İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları  p L a n


İdarəetmə fəaliyyətinin hüquqi formaları



Yüklə 357,64 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix21.10.2023
ölçüsü357,64 Kb.
#129570
1   2   3   4   5   6   7   8   9   10   11
IH-8

İdarəetmə fəaliyyətinin hüquqi formaları 
İdarəetmənin hüquqi formasının xarakterik cəhəti ondan ibarətdir ki, burada 
idarəetmə orqanlarının və onların vəzifəli şəxslərinin dövlət hakimiyyəti, icraedici-
sərəncam verici və qanunqüvvəli xarakterli səlahiyyətləri daha çox aydın surətdə 
ifadə olunur. Onlar arasında fərq, bir qayda olaraq, onların törətdikləri nəticələrin 
xarakterinə görə qoyulur. Hüquqi formalar öz ardınca daimi dəqiq ifadə olunmuş 
hüquqi nəticələr yaradırlar, buna görə də onlar idarəetmənin inzibati-hüquqi forması 
kimi göstərilməsinə maksimum dərəcədə yaxındırlar. Bu, icra hakimiyyətinin 
müvafiq subyektlərinin zahirən ifadə olunan və müəyyən hüquqi nəticələrin 
yaranmasına səbəb olan istənilən hərəkətləridir. Onlar sözün əsl mənasında 
idarəetmənin inzibati-hüquqi formalarıdır, yəni icra hakimiyyətinin hüquqi-
hakimiyyət səlahiyyətlərinin məzmunundan ibarət olan həyata keçirilmə 
formalarıdır. Qeyri-hüquqi formalara gəldikdə isə, onlar birbaşa hüquqi nəticələr 
yaratmırlar. 
Əsas budur ki, idarəetmə fəaliyyəti o halda hüquqilər sırasına aid edilə bilər ki, 
icra hakimiyyəti subyektinin törətdiyi hərəkətlərdə dövlət idarəetməsinə xas olan 
iradə hüquqi formada dəqiqliyi ilə ifadə olunsun, icra hakimiyyətinin həyata 
keçirilməsinin hüquqi formasının mahiyyəti də bundan ibarətdir. 
İcra orqanları (vəzifəli şəxslər) tərəfindən gündəlik olaraq müxtəlif variantlarda 
həyata keçirilən, lakin icra hakimiyyətinin bilavasitə həyata keçirilməsi ilə bağlı 
olmayan digər hərəkətlər,qeyri-hüquqilərə aiddirlər (məs.: təşkilati və analitik işi, 
təminedici tədbirlər və s.). 
İcra hakimiyyəti isə onun xüsusiyyətlərini nəzərə almaqla, yalnız onun 
subyektləri tərəfindən və yalnız hüquqi formalarda həyata keçirilir. Lakin bu, qeyri-
hüquqi formaların əhəmiyyətini, əlbəttə ki, azaltmır. 
Bir qayda olaraq, idarəetmə fəaliyyətinin formalarına aşağıdakılar daxildir: 

normativ aktların qəbul edilməsi; 

fərdi (inzibati) aktların qəbul edilməsi; 

inzibati müqavilələrin bağlanması; 

təşkilati (təşkilati-texniki) hərəkətlərin edilməsi; 

maddi-texniki əməliyyatların yerinə yetirilməsi. 


Bəzən, yuxarıda qeyd etdiyimiz siyahıya inzibati məcburetmə tədbirlərinin 
tətbiqini də əlavə edirlər. Bu isə açıq-aydın səhvdir, belə ki, belə növ tədbirlər öz-
özünə həyata keçmir, onlar mütləq qaydada müvafiq hüquqi aktlarla 

rəsmiləşdirilir

və yaxud da belə aktlar əsasında 

hüquqi əhəmiyyət kəsb edən 
hərəkətlər

çərçivəsində həyata keçirilir (məs.: fiziki məcburetmə tədbirləri). 
Müqavilələrə gəldikdə isə, bununla o vaxt razılaşmaq olar ki, onlar inzibati-
hüquqi müqavilə kimi qiymətləndirilsin, belə halda onlar hüquqi formanın tərkibinə 
daxil edilirlər. 
Təşkilati-texniki və maddi-texniki əməliyyatlara (hərəkətlərə) gəldikdə isə 
nəzərə almaq lazımdır ki, axırıncılar ümumiyyətlə idarəetmə fəaliyyətinin forması 
kimi baxıla bilməz. Onlar yalnız köməkçi rolu oynayırlar (kargüzarlıq, nəqliyyat 
daşımaları, mühafizə və s.), lakin ifadə formasına görə isə onlar qeyri-hüquqidirlər. 
İcra hakimiyyətinin həyata keçirilməsini, əlbəttə ki, onlar ifadə etmirlər, onlar 
idarəetmə ilə məşğul olan işçilər tərəfindən yox, köməkçi heyət tərəfindən həyata 
keçirilirlər. Təşkilati hərəkətlərin təbiəti və təyinatı tamamilə başqadır. Onlar həmin 
icra orqanının üzərinə qoyulmuş gündəlik vəzifələrin həyata keçirilməsi zamanı 
dövlət qulluqçularının (inzibati idarəetmə işçilərinin) hərəkətlərində öz əksini 
tapmış olurlar. 
Beləliklə, idarəetmə formalarının təsnifatı, əvvəl qeyd etdiyimiz kimi hüquqi və 
yaxud da qeyri-hüquqi formaların olmasına gətirib çıxarır. İcra hakimiyyətinin 
həyata keçirilməsi yalnız inzibati-hüquqi formada mümkündür. Dövlət idarəetmə 
fəaliyyəti hər iki formada ifadə edilə bilər. 
 
 İdarəetmənin hüquqi formaları hərəkətlərin xarakterinə, məqsədyönlüyünə 
və ifadə olunma üsuluna görə təsnifləşdirilir. 

Yüklə 357,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə