İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

İkinci suala
yekun olaraq bir daha qeyd etmək istərdim ki: 
1. Dövlət idarəetmə orqanlarının fəaliyyəti aşağıdakı formalarda özünü biruzə 
verir: 

hüquqi forma; 

qeyri-hüquqi forma. 
2. İdarəetmənin hüquqi forması aşağıdakı növlərə bölünür: 

hüquq yaratma (hüquq müəyyən etmə) fəaliyyəti; 

hüquq tətbiqetmə fəaliyyəti; 

hüquqi əhəmiyyət kəsb edən digər hərəkətlərin həyata keçirilməsi. 
3. İdarəetmənin qeyri-hüquqi formalarına aşağıdakıları aid etmək olar: 
-
təşkilati hərəkətlərin görülməsi; 
-
maddi-texniki hərəkətlərin görülməsi. 
 
Sual 3. İnzibati-hüquqi müqavilə 
Mülki hüquq müqavilələrin iştirakçıları bərabər hüquqlu subyektlər olduğu 
halda idarəetmə münasibətlərində isə ilk növbədə subyektlər hakimiyyət və tabeçilik 
münasibətlərində olurlar. Hüquqi əlaqələrin prinsipcə müxtəlif olan bu növləri 
arasında qarışıq tipli münasibətlər özünə yer tapır. Bu hüquq münasibətlərində 
hakimiyyət və hüquq bərabərliyi bu və ya digər nisbətdə uzlaşır. Məsələn, 
sərnişinlərin daşınması haqqında mülki-hüquqi müqavilə nəqliyyatda biletsiz 
getməyə görə bir tərəfin inzibati cərimənin tətbiq etmə hüququ ilə bağlıdır (AR İXM,
m. 319). 
 İnzibati müqavilə əqd növü olub, burada tərəflərin hüquq bərabərliyi razılaşan 
tərəflərin birinin və yaxud hər ikisinin hakimiyyət səlahiyyətləri ilə bağlıdır. 


Dövlət hakimiyyəti orqanları öz fəaliyyətində bir tərəfli hərəkətləri ilə yanaşı, 
tərəflərin razılığına əsaslanan iki tərəfli aktlardan da istifadə edir. Bunlara isə 
inzibati müqavilələr də aiddirlər. 
Əqdlərin növ müxtəlifliyini nəzərə alaraq, inzibati-hüquqi müqavilələr ictimai 
maraqları təmin edən idarəetmə münasibətlərin fərdi nizamasalma vasitələridir. 
Lakin, hüquq normalarından fərqli olaraq, inzibati müqavilələrlə müəyyən edilən 
qaydalar, yalnız onların tərəfləri üçün mütləqdir bəzi hallarda isə onlara tabe olan 
təşkilatlar üçün mütləqdir. 
İnzibati və mülki müqavilələr arasında xeyli fərqlər vardır. Bunlar 
aşağıdakılardır: 

inzibati müqavilələr bir qayda olaraq 

təşkilati

məzmuna malikdir, onların 
məqsədi ictimai əhəmiyyətli nəticələrə nail olmaqdır; 

inzibati müqavilə həmişə müvafiq məsələlərin həllində müəyyən müs-
təqilliyə malik olan subyektlərin fəaliyyətinin hüquqi forması kimi çıxış edir. Hətta, 
onlar 

hakimiyyət-tabeçilik

münasibətlərində olmasalar da, tərəflərin hüquq və 
vəzifələri bərabər deyil, çünki söhbət əmlak səlahiyyətlərindən yox, idarəetmə 
səlahiyyətlərindən gedir. Müqavilənin tərəflərindən biri inzibati hakimiyyətin 
subyektləridir və müqavilə inzibati hüququn subyektləri arasında bağlanılır; 

AR-kasında inzibati müqavilə məhkəmə müdafiəsi ilə təmin edilmir və 
tərəflərdən biri və ya hər ikisinin öz üzərlərinə götürdükləri vəzifələrin yerinə 
yetirilməməsi əmlak sanksiyalarının tətbiqinə səbəb olmur; 

inzibati müqavilə inzibati orqan tərəfindən öz vəzifələrinin həyata 
keçirilməsi vasitəsi kimi çıxış edir; 

inzibati müqavilələrin normativ bazasını mülki hüquq normaları yox, 
inzibati hüquq normaları təşkil edirlər.
Mövcüd olan inzibati hüquq normaları müqavilələrin konkret növlərinin 
məqsədli istiqamət daşıması tələbini özündə cəmləşdirir, onların iştirakçılarının 
tərkibinə, əqdlərin formasına dair tələbləri müəyyənləşdirir. 
Məzmununa görə inzibati hüquqi müqavilələrin aşağıdakı növləri vardır: 
a) səlahiyyətlər haqqında olan müqavilələr (yəni səlahiyyətlərin 
məhdudlaşdırılması, səlahiyyətlərin verilməsi və s.); 


b) müştərək (birgə) fəaliyyət haqqında olan müqavilələr (normayaradıcılığı, 
hüquqtətbiqetmə, xidmət etmək haqqında və s.); 
c) dövlət sifarişlərinin yerinə yetirilməsi haqqında olan müqavilələr və s.
 
İnzibati-hüquqi müqavilələr aşağıdakı subyektlər arasında bağlana bilər:

icra hakimiyyətinin subyektləri arasında; 

icra hakimiyyəti subyektləri və digər dövlət və bələdiyyə təşkilatları 
arasında; 

icra hakimiyyəti subyektləri və qeyri-hökumət təşkilatları arasında; 

icra hakimiyyəti subyektləri və vətəndaşlar arasında. 
Subyektlərin qarşılıqlı münasibətlərindən asılı olaraq 2 tip inzibati müqavilələri 
ayırmaq lazımdır: 

bir-birinə qarşı hakimiyyət səlahiyyətlərinə malik olmayan subyektlər 
arasında bağlanan inzibati müqavilələr; 

əks tərəfə qarşı münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olan 
subyektlər arasında bağlanan inzibati müqavilələr. 
Başqa sözlə şaquli və üfiqi tipli müqavilələr haqqında danışmaq olar. Şaquli 
müqavilələrə aşağdakılar daha xasdır: 

hakimiyyət səlahiyyətlərinə malik olan tərəflərin müəyyən üstünlüyü 
(məsələn, digər tərəfi təlimatlandırma hüququ, göstərişlərinin yerinə yetirilməsini 
yoxlamaq hüququ, müqavilənin şərtlərini dəyişmək hüququ, onu birtərəfli qaydada 
ləğv etmək hüququ); 

digər tərəfin 

maliyyə müvazinətinə

olan hüququ. Əgər 

maliyyə 
bərabərliyi

nin pozulması hakimiyyət subyektinin təqsiri hesab edilə bilməyən 
şəraitin nəticəsində yaranmışdırsa (vergi qanunvericiliyinin dəyişməsi və s.), onda 

maliyyə bərabərliyi

nin bərpa edilməsi vəzifəsi hakimiyyət səlahiyyətli subyektinə 
həvalə edilmir. 
Müqavilənin 3 əsas şərti: müstəqilliyi, dəyişməzliyi və tərəflərin bərabərliyi 
təmin edilməyən hallarda, inzibati-hüquqi münasibətləri yaradan, dəyişən və ləğv 
edən hüquqi fakt kimi inzibati müqavilələri istifadə etmək məsqədəuyğundurmu 
kimi sualı yaranır. Belə suala cavab müsbət olmalıdır. 


Əgər müqavilə ilə şaquli, yaxud ierarxiya əlaqəsi yaranarsa, onda aşağıda duran 
idarəetmənin obyekti müqavilə münasibətlərinin subyektinə çevrilir. Buna görə də, 
o, öz imkanlarını təhlil etməli, öz tələb və öhdəliklərini anlamalı və onları 
əsaslandırmağa çalışmalıdır. Onu dinləyəcəklər və onun rəyi müəyyən dərəcədə 
nəzərə alınacaq, bu da işin hallarını, yaranmış şəraiti, əks tərəfin imkanlarını lazımi 
səviyyədə öyrəndikdən sonra idarəetmə qərarın qəbul edilməsinə şərait yaratmış 
olur. 
Aidiyyəti olan subyekt isə qəbul edilən qərarların məqsədəuyğunluğunu daha 
yaxşı və düzgün başa düşəcək. Başqa sözlə desək, müqavilənin hazırlama prosesi 
yuxarıda duran tərəfə onun qarışacağı vəziyyəti daha da yaxşı təhlil et-məyə, aşağı 
tərəfə isə öz tələblərini əsaslandırmağa və müqaviləyə daxil edilən şərtləri başa 
düşmək üçün imkan verir. Və bu müqavilələr əsasında yaranan münasibətlər, 
hakimiyyət başlanğıcı əsasında yarananlara nisbətən daha de-mokratik olur. Bir çox 
halda müqavilə vasitəsi ilə inzibati akt dəyişdirilə bilər. Müqavilənin pozulmasına 
görə nəinki ictimai, həm də intizam, siyasi, bir sıra hallarda isə maddi, maliyyə təsir 
tədbirləri, güzəştlərin ləğv edilməsi, icazəli (lisenziyalı) fəaliyyətinin dayandırılması 
kimi tədbirlərin tətbiq edilməsi mümkün olur. 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə