Düsturlar hesab və məntiq
əməlləri ilə birləşdirilmiş operandlardan ibarətdir
.
Konkret qiymət, istinad, yaxud funksiya operand ola bilər.
Düsturlar iki cür olur:
cəbri və məntiqi.
Cəbri düsturlar. Cəbri düsturlarda hesab əməllərindən («+» toplama, «–»
çıxma, «*» vurma, «/» bölmə, «^» qüvvətə yüksəltmə) istifadə olunur. Düs tur lar -
la hesablamalar zamanı riyaziyyatda hesab əməllərinin yerinə yetirilmə ardıcıl-
lığına burada da əməl olunur: öncə qüvvətə yüksəltmə, sonra vurma və bölmə,
nə ha yət, toplama və çıxma əməlləri yerinə yetirilir. Eyni səviyyəli əməllər (məsə -
lən, vurma və bölmə) soldan sağa yerinə yetirilir. Hesab əməllərinin yerinə
yetiril mə ardıcıllığını dəyişmək üçün mötə rizələrdən istifadə olunur. Mötərizənin
içərisində olan operandlar üzərində əməllər birinci növbədə yerinə yetirilir.
Cəbri düsturlar vasitəsilə aparılmış hesablamaların nəticələri ədədlərdir. Hər
dəfə düstura daxil olan operandları dəyişdirdikdə nəticə yenidən hesablanır və
uyğun xanada əks olunur.
Məntiqi düsturlar. Məntiqi düstur şərtdən ibarət olur və onun doğru, yaxud
yalan olması müəyyənləşdirilir. Doğru ifadəyə «true» («doğru», 1),
yalan ifadəyə
isə «false» («yalan», 0) qiyməti mənimsədilir.
Eynitipli düsturlar. Elektron cədvəllə işləyərkən çox zaman müəyyən diapa-
zonda olan xanaları eyni struktura malik olan, ancaq dəyişənləri müxtəlif
qiymətlər alan düsturlarla doldurmaq lazım gəlir. Bu o deməkdir ki, onlar yalnız
istinadlara görə fərqlənir. Belə düsturlara
eynitipli düsturlar deyilir.
Eynitipli düsturların daxil edilməsini asanlaşdırmaq
və tezləşdirmək üçün
belə bir üsuldan istifadə olunur:
düstur yalnız bir xanaya daxil edilir, sonra isə
o, başqa xanalara köçürülür.
Eynitipli düsturlara nümunələr:
Mütləq, nisbi və qarışıq ünvanlama. Eynitipli düsturlarda ən müxtəlif isti-
nadlardan istifadə oluna bilər. Elə eynitipli düsturlar ola bilir ki, bir düsturdan
=A1+5
=A1*5
=A1+B3
=A1*B3
=(A1+B3)*D2
=A2+5
=B1*5
=A2+B4
=B1*C3
=(C3+D5)*F4
=A3+5
=C1*5
=A3+B5
=C1*D3
=(D4+E6)*G5
=A4+5
=D1*5
=A4+B6
=D1*E3
=(B4+C6)*E5
Eynitipli (oxşar) düsturlar elə düsturlardır ki, onlar eyni struktura (quruluşa) malikdir
və yalnız konkret istinadlara görə fərqlənir.
3.
CƏDVƏL
prosessoru
99
başqasına keçid zamanı istinadların müəyyən
bir qismi qanunauyğun şəkildə
dəyi şilir, digər qismi isə bütün düsturlar üçün dəyişilməz qalır.
Düsturu cədvəlin başqa yerinə köçürərkən ona daxil olan istinadların avto -
matik dəyişilməsi üsulunu müəyyənləşdirmək lazımdır. Bunun üçün nisbi, müt -
ləq və qarışıq istinadlardan istifadə olunur.
•
Düsturda nisbi istinaddan o halda istifadə olunur ki, o, köçürmə zamanı
dəyişilməli olsun.
Nisbi istinad adi formada yazılır, məsələn,
F3, yaxud
E7. Köçürmədən
sonra düsturun köçürüldüyü bütün xanalarda həm sütunun hərfi, həm də
sətrin nömrəsi köçürülməyə uyğun olaraq dəyişilir.
• Düsturda
mütləq istinaddan o halda istifadə olunur ki, köçürmə zamanı
onun hər iki hissəsi – sütunun hərfi və sətrin nömrəsi dəyişilməsin.
Mütləq istinadda sütunun hərfinin və sətrin nömrəsinin qabağında $
simvolu qoyulur, məsələn,
$F$3, yaxud
$E$7. Köçürmə zamanı düstur
bütün xanalarda dəyişilməz yerləşdiriləcək.
• Düsturda
qarışıq istinaddan o halda istifadə olunur ki, köçürmə zamanı
onun iki hissəsindən biri – ya sütunun hərfi, ya
da sətrin nömrəsi dəyi şil -
sin. Bu zaman $ simvolu istinadın yalnız dəyişil məz qalacaq hissəsinin
qabağına qoyulur. Məsələn,
$F3, yaxud
E$7.
1. Cədvəl prosessorunu başladın.
2. Yeni sənəd (iş kitabı) yaradın.
3. Cədvəli nümunəyə uyğun doldurun.
4.
E3 xanasını seçdirin.
Klaviaturadan =b3+c3+d3 daxil edin. Diqqət edin ki,
yazdığınız düstur həm xanada, həm də düstur zolağında (Formula Bar) görünür.
Ç a l ı ş m a
100