildəki köhnə qanunauyğunluqları pozaraq dilə keçə bilir. Məsələn, Azərbaycan, eləcə də türk dillərində dəmir qanuna çevrilmiş ahəng qanunundakı bəzi istisnalar (ilan, ildırım və s.) nitq prosesində baş vermişdir. Bir sözlə, dil nitqin mənbəyi, nitq isə dilin inkişaf məhsuludur. Dilsiz nitq mümkün olan hadisə deyildir.
Deməli, dil və nitq bir-biri ilə vəhdət təşkil etsələr də, onlar arasında müəyyən fərqlər də mövcuddur:
1) Dil həcmcə nitqdən genişdir.
2) Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
3) Nitq insan fikrinin ifadəçisi olub təfəkkürü, formalaşdırır.
4) Dil nitqin silahı və məhsuludur, kollektivin bəhrəsidir, nitq istəyin və fərdlərin ünsiyyət vasitəsi kimi dilin hər dəfə yenidən işlədilməsidir.
5) Dil sabit, nitq dinamikdir.
6) Dil ictimai və ümumi, nitq isə fərdi və xüsusi hadisədir. Nitq dil vasitəsilə fərdin öz fikrini ifadəetmə, anlama və qavrama aktıdır, hər şəxsin öz danışıq manerası var.
7) Dil imkana, nitq gerçəkliyə uyğun gəlir.
8) Nitq həm də psixi hadisə olaraq psixologiyanın, dil isə dilçiliyin tədqiqat obyektidir.


Yüklə 36,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə