Ii dəRS: kommunikasiya anlayişi haqqinda kommunikasiyanin əsas vasiTƏLƏRİ VƏ onlarin funksiyalari


Kommunikasiya prossesinin məqsədi mübadilə predmeti və ya məlumat predmeti olan informasiyanın dərk edilməsinin təmin edilməsidir



Yüklə 36,91 Kb.
səhifə2/3
tarix29.11.2023
ölçüsü36,91 Kb.
#139695
növüDərs
1   2   3
II dərs

Kommunikasiya prossesinin məqsədi mübadilə predmeti və ya məlumat predmeti olan informasiyanın dərk edilməsinin təmin edilməsidir

İnformasiya şaquli kommunikasiya çərçivəsində təşkilat daxilində bir səviyyədən digər səviyəyə keçir

Kommunikasiya prossesi 5 mərhələyə bölünür:

  • İnformasiya mübadiləsinin başlaması

  • İdeyaların sözlərə,simvollara çevrilməsi

  • Seçilmiş əlaqə kanaları vasitəsilə informasiyani ötürmək

  • İnformasiyanı qəbul edən tərərfin simvolları fikirlərə çevirməsi

  • əks əlaqə

Kommunikasiyanın tərəfləri: kommunikativ (informasiya mübadiləsi),

İnteraktiv (qarşılıqlı təsiretmə), perseptiv (qarşılıqlı anlama)


Kommunikasiyanın 4 səviyyəsi var: fərddaxili, şəxlərarası, qrup, kütləvi
Qrup kommunikasiyası özünü göstərir: şəxsin qrup ilə, qrup daxili, qruplararası
Kommunikasiyanın əsas vasitələri: dil və yazı.
Dilin funksiyaları.
Dil ən mühüm kommunikasiya vasitəsi olub, cəmiyyətdə formalaşır. O, canlı varlıqlardan yalnız insana məxsusdur. İnsanlardan fərqli olaraq heyvanlar ünsiyyət qurmaq bacarığına malik deyillər, onlar yalnız münasibəti duya bilirlər. İnsanda dilin yaranması həm də şüur və təfəkkürlə bağlıdır. Yəni insan təkcə danışmaq, ünsiyyət qurmaq ilə deyil, həm də düşünmək və yaratmaq qabiliyyəti ilə fərqlənir.
Deməli, dil yalnız insan cəmiyyətində formalaşa bilər, buna görə də dil ictimai hadisə hesab edilir. İctimai hadisə olan dil cəmiyyətə xidmət edir və cəmiyyətin varlığı, onun təşəkkülü, inkişafı üçün çox zəruri olan bir vasitə hesab olunur. Dilin cəmiyyətdə ən mühüm rolu onun insanlar arasında ünsiyyət vasitəsi, fikir mübadiləsi olmasıdır. Çünki informasiya mübadiləsi olmasa, insanların birgə yaşayışı və fəaliyyəti çətinləşər, bir sözlə, mümkün olmaz. Ünsiyyət prosesində insanlar bir-birilərinin fikirləri, ideyaları, hissləri, istək və arzuları və s. ilə tanış olur, həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər.
Beləliklə, dilin insan həyatında əvəzolunmaz əhəmiyyətə malik olduğunu görürük. Dilin əhəmiyyəti onun funksiyalarında özünü aydın göstərir. Dilin bir çox funksiyasını qeyd edirlər:
1) Dilin ən mühüm funksiyası cəmiyyətdə ünsiyyət vasitəsi olmasıdır ki, buna kommunikativ funksiya deyilir. Yəni biz bir-birimizlə dogma dilimizdə danışır, ünsiyyət qurur, informasiya mübadiləsi aparırıq.
2) Dilin ikinci vəzifəsi insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirməkdir ki, buna nominativ funksiya deyilir.
3) Dilin üçüncü vəzifəsi isə fikir ifadə etməkdir, yəni o, insanın təfəkkür fəaliyyəti ilə bağlıdır. İnsanlar dilin vasitəsilə öz düşüncələrini, fikirlərini, arzu-istəklərini bildirirlər.
Dil məhz kommunikativ və fikri formalaşdırma funksiyaları sayəsində ictimai hadisə olur.
4) Dilin dördüncü funksiyası insanın onu əhatə edən mühit haqqında yeni biliklər əldə etməsidir (idrak və koqnitiv). Dil insanın özünü ifadə etməsi üçün vasitədir. İnsanların əcdadları və gələcək nəsilləri arasında əlaqə yaradır, yəni insanların özündən əvvəlki təcrübəni mənimsəməsinə, öz bilik və bacarıqlarını yeni nəslə ötürməsinə imkan verir. Elm və təcrübəni əbədiləşdirir, onun yaşamasına və inkişafına kömək edir.
5) Dilin əsas funksiyalarına həmçinin emosionallıq (hiss və həyəcanın ifadəsi) da aid edilir. Emosional funksiya insan üçün çox vacibdir, hər kəs məhz bu vasitə ilə öz hisslərini, daxili aləmini, düşüncələrini, dəyərlərini və s. təqdim edə bilir. Dil təkcə məntiqi deyil, adekvat olaraq emosional informasiyaları ötürməyə də xidmət edir.
Bundan başqa dilin əlaqə yaratma, informasiyanı mənimsəmə, təsir etmə, metadil (dilin tədqiqi və təsviri), kumulyativ (informasiyanı saxlamaq və ötürmək) və estetik-aksioloji (dəyərləndirmə) funksiyaları da vardır ki, bütün bu funksiyalar dilin bir daha ayrıca fərdə yox, müəyyən cəmiyyətə, insanların bir-birini başa düşməsinə xidmət etməyinin göstəricisidir. Dil bu funksiyaları nitq mübadiləsinə ehtiyac duyulduğu zaman icra edir.
Dilə onun funksiyaları, cəmiyyətdəki rolu və insan həyatındakı əhəmiyyəti baxımından yanaşdıqda ona belə bir tərif vermək olar: dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, insan fikrinin, təfəkkürünün formalaşması vasitəsi, insanların estetik-emosional hisslərinin ifadə vasitəsi, insanın mənəvi aləminin, əxlaqının, davranışının, xalqın mənəvi ruhunun formalaşması vasitəsidir. Dil insanların fikir informasiyasını ötürən və hisslərini ifadə edə bilən alətdir, insan ünsiyyətinin ən əsas vasitəsidir.
Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnız şifahi formada səslər vasitəsilə mövcud olmuş, sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında iqtisadi, siyasi əlaqələrin qurulması üçün ikinci köməkçi ünsiyyət vasitəsi olan yazı yaranmağa başladı.

Yüklə 36,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə