İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n


II. Məqsədyönlüyünə (istifadə məqsədinə) görə



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

 
II. Məqsədyönlüyünə (istifadə məqsədinə) görə idarəetmənin hüquqi 
formaları aşağıdakı formalara bölünürlər: 

idarəetmə fəaliyyətinin daxili hüquqi formaları; 

idarəetmə fəaliyyətinin xarici hüquqi formaları. 
İdarəetmə fəaliyyətinin daxili hüquqi formaları təşkilati-ştat məsələlərinin həlli, 
kargüzarlığın aparılması, orqanın daxilində struktur bölmələrə və əməkdaşlara 
rəhbərlik etmək üçün, həmçinin də aşağı təbəqəli orqanları idarə etmək üçün istifadə 
edilir. 
İdarəetmə fəaliyyətinin xarici hüquqi formaları orqanın üzərinə qoyulmuş və 
idarəetmə fəaliyyətinin məzmununu təşkil edən vəzifə və funksiyaların yerinə 
yetirilməsini təmin etmək məqsədi ilə istifadə edilir. 
İdarəetmənin daxili və xarici hüquqi formaları, həm hüquqyaradıcı, həm də 
hüquqtətbiqedici formada ola bilərlər. 
 
III. İfadə olunma üsuluna görə idarəetmənin hüquqi formaları aşağıdakı 
növlərə bölünürlər: 

sözlə deyilən (yazılı və şifahi); 

konklyudent (işarə ilə). 
İdarəetmə fəaliyyətinin hüquqi formalarının bu və ya digər ifadə olunma 
üsulunun seçilməsi onun hüquqi xüsusiyyətlərinə əsasən edilir. 
Hüquqyaratma fəaliyyətinin yeganə münasib ifadə üsulu kimi sözlə (şifahi) və 
ya yazılı üsulunun adını çəkmək lazımdır. Dövlət idarəetmə subyektlərinin 
hüquqyaratma fəaliyyətinin nəticəsi – rəsmi sənəd olan normativ-hüquqi aktdır. 
Normativ akt yalnız özünün 

rəsmi yazılı sənəd

təsvirində hüquq normalarının 
daşıyıcısı olan, hüquqi forması kimi baxıla bilər. 
Hüquqtətbiqetmə fəaliyyəti yazılı, şifahi və konklyudent üsullarla ifadə olunur. 
İdarəetmənin hüquqtətbiqetmə fəaliyyətinin nəticəsinin ən geniş yayılmış ifadə 
olunma üsulu – fərdi yazılı akt – sənəddir. O, əhəmiyyətli məsələlərin (işlərin) 


həllində hüquqtətbiqetmənin təsbit edilməsində, o cümlədən onun sabitliyi və 
dəqiqliyi üçün istifadə edilir. 
Şifahi üsul da geniş istifadə olunur (şifahi əmrlər, göstərişlər, sərəncamlar). Bu 
üsül, əsasən, operativ xarakterli məsələlərin həlli zamanı tətbiq edilir. 
Hüquqtətbiqetmə fəaliyyəti (idarəetmə subyektinin qərarı), həmçinin müəyyən 
jestlər, siqnallar, hərəkətlər, işarələr və digər konklyudent hərəkətlər vasitəsi ilə 
ifadə oluna bilər. 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə