Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə27/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   29

Chart Wizard dialoq boksunun birinci səhifə sin də yaratmaq istədiyiniz diaq -
ramın tipi və növü seçilir. Diaqramın tipini seçdikdə Chart sub-type sahəsində
həmin tipə uyğun diaqram növləri görünür və onlardan biri susqunluqla
seçdirilmiş olur. Dairəvi (Pie) diaqram tipini seçək və növbəti səhifəyə keçmək
üçün Next düyməsini çıqqılda daq.
Bu səhifədə əmin olmaq lazımdır ki, Data range sahəsində diaqramın yara -
dılması üçün istifadə olunan xanalara istinadlar göstərilib. Sonra Next düyməsi-
ni çıqqıldadaq.
Bu səhifədə diaqramın xarici görünüşü müəy yənləşdirilir. Məsələn, Chart
title sahəsində  dia qra mın  başlığı  (2007-ci ildə dünyada yaşayan azərbaycanlı -
ların sayı, mln.) göstərilir. 
Əgər diaqramda verilənlərin qiymətlərinin əks olunmasını istəyiriksə, Data
Labels səhifəsində  Va lue yoxlama boksunu qeyd etmək lazımdır. Diaqramın
xarici görünüşü ilə işi bitirdikdən sonra yenə də Next  düyməsini çıqqıldadırıq.
Chart Wizard dialoq boksunun sonuncu səhifəsi açılır.
Bu səhifədə diaqramın yeni vərəqdə (As new sheet), yaxud mövcud iş
vərəqində (As object in) yaradılması müəyyənləşdirilir. Finish düyməsini çıqqıl-
datdıqda diaqram seçilmiş yerdə görünəcək.  
106


Başqa bir misala baxaq. Tutaq ki, y = x
2
– 7x + 10 funksi yasının qrafikini
[-8; 8]  parçasında qurmaq lazımdır. Bununçün öncə funksiyanın qiymət lərindən
ibarət aşağıdakı cədvəli yaradaq. Arqumentin dəyişmə addımını 1-ə bərabər
götürək.
Diaqramı (qrafiki, ş.3.1.) qurmaq üçün cədvəlin A4:B20 xanalar diapazo-
nunu  seç di rək  və  Chart Wizard dialoq boksunu ça ğı raq. Diaqramın tipi olaraq
səpə lən miş tipini, növü olaraq isə  
növünü, yaxud  
növünü seçək. 
Sonra Next düyməsini çıqqılda dıb, növ bə   ti səhifəyə keçək və orada diaqra -
mın baş 
lığını göstərək. GridLines bö lü mün  də  bütün  yoxlama  bokslarındakı
3. 
CƏDVƏL
prosessoru
107


qeyd 
ləri silək və Finish düyməsini çıqqıldadaq. Nəti 
cə 
də aşağıdakı şəkildə
göstə rilən  qra fik  (ş.3.2.) alınacaq. 
1. Diaqramlar hansı elementar obyektlərdən ibarətdir?
2. Cədvəl prosessorundakı əsas diaqram tiplərinin adlarını deyin.
3. İstənilən diaqramı xarakterizə edən pa rametrlər hansılardır?
4. Aşağıdakı cədvəli və ona uyğun diaq ramı qurun.
ş.3.1.
ş.3.2.
108


5. Diaqramlara baxıb aşağıdakı suallara cavab verin:
• Diaqramda hansı informasiya təqdim olunub? Bunu necə təyin etdiniz?
• Bu informasiyanı cədvəl şəklində necə vermək olar?
• Yeniyetmələri daha çox nə cəlb edir?
CƏDVƏL SƏNƏDİNİN FORMATLANMASI
Cədvəl sənədinin formatlanması dedikdə, istər sənədin özünün, istərsə də
onun obyektlərinin təqdimolunma formasının dəyişdirilməsi ilə bağlı bir sıra
əməliyyatlar başa düşülür. Mətn prosessorunda qəbul olunmuş adi üsullarla
yanaşı, elektron cədvəl obyektlərinin formatlanması üçün özəl üsullar da vardır:
• xanalarda verilənlər müxtəlif formatlarda göstərilə bilər;
• verilənlərin saxlandığı sütunun eni, yaxud sətrin hündürlüyü də yişdirilə
bilər;
• elektron cədvəlin istənilən obyekti çərçivəyə alına, yaxud xüsusi naxışla
seçdirilə bilər.
Cədvəl sənədinin istənilən obyektinin formatlanması menyunun Format bö -
lü münün komandalarının köməyilə yerinə yetirilir. İndisə ayrı-ayrılıqda xananın,
sətrin və sütunun formatlanması ilə tanış olaq.
Xananın formatı aşağıdakı parametrlərlə xarakterizə olunur: ədəd,
düzləndirmə, şrift, sərhəd, görünüş, qoruma.  Ədəd, xanada saxlanılan verilən-
lərin tipini və həmin ədədin təq 
dim 
olunma formatını müəyyənləşdirir.
Düzləndirmə və şriftdən başqa proqram mühitlərində olduğu kimi istifadə edilir.
Sərhəd, xananın xarici çərçivəsini (tipini, qalınlığını, xəttin ştrixi ni) müəyyən
edir. Görünüş, xananın fonunun rəngini və naxışını təyin edir. Qoruma, veri lən -
3.5.
3. 
CƏDVƏL
prosessoru
109


lərin xanada qorunma səviyyəsini müəyyənləşdirir. Məsələn, xananı elə qorumaq
olar ki, oradakı verilənləri dəyişmək mümkün olmasın, yaxud düstur gizlədilsin.
Sətrin formatı sətrin hündürlüyünü tənzimləməyə və onun cədvəldə əks
olunmasını idarə etməyə imkan verir. Sətrin hündürlüyü ya avtomatik olaraq, ya
da «əl ilə» müəyyən olunur. Avtomatik tənzimləmə zamanı sətrin hündürlüyü
üçün elə qiymət seçilir ki, sətirdəki bütün verilənlər normal görünsün.
Sütunun formatı sütunun enini tənzimləməyə və onun cədvəldə əks olun-
masını idarə etməyə imkan verir. Sütunun enini həm avtomatik olaraq, həm də
«əl ilə» tənzimləmək olar. Avtomatik tənzimləmə zamanı sütunun eni üçün elə
qiymət seçilir ki, sütundakı bütün verilənlər bir sətrə yerləşsin.
Sətir və sütunların əks etdirilməsi. Cədvəldəki istənilən sətri, yaxud sütunu
gizlətmək olar. Bu o zaman gərəkli olur ki, həmin sətirlərdən və sütunlardan
aralıq hesablamaların nəticələrini saxlamaq üçün istifadə olunur. Sonradan gizli
sətir və sütunları ekranda göstərmək də olar.
Verilənlərin formatı. Ədədi verilənləri göstərmək üçün müxtəlif formatlar-
dan istifadə olunur: ümumi, ədədi, faiz, pul, eksponensial və s.
•  Ümumi formatdan susqunluqla istifadə olunur və həmin formatda daxil
edilən istənilən verilənlər (mətnlər, ədədlər, tarixlər və s.) avtomatik ola -
raq tanınır və formatlanır. 
• Ədədi formatda istifadəçi xanalardakı ədədlərin onluq işa rə lərinin sayını
istədiyi kimi verə bilər. Məsələn, onluq işarələrin sayı üç olan format se -
çilibsə, xanaya daxil edilən 19 ədədi 19.000 kimi, 0.12345 ədədi isə 0.123
kimi yazılacaq.
•  Faiz formatı ədədi verilənləri % işarəsilə faiz formasında göstərməyə
imkan verir. Məsələn, dəqiqlik bir onluq işarəyə qədər qoyulubsa, 0.257
ədədini xa naya daxil etdikdə 25.7% qiyməti, 257 ədədini daxil etdikdə isə
25700.0% qiyməti əks olunacaq.
• Pul formatı ədədləri elə əks etdirməyə imkan verir ki, mərtəbələr üç-üç
qruplaşdırılaraq boşluq simvolu ilə ayrılır, sonuncu onluq işarədən sonra
isə pul vahidi göstərilir. 
•  Eksponensial (elmi) formatda verilən ədədlər iki hissədən ibarət olur:
man tissa və ədədin tərtibindən. Məsələn, əgər dəqiqlik onluq nöqtədən
sonra iki işarədirsə, onda 12345  ədədi eksponensial formatda 1.23E+04
şək lində olacaq (burada 1.23 mantissa, E+04 yazısı isə 10-un 4-cü qüvvə-
tini bildirir).       
110


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə