Ia9 -fesil-1: 9 qxd


Mətnin hansı obyektləri var?



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə21/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

1. Mətnin hansı obyektləri var?
2. Simvol obyekti nə ilə xarakterizə olunur?
3. Simvolların hansı yazılış şəkli var?
4. Effekt nədir? Onun mahiyyətini nümunələr üzərində izah edin.
5. Sürüşmə və kerninq nədir? Onun mahiyyətini nümunələr üzərində izah edin.
6. Mətn redaktorunda hər hansı mətn yazın və dərsdə öyrəndiyiniz parametrləri
ayrı-ayrı simvollara tətbiq edin.
Defis  və  tire
Bəzi simvolların mətndə xüsusi təyinatı olur. Həmin simvollardan ikisi – defis və tire ilə
yaxından tanış olaq.
Defis sözün iki hissəsini, yaxud bir söz kimi oxunan iki sözü bir-birinə bağlamaq üçün
simvoldur. Defislə qonşu hərflər arasında boşluq qoyulmur. Əgər defislə yazılan söz bir
sətrə yerləşmirsə, mətn prosessoru həmin sözü defisə görə iki hissəyə böləcək. Bu
halda oxunma zamanı defis sətirdən sətrə keçid kimi qəbul olunacaq. Defislə ayrılan
illər də (məsələn, 1918-1920) müxtəlif sətirlərdə olduqda pis qəbul ediləcək. Bu
arzuolun 
maz “keçiddən” qaçmaq üçün mətn prosessorunda xüsusi simvoldan –
kəsilməz defisdən [nonbreaking hyphen] istifadə olunur.
Tire cümlənin iki hissəsini bir-birindən ayıran işarədir. Defisdən fərqli olaraq, tire
qonşu sözlərdən mütləq boşluqla ayrılır. Çap məhsullarında defis qısa, tire isə uzun
üfüqi cizgi ilə işarə olunur. Lakin kompüter klaviaturasında həm minus işarəsi, həm
defis, həm də tire kimi istifadə oluna bilən yalnız bir klaviş var. Buna görə də tireni yaz-
maq üçün xüsusi simvoldan – uzun tiredən [em dash] istifadə olunur.
Çalışma
1. Hər hansı mətn sənədini açın.
2. Mətni oxuyun. Defis və tire simvollarından düzgün istifadə olunub-olunmadığını
müəyyənləşdirin.
3. Aşkarlanan yanlışlıqları düzəldin.
4. “Uzun tire” və “kəsilməz defis” simvollarını qoymaq üçün Insert Symbol koman -
dasını yerinə yetirin və lazım olan simvolları Special Characters bölümündə tapın.
2.
ELEKTRON
sənəd
81


MƏTN SƏNƏDİNİN HAZIRLANMASI
Kompüterdə sənədin hazırlanması bir neçə mərhələdən keçir: 
mətnin daxil edilməsi (yığılması); redaktə olunması; formatlanması; çap edilməsi.
Bu mərhələlərlə tanışlığa keçməmişdən öncə mətn sənədinin bir neçə  obyek-
ti – söz, sətir  və abzasla qısaca tanış olaq. 
Simvollardan sözlər əmələ gəlir.
Söz “boşluq” simvolunun olmadığı simvollar (hərflər, rəqəmlər, xüsusi işa -
rələr) ardıcıllığıdır. Sözün yeganə “müstəqil” parametri simvolların sayıdır. 
Sətir. Sətrlər sözlərdən təşkil olunur. Sətirdə sözlər bir-birindən boşluq sim -
vo lu ilə ayrılır. Boşluqdan başqa, sözdən sonra yalnız vergül, nöqtə, nöqtəli
vergül, iki nöqtə, mötərizə kimi durğu işarələri gələ bilər. Bu işarələr bilava-
sitə sözdən sonra qoyulur, başqa sözlə, həmin işarələrlə söz arasında boşluq
olmamalıdır. Söz obyektinin bütün parametrləri sətir obyektinə də aiddir.
Sətir obyektinin ye 
ga 
nə müstəqil parametri sözlərin sayıdır. Formatlama
zamanı simvollar və sözlərin tabe olduqları qaydalar sətirlərə də aid olur.
Abzas. Sətir obyektlərindən abzas obyektləri yaranır. Abzasın daxil edilməsi
həmişə  klavişinin basılması ilə sona çatır. Abzasın sonunu bildirən
işarə ¶  simvoludur. Adi rejimdə bu simvol ekranda görünmür. 
Mətnin daxil edilməsi. Mətnin daxil edilməsi (yığılması), adətən, klaviatu-
ra vasitəsilə həyata keçirilir. Burada kağız rolunu monitorun ekranı oynayır.
Növbəti simvolun yerini ekranda yanıb-sönən şaquli cizgi – kursor göstərir. 
Mətnin redaktəsi. Redaktə sənədin məzmununun dəyişdirilməsidir. Re dak  -
təyə aşağıdakı əməliyyatlar aiddir:
• mətnin yığılması;
• səhvlərin düzəldilməsi;
Mətn yığarkən aşağıdakı qaydalara əməl edin:
1. Tiredən başqa, bütün durğu işarələrini bilavasitə sözün axırıncı hərfindən sonra qoyun.
İstənilən durğu işarəsindən sonra boşluq () kla vişini basın. Tirenin hər iki
tərəfində boşluq saxlayın.
2. Mətni yığarkən buraxılmış səhvləri düzəltmək olar. Kursorun sağında olan yanlış
simvolu uzaqlaşdırmaq üçün 
klavişindən, solundakı üçünsə
 klavişindən istifadə edin. 
3. Kompüterdə mətn yığarkən sətrin sonunu nəzarətdə saxlamayın: kursor sətrin sonuna
çatan kimi öz-özünə növbəti sətrin başlanğıcına keçəcək.
4. Yeni abzasa keçmək üçün  klavişini basın.
2.2.
82


2.
ELEKTRON
sənəd
83
• mətn hissələrinin üzünün köçürülməsi, yerinin dəyişdirilməsi, silinməsi;
• mətnə şəkillərin, cədvəllərin və başqa obyektlərin əlavə olunması. 
Mətnin formatlanması. Mətndə olan informasiyanın oxucuya tez və asan
çatdırılması üçün onun xarici görünüşünün önəmi böyükdür. Oxucunun diqqəti-
ni mühüm informasiyaya cəlb etmək üçün ayrı-ayrı sözləri, yaxud ifadələri cür-
bəcür seçdirmək olar.
Formatlama sözü “forma” sözündən əmələ gəlib, formatlamaq – nəyəsə
forma vermək deməkdir. Formatlama əməliyyatına mətnin seçdirilməsi ilə bağlı
müxtəlif üsullar aiddir:
• simvolların xassələrinin dəyişdirilməsi;
• abzasların xassələrinin dəyişdirilməsi;
• başlıqların və altbaşlıqların tərtibatı;
• mətnin siyahıya çevrilməsi;
• mətnin cədvəl şəklinə çevrilməsi;
• kolontitulların, səhifələrin nömrələrinin qoyulması və s.
Mətnin hər hansı fraqmentində simvolların xassələrini dəyişdirmək üçün
həmin fraqmenti seçdirmək, sonra isə alətlər zolağındakı düymələrin, yaxud Font
dialoq boksunun köməyilə onların parametrlərini dəyişdirmək lazımdır.
1. Hər hansı mətn sənədini açın.
2. Mətnin bir fraqmentini seçdirin və şriftini belə dəyişdirin: 
Courier New, qalın, 16 pt, qırmızı, hamısı baş hərflər.
3. Mətnin başqa bir fraqmentini seçdirin və şriftini belə dəyişdirin: 
Tahoma, kursiv, 10 pt, üstündən xətt çəkilmiş.
4. Mətnin daha bir fraqmentini seçdirin və şriftini belə dəyişdirin: 
Arial, 10 pt, gizli [hidden].
5. Çap olunmayan simvolların göstərilməsi rejiminə keçin. Bununçün standart
alətlər zolağında 
düyməsini çıqqıldadın. Üçüncü fraqmentin necə əks
olunmasına diqqət yetirin. 
Sənəddə çap olunmayan hansı simvolları görür sünüz? 
Ç a l ı ş m a
Formatlama mətnin oxunmasını asanlaşdırmaq məqsədilə sənədin və onun ayrı-ayrı
hissələrinin xarici görünüşünün dəyişdirilməsidir.


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə